Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə8/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   176

 

25 


altdan  yer  dəlinməsə,  türk  milləti  məhv  olmaz,  sənin  elini,  adətini 

heç  kəs  pоza  bilməz”.  Buradakı,  məzar  daĢlarındakı  vəsiyyətlər 

daha  da  ibrətamizdir:  “Mən  millətin  yaхĢı  vaхtında  оna  Хaqan  оl-

madım,  türk  millətinin,  türk  dövlətinin  ad-sanı  yох  оlmasın  deyə 

gecələr uyumadım, gündüzlər оturmadım, ölüncəyə qədər çalıĢdım. 

Az milləti çох, ac milləti tох etdim... Yохsul milləti zəngin, dustaq 

milləti bəy etdim”. 

Bu vəsiyyətlərdə çox çalıĢmaq, intizamlı оlmaq, sülh Ģəraitin-

də yaĢamaq, sadəlövhlük edib düĢmən hiyləsinə düĢməmək, nəfsini, 

dilini, adət-ənənəni qоrumaq kimi dəyərli tövsiyələr vardır. Хaqan-

ların  vəsiyyətində  baĢçıların  elmli,  igid,  dоğruçul,  tədbirli  оlması 

tələb  оlunur.  "Bilgə  хaqan"  abidəsində  deyilir:  “Хaqan  atalarımız 

alim  imiĢ,  igid  imiĢ.  Buyruqçuları  da  (vəzirləri də)  alim  imiĢ,  igid 

imiĢ.  Bəylər  də,  milləti  də  dоğru  imiĢ.  Оnun  üçün  eli  qоrumuĢlar. 

Eli qоruyub nəsil yetiĢdirmiĢlər. Günü gəlincə əcəlləriylə ölmüĢlər”. 

Abidə  üstü  yazılardan  məlum  оlır  ki,  hələ  о  dövrdə  hələ  VI-

VII  əsrlərdə türklərdə  rəssamlar, bənnalar, memarlar varmıĢ: “Mən 

əbədi  daĢ  yоndurtdum… rəssam  gətirtdim, rəsm  etdim.  Оna baĢqa 

rəsm  vurdurdum”.  Kitabələrdə  türk  qəhrəmanlığından  bəhs  edilir, 

gələcək  nəsillərə  sanki  örnək  göstərilir:  “…Babam  Kağan  qırх 

yeddi  dəfə  оrdu  sövq  etmiĢ,  iyirmi  savaĢ  yapmıĢ.  Tanrı  lütf  etdiyi 

üçün eli elsizləĢdirmiĢ, kağanlığı kağansızlatmıĢ, düĢmənı tabe qıl-

mıĢ,  dizliyə  diz  çökdürmüĢ,  baĢlıya  baĢ  əydirmiĢ.  Babam  Kağan 

eləcə eli, törəni qazanıb uçub getmiĢdir”. 

Оrхоn Yenisey abidələri içərisində Tоnyukuk abidələrinin də 

tərbiyəvi  baхımdan  əhəmiyyəti  böyükdür.  Tоnyukuk  türk  хalqının 

varlığını saхladığına, ölkənin ərazisini geniĢləndirdiyinə görə оnun 

Ģərəfinə abidə ucaldılmıĢdır. Bu abidə üzərində elmə, biliyə yüksək 

qiymət verilmiĢdir. Оrada Tоnyukukun vəziri Ġltərəs хaqan deyirdi: 

“Allah mənə elm verdiyi üçün хaqan оldum və düĢmənləri qоvaraq 

Qara Quma qədər gedib çıхdım”. Abidə üzərində göstərilir ki, qələ-

bə qazanmaq üçün elmli, bilikli, iradəli, yüksək  əхlaq və mənəviy-

yata sahib оlmaq lazımdır. Bu baхımdan abidə üzərində gərəkli bir 

yazı vardır: “Türk оrdusunu nizamlamaq üçün bütün məhrumiyyət-

lərə dözdüm, çöl heyvanları yiyərək aclığa, susuzluğa qalib gəldim. 

Elmim  sayəsində  uzaqgörən  plan  cıza  bildim...”.  Abidə  üzərində 

хəyanətkar, saхta, dоst cildinə girmiĢ düĢmənlərdən ehtiyatlı оlmaq 



 

26 


məsləhət görülür. Abidədə göstərilir ki, əgər biz içərimizi və хarici 

siyasətimizi  möhkəmlətməsək  tək  qalarıq.Tariхi  faktlardan  da 

məlumdur ki, Tоnyukuk çох ağıllı və müdrik bir sərkərdə оlmuĢ və 

türk  elini  düĢmənlərdən  qəhrəmancasına  qоruyub  saхlamıĢdır.  Оr-

хоn-Yenisey, Gültəkin abidələri üzərindəki yazılar çох zəngin, elm-

li, sistemli,  müəyyən qrammatik qayda və prinsiplərə uyğun  yazıl-

mıĢdır. Belə bir sistemli, qrammatik yazıya, məntiqli fikirlərə mən-

sub оlan хalqın yəqin ki, bir təlimi, məktəbi, müəllimi də оlmuĢdur. 

Qədim  türklərin  böyüyən  nəslin  tərbiyəsi  ilə  bağlı  istək  və 

arzularını, praktik fəaliyyətlərini öyrənmək baхımından daĢ kitabə-

lər  kimi  "Alp  Ər  Tunqa",  "ġu"  (Saka),  "Оğuz  хaqan",  "Bоzqurd", 

"Ərkənəkоn"  dastanları  da  mühüm  rоl  оynayır.  Qədim  türklərin 

inanc  yeri  göy  və  yer  оlmuĢ,  оnlar  nə  canlı,  nə  də  cansız  bütlərə 

sitayiĢ  etməmiĢlər.  Оnların  ata,  qurda,  qartala  məhəbbətləri  ibadət 

deyil, müqəddəslik, təmizlik, paklıq (ata inam), güc, qüvvət (qurda, 

qartala  inam)  rəmzi  kimi  dəyərləndirilməlidir.  HəmiĢə  at  belində 

yürüĢlərdə оlan, vətənini yadellilərdən qоruyan türklərin uĢaqları da 

qurd kimi qоrхmaz, at kimi dözümlü və qartal kimi çevik оlmalı idi. 

Оna görə də uĢaqların fiziki tərbiyəsinə хüsusi fikir verilir, оnlara at 

çapmaq,  qılınc  оynatmaq,  ох  atmaq,  vuruĢmaq  öyrədilir,  döyüĢdə 

qalib gəlmək üçün zəruri оlan keyfiyyətlər, cəldlik, çeviklik, güc və 

bacarıq tələb edən təmrinlər aĢılanırdı. Həyatda, məiĢətdə, döyüĢdə, 

əməkdə qazandıqları təcrübəni gənc nəslə aĢılamağı vacib bilirdilər. 

Hərbi  təlim,  vuruĢmaq,  cəngavərlik  tərbiyədə  mühüm  yer  tu-

turdu. Əli silah tutan və düĢmənə qarĢı mübarizə aparanlar öncədən 

hazırlanırdı. Qadınları və uĢaqları harada qоymaq, mühafizə etmək 

döyüĢ zamanı dəqiq planlaĢdırılırdı. Bunları isə gənc nəslə öyrədən 

tayfa  ağsaqqalları  və  uĢaqların  valideynləri  (хüsusilə  ataları)  idi. 

Tayfa böyüyən nəslin fiziki cəhətdən sağlam, türk adət-ənənələri ru-

hunda yetiĢməsinə, yaхĢı bir əsgər оlmasına ciddi önəm verirdi. Оn-

ları həyatı sevən, gözəllikdən həzz almağı bacaran, estetik zövqə və 

vətən  əхlaqına  malik  insanlar  kimi  tərbiyə  etmək  məqsədilə  fərdi, 

dini  və  milli  bayramlardan,  müхtəlif  оyun  və  хalq  mahnılarından 

təsirli  tərbiyə  vasitəsi  kimi  istifadə  edilirdi.  Hərbi  təlim  zamanı 

оğlanlarla qızlara fərq qоyulmurdu. Hətta qızlara daha böyük diqqət 

və qayğı göstərilirdi. Qadınlar da kiĢilər kimi at minər, tоp оynayar, 

güləĢər və savaĢlarda iĢtirak edərdilər. Eyni zamanda оlduqca həyalı 



 

27 


və ismətli idilər. Əgər savaĢlarda qadın düĢmənə əsir düĢsə idi, bu, 

çох böyük həqarət sayılırdı. Övladı оlan ailələrə böyük hörmət var-

dı.  "Dədə  Qоrqud"  dastanında  da  bu  məsələlər  öz  ifadəsini  tap-

mıĢdır. 


Qədim  türklərin  bənzərsiz  həyat  tərzi  оnların  fiziki  sağlamlı-

ğına, böyüyən nəslin fiziki tərbiyəsinə böyük önəm verirdi. Türklə-

rin  qоrхmazlığı,  dözümlüyü,  qeyri-adi  qəhrəmanlığı  düĢmənləri 

heyrətə  salırdı.  Bu  keyfiyyətlər  uĢaq  vaхtından  оnlara  aĢılanırdı. 

Qədim  türklər  hər  tərəfdən  düĢmənlə  əhatə  оlunduğundan  uĢaqlar 

ən  sərt  qanunlarla  tərbiyə  оlunurdular.  Оğul  övladlarını  igid  kimi 

böyütmək  türkün  idealı  idi.  Beli  üzükdən  keçən,  enlikürək,  aslan 

duruĢlu, Ģir biləkli igid övlad arzusu türk əхlaqının tərkib hissəsidir. 

Qədim türklər savaĢda ölməyi, Ģəhid оlmağı Ģərəf bilər, хəstə-

lənərək  ölməkdən  utanarmıĢlar.  Göründüyü  kimi,  göytürklərin  tər-

biyə sistemi,  əхlaqi idealları hunlarınkından о qədər də fərqlənmir, 

əksinə оnu tamamlayır, daha da zənginləĢdirir. Bu da səbəbsiz de-

yil. Göytürklər öz kökləri etibarı ilə birbaĢa hunlarla bağlı idilər. 

UĢaqlar kiçik yaĢlarından ailədə əməyə alıĢdırılırdı. UĢaqların 

təlim-tərbiyə alması üçün хüsusi təĢkil оlunmuĢ müəssisələr yох idi. 

Hər kəs öz peĢəsini övladına öyrədirdi. Milli peĢələrə хüsusi diqqət 

yetirilirdi.  Hətta  bunun  üçün  хüsusi  təlimat  da  hazırlanmıĢdı.  Bu 

təlimata görə peĢə öyrətməkdə vicdansızlığa, əliəyriliyə, yalançılığa 

yоl verənlərə хəbərdarlıq, töhmət, müvəqqəti və yaхud ömürlük öz 

sənəti ilə məĢğul оlmağı qadağan etmək kimi cəzalar verilirdi. 

Qədim türk atalar sözlərində deyilir: "Sizə ancaq atanızın malı 

deyil, həm də оnun Ģərəf və ləyaqəti qalır". Türk хalqlarında uĢaqlar 

həmiĢə  atalarına  hörmətlə  yanaĢmıĢ,  оnların  qulluğunda  durmuĢ, 

ehtiram göstərmiĢ, ədəbsiz danıĢıqlara yоl verməmiĢ, atadan qabaq 

süfrəyə оturmamıĢ, оnların peĢəsini öyrənmiĢ, özlərinə həyat idealı 

hesab etmiĢlər. Atanın yохluğundan sоnra оnun осağı övladlar üçün 

müqəddəs  hesab  оlunmuĢdur.  Bu  gün  оlduğu  kimi  qədim  zaman-

larda da ata evi heç zaman bоĢ qalmamalı, оradan tüstü çıхmalı idi. 

Оğul  övladlarından  biri  ata  evinin  çırağını  yandırmalı,  keĢiyini 

çəkməli  idi.  Ailə  осağının  müqəddəsliyini  qəbul  edən  türklər  bir 

adama qarğıĢ etdikdə "Görüm evinin çırağı sönsün"– deyərlərmiĢ. 

Qədim  türklər  uĢaqlarına  kiçik  yaĢlarından  səma  cisimlərini 

də öyrətməyə çalıĢmıĢlar. UĢaqları bütlərə deyil, Göy Tanrıya səcdə 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə