Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə4/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

 

12 


cür  adamların  hakim  təbəqədən  seçilməsi  və  tərbiyə  olunması  nə-

zərdə  tutulurdu.  Ardıcıl  təlim-tərbiyə  təcrübəsinin  əsasını  yarıĢ 

prinsipi (aqonistika) təĢkil edirdi. UĢaqlar, yeniyetmələr və gənclər 

həmiĢə  gimnastikada, rəqsdə, musiqidə  yarıĢır, öz bilik,  bacarıq və 

vərdiĢlərini kütlə qarĢısında nümayiĢ etdirirdilər. 

Afinada uĢaqlar 7 yaĢa qədər ailədə tərbiyə alırdılar. Bundan 

sonra oğlan uĢaqları məktəbə gedir, qızlar isə ailədə tərbiyə almaqla 

ev iĢlərinə alıĢdırılırdı. Varlı ailələrdən olan oğlanlara xüsusi peda-

qoq nəzarət edirdi. 

Tərbiyəçi  pedaqoqlar  təsərrüfatda  iĢləyə  bilməyən,  fiziki  cə-

hətdən zəif, quldarlar üçün faydasız hesab olunan qullardan olurdu. 

Tərbiyəçi  müsbət  keyfiyyətlərin  daĢıyıcısı  olmadığından  çox  vaxt 

onun  tabeliyində  olan  uĢaqlar  da  həmin  keyfiyyətləri  mənimsəyir-

dilər. 


Afinada  uĢaqlar  7  yaĢdan  13-14  yaĢa  qədər  qrammatika  və 

kifara  (musiqi)  məktəblərində  təhsil  alırdılar  ki,  həmin  məktəblər 

xüsusi adamlar tərəfindən açılırdı. Bu məktəblərdə təhsil pullu olur- 

du.  AĢağı  təbəqənin  uĢaqları  orada  az  hallarda  oxuya  bilərdilər. 

UĢaqları didaskal-müəllim oxudurdu. 

Kifara məktəbində uĢaqlara musiqi, nəğmə, bədii qiraət öyrə-

dilirdi.  Bununla  da  uĢaqlara  ədəbi  və  musiqi  təhsili  verilirdi.  Mək-

təb  proqramının  alfa  və  omeqası  Homerin  poemalarının  öyrə-  dil-

məsindən ibarət idi. Bununla bağlı, qədim yunan mütəfəkkiri Plato-

nun fikrincə,“Elladanı Homer tərbiyə etdi”. 

Homerin  “İliada” və Odisseya”  poemaları  yalnız savad və 

musiqi  təlimində  didaktik  material  olmayıb,  həm  də  yeniyetmələri 

həyati  münasibətlərlə  tanıĢ  edir,  onları  əxlaq  ənənələrinə  daha  da 

yaxınlaĢdırırdı. 

Musiqi məktəblərində təlim sinkretik xarakter daĢıyırdı. Yəni 

Homerin  poemalarının  hekzamentləri  musiqinin  müĢayiəti  ilə  uza-

da-uzada  söylənilirdi.  Oğlanlar  13-14  yaĢlarında  palestra  adlanan 

məktəblərdə  oxumağa  davam  edir,  fiziki  təmrinlərlə  ciddi  məĢğul 

olurdular.  Orada  onlara  beş  bacarıq-qaçmaq,  hoppanmaq,  güləş-

mək,  ox  atmaq,  üzmək  öyrədilirdi.  Bütün  bunlar  gələcək  döyüĢçü 

üçün vacib Ģərtlər idi. 

“Ġdeal  vətəndaĢlıq  məktəbini”-  kifara  (musiqi)  va  palestranı 

(gimnastika)  bitirənlər  üçün  təhsilin  növbəti  pilləsi-gimnasi  (son-



 

13 


ralar gimnaziya) hesab olunurdu. Afinada qadın təhsili və tərbiyəsi-

nin  məzmunu  və  vəzifələri  olduqca  sadə  idi.  Afina  tərbiyə  siste-

mində  qızların  ailə  qurana  qədər  evdə  tərbiyə  alması  nəzərdə 

tutulurdu.  Onlar  ailədə  sadə  oxu  və  yazı  vərdiĢlərinə  yiyələnir, 

musiqi təlimi keçirdilər. 

Qızlar  adamlar  arasında  çox  nadir  hallarda,  məsələn,  dini 

mərasinlərdə  görünərdilər.  Onlar  yalnız  ev  iĢləri  ilə  məĢğul  olur- 

dular. Spartada olduğu kimi, Afinada da qullar  “danışan alət” ad- 

landırılırdı.  Afina  ilə  Sparta  təhsil  sisteminin  arasındakı  bir  fərq 

odur ki, spartada tərbiyə müəssisələri dövlətin əlində olduğu halda, 

Afinada qrammatika, kifara və palestra məktəbləri xüsusi adamların 

ixtiyarında idi. Spartada tərbiyə daha çox hərbi-fiziki xarakter daĢı-

dığı  halda,  Afinada  isə  əksinə,  zehni  və  estetik  tərbiyəyə  üstünlük 

verilirdi.  Afina  məktəblərində  özünütəkmilləĢdirmə  amillərinə  üs-

tünlük verilirdi. Afina təhsil sistemi hərtərəfli Ģəxsiyyət kimi fiziki 

cəhətdən sağlam, zahiri və daxili gözəlliyi özündə birləĢdirən adam-

lar  yetiĢdirməyi  bir  vəzifə  kimi  qarĢıya  qoymuĢdu.  Bu  vəzifənin 

yerinə yetirilməsində Afina dramı mühüm rol oynamıĢdır. 

Afina  dramları  Ģəxsiyyətin  intellektual  və  mənəvi  inkiĢafına 

müsbət  təsir  göstərmiĢdir.  Dramlarda  dövrün  əsas  idealı-quldarlıq 

dövrünün azad vətəndaĢı, polisin siyasəti və etikasının müdafiəçisi, 

onun  mənəvi  sərvətlərinin  daĢıyıcısı  obrazı  öz  əksini  tapmıĢdır. 

Dramlardakı  qəhrəmanlar  öz  vətənləri  yolunda  canından  keçməyə 

hazır  olan  vətənpərvərlərdir.  Bu  da  Afina  təhsil  sisteminin  müsbət 

məziyyətlərindəndir. 

 

TapĢırıqlar 



 

AĢağıdakıların hər biri üzrə elmi Ģərh verməyə çalıĢın: 

1.

 



Ġbtidai icma quruluĢunda tərbiyə. 

2.

 



Quldarlıq dövründə tərbiyə. 

3.

 



Sparta tərbiyə sistemi. 

4.

 



Sparta tərbiyə sistemində yaĢ bölgüsü. 

5.

 



Afina tərbiyə sistemi və bu sistemdə yaĢ dərəcələri. 

6.

 



Sokrat,  Platon  və  Aristotel  Ģəxsiyyətin  inkiĢafı  və  tərbiyəsi 

haqqında 

 



 

14 


 

Ədəbiyyat 

 

1. Qasımova L.N., Rəhimova R.M. Pedaqogika (dərs vəsaiti). Bakı: 

Bakı Universiteti, 2003. 

2. Rüstəmov F.A. Pedaqogika tarixi . Bakı: Nurlan, 2010. 

3. Rüstəmov F.A. ġərqdə pedaqogika tarixi. Bakı: Nurlan, 2002. 

4. Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı: Nurlan, 2010. 

5. Hüseynzadə R.L. Qədim və orta əsrlərdə Azərbayсanda tərbiyə, 

təhsil və pedaqoji fikir. Bakı: Nurlar, 2007. 

6. Məmmədov T. M. Azərbaycan psixoloji fikir tarixində Ģəxsiyyət 

problemi. Bakı: Mütərcim, 2011. 



7.  Məmmədov  K.A.  ġərq  pedaqoji  fikir  tarixindən  (tədris  vəsaiti). 

Bakı: Mütərcim, 2011. 

8. Əlibəyzadə E.M. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi 

(Ġslamaqədərki dövr). Bakı: Gənclik, 1998. 

9. Seyidov Ə. Pedaqogika tarixi. Bakı: Maarif, 1968. 

10. Seyidov F.Ə. Soy kökümüzdən gələn pedaqoji fikir. Bakı, 2004. 

 

 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə