Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə1/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   176


AZƏRBAYCAN RESPUBLĠKASI TƏHSĠL NAZĠRLĠYĠ 

 

AZƏRBAYCAN MÜƏLLĠMLƏR ĠNSTĠTUTU 

 

 

 

Firədun Nadir oğlu Ġbrahimov 

Rüfət Lətif oğlu Hüseynzadə 

 

 

PEDAQOGĠKA 

 

Dərslik 

 

II cild 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.12.2011- ci il tarixli,  

2062 №-li əmri ilə təsdiq edilmiĢdir.

 

 

 

 

Bakı 2012 



 



“Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!” 



Heydər Əliyev 

 

Kitab Ulu Öndərimiz Heydər Əliyevin - “Mənim ən sevimli 

müəllimim!” – nidası ilə əzizlədiyi görkəmli pedaqoq, ədəbiyyatşünas 

alim, ”İstiqlal” ordenli, Əməkdar müəllim Lətif Hüseynzadənin əziz 

xatirəsinə ithaf olunur. 

 

Elmi redaktor:   Ə.Ə.Ağayev 

Pedaqogika üzrə elmlər doktoru, professor 

 

Rəyçilər:  

Akif Abbasov 

Pedaqogika üzrə elmlər doktoru, professor 

 

Ləzifə Qasımova 



Pedaqogika üzrə elmlər doktoru, professor 

 

Ağahüseyn Həsənov 

Pedaqogika üzrə elmlər doktoru, professor 

 

Mircəfər Həsənov 

Pedaqogika üzrə fəlsəfə doktoru, professor. 

 

Məmmədəli Ağayev 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

 

Firədun  Ġbrahimov,  Rüfət  Hüseynzadə.  PEDAQOGĠKA:  2 

cilddə. II cild. – Bakı: Mütərcim, 2012, s. 

 

Dərslikdə  təhsilin  Bolonya  prosesi,  kredit  sistemi,  yeni  pedaqoji  tex-

nologiyalar, innovasiyalar, fəal və interaktiv təlim metodları, pedaqoji proseslərə 

yanaĢmada  yeni  pedaqoji  təfəkkür  ümumiləĢmiĢ  Ģəkildə  Ģərh  olunur,  müasir 

pedaqoji elmin və son pedaqoji təcrübələrin nailiyyətləri əsasında pedaqogikanın 

nəzəri və praktiki məsələləri geniĢ planda təqdim olunur. 

Dərslik  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  tərəfindən  təsdiq  edil-

miĢ “Pedaqogika” proqramı əsasında hazırlanmıĢ və Bolonya prosesi, kredit sis-

temi üzrə ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulmuĢdur.  

 

 



İ 

026


4702060000

 хх-11  

© F.N.İbrahimov, R.L.Hüseynzadə. 2012 


 

 



 

 

 

 

 

 

TƏRBİYƏ NƏZƏRİYYƏSİ, 

TARİXİ VƏ METODİKASI 

 

 

 


 



 



 

 

I fəsil 

 

TƏRBİYƏ, ONUN MEYDANA GƏLMƏSİ  

VƏ İNKİŞAF DÖVRLƏRİ 

 

Əhatə olunan məsələlər: 

 

1.1. Tərbiyə. 

1.2. İbtidai icma quruluşunda tərbiyə. 

1.3. Antik yunan fəlsəfəsində tərbiyə. 

1.3.1. Sparta tərbiyə sistemi. 

1.3.2. Afina tərbiyə sistemi. 



 


 



 



1.1. Tərbiyə 

 

“Tərbiyə”  sözü  ərəbcə  “əl-tərbiyə”  sözünün  “rəbb”  kökün-

dən əmələ gəlib. O, üç mənanı ifadə edir: “Rəba”-doğru yol göstər-

mək;  “Rəbi”-  bəsləmək,  yetiĢdirmək, böyütmək, tamamlamaq; “ri-



ba”-çoxaltmaq. 

“Rəbb” Allahın 99 adından biri olub. “Quranda”da Allah sö-

zündən sonra ən çox (935) iĢlənən sözdür. Mənası “tərbiyə edən”, 



“nemət verən”, “maddi və mənəvi kamilliyə doğru yönəldən”, “ər-

səyə çatdırma” deməkdir. “Mürəbbi” sözü də “rəbb” kəlməsindən 

əmələ gəlmiĢdir. 



“Ərsəyə çatdırma” dedikdə, uĢağın sərbəst yaĢamaq, öz taleyi 

haqqında düĢünməyi bacarmaq və davranıĢını sərbəst olaraq qaydaya 

salmaq, dünyaya münasibətdə müstəqil dərketmə qabiliyyətinə  yiyə-

lənmək səviyyəsinə çatdırmaq mənası baĢa düĢülür. 

ġəxsiyyətin  təĢəkkül  tapıb  formalaĢmasında  digər  amillərlə 

yanaĢı,  tərbiyə  prosesinin  müstəsna  dərəcədə  böyük  rolu  vardır. 

Peyğəmbərimiz  Həzrəti  Məhəmməd  (s.ə)  buyururdu  ki,  “tərbiyə 

valideynin öz övladına verdiyi ən böyük hədiyyədir”. 

Hər  bir  Ģəxs-istər  uĢaq,  cavan,  istərsə  də  yaĢlı  olsun  daim 

tərbiyəyə  möhtacdır.  Hələ  vaxtilə  ingilis  filosofu  Con  Lokk  göstə-

rirdi ki, insanlar arasında fərqləri məhz tərbiyə yaradır. 

Tərbiyənin əsas qayəsi geniĢ, mütərəqqi dünyagörüĢlü, xeyir-

xah, mədəni, humanist insanlar yetiĢdirməkdir. 

Pedaqoji anlayıĢ kimi tərbiyənin məzmununun üç əlaməti gös-

tərilir: birinci, məqsədyönlülük; ikinci, bəĢəriyyətin tarixi inkiĢafı-

nın  nailiyyətləri olan sosial-mədəni  dəyərlərə müvafiqlik;  üçüncü, 

təĢkil olunan tərbiyəvi təsir sisteminin mövcudluğu. 

Tərbiyə  iĢi  insan  cəmiyyətinin  yarandığı  ilk  dövrlərdən 

meydana  gəlmiĢ,  Ģəхsiyyətin  fоrmalaĢması,  inkiĢafı,  davranıĢı 

prоsesidir”. 

“Tərbiyə yaĢlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübə-

nin  məqsədyönlü,  planlı,  mütəĢəkkil  Ģəkildə  gənc  nəslə  aĢılan-

masıdır” 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə