Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə2/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

 



 



1.2. İbtidai icma quruluşunda tərbiyə 

 

Maddi  və  mənəvi  mədəniyyət  abidələrinin,  habelə  folklor 



nümunələrinin  öyrənilməsi  bəĢər  sivilizasiyasının  ilkin  çağlarında 

tərbiyənin meydana gəlməsi ilə bağlı müəyyən fikirlər irəli sürməyə 

imkan  verir.  Ġbtidai  icma  dövründə  ilkin  pedaqoji  təsəvvürlərin 

yaranması və təĢəkkülü ayrı-ayrı xalqların qədim adət və ənənələri, 

mərasim və ayinləri, əyləncə və oyunları ilə sıx bağlı olmuĢdur. 

Kökləri əsrlərin dərinliklərinə gedib çıxan xalqın həyat müĢa- 

hidələrinin  və  empirik  təcrübənin  məhsulu  olan  atalar  sözləri,  zərb 

məsəllər,  mərasimlər,  xalq  oyunları,  əyləncələr  qədim  insanların 

tərbiyə  ilə  bağlı  fikirlərinə  parlaq  sübutdur.  Bu  günə  qədər  insanın 

mənĢəyi ilə bağlı bir çox nəzəriyyələr mövcuddur. Ənənəvi konsep-

siyalar  arasında  təkamül-bioloji  (ġ.Leturno,  S.Simpson,  A.Espi-

nas) və psixoloji (P.Monronəzəriyyə mühüm yer tutur. 

Təkamül-bioloji  nəzəriyyənin  nümayəndələri  insanların  ibti-

dai icma dövründəki tərbiyəvi fəaliyyəti ali heyvanların öz balaları-

na göstərdikləri instinktiv qayğıya bənzədir, heyvanlar aləmində də 

tərbiyənin  mövcud  olduğunu  söyləyirlər.  Bu  alimlər  tərbiyənin  Ģü-

urlu  səciyyəsini  inkar  edir  və  onu  qeyri-mütəĢəkkil,  kortəbii  bir 

hadisə hesab edirlər. 

P.Monro  tərbiyənin  meydana  çıxmasını  yalnız  uĢaqların  bö-

yükləri Ģüursuz surətdə təqlidində görürdü. O, bununla bağlı yazır-

dı:  “Ġbtidai  insan  üçün  yalnız  yaĢadığı  zaman  mövcuddur.  Onun 

Ģüurunda keçmiĢ və gələcək anlayıĢları demək olar ki, yoxdur. Tər-

biyə  isə  yalnız  ətraf  mühitə  uyğunlaĢmaqdan  ibarətdir”.  Ġnsanın 

mənĢəyi  və  tərbiyənin  yaranması  ilə  bağlı  dini  təlimlərdə  dəyərli 

fikirlər  vardır.  Y.A.Komenski  “Böyük  didaktika”nın  III  fəslində 

“Ġnsanın  ən  ali,  ən  kamil,  hər  Ģeydən  üstün  məxluq  olması”  müd-

dəasını  irəli  sürərək  insanın  həqiqi  layiq  olduğu  ucalığa  çatması 

üçün  son  məqsədi  uğrunda  ləyaqətlə  mübarizə  aparmağa  səsləyir. 

Ġnsanın son məqsədi isə bu həyatdan kənardadır. 

Y.A.Komenskiyə  görə,  bu  həyat  yalnız  əbədi  həyata  hazır- 

lıqdır.Y.A.Komenski  əbədiyyata  hazırlığın  üç  mərhələsini  göstər-

miĢdir: özünüdərk, özünüidarə və Allaha doğru cəhd. Sonra o, fik-



 

rini  davam  etdirir:  “Ġnsan  Ġlahəyə  bənzəyir.  Ġnsan  da  müqəddəs 



olmağa çalıĢmalıdır”. Necə ki, “Müqəddəs kitab”da deyilir: “Allahı-

nız kimi siz də müqəddəs olun”. 

Bir çox müasir pedaqoq-tədqiqatçılar tərbiyənin mənĢəyi mə-

sələsini nəzərdən keçirərkən bəzi ali heyvanlarda və insanda Ģüurlu 

fəaliyyətin formaları arasında varisliyin zəruri olması fikri ilə razıla-

Ģırlar. Lakin bununla belə onlar xüsusi fəaliyyət növü kimi meydana 

gələn  insan  tərbiyəsini  fərqləndirən  sosial  xarakteristikaları  da  xü-

susi vurğulayırlar. 

Deməli,  insanın  tərbiyə  fəaliyyəti  onun  əmək  fəaliyyətinin 

zəruru  bir  hissəsidir.Tərbiyə  fəaliyyəti  insanın  öz  nəslinin  davam 

etdirilməsinə  xidmət  edir.  Bu  əməyin  nəticəsi  maddi  nemətlər  və 

dəyərlər  deyil,  yaxĢı  təhsil-tərbiyə  almıĢ  insandır.  Tərbiyə  mənəvi 

istehsal sahəsinə aiddir. Buna görə də insan nəslinin davamının əbə-

di  və  təbii  Ģərti  olan  uĢaqların  tərbiyəsi  insanın  təĢəkkülünün  ilk 

mərhələsində  əmələ  gəlmiĢ,  bir  ictimai  üsulun  digəri  ilə  əvəz  edil-

məsindən  asılı  olmayaraq  bütün  bəĢər  tarixi  boyunca  davam  etmiĢ 

və edəcəkdir. 

Ġbtidai  icma  dövründə  tərbiyə  xüsusi  fəaliyyət  növü  kimi 

meydana gəlmiĢdir. Bu cəmiyyətdə tərbiyə sadə, bəsit xarakter daĢı-

yırdı. Həmin dövrdə uĢağın tərbiyəsi onun bəslənməsindən və böyü-

dülməsindən,  habelə  yaĢlı  nəslin  təcrübəsinin  böyüyən  gənc  nəslə 

verilməsindən ibarət idi. 

Kortəbii Ģəkildə  yaranmıĢ  tərbiyənin  məqsədi  insanı  sadə  hə-

yat tərzi keçirərək dünyanı dərk etməyə yönəltmək idi. Adi Ģüur sə-

viyyəsində pedaqoji fikrin ünsürləri tədricən inkiĢaf edirdi. Sonralar 

onlar  praktik  təcrübədə  tərbiyəyə  çevrilərək  adət-ənənələrdə  və 

folklorda özünü təzahür etdirirdi. 

Getdikcə  tərbiyə  insanların  fiziki,  əqli,  mənəvi,  emosional 

baxımdan böyüməsi və inkiĢafı kimi meydana gəlirdi. Ġbtidai insan- 

ların tərbiyəsi kortəbii və sistemsiz səciyyə daĢıyırdı. 

Ġbtidai insanların ictimai-sosial təcrübəsi və təfəkkürü zəngin-

ləĢdikcə onun məzmunu və tədqiq üsulları da mürəkkəbləĢirdi. 

Ġlk vaxtlar tərbiyə xüsusi fəaliyyət növü kimi deyil, həyat təc-

rübəsinin  ötürülməsi  kimi  baĢa  düĢülürdü.  Bu  dövrdə  tərbiyənin 

mühüm xarakterik xüsusiyyətlərindən biri ondan ibarət idi ki, uĢaq-

ların tərbiyəsi ümumi və təbii səciyyə daĢıyırdı. Bütün uĢaqlar qrup 




 

və ya kollektiv Ģəkildə birgə tərbiyə olunurdular. Bununla da uĢaq-



lar icmanın ictimai əmək həyatına müstəqil olaraq hazırlanır dılar. 

Tərbiyə  sahəsində  uĢaqların  cinsi  və  yaĢında  müəyyən  fərdi 

fərqlər özünü göstərirdi. Oğlanlarla qızların tərbiyəsindəki əsas fərq 

əməyin təbii bölgüsündə meydana gəldi. Ġbtidai icma cəmiyyətində 

tərbiyənin  digər  xarakterik  xüsusiyyəti  ondan  ibarət  idi  ki,  həmin 

dövrdə  uĢaqların  tərbiyə  edilməsi  üçün  xüsusi  müəssisələrin  yara- 

dılmasına ehtiyac yox idi. O dövrdə tərbiyə əmək adamlarının fəa-

liyyəti və onların təbiət qüvvələri ilə apardığı mübarizə ilə sıx bağlı 

idi. Tərbiyənin forma və metodları sadəliyi ilə seçilirdi. Ġlk vaxtlar-

da uĢaqların tərbiyəsi bəĢər cəmiyyəti həyatının əmək prose- sindən 

ayrılmırdı.  Tərbiyə  icma  həyat  tərzindən  irəli  gələrək  bu  cür  möv-

cudluq  üsuluna zəmin  yaradır və  onu möhkəmləndirirdi.  Ġbtidai  ic-

ma  cəmiyyətinin  sonrakı  mərhələsində  tərbiyənin  mənĢəyində  yeni 

mərhələ  yarandı.  Ġnsanların  sosial  məĢğulluğunun  əhatə  dairəsi 

məhz bu mərhələdə daha da gücləndi. 

Getdikcə  tərbiyənin  mütəĢəkkil  formalarının  ünsürləri  mey- 

dana gəldi. Tədricən tərbiyə iĢi xüsusi Ģəxslərin əlində cəmləĢməyə 

baĢladı. Tərbiyə iĢi 9  yaĢdan baĢlayaraq 11  yaĢadək davam  edirdi. 

Kiçik yaĢlı uĢaqlar analarının nəzarəti altında zəruri əmək vərdiĢlə-

rinə yiyələnirdilər. Bu dövrdə azyaĢlı uĢaqlar oyunda böyüklərin hə-

yatını təqlid edirdilər. UĢaqlar yaĢlıların ictimai həyat fəaliyyətində 

yaxından iĢtirak etməklə, hər gün onlarla ünsiyyətdə olmaqla tərbi-

yə  olunur  və  onlardan  öyrənirdilər.  Bununla  da,  uĢaqlar  əmək  fəa-

liyyətinə, kollektiv əməyə hazırlanırdılar. 

Bu  cəmiyyətdə  hər  Ģey  kollektiv  xarakter  daĢıyırdı.  Əməkdə 

iĢtirak  edən  və  böyüklərlə  gündəlik  ünsiyyətdə  olan  uĢaqlar  həyat 

üçün  zəruri  vərdiĢ  və  əmək  bacarığını  mənimsəyir,  müvafiq  məra- 

simlərin icra edilməsi qaydaları ilə tanıĢ olur, özünün bütün vəzifə- 

lərini  böyüklərin  tələbinə  uyğunlaĢdırırdılar.  Ağsaqqallar  və  din 

xadimləri  isə  uĢaqlar  tərəfindən  icmanın  müəyyən  etdiyi  qadağa- 

ların pozulmamasına nəzarət edirdilər. 

Erkən  ibtidai  icma  dövründə  tərbiyənin  səviyyəsi  çox  aĢağı 

idi. Ġcmanın kiçik yaĢlı üzvlərinə nəzərə çarpacaq dərəcədə davranıĢ 

sərbəstliyi verilirdi, bununla yanaĢı onlara sərt cəzalar da tətbiq olu-

nurdu. UĢaqlar mütəmadi olaraq ciddi fiziki cəza veriləcəyi ilə qor-

xudulurdu.  Tədricən  icmanın  təbəqələĢməsi  və  insanlar  arasında 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə