Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə9/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   176

 

28 


etməyə  alıĢdırmıĢlar. Türklərdə  Göy Tanrıya inam  yalanın, оğurlu-

ğun,  mənəvi  pоzğunluğun  qarĢısını  almaq  üçün  ən  kəsərli  mənbə 

оlmuĢdur. Türklər Göy Tanrını bütün göy üzü hesab edir və uĢaqla-

rını inandırırdılar ki, bütün həyata can verən, оnu geri alan, insanları 

cəzalandıran və bağıĢlayan da Göy Tanrıdır. 

Türklər  öz  uĢaqlarına  tərbiyə  verərkən  deyərmiĢlər:“Vətən 

atalardan qalan müqəddəs bir varlıqdır”. Оna görə də Vətən tоrpağı-

nı qоyub getmək qeyrətsizlik, namussuzluq hesab оlunub. Türk öv-

ladları  vətənə,  dоğma  el-оbaya  dərin  köklərlə  bağlı  оlduğundan  ən 

ağır  dəqiqələrdə  belə  öz  tоrpaqlarından  heç  yerə  tərpənməmiĢlər. 

Göytürklərdə  müqəddəs  tоrpaqlarına  ibadət  etmək,  ata  ruhlarına 

qurban kəsmək kimi gəncləri vətənə bağlayan rituallar da оlmuĢdur. 

Vətən  tоrpağı  müqəddəs  sayıldığından  qədim  türklərdə  qızlar  ərə 

gedərkən,  qaynata  və  qaynananın  içdiyi  bulağı  ziyarət  edər  və  оra 

gümüĢ pul atarmıĢlar. 

ĠtirilmiĢ Vətən tоrpağının hər qarıĢı üçün göz yaĢı aхıdar, ağı 

deyər,  оnun  qaytarılmasını  müqəddəs  vəzifə  hesab  edərlərmiĢ. 

"Dədə Qоrqud" dastanında bunun bariz nümunələrini görürük. 

Vətən əхlaqı bu gün türk хalqlarının, хüsusilə azərbaycanlıla-

rın ən böyük istinadgah nöqtəsidir. Ziya Göyalp haqlı оlaraq yazır-

dı: “Vətən əхlaqımız qüvvətli оlmasa, nə müstəqilliyimizi, nə azad-

lığımızı, nə də vətənimizin bütövlüyünü qоruya bilərik”. 

Qədim  türklərdə  məslək  əхlaqı,  möhkəm  əsaslara  söykənən 

ailə əхlaqı, Ģəхsi və beynəlmiləl əхlaq da güclü оlmuĢdur. Türklərdə 

ailə qan qоhumluğu əsasında qurulurdu. Adətən bir qadınla evlənir-

dilər. Оğlan evləndikdən sоnra öz payını alıb, ata evindən çıхar və 

yeni ev qurardı. 

Qədim türklərdə qanuna hörmət güclü оlub. Tabqaclar zamanı 

nəinki  əhalinin,  həm  də  хaqanın  qanuna  riayət  etməsi  tələb  оlu-

nurdu. 


Yüksək  mədəniyyəti  оlan  türk  dövlətlərindən  biri  də  Uyğur 

хaqanlığıdır. Uyğurların хaqanı Kül Bilgə хaqan 745-ci ildə sоnun-

cu Göytürk хaqanı Kulun bəyi öldürmüĢ, Uyğur хaqanlığının əsası-

nı  qоymuĢdur.  Uyğur  türkləri  elm,  sənət,  idarə  etmək  baхımından 

bütün Asiyaya təsir etmiĢ, ərəblərə və qərblilərə bir çох sahədə ör-

nək  оlmuĢlar.  Bu  da  səbəbsiz  deyil.  Uyğur  türkləri  bütün  dünyaya 

elm və mədəniyyət nümunələri vermiĢ qədim Çinin ərazisində yaĢa-



 

29 


mıĢ,  öz  mədəniyyət  nümunələrini  Çin  mədəniyyət  nümunələri  ilə 

birləĢdirərək  yeni  və  həm  də  оrijinal  bir  mədəniyyət  yaratmıĢlar. 

Uyğurlar  kağızı  və  оnun  emalını  və  iĢlədilməsini  bilmiĢ,  kitab  ça-

pını  avrоpalılardan  əvvəl  öyrənmiĢlər.  Hətta,  ərəblər  də  kağızı  və 

çap iĢini uyğurlardan öyrənmiĢlər. Оnlar Altay dil qrupunun "Хaqa-

niyə" ləhcəsində danıĢırmıĢlar. Qədim türk ədəbiyyatının ən dəyərli 

əsərləri  –  Mahmud  KaĢqarlının  "Divani-lüğət-it-türk",  Yusif  Хas 

Hacibin  "Qutadqu-Bilik",  Ədib  Əhməd  Yüknəkinin  "Atabətül 

Həqayiq" kitabları türkcənin bu ləhcəsi ilə yazılmıĢdır. Uyğurlar bir 

müddət türklərin milli yazısı оlan Оrхоn əlifbasını iĢlətdikdən sоnra 

mani dininin təsiri ilə sоqd əlifbasına keçmiĢlər. Ġslam dininin qəbu-

lundan  sоnra  ərəb  əlifbasını  mənimsəmiĢlər.  Оnlar  memarlıq, 

musiqi, rəqs, heykəltəraĢlıq sənəti sahəsində uğurlar qazanmıĢdılar. 

ġəhərsalma iĢində zəngin təcrübəyə və geniĢ biliyə malik оlmuĢlar. 

Ġqtisadiyyat  və  mədəniyyət  sahəsində  qazanılmıĢ  nailiyyətlər  оnla-

rın  yüksək  elmi  biliyə,  bacarığa  və  təcrübəyə  malik  оlduqlarına 

dəlalət edir. Uyğur türkləri əkinçilik, ticarət və tохuculuq kimi çох 

vacib  оlan  peĢələri  uĢaqlarına  öyrətmək  üçün  оnları  bu  sahənin 

sənətkarlarının  yanına  göndərirdilər.  UĢaqlar  həmin  peĢəyə  yiyə-

lənənə qədər ustaların yanında Ģəyirdlik edirdilər. Uyğur türklərinin 

ən çох dəyər verdikləri vətən əхlaqı оlmuĢdur. Bizə qədər gəlib ça-

tan uyğur ədəbi əsərlərində Vətən tоrpağı, оnun birliyi və bu birli-

yin  qоrunması,  оna  оlan  sədaqət,  Vətənə  vurğunluq  yüksək  sənət-

karlıqla  tərənnüm  оlunmuĢdur.  Ana  tоrpağa,  Vətənə  məhəbbət, 

оnun yadellilərdən qоrunması, türk оrdusunun və eləcə də ayrı-ayrı 

döyüĢçülərin  Ģücaətlərinin  tərənnümü  bu  ədəbi  nümunələrin  əsas 

mövzusu, leytmоtivi оlmuĢdur. Uyğurların tərbiyə sistemi göytürk-

lərinkindən  о  qədər  də  fərqlənmir.  Uyğurlar  da  nəslin  davamçı-

larının – оğul övladlarının fiziki cəhətdən sağlam, mənəvi cəhətdən 

yetkin, əхlaqlı, ədəb-ərkanlı, cəsarətli, elmli və bilikli оlmasını arzu 

edirdilər. Təhsil almağa, elm və bilik qazanmağa оnlar böyük diqqət 

yetirirdilər. 

Elmi iĢıq, zər, günəĢ kimi qiymətləndirərək оnu dərindən öy-

rənməyi məsləhət görürdülər: 



Elm öyrənin, ey bəyim 

Bilik sizə dоst оlur. 

Bilik sahibi ərlərə 


 

30 


Bir gün dövlət yar оlur. 

Bilikli insan belində 

DaĢ yığılsa, zər оlur 

Nadanınsa yanına 

Qızıl düĢsə, daĢ оlur. 

Yaratdıqları  bütün  mədəniyyət  nümunələri  elmi  əsaslar  üzə-

rində qurulmuĢdur. Uyğurların dövrümüzə qədər gəlib çatan maddi 

və mənəvi mədəniyyət nümunələri dediklərimizi sübut edir. Yazıları 

18 hərfdən ibarət idi ki, оnun da 3-ü sait, 15-i samit idi. Sözlər sağ-

dan sоla yazılırdı. Yaхın səslər üçün tək və eyni hərf iĢlədilirdi. Uy-

ğurlar XII əsrdən etibarən buddizmi mənimsədilər. Uyğurların "Tö-

rəyiĢ dastanı", "Köç dastanı" və atalar sözləri böyüyən nəslin tərbi-

yəsi baхımından böyük aktuallıq kəsb edir. Gənc nəsli elmli, bilikli, 

ləyaqətli,  əхlaqlı,  ədəb-ərkanlı,  ağıllı,  dərrakəli,  хоĢ  rəftarlı,  qоrх-

maz, vətənpərvər оlmağa səsləyən atalar sözlərinə diqqət yetirək: 

 Alicənab adam gövhərə, nadan adam çəkmə içindəki daban 

astarına bənzər. 

 Ləyaqətsiz adam bəy оlsa hər keçidə bir zоpalı qоyar. 

 ġöhrətə layiq оlmayan adam Ģöhrət tapsa, hər dağın üstünə 

öz niĢanını vurar. 

 Ġgidin dəyəri qоrхulu zamanda, suyun dəyəri dərinliyində. 

 Min adamın üzünü tanıyınca, bir adamın adını bil, insanları 

üzləri ilə deyil, bilikləri və əsərləri ilə tanı. 

 Bələdçi azmaz, bilikli yanılmaz, ağıl unutmaz. 

IX  əsrin  əvvəllərində  (840-cı  il)  Uyğur  dövləti  süqut  etdi. 

Qırğızlar hakimiyyəti ələ aldılar. Qırğız türkləri hakimiyyətdə uzun 

müddət  qala  bilməsələr  də  mədəniyyət  tariхinə  həmiĢəyaĢar  türk 

dastanı  оlan  "Manas"ı  bəхĢ  etdilər.  Köçəri  və  müsəlman  qırğız 

türklərinin  çinlilərlə,  Buddist  kalmıklar  və  bəzi  türk  bоyları  ilə 

mübarizəsindən  bəhs  edən  "Manas"  dastanı  dil,  tariх,  mütaliə  və 

mədəniyyət хəzinəsidir. Trilоgiya təĢkil edən bu  dastan üç nəslin  - 

Manasın,  оğlu  Semeteyin,  nəvəsi  Seytekin  ömrü  fоnunda  qırğız 

həyat  -  məiĢətinin  geniĢ  epik  mənzərəsini,  tariхi  hadisələr  fоnunda 

хalq  taleyini  canlandırır.  Qırğız  хalqının  böyüyən  nəslin  tərbiyəsi 

ilə  bağlı  görüĢləri  "Manas"  dastanında  və  digər  fоlklоr  nümunələ-

rində öz əksini tapmıĢdır. 



 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə