Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə24/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   20   21   22   23   24   25   26   27   ...   156

73

Bu cür gil parçalarının tapıldığı yer bir tək Mingəçevir

deyildir. İ.M.Cəfərzadənin qədim Gəncədə qazıntı zamanı tapdığı

saxsı qırığının üst tərəfində qabarıq şəkildə ştamplanmış yazı vardır

ki (hələ oxunmamışdır), bunun hərfləri "erməni, gürcü, bəlkə də

alban əlifbasının hərflərini xatırladır"

1

.

A.Q.Şanidzenin göstərdiyi kimi, alban yazısı məsələsini



aydınlaşdırmaq üçün, Azərbaycan ərazisində bir çox məbəd binası

xərabələrini yoxlamaq lazımdır. Lakin alban əlifbasının varlığı şübhə

doğurmur.

V əsrdə Arranda məktəblər var idi və burada uşaqlar

oxuyurdular. Məsələn, "Ağvan tarixi"ndə belə bir məlumat vardır:

"[padşah] Vaçaqan əmr etdi ki, cadugərlərin, sehrbazların, bütpərəst

kahinlərin, ağlayanların uşaqlarını yığıb məktəbə göndərsinlər və

orada onlara dini ayinləri öyrətsinlər. O, oğlanlara əmr etdi ki, hamı

birlikdə onun Rustak kəndinə toplansınlar. Onlar üçün təqaüd ayırıb

məktəb müdiri təyin etdi və xristianlığı öyrənməyi onlara əmr etdi

2

.

O, kəndlərə gələndə, tez-tez məktəblərə gedər, sehrbaz və bütpərəst



kahinlərin uşaqlarını öz ətrafına toplayar, onu əhatə edən camaatın

içərisində bəziləri əllərində kitab, başqaları isə yazı lövhəsi tutub

dayananlara əmr edərdi ki, ucadan bir-birinə oxusunlar və belə

hallarda o qədər sevinərdi ki, böyük bir xəzinə tapsa, o qədər sevinə

bilməzdi"

3

. Bu məktəblərdə rahiblər “maaşla”



4

 dərs verirdilər, yəni

ruhanilər maarifçi rolu oynayırdılar.

E.Ağayanın alban təqviminə

5

 aid  tədqiqatı göstərir  ki,



albanların öz tarix hesabı var idi.

Mingəçevirdəki qazıntı zamanı tapılan alban əlifbası parçaları

təsdiq edir ki, V-VII əsrlərdə Arranın öz yerli yazısı var idi və bu

Mingəçevirdə orta əsr ibadətgahı, səh. 92; А.Л.Монгайм. Археология  в  СССР,

стр. 248.

1

 İ.M.Cəfərzadə. Qədim Gəncənin tarixi-arxeoloji oçerki, səh. 30-31.



2

K.P.Patkanovun tərcüməsində yoxdur.

3

История Агван, стр. 38/29-30.



4

Yenə orada, səh. 55/43.

5

Э.Агаян. Албанские  названия  месяцев "Изв. АН  Арм. ССР", 1946,



Ns5.


74

yazı ölkədə  ərəb hökmranlığı hələ qurulmazdan əvvəl mövcud

olmuşdur. Belə güman etmək olar ki, Arranda yazılı mənbələr və

ədəbiyyat xəlifə  Əbd ül-Malikin (685-705) hökmranlığı dövründən

başlayaraq məhv edilmiş və ya sıxışdırılıb aradan çıxarılmışdır

1

.



Divanxanalar ərəb dilinə keçdi, alban yazısı, habelə fars və Xarəzm

yazıları, əhali içərisində savadlı təbəqələrin azlığı və qriqoryan

kilsəsinin təzyiqi üzündən sıxışdırılıb unuduldu və təbii olaraq məhv

oldu. Erməni dili alban dilini əvəz etdi

2

.

VII əsrdə "Ağvan tarixi"nin tərtib edilməsi başlandı



3

; burada


xalq yaradıcılığı nümunəsinə də təsadüf edilir ki, bu da "Böyük

knyaz Cavanşirin ölümü"

4

münasibəti ilə şair Davtakın şeirlə yazdığı



ağı və "yaşadığımız günlərədək mühafızə olunub qalan yeganə qədim

poemadır"

5

.

Yuxarıda qeyd edildiyi kimi, Sasanilər imperiyasının bir



hissəsi (əyaləti) olan Cənubi Azərbaycan ərəblər tərəfındən işğal

edildikdən sonra, Xilafətin digər əyalətlərində olduğu kimi,

xəlifələrin canişinləri vasitəsi ilə idarə olunurdu; Arranda isə

ərəblərin hücumu ərəfəsində Mehranilər nəslinə mənsub hökmdarlar

var idi və bunlar yalnız quru adları olsa da, uzun müddət ərzində,

VIII əsrin əvvəlinədək bütün ölkəni və ya onun bir hissəsini idarə

edirdilər.

Mehranilər nəslinin yüksəlməsi VI əsrin axırına və VII əsrin

əvvəllərinə təsadüf edir. Orta əsrlərdəki müəlliflərin dediyinə görə,

Mehranilər sülaləsinin banisi olan Mehran Sasani şahı II Xosrovun

qohumu idi. Öz atası IV Hürmüzün (579-590)

6

 qatillərinə divan tutan



1

История Агван, стр. 238-246/189-198; Киракос Гандзакеци, стр. 101.

2

 Е.А.Пахомов. Краткий курс истории Азербайджана, стр. 15



3

З.И.Ямпольский. К  изучению  Летописи  Кавказской  Албании, стр.

149-159.

4

История древнеармянской литературы, стр. 311-313.



5

История  Агван, стр. 182-184/145-148; З.М.Буниятов. Еще  раз  о

неизданных страницах "Истории Агван".

6

IV Hürmüz ilə onun qohumları Vindo, Vistəhm və Bəhram Çubin



arasında və sonralar Hürmüzün oğlu II Xosrov arasındakı mübarizə haqqında bax :


75

tutan Xosrovun intiqamından canını qurtarmağa çalışıb "Xosrovla

qohum olan Mehran

1

 qaçıb Albaniyaya getmiş və özü ilə 30000-ə



yaxın ailə aparmışdı. O, Uti vilayətinə gəlib böyük Partav şəhərinin

yaxınlığında dayanmışdı və istəyirdi xəzərlərin torpağına gedib bu

düşmənlərə [İranın düşmənlərinə] qoşulsun"

2

.



Xosrov isə yəqin başa düşmüşdü ki, Mehran xəzərlərlə

birləşsə, böyük bir təhlükə olacaqdır, buna görə də

M.Kalankatuklunun dediyinə  əsasən, Xosrov İranın adlı-sanlı

əyanlarının təzyiqi ilə Mehrana aşağıdakı məzmunda bir məktub

göndərir: "Qardaşım, mənim, sadiq qardaşım (həzərat)! Düşmən olub

məndən uzaqlaşma. Əgər mənimlə bir yerdə yaşamağa xoşun

gəlmirsə, bu məktub sənə çatanda nə qədər yol getmişsənsə, ölkədə

[Albaniyada] yaşamaq üçün özün bir o qədər torpaq götür"

3

.

M.Kalankatuklunun dediyinə görə, Xosrovun qasidi elə bir



yerdə Mehrana çatmışdı ki, orada o, Mehravan şəhəri salmışdı. Sonra

Mehran Girdiman vilayətindən şimala getdi, onun 12 hakimini (yerli

knyazları - Z.B.) hiylə ilə öz yanına çağırdı və qılıncdan keçirib

ölkəyə sahib oldu"

4

.

Feofan, səh. 263-266; F.Simokatta, səh. 155, Sebeos, səh. 29-37; Artsruni, səh. 86;



ət-Təbəri, I, 889-944; əd-Dinəvəri, səh. 85-89.

1

Alban Mehraniləri sülaləsinin banisi zənn edilən bu Mehran, Sebeosun



Mehran Mehrevandəki (səh. 28-31) deyilmi, yəni Mehranın nəslindən olub I

Xosrovun dövründə yaşayan və 572-ci ildə Vardan Mamikonyan ilə vuruşan

Bəhram Mehrevantək Çubinin qohumu deyilmi (Bax: ət-Təbəri, I, 1000; əd-

Dinəvəri, səh, 91-96). Əgər belədirsə, onda M.Kalankatuklu II Xosrovu I Xosrov

ilə qarışdırmışdır. Kalankatuklu belə zənn edir ki, Mehran Sasani nəslindəndir və

bunu bir neçə yerdə təsdiq edir.

2

История Агван, стр. 136/108.



3

Yenə orada. Mehranilər İran monarxiyasının yeddi böyük nəslindən biri

idi. (A.Chiristensen. Göstərilən əsəri, p. 103-110). Bu nəslin nümayəndələrinin

ehtimal ki, Azərbaycanın cənubunda torpaqları var idi. (Müqayisə et: Н.Адонц.

Армения в эпоху Юстиниана, стр. 440). Onlar Mehranilər sülaləsi olaraq alban

Əşkanilərinin yerini tutdular.

4

Yenə orada, səh. 136/108.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə