Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə13/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   9   10   11   12   13   14   15   16   ...   156

39

qəbahət və  əxlaqsızlıqda təqsirləndirərək, "xürrəm" terminini

istədikləri kimi izah etmiş, onun tarixi və etimoloji köklərini

araşdırmamışlar.

F.Engelsin fıkirlərinə, həmçinin A.Müllerin və

N.V.Piqulevskayanın müşahidələrinə  əsasən biz belə bir nəticəyə

gəldik ki, "xürrəm" termini qədim fars və qədim erməni sözü olan

"xur", "xvar" - "günəş", "gözə görünməyən, mücərrəd atəş" sözləri

ilə  əlaqəli surətdə izah etmək bəlkə də daha doğrudur. Bu haqda

N.Emin və N.Nemətov da öz əsərlərində yazırlar.

Babəkin rəhbərliyi ilə Azərbaycan xürrəmilərinin üsyanından

danışmazdan əvvəl biz Azərbaycan və Xilafətin tərkibinə daxil olan

qonşu ölkələr ərazisində xürrəmilər üsyanından qabaq baş vermiş

xalq hərəkatlarının xarakteri və gedişini tədqiq etdik, habelə

xürrəmilər hərəkatını meydana gətirən səbəbləri öyrəndik.

IX əsrin birinci yarısında Babəkin rəhbərliyi ilə Azərbaycan

xalq kütlələrinin hərəkatı məsələsi, mənbələrdə və tarixçilərin

əsərlərində müxtəlif vaxtlarda müxtəlif şəkillərdə izah edilmişdir.

Lakin bu vaxta qədər, ümumiyyətlə, Xilafət tarixinin tədqiqatçıları,

xüsusilə də babəki-xürrəmilər hərəkatını tədqiq edənlər orta əsrlər

tarixinin bu mühüm hadisəsini öyrənmək məsələsinə lazım olduğu

kimi yanaşmamışlar.

Babəkilər hərəkatı təkcə Azərbaycan tarixində böyük yer

tutmur. Bu hərəkat qüdrətli Abbasilər dövlətinin ayrı-ayrı dövlətlərə

parçalanmasına səbəb olan əsas siyasi qüvvələrdən biri olmuşdur.

Babəkilər hərəkatı Xilafət tarixində  ən möhtəşəm xalq

hərəkatlarından biri olmuş və X əsr ərəb müəlliflərindən birinin

dediyi kimi, ”...az qala Abbasilər dövlətini yıxmışdı"

1

. Babəkin



fəaliyyəti və şəxsiyyəti Hannibalın fəaliyyəti və şəxsiyyətinə bərabər

tutulur


2

.

1



Əl-Məsudi, II, 348.

2

H.Daghbaschean. Gründung des Bagratidenreiches dürch Aschot



Bagratuni, s.2-4; müqayisə et: Əhməd Fərid Riafa'i. Əsr əl-Mə'mun, c. III, Bağdad,

1927, səh. 258.




40

Lakin bu ötəri müqayisələr Abbasilər xilafətinin taleyi üçün

Babəkin rəhbərlik etdiyi xalq hərəkatının həqiqi əhəmiyyətini və

Babəkin özünün rolunu yalnız təhrif edilmiş  şəkildə göstərir. IX

əsrdə Azərbaycan xalq kütlələrinin hərəkatını üsyan kimi

qiymətləndirmək azdır. Bu hərəkat, xarici işğalçılara qarşı

Azərbaycan xalqının apardığı uzunsürən qüdrətli azadlıq müharibəsi

idi.


Bu mübarizənin hansı  şüarlar altında edildiyi, babəki-

xürrəmilərin sosial siyasəti, hərəkatın güddüyü ınəqsədlər, babəkilər

ordusunu təşkil edən xalq kütlələrinə rəhbərlik - bütün bunlar hələ

ətraflı tədqiq edilməli olan son dərəcə mürəkkəb məsələlərdir.

Babəkilər hərəkatı haqqında əsasən ərəb mənbələrindən çoxlu

məlumat bizə gəlib çatmışdır. Lakin mənbələrdə bir-birinin təkrarı

olan  bütün  bu  məlumatlar  ən  adi  həqiqətləri  belə  bu  və  ya  digər

dərəcədə təhrif edir, E.Raytın

1

 haqlı  olaraq  göstərdiyi kimi,



qərəzkarlıq ruhu daşıyaraq babəki-xürrəmilər hərəkatını "milli"

(bütün Xilafət üçün, sülalə üçün) fəlakət və bədbəxtlik kimi qələmə

verir. Bu mənbələrdə Babək özü və onun rəhbərlik etdiyi xalq

kütlələri birtərəfli, təhrif olunmuş  şəkildə  əks etdirilir. Həmin

mənbələrdə xəlifələrin müdrikliyindən, Xilafətin ərəb sərkərdələrinin

rəşadəti və  strateji  istedadından uzun-uzadı  danışıldığı halda,

Xilafətə düşmən olub öz azadlığı uğrunda mübarizə edən

Azərbaycan xalqı barəsində az və qərəzkarlıq ruhunda yazılmışdır.

IX-X əsrlər salnamə və "tarixlərinin" müəllifləri üsyan etmiş xalqı

təhqir edən kobud ibarələr yağdırmaqdan çəkinmirdilər; halbuki bu

"qara camaat", "tərbiyəsiz" Xilafətə və onun sərkərdələrinə uzun

müddət yaddan çıxmayan bir çox ibrət dərsi vermişlər. Ərəb və

erməni mənbələrində, həmçinin onlardan sonra fars və digər

dillərdəki mənbələrdə verilən məlumatlarda yeganə fərqli cəhət

üsyan etmiş xürrəmilərin verdikləri "qurbanların" sayında bir də bəzi

1

E. M. Wright. Babak of Badhdh and al-Afshin during the yeaps 816-



841; A.D. The Muslim world, v. 38, №  1-2, 1948, p.45 (sonrakı səhifələrdə bu

mənbət E.Rayt gösləriləcəkdir).




41

xırda təfərrüatlardadır. Bütün qalan məsələlərdə həmin mənbələr

mahiyyət etibarı ilə bir-birini təkrar edir. Misal üçün, Azərbaycan

xürrəmilərinin hərəkatı haqqında fars mənbələrində verilən məlumat

babəkilər hərəkatından təqribən yüz il sonrakı dövrdə yaşamış  ət-

Təbəri, ibn ən-Nədimi, əl-Məsudi, əd-Dinəvəri və başqa ərəb

tarixçilərinin verdikləri məlumatm eynən təkrarından başqa bir şey

deyildir. Fars dilində yazan müəlliflər, həmçinin nisbətən sonrakı

dövrün tarixçiləri IX əsrin birinci yarısı hadisələrinin şərhində Babək

və xürrəmilərdən danışarkən əsli olmayan bir çox şeylər uydurmuş,

öz dövrünün hakim dairələrinə qulluq göstərərək hadisələri qəsdən

tünd boyalarla təsvir etmişlər.

Burjua şərqşünaslarının böyük əksəriyyəti, orta əsr

mənbələrinin Babəkə və onun başçılıq etdiyi xalq hərəkatına sinfi

cəhətdən məhdud və qərəzli münasibətini tənqidi surətdə, demək

olar, heç təhlil etmədən öz tədqiqatlarının səhifələrinə köçürmüşlər.

Bu alimlərin heç biri xürrəmilərin və Babəkin tarixdə dərin iz

buraxdığını inkar etməsə də, ənənəyə uyaraq xürrəmiləri və Babəki

bədnam etməkdən çəkinməmişdi. Onlardan bəzisi, sanki Babəklə

şəxsi ədavəti olan bir adam kimi, açıq-aşkar onu "quldur və nihilist"

1

,

"lovğa və təkəbbürlü adam"



2

,"məşhur soyğunçu və quldur"

3

adlandırır. Başqaları isə özlərini Xilafət dövrünün adamı və



hadisələrin sanki canlı  şahidi hesab edərək, Azərbaycan

xürrəmilərinin başçısını "qorxunc bidətçi və qiyamçı"

4

, "təriqətçi və



mehdi"

5

, "üsyançı"



6

, "böyük bidətçi"

7

 deyə qələmə verir.



1

Ameer Ali. A.Short History of the Saracens. London, 1834, p.271.

2

M.Chamich. History of Armenia, v. I, Calcutta, 1927, p. 400.



3

W.Muir. The Caliphate, its Rise, Decline and Fall, Edinburg, 1924,

p.504.

4

W.C.Taylor. The History of Mohammedanİsm and its sects. London,



1839, p.203

5

Я.А.Манандян. Народные  восстания  в  Армении  против  арабского



владычества. Ереван, 1939, стр. 21

6

Ph. Hitti. History of the Arabs. London, 1937; 1957, p.323.



7

 Edw. A.Browne. Literary History of Persia. London, 1929, p.323.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə