Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə6/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

 

19 


əsas kriteriyalarından biri də onların yaxĢı təlim alması və tərbiyəli 

olması  hesab  olunurdu.  Qədim  Misirdə  ailə  tərbiyəsi  və  təlimi  qa-

dınla kiĢi arasında qarĢılıqlı münasibətlərin xarakterini əks etdirirdi. 

Bu  qarĢılıqlı  münasibətlər  bərabər-hüquqlu  əsaslar  üzərində  quru-

lurdu. Qədim Misirlilər heroqlifləri  daĢ,  ağac, dəri, heyvan sümük-

ləri üzərində  yazırdılar. Sonralar papirus əsas  yazı materialına çev-

rildi. Papirusların üzərində heroqliflər yazılırdı. Bu heratik yazı ad-

lanırdı.  Heratika  vasitəsi  ilə  ədəbi  və  elmi  əsərlər  tərtib  olunurdu. 

Tərbiyənin baĢlıca vəzifəsi uĢaqları axirət dünyasına hazırlamaqdan 

ibarət  idi.  ġagirddən  hər  Ģeydən  əvvəl  dinləmək,  düĢünmək  tələb 

olunurdu. Təlimin məqsədi peĢələrə hazırlıq idi ki, bununla ənənəvi 

olaraq ailə üzvləri məĢğul olurdular. Tacirlər, sənətkarlar, musiqiçi-

lər  öz  sənətlərini  uĢaqlarına  öyrədirdilər.  Misirdə  ilk  məktəb  b.e.ə. 

III minillikdə fironların yanında yaranmıĢdır 

Qədim Misirdə yüksək təhsil verən müəssisələr də var idi bu-

na Həyat məktəbi deyilirdi. Tədris müəssisələrində kanalların çəkil-

məsi,  məbədlərin,  piramidaların  tikintisi,  məhsulun  miqdarının 

müəyyənləĢdirilməsi üçün hesablama iĢləri aparmaq, xüsusilə Nilin 

daĢmasını  proqnozlaĢdırmaq  məqsədilə  istifadə  edilən  astronomik 

hesablamalar üçün zəruri olan biliklər öyrədilirdi. 



Qədim Çində həm ibtidai, həm də yuxarı dərəcəli dini səciy-

yəli fəlsəfi məktəblər olmuĢdur. Çində ilk məktəblər b.e.ə. III minil-

likdə meydana gəlmiĢdir. Onlar syan (yaĢlıların gəncləri öyrətdiklə-

ri yer) və syuy (gənclərin silah iĢlətməyi öyrəndikləri yer) adlanırdı. 

Çində təlimin əsas məqsədi heroqlif yazının öyrədilməsindən ibarət 

idi. Tərbiyənin əsas yeri ailə ənənələri tutur, hər bir ailədə həyat əsr-

lər  boyu  formalaĢmıĢ  adət  və  təsəvvürlərin  təsiri  ilə  davam  edirdi. 

Belə hesab edirdilər ki, hər bir evin öz himayədarı var. Çində əsrlər 

boyu  bilikli,  nəzakətli,  özünü  dərk  edən,  qəlbində  sülh  və  harmo-

niya yaratmağı bacaran insan təbiyəsini nəzərdə tutan pedaqoji ideal 

formalaĢmıĢdır.  Təvazökarlıq,  böyüyə  hörmət,  müəllimə  itaət  yük-

sək mənəvi dəyərlər kimi təbliğ edilirdi. Həmin məktəblərdə böyük 

yazıçıların  və  Ģairlərin  əsərləri,  əxlaq  və  fəlsəfə,  bəzən  də  nücum 

elmi  öyrədilirdi.  Qədim  Çində  yüksək  mədəniyyət  və  xüsusilə  he-

roqlif  yazıları  öz  təsirini  qonĢu  xalqlara,  I  növbədə  Hindistana  , 

Misirə və baĢqa ölkələrə də göstərmiĢdir. 



Qədim  Hindistan  tarixi  iki  əsas  dövrə  bölünür:  dravidari  və 


 

20 


buddizm.  Burada  b.e.ə.  III  minillikdə  mövcud  olmuĢ  mədəniyyəti 

protodravit və dravidlər yaratmıĢlar. Məktəb təhsili o dövrün mədə-

niyyət mərkəzi olan Harappa Ģəhərində meydana gəlmiĢdir. Burada 

təhsil haqqında ən qədim sənəd (upaniĢadlar) b.e.ə. VIII-VII əsrlərə 

aid  edilən  müqəddəs  nəsihətlər  hesab  olunur.  Hindlilərin  qədim 

eposu  olan  “Mahabharata”  dastanında  kriĢna  cəsur  döyüĢçü  kimi 

təsvir  olunur,  xeyir  naminə  ədalətli  döyüĢ  aparır,  hərbi  bacarıq  və 

qabiliyyət  nümayiĢ  etdirir.  Digər  qəhrəman  Rama  da  KriĢna  kimi 

ideal tərbiyənin daĢıyıcısıdır. O, alimlikdə, tərbiyədə və müdriklik-

də  hamını  ötüb  keçmiĢdir.  HəmiĢə  yaxĢılıq  edərək  heç  vaxt 

lovğalanmaz, baĢqalarında nöqsan axtarmazdı. Bhaqavadqita (b.e.ə. 

I  minillik)  qədim  hindlilərin  müqəddəs,  eyni  zamanda  tədris  kitabı 

idi.  Bu  kitabda  tərbiyə  və  təhsilin  məzmunu  ilə  bağlı  nümunələr 

verilirdi.  Bu  kitab  müdrik  müəllimin  öz  Ģagirdi  ilə  söhbəti  forma-

sında  yazılmıĢdır.  Burda  müəllimlərin  evində  təlim  qaydası  çox 

hallarda  ailə  münasibətləri  tipində  qurulurdu:  Ģagird  ailənin  üzvü 

hesab  edilirdi,  təhsil  almaqla  yanaĢı,  birgəyaĢayıĢ  qaydalarını  da 

mənimsəyirdi. Tədris məĢğələləri keçmək üçün xüsusi bina yox idi. 

Təlim açıq havada keçirilirdi. Müəllimin evi - qurukula təlim almaq 

üçün ən münasib yer idi. Sonralar ailə məktəbləri yarandı ki, burada 

gənclərə Ģihafi yolla bilik verilirdi. ġagirdlər veda mətnləri dinləyir, 

əzbərləyir  və  təhlil  edirdilər.  Təlim  səs-heca  üsulu  ilə  aparılırdı. 

Hindistanda  palma  yarpaqları  üzərinə  yazırdılar  ki,  bunları  da  çox 

az  müddət  saxlamaq  mümkün  idi.  Ona  görə  də  yazıya  nisbətən 

Ģifahi  sözə daha çox üstünlük  verilirdi.  ġifahi  Ģərh biliklərin veril-

məsində  daha  etibarlı  üsul  hesab  olunurdu.  Vedaların  əsas  hissəsi 

arxaik  dildə  səslənirdi.  Buna  görə  də  təlim  fənləri  sırasında  qram-

matika, fonetika və etimologiya xüsusi yer tuturdu. ġagirdlərin vəzi-

fələri təkcə vedaları əzbərləməklə bitmirdi, onlar ev iĢlərinə kömək 

etməli, pəhriz saxlamalı, nəfslərini boğmalı idilər. 

Tərbiyənin  və  məktəb  təhsilinin  inkiĢafında  buddizmin  mü-

hüm  rolu  olmuĢdur.  Buddizm  təliminin  əsasını  4  “nəcib  həqiqət” 

təĢkil  edirdi.  1)  Həyat  özü  Ģərdir,  çünki  əzab-əziyyətlə  doludur;     

2) əzab-əziyyət səbəbsiz deyil, bu kef çəkmək, hakimiyyətə, ağalığa 

və var-dövlətə sahib olmaq arzusundan doğur; 3) Əzab-əziyyətə son 

qoymaq üçün arzu və nəfsdən imtina etmək lazımdır; 4) Əzab-əziy-

yətə  son  qoymaq  üçün  insan  özünü  mənəvi  cəhətdən  təkmilləĢdir-



 

21 


məli,  pis  hərəkətlərdən  çəkinməli,  arzularını  boğmaq  üçün  daxili 

müvazinətini itirməməli, düz danıĢmalı, yalan və böhtandan imtina 

etməli, pak əməl sahibi olmalıdır. 

Qədim  Hindistanda  mütəĢəkkil  tərbiyə  və  təlim  uzun  bir 

inkiĢaf  yolu  keçmiĢ, təlim  proqramı tədricən praktik həyata  yaxın-

laĢmıĢ, nisbətən sadələĢdirilmiĢ, təhsilə cəlb olunanların sosial dai-

rəsi geniĢlənmiĢdir. Burada elmin müxtəlif sahələri inkiĢaf etmiĢdi. 

Riyazi  biliklər  sahəsində  müəyyən  nailiyyətlər  qazanılmıĢdır.  1-9 

rəqəmlərini hindlilər kəĢf etmiĢ, Pifaqor teoremini bilmiĢlər. 

 

 

2.3. Qədim Türklərdə – Hunlarda  

və Göytürklərdə tərbiyə 

 

Türklər (“Türk” sözünün mənası “güclü”, “möhkəm” demək-

dir) b.e.ə. II minilliyin əvvəllərində Qafqazda, Orta Asiyada, Altay-

Sayan  dağlarının  Ģimali-qərb  bolgəsində,  Yenisey  cayı  boylarında 

yaĢayırdılar. Tarix boyunca bir çox türk dövləti qurulmuĢdur. 

Ġlk türk dövlətlərindən biri Hun imperatorluğu olmuĢdur. Onun 

ən qüdrətli dövrü Mete xaqanın hakimiyyət illərinə təsadüf edir. 

Türklərdə elə, obaya, xalqa bağlılıq yüksək olmuĢdur. Alimlə-

rin  dediyinə  görə  qədim  türklər  –  hunlar  özlərini  “Qun”,  Gün”  ad-

landırmıĢlar  ki,  bu  da  “El-gün”,  “Gün”,  “Xalq”  mənalarında  iĢlən-

miĢdir. 

Eramızdan əvvəl  II  əsrdə meydana gələn hunlar öz qonĢuları 

Çin  səltənətini  və  xüsusilə  Tunqhu  tayfalarını  qorxuya  salmıĢdır. 

Hun dövlətinin ilk baĢçısı Tümen xan olmuĢdur ki, oğlu Mete xan 

209-cu  ildə  onun  yerinə  keçərək  özünü  imperator  adlandırmıĢ  və 

türk  adını  bütün  dünyaya  yaymaq,  türk  gücünü  bütün  aləmə  tanıt-

maq istəmiĢdir. 

Qədim türklər uĢaqlarını 3 inam üzərində tərbiyə edirdilər: təbi-

ət qüvvələrinə inam;  at kultu; Göy  Tanrıya inam  (Göy  Allahı).  De-

məli türklərdə təkallahlılıq islamdan çox əvvəl mövcud olmuĢdur. 

Qədim türklərin orijinal, zəngin, bitgin tərbiyə sistemi olmuĢ-

dur. Görkəmli türkoloq alim Ziya Göyalp yazırdı: “ Yunanlar esteti-

kada, romalılar hüquqda, israillilər və ərəblər dində, fransızlar ədə-



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə