38
Naxçıvanda tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan
əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı,
iĢarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə
prosesini əks etdirir. Qayaüstü təsvirlərdə rəqs səhnələri o dövrün
estetik zövqünü bildirir, ov səhnələri, örüĢ sahələri, keçi, maral, quĢ,
habelə əmək alətləri dövrün peĢələri olan ovçuluqdan, əkinçilikdən,
maldarlıqdan xəbər verir, at, dəvə, ulaq, araba təsvirləri insanların
istifadə etdikləri nəqliyyat növünü göstərir. GünəĢ, ağac, çay kimi
rəsmlər qədim insanlarımızın inancından xəbər verir, daĢlar üzərin-
də düz xətlə çəkilmiĢ bir neçə xət və ya çox xət Gəmiqayalıların say
anlayıĢından xəbərdar olmalarını bildirir. Gəmiqayalıların bəbir,
canavar, ilan, dəvə kimi rəsmlərin müxtəlif vəziyyətlərdə daĢlara
döymə üsulla böyük məharətlə iĢləmələri bir tərəfdən o dövrün
rəssamlığını, nəqqaĢlığını göstərirsə, digər tərəfdən də Ģübhəsiz in-
sanlara ətraf mühiti, ərazini onun flora və faunasını öyrədir. Gəmi-
qaya rəsmlərində bir atlının baĢ və ayağında geyim olması o dövrün
peĢələrini (toxuculuq, çəkməçilik və s.) təxmin etməyə imkan
yaradır. ġübhəsiz böyüklər də əldə etdiyi bilik və təcrübələri, qazan-
dıqları peĢələri kiçiklərə öyrətmiĢlər və yaxud da kiçiklər böyükləri
müĢahidə etməklə müəyyən bilik, bacarıq və təcrübə əldə etmiĢlər.
Gəmiqayanın ilk tədqiqatçısı akademik Vəli Əliyevin tədqi-
qatlarından məlum olur ki, Gəmiqayada 1500-ə yaxın yazı, rəsm
daĢ və metal alətlərlə döymə, qazma, sürtmə yolu ilə həkk olun-
muĢdur. Onlar aĢağıdakı kimi qruplaĢdırılmıĢdır: 1) Ġnsan rəsmləri;
2) Araba rəsmləri; 3) Heyvan rəsmləri; 4) Müxtəlif mövzulu səhnə-
lər; 5) ĠĢarələr; 6) Qeyri-müəyyən təsvirlər. Gəmiqayalılar nəqliyyat
vasitəsi kimi at, dəvə, ulaq və arabadan istifadə etmiĢ, maldarlıq,
ovçuluq, əkinçiliklə məĢğul olmuĢlar. Buradakı araba rəsmləri
diqqətimizi cəlb edir. Belə ki, qədim tarixi mənbələrdən, “Oğuzna-
mə”lərdən məlum olur ki, arabanı kəĢf edənlər Kanqlı tayfaları ol-
muĢlar: “...Oğuz Kağanın çeriyində bacarıqlı, cüssəli, yaxĢı bir kiĢi
vardı. Bu kiĢi bir araba çapdı... Arabalar gedəndə “Kanğa, kanğa”
deyə səs çıxarırdılar. Onun üçün arabaya “Kanğa” adı qoydular.
Oğuz Kağan kanğaları gördü, güldü, ayıtdı.. Qoy yüklü arabaları
əsirlər çəksin. Sənə verilən “Kanğaluğ” adı qoy kanğanı yada
salsın”. Bu ad Dədə Qorqudda “Kanqlı Qoca” və ya baĢqa bir yazı-
lıĢda “Qanlı Qoca” kimi iĢlənmiĢdir. Gəmiqayalılar müxtəlif təbiət
39
hadisələrinə, çaya, ağaca, heyvana inanmıĢ, onların təsvirlərini çək-
miĢ, GünəĢə sitayiĢ etmiĢlər. Gəmiqayada günəĢə sitayiĢi ifadə edən
dairə ortasına nöqtə qoyulmuĢ rəsmlər vardır ki, bu da günəĢi ifadə
edir.
Gəmiqaya, Oğlanqala, Kültəpədə, eləcə də Kəlbəcər, Zəngə-
zur, Göyəm dağlarının (indiki Ermənistan ərazisində), habelə Cənu-
bi Azərbaycan abidələrinin, xüsusilə Qaradağ üzərindəki qayaüstü
təsvirlərində insanların iqtisadi, mədəni, mənəvi həyatını əks etdirən
müxtəlif iĢarələr, simvollar, damğalar (dairə formalı, düz, sınıq xət,
haçaĢəkilli, qarmaqĢəkilli, aypara Ģəkilli, “P”, “T” Ģəkilli iĢarələr,
“həyat ağacı” təsvirləri) aĢkar edilmiĢdir ki, onlara pedaqoji yöndən
yanaĢdıqda deyə bilərik ki, onlar qədim insanların bilik, savad və
mədəni səviyyəsini, yazı mədəniyyətini, rəssamlıq, heykəltaraĢlıq
bacarığını, inancını göstərən dəlillərdir. Digər tərəfdən bu iĢarələrin
müxtəlif yerlərdə oxĢarlığı regionun qədim insanlarının bir-birilə
iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Qədim insanlarımızın
daĢlar üzərində qoyduqları müxtəlif məzmunlu izlər, iĢarələr,
rəsmlər maarifləndirici, inkiĢafetdirici, tərbiyəedici olmaqla qədim
insanların “öyrətmə-öyrənmə mexanizmi”ni, tərbiyə və təhsil iĢləri-
ni bəsit Ģəkildə də olsa bizə bildirir.
Qədim dövr-ibtidai icma quruluĢunda yetiĢən nəslin tərbiyə-
sinə, icmanın əxlaq normalarına əməl edilməsinə Ģübhəsiz qəbilə və
tayfanın ağsaqqalları, ataları, dədələri, təcrübəli, bilikli insanları
rəhbərlik edir, icmaya və onun üzvlərinə məsləhət və istiqamətlər,
öyüd və nəsihətlər verirdi. Buna görə də atalar, dədələr, ağsaqqallar
bir tərbiyəçi kimi hörmətli Ģəxs hesab edilir, onlara pərəstiĢ edilir,
hətta sitayiĢ ayinləri də meydana gəlmiĢdi ki, bunu tunc dövrünün daĢ
kitabələrində görmək mümkündür. Ġbtidai icma quruluĢunda ağsaqqal
ata və babaların qəbri üzərində bir uzun daĢ Ģaquli olaraq yerə
basdırılırdı. Bu cür abidələrə çoban daĢı da deyirlər. Belə abidələrə
dağ və dağ ətəyi yerlərdə rast gəlmək olar. Naxçıvanın Nehrəm
kəndinin aĢağı hissəsində “Ölən Ģəhər” deyilən yerdə qəbir üstü
daĢlar məhz dediyimiz çoban daĢlarındandır. Həmin uca daĢlara
insanlar əbədi varlıq kimi baxmıĢ, onlar müqəddəsləĢdirilmiĢ, arzu və
niyyətlər, Ģər qüvvələrdən xilas olmaq bu daĢlardan istənmiĢ, bu
daĢlar ağsaqqal ata və babaların ruhunu bu dünyada yaĢatmaq, ondan
yenə də kömək və məsləhətlər almaq düĢüncəsini daĢımıĢdır.
40
Ov, yürüĢ, qida əldə etmək, təbii fəlakətlərdən qorunmaq kimi
həyati proseslərdə qədim insanların inancı, nəyəsə inamı formalaĢır,
get-gedə bu inanc mürəkkəbləĢir, insanların düĢüncələri inkiĢaf
edir.YetiĢməkdə olan nəsl, uĢaqlar bütün bunları müĢahidə edir,
öyrənir, böyüklər onlara öyrədir. Belə qənaətə gəlmək olar ki,
qədim insanlarda tərbiyənin aĢağıdakı məqsədləri olmuĢdur: l)
Qəbilə, tayfa, ailə uĢaqları praktik olaraq həyata hazırlamalı, onlara
mürəkkəb həyat və təbiət hadisələrindən baĢ çıxarmağı, təbii fəla-
kətlərdən, vəhĢi heyvanlardan qorunmağı, qida əldə etməyi, balıq
tutmağı, daĢ alətlərdən istifadə etməyi və onu hazırlamağı, ov
etməyi və ovlanmıĢ heyvanın dərisindən istifadə etməyi, heyvan
məhsullarından müxtəlif qida məhsulları hazırlamağı, daha sonralar
da heyvanlardan müxtəlif məqsədlər üçün minik, yük daĢımaq,
nəqliyyat vasitəsi kimi istifadə etməyi öyrətməli, bunlara müvafiq
onları lazım olan bilik, bacarıq və vərdiĢlərlə silahlandırmalı və
uĢaqlar da əldə etdikləri bilik, bacarıq və vərdiĢləri əməli iĢlərdə
nümayiĢ etdirməlidirlər; 2) UĢaqlara ilahi qüvvəyə, ruha, surətə
inanmağı, xeyirə sitayiĢ, pərəstiĢ və ibadət etməyi, onlara dua
etməyin yollarını, formalarını öyrətmək və uĢaqlar da praktik iĢləri
ilə onların icrasını qəbilə baĢçısına, ağsaqqala, dədələrə çatdırmalı
idilər.Bütün bunlar tərbiyənin məqsədləri olsalar da onların yerinə
yetirilməsi üçün ciddi öyrətmə- öyrənmə prosesi tələb edilir, əməli
iĢləri həyata keçirmək üçün ağsaqqal məsləhəti, tövsiyəsi gərəkirdi.
Bütün bunlar da onu göstərir ki, qədim dövrlərdə də, icma
quruluĢunda da ağsaqqallar, ata və babalar, dədələr icma üzvlərinin
təlimi və tərbiyəsi qeydinə qalmıĢ, dövrün tərbiyə və təlim məq-
sədindən irəli gələrək böyüklər əldə etdikləri təcrübəni yetiĢməkdə
olan nəslə öyrətmiĢlər. Ġbtidai icma dövründə Azərbaycanın bir çox
yerlərində dulusçuluq, misgərlik, dəmirçilik inkiĢaf etmiĢdir. Qa-
rabağ, Qazax, Naxçıvan, Mildüzü, Aran rayonlarında dulusçuluq,
misgərlik və dəmirçilik eramızdan əvvəl hələ ikinci minillikdə
inkiĢaf etmiĢdir. Mezolit və Enolit dövrlərində ritmik və simmetrik
anlayıĢların ortaya çıxması, rəqs kompozisiyalarının, naturadan
çəkilən rəsmlərin mövcudluğu onu göstərir ki, ən qədim dövrlərdə
belə rəsm və incəsənət mədəniyyəti olmuĢ, müxtəlif yazılar olmuĢ
və buna müvafiq də təlim mədəniyyəti olmuĢdur.
Dostları ilə paylaş: |