Azərbaycan VII-IX əsrləRDƏ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə17/156
tarix01.08.2018
ölçüsü2,81 Mb.
#60576
1   ...   13   14   15   16   17   18   19   20   ...   156

52

(Araz - Z.B.) adı ilə məşhur olan çayla Şirvan arasında olan [bütün

torpaqları] tutdu"

1

.



Bundan sonra I Qubad özü Arrana gəldi, burada Beyləqan,

Bərdə, Qəbələ

2

, Dərbənd və  Şəki şəhərlərini salıb möhkəmləndirdi.



Bu məlumat ilk dövrlərin ən yaxşı və mötəbər məxəzlərindən biri

hesab olunan Bəlazuridən (əl-Bəlazuridən) götürülmüşdür. Qubad

Şirvandan tutmuş Bablan adlanan keçidə qədər çiy kərpicdən hasar

çəkməyə başladı. Bu hasarın tikintisini Qubadın oğlu I Xosrov

Ənuşirəvan (531-578) başa çatdırdı və daha şimala doğru Bab əl-

Əbvab


3

şəhərini möhkəmləndirdi, zira o belə hesab edirdi ki,

Zaqafqaziyada hökmranlığın təmini öz imperiyasının rahatlığı üçün

birinci şərtdir.

Xəzərlərin Zaqafqaziyaya soxulması haqqında Yəqubidə (əl-

Yəqubidə) gözəl məlumat vardır: "Xəzərlər bütün Arminiya

torpaqlarını tutanlara deyilir"

4

. Onlara xaqan adlanan padşah başçılıq



edir. Onun Arran, Curzan, Basfurcan'

5

 və Sisican üzərində Yəzid



Balaş adlı canişini vardır. Bu əyalətlər dördüncü Arminiya adlanır ki,

vaxtilə  İran şahı Qubad tərəfindən işğal edilmiş və Bab əl-Lanadək

1

Əl-Bəlazuri, səh. 194, İbn Xordadbeh 122: “Провинции  Аран,



Джурзак  и  Сисаджан  в  Хазарском  йарстве"; İbn əl-Əsir, I, səh. 319;

J.H.Kramers. The Military Colonization of the Caucasus and Armenia under the

Sasanides. BSOS, VIII, 2-3, 1936, p. 611; D.M.Dunlop. The History of the Jewich

Khazars, Prinseton, 1954, p. 20.

2

Əl-Bəlazuri, səh. 194-195. Qəbələyə gəldikdə, bu şəhər antik tarixçilərinə



görə hələ b.e.I əsrində müvcud idi. Bax: Plniy, 6, 29. "Cabala" Птоломей.

3

Əl-Bəlazuri, səh. 194; İbn əl-Əsir, I, 319; История  епископа  Себеоса,



стр. 30;Е.А.Пахомов. Пехлевийские  надписи  Дербенда, стр. 3-22;

П.С.Нюберг. Материалы по истолкованию пехлевийских надписей Дербенда,

стр. 26-32; С.Баратов. История  Грузии, тетради II-III, стр. 55; E.A.Пахомов.

Краткий курс истории Азербайджана, стр. 12; М.М.Дьяконов. Очерк истории

древнего Ирана, стр. 307, 314.

4

Əl-Yəqubi "Arminiya" deyəndə  ərəblərin Əməvilər xilafətinə (dördüncü)



bir canişinlik kimi daxil etdikləri bütün Zaqafqaziya ölkələrini nəzərdə tutur.

5

B a s f u r c a n - "Arranda bir vilayətdir. Paytaxtı Naşava, ona Naxçıvan



da deyilir", Yaqut, I, 624,


53

min fərsəx

1

 uzanıb üç yüz altmış  şəhəri olan bu ərazi [onun oğlu]



Ənuşirəvana keçmişdir". İran şahı Bab əl-Əbvab, Babasaran və

Balancarı  tutdu.  0,  Kaliqala  şəhərini  və  bir  çox  başqa  şəhərlər  saldı

və bunlarda iranlıları yerləşdirdi. Sonra xəzərlər, vaxtilə iranlıların

onlardan [xəzərlərdən] aldıqları torpaqları yenidən iranlılardan tutub

aldılar və [bu yerlər] uzun müddət onların əlində qaldı; o vaxta qədər

ki, rumlar (bizanslılar - Z.B.) xəzərləri məğlub edərək, dörd

Arminiya

2

 üzərində padşah təyin etdilər. Beləliklə, aydındır ki,



xəzərlər hələ VI əsrdə (531 -ci ildən gec olmayaraq) Zaqafqaziya

ölkələrinə basqınlar edib çapırdılar, buna görə də I Qubad və Xosrov

Ənuşirəvanın hökmranlığı dövründə xəzərlərin adının çəkilməsi heç

də təsadüfı deyildir.

Ənuşirəvanın öz imperiyasını dörd böyük əyalətə böldüyünü

bildirən Təbəri qeyd edir ki, Azərbaycanın qonşusu "Xəzər ölkəsi

olmuş və bu yeri Sul

3

 adlanan xalq tutmuşdu". Təbərinin dediyinə



görə, xəzərlər Azərbaycana soxulan zaman Ənuşirəvan onlara qalib

gəldi və tutduğu 10 min xəzəri ölkədə yerləşdirdi. Ənuşirəvan

gələcəkdə  şimaldakı cəngavərlər tərəfindən baş verə biləcək

hücumları dəf etmək üçün qalanı Bab əl-Əbvab (Dərbənd) şəhərini

saldı; bu şəhər Çoqa ilə birlikdə  əvvəlcə Sasanilər dövründə  İranın,

1

B i r  f ə r s ə x - 6-7 kilometrdir.



2

Əl-Yəqubi, I, səh. 203-204; Dörd Arminiya bölgüsü 536-cı ilə aiddir.

3

 Əl-Təbəri, I, səh. 896; Ərəb mənbələrindəki "Sul xalqı", "Sul keçidi", "Sul



qapıları", "sərhəd vilayəti Sul", "böyük Sul şəhəri" erməni mənbələrində olan Çoqa

(Çora) adının eynidir. "Ağvan tarixi"ndə adı çəkilən "Çoqa ölkəsi", "Dərbənd

yaxınlığında olan Çoqa şəhəri" indiyədək bəzi tədqiqatçılar tərəfindən Dərbənd

şəhəri ilə eyniləşdirilir. Dərbənddən əvvəl əmələ gəlmiş Çoqa şəhəri Dərbəndin

cənubunda yerləşirdi; bu şəhərin xərabələri indi Torpaqqala adlanır və Belici

dəmiryol stansiyasındadır. Çoqa haqqında bax: А.С.Башкиров. Изучение

памятников  старины  Дагестана; М.Исаков. Исчезнувший  город  в Дагестане;

В.Г.Котович. Дагестан  в III-V вв.; M.İ.Artamonov belə hesab edir ki, sonralar

şəhər Dərbənd adlanmışdır.

Ancaq bu fikir Dağıstan tarixçilərinin və arxeoloqlarının əsərlərində rədd edilir. B

a x: Р.Магомедов. История Дагестана, стр. 70; J.Marquart. Eransahr. p, 96-100,

102.



54

sonralar isə  Ərəb xilafətinin şimal sərhədlərində güclü bir istehkam

idi

1

.



"Ağvan tarixi"nin müəllifı yazır ki, Dərbənd istehkamları və

qalasını tikmək üçün "İran şahları ölkəmizi (Arranı -Z.B.) taqətdən

saldılar; bu qəribə binanı tikmək üçün memarları səfərbərliyə alan və

çoxlu müxtəlif material axtarıb tapan İran şahları həmin tikinti,

vasitəsi ilə Qafqaz dağı ilə  Şərq (Xəzər) dənizi arasındakı keçidləri

qapalı saxlayırdılar"

2

.

Ənuşirəvanın müqabil hərəkətlərindən bəhs edən Təbərinin



bu barədə göstərdiyi faktlar yalnız xəzərlər 553-cü ildə Arrana

(Albaniyaya) hücum edərək və kəndləri yandırıb dağıdandan və xalqı

əsir edib aparandan sonra baş verdi. Arran katolikosu Abas (551 -

595) xəzərlərin tez-tez etdiyi basqınlar nəticəsində daha Çoqa

şəhərində qala bilmədi və öz iqamətgahını Arranın mərkəz şəhəri və

paytaxtı olmuş Bərdə  şəhərinə köçürdü. Moisey Kalankatuklu belə

yazır: "Albaniya ölkəsi xəzərlər tərəfindən tutulmuş, kilsələr və

müqəddəs kitablar yandırılmışdı. Şahənşah Xosrovun (Ənuşirəvanın

533-cü il - Z.B.) ikinci ilində erməni tarixinin əsası qoyulduğu zaman

[552] Albaniya patriarxlığının taxtı Çoqa şəhərindən Partav

paytaxtına köçürüldü, çünki İsa xaçı düşmənlərinin (yəni xəzərləri-

Z.B.) qarətçi basqınlarının ardı-arası kəsilmirdi"

3

.



1

Əl-Təbəri, I, səh. 894-895; История  епископа  Себеоса, стр. 30;

Dərbəndin şimal divarında pəhləvi yazıları vardır. Bu yazılar sübut edir ki, qalanın

tikintisinə vergiləri yığan və Atrpatakan (Azərbaycan) dövlət tikintisinin başçısı

Barzinş başçılıq edirdi. Dərbənd divarının tikintisi 567-ci ildə qurtarmışdır

(Е.А.Пахомов. К истолко-ванию пехлевийских надписей Дербенда).

2

  История  Агван, стр. 105/83. Об  остатках  укреплений  сасанидского



времени. Bax Е.А.Пахомов. Крупнейшие  памятники 

сасанидской

архитектуры  в  Закавказье, стр. 39, 40-43; И.Л.Щеблыкин. Памятники

Азербайджанского  зодчества  эпохи  Низами, стр. 8; К.В.Тревер. Очерки  по

истории  и  культуре  Кавказской  Алвании. М.-Л., 1959, стр. 271-272;

М.И.Артамонов. История хазар, стр. 117-119.

3

Yenə orada, səh. 90, 280/70,228; ронографическая  история. Mxitarın



atası, vardapet Ayrivanski tərəfindən tərtib edilmişdir, səh. 369; Мхитар  Гош.

Албанская хроника, стр. 9; Т.И.Тер-Григорьян. Азербайджан в III-VII вв., стр.




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə