Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə5/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

 

15 


 

 

 

II fəsil 

 

QƏDİM VƏ ORTA ƏSR SİVİLİZASİYALARINDA 

TƏRBİYƏ VƏ TƏHSİL 

 

 

Əhatə olunan məsələlər: 

 

2.1. Qədim Şumerlerdə tərbiyə. 



2.2. Qədim Misir, Çin, Hindistanda tərbiyə və təhsil. 

2.3. Qədim Türklərdə - Hunlarda və Göytürklərdə tərbiyə. 

 

 



 

16 


 

2.1. Qədim Şumerlerdə tərbiyə 

 

Yaxın  və  Uzaq  ġərq  dövlətlərində  məktəb  və  pedaqoji  fikir 



iqtisadi, sosial, mədəni, etnik, coğrafi amillərin təsirilə inkiĢaf edir-

di.  MütəĢəkkil  təlim-tərbiyə  müəssisəsi  olan  məktəb  icma-qəbilə 

quruluĢundan sosial təbəqələrə ayrılmıĢ yeni cəmiyyətin yaranması-

nın obyektiv nəticəsi idi. Təхminən b.e.ə. III minillikdən baĢlayaraq 

infоrmasiyanın ötürülməsinin əsas üsulları kimi nitq və piktоqrafik 

(piktоs – Ģəkil, qrafо – yazı deməkdir) yazı qismən miхi və herоqlif 

yazıları  ilə  əvəz  оlundu.  Yazının  yaranması  və  inkiĢafı  məktəbin 

genezisinin ən mühüm amili oldu. Yazı sistemi ġumer mixi yazıları, 

Misir  və  Cin  heroqliflərinin  simasında  daha  da  mürəkkəbləĢdiyin-

dən xüsusi təlim tələb edirdi. Əqli əməyin fiziki əməkdən ayrılması 

prоsesində yeni peĢə – müəllimlik meydana gəldi. 

Ġlk  tədris  müəssisələrinin  yaranması  üçün  bəĢəriyyət  din 

xadimlərinə  borcludur.  Din  təlim-tərbiyə,  xeyirxah  fikir,  xeyirxah 

danıĢıq və xeyirxah əməl ideyasının daĢıyıcısı idi. Qədim ġərq sivi-

lizasiyasında təlim və tərbiyənin əsas mərkəzi ailə və kilsə idi. Ailə 

cəmiyyəti kifayət qədər oxumağı və yazmağı bacaran adamlarla tə-

min edə bilmədiyindən din xadimləri məktəbləri yaratdılar. Tərbiyə 

tədricən mütəĢəkkil xarakter daĢımağa baĢladı. 

Dünyanın  ən  qədim  mədəniyyətlərindən  biri  olan  ġumer-

akkad  mədəniyyəti  müasir  Ġraq  ərazisində  yerləĢən  Dəclə  və  Fərat 

çaylarının arasındakı vadidə, yunanların Mesopotamiya adlandırdıq-

ları  yerdə  yaranmıĢdır.  ġumer-akkad  mədəniyyəti  qədim  ġərq  mə-

dəniyyətinin bir nümunəsidir. 

B.e.ə.  III  minillikdən  əvvəl  yaranan  və  b.e.  yüzüncü  ilinə 

qədər bir-birini əvəz edən dövlətlər (ġumer, Akkad, Babil, Assuriya 

və  b.)  kifayət  qədər  sabit  və  davamlı  mədəniyyətə  malik  idilər. 

Amerika  alimi  Samuel  Kramer  qədim  mənbələrə  əsaslanaraq  qəti 

hökm verir ki, tarix ġumerdən baĢlanır. Ġlk yazı növləri piktoqrafiya 

və  heroqlif  qədim  Ģərqlilərə  məxsusdur.Amma  onun  bu  hökmünü 

bu gün qəbul etməyənlər də vardır. Bu gün Azərbaycanın qədim və 

tarixi yerlərindən olan Qobustanda, Gəmiqayada, Azıx mağarasında 

və  digər  yerlərdə  ən  qədim  yazı  nümunələrinə  mixi  və  piktoqrafik 




 

17 


iĢarələrə rast gəlinməkdədir. 

ġumerlərdə təhsilin baĢlıca ocağı məktəb idi. Məktəblər təhsil 

verməklə yanaĢı, həm də dəftərxana funksiyasını yerinə yetirirdilər. 

Qədim  yazılı  abidələr  ġumer  Ģəhəri  Urukun  xarabalıqları  arasında 

aĢkar edilmiĢdir. Orada üzləri Ģəkilli yazı ilə örtülmüĢ mindən çox 

gil kitabələr (lövhəciklər) mövcuddur. B.e.ə. III minilliyin ortaların-

da ġumerdə artıq məktəb təhsili mövcud idi. 

ġumer məktəblərində təlimin əsas məqsədi sənət öyrətməkdən 

ibarət idi. Bu məktəblərdə mirzələr hazırlanırdı və mixi yazı sistemi 

və  əsas  riyazi  biliklər  öyrədilirdi.  ġumerdə  təlim  ümumi  və  icbari 

xarakter daĢımırdı və bu məktəblərdə ancaq oğlanlar təhsil alırdılar. 

ġumer  məktəbləri  aĢağıdakı  qaydada  təĢkil  olunmuĢdu:  məktəb 

(edubba) “kitabələr evi” adlanırdı. Məktəbə “kitabələr evinin” atası 

– müəllim baĢcılıq edirdi. Müəllimin köməkçisi “böyük qardaĢ” ad-

lanırdı. 

Təlim  iki  əsas  proqram  əsasında  həyata  keçirilirdi.  Birinci 

proqramda  elm  və  texnikaya,  ikincidə  isə  ədəbiyyata,  yaradıcılıq 

qabiliyyətinin  inkiĢafına  xüsusi  fikir  verilirdi.  “Kitabələr  evi” 

tədricən təkamülə məruz qaldı və onlar mədəni-maarif mərkəzlərinə 

çevrildilər.  ġəhərin  daha  yaxĢı  yerlərində  zikkuratlar  adlanan  bilik 

evi  kompleksləri  yaradılırdı.  Bu  dövrdə  tanınmıĢ  ailələrin  qızları 

üçün  də  edubbalar  (məktəblər)  yaradıldı.  TapılmıĢ  gil  lövhəciklər 

üzərində  yazılmıĢ hekayələrdə 4 min il  əvvəl  tərbiyə haqqında de-

yilmiĢ qiymətli fikirlər vardır. Bu hekayələri S.Kramer pedaqogika 

tarixində ilk nadir sənəd hesab etmiĢdir. 

ġərq xalqlarını ictimai-pedaqoji və fəlsəfi fikrinin inkiĢafında 

dünya ədəbiyyatının ilk Ģah əsəri sayılan “Bilqamıs” dastanı mühüm 

yer  tutur.  Dastan  b.e.ə  III  minillikdə  qədim  ġumer  dilində  Ģifahi 

Ģəkildə yaranmıĢ, II minillikdə akkad dilində gil lövhələrə köçürül-

müĢdür.  Dastan  ġumerlərin  qayda-qanunları,  danıĢıq  mədəniyyəti, 

ata-anaya,  ağsaqqallara,  dosta  hörmət,  əxlaq  normaları  haqqında 

dolğun təsəvvür yaradır. Dastan qəhrəmanı Bilqamıs ən gözəl insani 

keyfiyyətləri özündə birləĢdirmiĢdir. 

ġumerlərin  əхlaq  tərbiyəsi  ilə  bağlı  fikirləri  müdrik  Aхikar 

haqqında  hekayədə  öz  bariz  əksini  tapmıĢdır.  Burada  tərbiyə  ilə 

bağlı yüzdən çох nəsihət verilmiĢdir. Müasir dövrün əхlaq və davra-

nıĢ qaydaları ilə səsləĢən nəsihətlərin bəzilərinə diqqət yetirək: 



 

18 


   Sirri  açma.  Sarayda  eĢitdiyin  hər  bir  söz  qоy  sənin 

qəlbində çürüsün. 

  Sakit danıĢ, səsini ucaldıb səs-küylə danıĢma. Əgər səs-

küylə ev tikmək mümkün оlsaydı, оnda eĢĢək gündə iki ev tikərdi. 

 

ə  daĢ  daĢımaq,  aхmaqla  Ģərab  içməkdən 



yaхĢıdır. 

 

əddindən  artıq  Ģirin  оlma,  yохsa  səni  udarlar. 



Həddindən artıq acı da оlma, yохsa səni atarlar. 

 

əlini оğurluqdan. 



   Ağıllı  adama  qulaq  asmaq,  isti  havada  sərin  su  içməyə 

bənzəyir. 

  Heç kəsə ayağını basmağa imkan vermə, sоnra bоynuna 

minə bilər. 

   Bir  sərçəni  əldə  tutmaq,  min  quĢun  göydə  uçmasından 

sərfəlidir. 

   Nə  zaman  su  yuхarı  aхsa,  quĢ  qanadsız  uçsa,  qarğa 

ağarsa, acı bal kimi Ģirin оlsa, о zaman aхmaq da ağıllanar. 

   Öz  sahibini  tərk  edən  və  sənin  arхanca  gedən  iti  daĢla 

qоv. 


 

ər. 


Göründüyü kimi ġumerdə güclü məktəb sistemi,  yüksək mə-

nəvi  keyfiyyətlər,  ciddi  surətdə  qorunan  əxlaqi-didaktik  normalar, 

bitgin tərbiyə nəzəriyyəsi mövcud olmuĢdur. 

 

 

2.2. Qədim Misir, Çin, Hindistanda tərbiyə və təhsil 

 

Qədim  Misir  yazısı  b.e.ə.  IV  minilliyin  sonunda  meydana 

gəlmiĢdir.  Misir  yazı  növü  piktokrafik  -  yəni,  Ģəkli  yazı  adlanırdı. 

ġəkli  iĢarələr  vasitəsilə  ayrı-ayrı  sözlərin,  anlayıĢ  və  məfhumların 

mənası  verilirdi.  Qədim  Misirdə  məktəb  təhsili  ilə  bağlı  ilk 

məlumatlar b.e.ə. III minilliyə təsadüf edir. Qədim Misirdə məktəb 

və  tərbiyə  iĢi  uĢağı,  yeniyetməni,  gənci  həyata  hazırlamağa,  onları 

yaĢlılar  aləminə  daxil  etməyə  yönəlmiĢdir.  Öz  fikrini  müxtəsər 

söyləyən, taleyin məhrumiyyətlərinə və əzablarına dözməyi bacaran 

insan  qədim  misirlilərin  idealı  hesab  edilirdi.  Belə  ideal  insanların 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə