Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə16/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   12   13   14   15   16   17   18   19   ...   156

48

II FƏSİL

AZƏRBAYCAN ƏRƏB İSTİLASI

ƏRƏFƏSİNDƏ

I.

VI əsrin axırları və VII əsrin əvvəllərində


49

siyasi vəziyyət

VII əsrin başlanğıcında təqribən bütün Orta Şərq, o cümlədən

Zaqafqaziya bir-biri ilə çəkişən iki qüdrətli rəqib dövlət - Bizans ilə

Sasanilər İranı arasında bölüşdürülmüşdü.

Ümumi adı "Arran" (Albaniya, Ağvank) olub, yarımmüstəqil,

əmirlik və ya padşahlıq şəklində  İrandan asılı olan Azərbaycanın

şimal rayonları daim öz daha güclü qonşuları və xəzərlərin

1

 işğalçılıq



hücumlarına məruz qalmışdır; bu işğalçılardan hər biri Arran xalqını

kölə halına salmağa, onun torpaqlarını və təbii sərvətlərini qarət

etməyə cəhd edirdi. Bu şəraitdə Arran çox vaxt gah bir, gah digər

güclü qonşudan siyasi və iqtisadi cəhətdən asılı vəziyyətdə olmuşdur.

Bir əyalət (kustak) kimi Sasanilər imperiyası tərkibinə daxil

olmuş Azərbaycanın cənub rayonları da Bizans ilə İran arasında tez-

tez baş verib bəzən on illərlə davam edən dağıdıcı müharibələr

nəticəsində çox məhrumiyyətlərə qatlaşmışdır.

VI əsrin axırlarında həm Azərbaycan, həm də Arran Sasanilər

imperiyasının tərkibinə daxil olub İberiya və Ermənistanla birlikdə

imperiyanın dörd inzibati vahidindən biri olan Şimal canişinliyi

(Qafqaz kustakı)

2

 təşkil edirdilər. İranın inzibati bölgüsü haqqındakı



məlumata əd-Dinəvəridə rast gəlirik: "Kisra Ənuşirəvan ölkəni dörd

yerə (hissəyə) böldü və bunlardan hər biri bir nəfər rəis tərəfindən

idarə olunurdu. Dörd hissədən biri Xorasan, Sicistan və Kirmandan,

o birisi - İsfahan, Qum, Cibəl, Azərbaycan və Ermənistandan,

üçüncüsü - Fars, əl-Əhvaz və  əl-Bəhreyn, dördüncüsü – İraqdan

tutmuş Rum ölkəsinin sərhədinədək uzanan yerlərdən ibarət idi"

3

.

Lakin pəhləvi mənbələrindən istifadə etmiş Təbərinin (ət-



Təbərinin) qədim ərəb müəlliflərindən verdiyi məlumatda deyilir ki,

imperiyanın dörd əyalətə (kustaka) bölünməsi hələ I Xosrovdan

1

А.Ю.Якубовский. Ибн  Мискавейх  о  походе  руссов  в  Берда'a в 332



(943/944 г. н.э.). BB, т.XXIV, 1926, стр. 74.

2

С.Т.Еремян. Феодальные  образования  Картли  в  период  марзбанства



(532-627 гг.), стр.3.

3

 Əd-Dinəvəri.




50

əvvəl mövcud idi; Xosrov taxta çıxandan sonra "İranın dörd ölkəsini

idarə edən dörd Sepəhbudə məktub göndərdi". Məktublardan biri

"Azərbaycan, Ermənistan və qonşu ölkələrin Sepəhbudu Zədüyyə ibn

ən-Nahiracana göndərilmişdi"

1

.



I Xosrova qədər Sepəhbud adlanan baş hərbi rəis vəzifəsini

bir nəfər daşıyırdı. I Xosrov bu vəzifəni dörd nəfər arasında böldü:

"Şərq, yəni Xorasan və qonşu torpaqlar Sepəhbudu, Qərb (Məğrib)

Sepəhbudu, Cənub (Nimruz), yəni Yəmən Sepəhbudu, Azərbaycan

və qonşu torpaqlar, yəni Xəzərlər Sepəhbudu"

2

.



Kustaklar daha xırda vahidlərə bölünürdü və bu vahidlərdən

hər biri tarixən əmələ gəlmiş ərazi və etnik şəraitə uyğun olaraq az-

çox müstəqil vilayətdən (şəhərdən) ibarət idi. Şimal kustakına 13

belə vilayət (şəhər), o cümlədən Azərbaycan (Atrpatakan),

Ermənistan (Ərmən), İberiya (Varçan), Arran (Ran), Balasakan,

Sisakan və digər vilayətlər (Mukan, Deyləm, Dəmavənd, Ruyan,

Amul və s.) daxil idi

3

.



İbn Xordadbeh təsdiq edir ki, Qərbi və ya Şimal vilayətləri

Sasanilər imperiyasının dörddə bir hissəsini təşkil edirdi və

Azərbazqansepəhbud adlanan ölkə Şimal Sepəhbudunun hakimiyyəti

altında idi; bu hissəyə Azərbaycan, Ermənistan, Rey, Arran və

başqaları daxil idi

4

. Padşahlara verilən adlardan danışan ibn



Xordadbeh bildirir ki, hələ I Ərdəşir (224-241) Azərbaycan,

Ermənistan və digər ölkə padşahlarına şah adı vermişdi, məsələn,

Azərbazqan şah, Şiryan şah, Baraşkan şah (Azərbaycanda), Allan şah

(Mukan), Ərmənian Şah, Filan şah və i.a

5

. Mitilenli Zaxarinin Suriya



1

 Ət-Təbəri, I, 892-894. Müqayisə et. Th.Nöldeke.  Geschichte der Perser

und Araber zur zeit Sasaniden, p. 152-153; A.Chrlstensen.  L´Iran sons la

Sassanides, Paris, 1936, p. 134, 1358-359; Н.В. Пигулевская. Города Ирана в

раннем средневековье, М.-Л, 1956 стр.169-173.

2

 Ət-Təbəri, I, 89.



3

 Армянская география, VII в, стр, 58, b a x В.Г. Луконин. Иран в

эпоху первых сасанидов, стр, 19-24;  J.Manquart. Eransahr nach der geographie

der Ps.Moses Xorenaçi. Berlin, 1901, p. 108-136.

4

İbn Xordadbeh, 118-119.



5

İbn Xordadbeh, 17-18.




51

xronikasında Zaqafqaziyada yerli hakimlərin olduğu haqında

məlumat vardır. "Bu şimal tərəfdə (Zaqafqaziyada - Z.B.) beş dindar

xalq və onların 24 yepiskopu vardır. Onların katolikosu İran

Ermənistanının böyük şəhəri olan Dvindədir. Qurzan da Ermənistan

torpağındadır, onların dili yunan dilinə oxşayır, onların İran şahına

tabe olan xristian padşahı vardır. Arranın da öz torpağı, öz daxili,

dindar və xaçpərəst xalqı vardır, onların da İran şahına tabe olan

padşahı vardır"

1

.



Azərbaycan bu Şimal canişinliyində mühüm strateji mövqe

tutaraq, imperiyaya girən yolları həm şimalda xəzərlərdən, həm də

qərbdə Bizansdan qoruyurdu. Xəzərlər Arran və Azərbaycana

başqalarına nisbətən tez-tez basqın edirdilər, buna görə də Sasani

şahları öz sərhədlərini möhkəmləndirməyə son dərəcə  əhəmiyyət

verirdilər.

"Ağvan tarixi"ndə Sasani şahlarından II Şapurun (309-379)

hökmranlığı zamanı xəzərlərin təqribən 350-ci ildə Arrana basqını

haqqında anaxronik məlumat vardır: "Külli miqdarda xəzər Çoqa

qapısından keçib, bizim ölkəyə girmişdi. Şapur Assuriya, Xorasan və

Xarəzmdən saysız-hesabsız ordu və Atrpatakan

2

 əyalətindən çoxlu



qoçaq iranlıları (azərbaycanlıları - Z.B.), albanları və Qafqaz

dağlarının vəhşi xalqlarından 12 tayfa toplayıb bu böyük qüvvə ilə

yürüşə başlayaraq, onların qarşısına çıxdı"

3

.



Lakin xəzərlərə qarşı ciddi tədbir görən ilk İran şahı I Qubad

(Kavad - 446-531-ci illər) idi; onun sərkərdələrindən biri

Dinavərədək gəlib çıxan xəzərləri təqib edərək, Curzan (Gürcüstan)

və Arranı onlardan geri aldı. "O, Arran ölkəsinə daxil oldu və ər-Ras

1

The Chronicle of Zachariah of Mitylene, p. 327-328; həmçinin b a x; Из



Сирийской хроники Захария Митиленского, стр. 114; müqayisə et: Adons. Sitat

gətirilən əsəri, səh. 219.

2

К.П.Патканов. "Из  храбрых  персов  области  армянской



Атрпатакана".

3

История  Агван, стр. 80-81/62; Müqayisə et: JI.M. Меликсет-Бек.



Хазары  по  древнеармянским  источникам  в  связи  с  проблемой  Моисея

Хоренского, стр. 112 və b.; М.И.Артамонов. История хазар, Л., 1936 стр. 116.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə