Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə15/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   11   12   13   14   15   16   17   18   ...   156

45

onların mürəkkəb ictimai-siyasi proqramını araşdırmağa çalışmışdır.

V.V.Bartold

1

 və  A.Y.Krımski



2

 də bir sıra tədqiqatlarında bu

məsələyə toxunmuşlar.

1936-cı ildə "Görkəmli adamların həyatı" seriyasından

M.Tomaranın "Babək" kitabçası çapdan çıxmışdır. Geniş oxucu

kütləsi üçün nəzərdə tutulan bu kitabça mahiyyət etibarı ilə Xilafət

tarixində xürrəmilər hərəkatının rolu kimi mürəkkəb məsələni

həqiqətən elmi cəhətdən işıqlandırmaq üçün göstərilən ilk təşəbbüs

idi. Qeyd etmək lazımdır ki, M.Tomaranın əsəri də xürrəmilər

hərəkatına qiymət verilməsində hələ ona qədər buraxılmış bir sıra

səhvləri təkrar edirdi. Lakin biz xalqımızın tarixinin diqqətəlayiq

səhifələrindən birinin tədqiqi işində müəllifin böyük xidmətini inkar

edə bilmərik.

Böyük Vətən müharibəsi dövründə, Azərbaycan xürrəmiləri

haqqında kütləvi kitabçalar nəzərə alınmazsa, sovet tədqiqatçılarının

iki əsəri çapdan çıxmışdı

3

. Tədqiqat xarakteri daşıyan bu əsərlərdə



ilk mənbələrin məlumatı  əsasında xürrəmilər hərəkatı tarixinin bir

sıra konkret məsələləri dəqiqləşdirilmiş, bu hadisənin Azərbaycan

xalqının tarixi ilə üzvi surətdə bağlı olduğu elmdə ilk dəfə olaraq

göstərilmişdir. Z.İ.Yampolskinin kitabçası

4

 və  Z.İ.İbrahimovun



dissertasiyasının

5

 qiyməti də məhz burasındadır.



1

В.В.Бартольд. Историко-географический  обзор  Ирана, СПб., 1905;

yenə onun: К  истории  крестьянских  движений  Персии (Сб. "Памяти

Н.И.Караева"), Петроград, 1926.

2

А.Е.Крымский. Страницы  из  истории  Северного  или  Кавказского



Азербайджана (классическая Албания). Шеки. Сб. "Памяти акад. Н.Я.Марра"

М.-Л., 1938.

3

Z.İbrahimov və Y.Tokarjevskİ. Azərbaycanlıların mərdliyi və



qəhrəmanlığı

haqqında. Bakı, 1943; Z.İbrahimov. Babək. Bakı, 1944.

4

Z.İ.Yampolski. Sitat gətirilən əsəri.



5

Z.İbrahimov. Azərbaycan xalqının ərəb işğalçılarına qarşı mübarizəsi.

Bakı, 1941.



46

1954-cü ildə  İran alimi Səid Nəfisinin kitabı çapdan

çıxmışdır. Babək haqqında onun ilk əsərləri hələ 30-cu illərin

əvvəllərində yazılmışdı

1

. Həmin kitaba müəllifin əvvəllərdə yazdığı



məqalələri də daxildir. Bu kitab xürrəmilər və Babək haqqında orta

əsr mənbələrində olan məlumatların məcmusundan ibarətdir. Müəllif

özü də etiraf edir ki, kitabı tərtib etməkdə məqsədi "Babəkin həyatına

dair bizə gəlib çatmış təfsilatı bir yerə toplamaq" (səh.7) olmuşdur.

S.Nəfısinin əsəri ona görə böyük maraq doğurur ki, burada çoxlu

faktiki material toplanmış, həm də ilk müxtəlif mənbələrdən

götürülən bu materiallar çox diqqətlə bir-biri ilə tutuşdurulmuşdur.

Özündən əvvəlki bir sıra tədqiqatçılardan fərqli olaraq

S.Nəfisi xürrəmilərin mübarizəsini dini bir hərəkat kimi deyil,

azadlıq və istiqlaliyyət uğrunda xalqın mübarizəsi kimi

qiymətləndirir. Lakin belə bir faktı da qeyd etməyə bilmərik ki,

İranın digər müasir alimləri kimi S.Nəfısi də bu məsələdə

paniranizmə haqq qazandıraraq, Babəki "İran torpağının böyük

simalarından biri" (səh.3), "İranın adını  əbədiləşdirən milli

qəhrəmanlardan biri'

1

 (səh.7) adlandırır. S.Nəfısi belə hesab edir ki,



Azərbaycanın babəki-xürrəmilər hərəkatı milli Azərbaycan

xüsusiyyətlərindən məhrum olub, yalnız İran milli ruhu üçün

xarakterikdir (səh. 24-25)

2

.



Mənbələrdə xürrəmilər hərəkatının vətəni olaraq bilavasitə

Azərbaycanın göstərildiyinə baxmayaraq, S.Nəfisi oxucuya belə bir

fikir təlqin etməyə çalışır ki, xürrəmilər üsyanı  İranda, İsfahanda

törəmiş və guya bundan yalnız 30 il sonra Azərbaycan xürrəmiləri

mübarizəyə qoşulmuşlar. Müəllifin qərəzkarlığı bundan görünür ki,

1

S.Nəfisi. Babek xürrəmdin, "Mehr" jurnalı, Tehran, 1312 (hicri),  № 9, 19;



1313 (hicri), № 12; yenə onun: Babəkin ələ keçirilməsi ve edamı, Yenə orada,

1313 (hicri), № 1,3 (fars dilində).

2

"Babək xürrəmdin" məqaləsinin müəllifi Ehsan Təbəri də beləcə



paniranizm mövqelərində durur. Misal üçün, o yazır ki, Babək "Iran inqilabının

görkəmli qəhrəmanlarından biridir", "xürrəmilər hərəkatı  İran xalqının ictimai

hərəkatı idi, və i.a. Ehsan Təbəri. Babək xürrəmdin. "Dünya" jurnalı, № 4, 1339 h.



47

Azərbaycan tarixində baş vermiş böyük bir hərəkatı açıq-aşkar

iranlılaşdırmağa cəhd edir (səh.28, 38-39).

Bütövlükdə S.Nəfisinin əsəri, bir sıra nöqsan və yanlış

cəhətlərinə, həmçinin nəzəri ümumiləşdirmələrin yoxluğuna

baxmayaraq,  Azərbaycan xalqının qəhrəman oğlu Babək haqqında,

onun 20 ildən artıq rəhbərlik etdiyi xürrəmilər hərəkatı haqqında orta

əsr mənbələrindən götürülüb toplanmış mühüm məlumat verir.

İlk mənbələrin köməyi ilə biz "Babək ölkəsinin" paytaxtı

Bəzz qalasının yerini dəqiq müəyyən edə bilmişik; V.F.Minorski də

bizim bu barədəki nəticələrimizlə razıdır. Bu əsərdə biz xürrəmilər

üsyanının meydana gəlməsi, inkişafı və dağıdılması məsələlərini

təfsilatı ilə araşdırmağa çalışmışıq.

Babəklə Afşin arasındakı  əlaqələrə dair materiallar da,

şübhəsiz, maraq doğurur. Afşinin, həmçinin daha sonrakı dövrlərdə

Usruşananın digər nümayəndələrinin Azərbaycandakı fəaliyyəti

N.Nemətovun əsərində

1

 təsvir olunmuşdur.



Biz bu əsərdə, xürrəmilərin ərəb qoşunları ilə mübarizəsini

imkan daxilində müfəssəl təsvir edərək, Babəkin bir sərkərdə kimi

oynadığı rolu, onun ən mühüm vuruşmalarının gedişini və nəhayət,

üsyanın məğlub olmasının səbəblərini, həmçinin sonralar Xilafətdə

baş verən siyasi hadisələrə və xalq hərəkatlarına bu üsyanın təsirini

göstərmişik.

Əsərdə Azərbaycan tarixində görkəmli rol oynamış bəzi

hökmdarlar haqqında da məlumat verilmiş, habelə Azərbaycanda ilk

müstəqil sülalələr olan Məzyədi-Şirvanşahların və Sacilərin

fəaliyyəti göstərilmişdir.

Babək və xürrəmilər üsyanı haqqında ərəb dilindəki

mənbələrdən götürülən məlumatların tərcüməsi də  əsərə  əlavə

edilmişdir.

1

Н.Негматов. Усрушана  в  древности  и  раннем  средневековье.



Сталинабад, 1957.


Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə