Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə14/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   176

 

44 


Kutilərdə  isə  qüvvətli  hərbi  dəstələrin  olması  burada  hərbi 

təlimin  səviyyəsindən,  vuruĢ  texnikasmdan  xəbər  verir.  Kuti  hərbi 

dəstələrinin  baĢçısına  Nippur  Ģəhərində  mixi  yazılarla  yazılmıĢ  bir 

abidə də qoyulmuĢdur ki, üstündə yazılmıĢdır: “Qüdrətli Kutium və 

dünyanm dörd səmtinin hökmdarı”. Yenə də möhtəĢəm bir abidənin 

qoyulması  Ģübhəsiz  xüsusi  təlim,  təhsil  görmüĢ  bir  memarın, 

mühəndisin iĢidir. Belə bir abidənin yaradılması və oradakı məntiqi 

yazılar insanların xüsusi bir təhsil keçdiyini deməyə əsas verir. 

Zaman  keçdikcə  Azərbaycanm  dövlətçilik  mədəniyyəti  daha 

da yüksəlmiĢ, ölkə ərazilərində daha təkmil və daha geniĢ əraziləri 

əhatə edən yeni dövlətlər yaranmıĢdır. Eramızdan əvvəl I minillikdə 

- bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında 

Manna,  Ġskit  (Skit,  Skif)  Ģahlığı,  Atropatena  və  Albaniya  kimi 

qüvvətli  dövlətlər  yaranmıĢdır.  Bu  dövlətlər  Azərbaycanda  dövlət 

idarəçiliyi  mədəniyyətinin,  maarifinin  daha  da  yüksəldilməsində, 

ölkənin iqtisadi- mədəni tarixində, mühüm rol oynamıĢlar. 

Manna ərazisində tapılmıĢ eramızdan əvvəl VIII əsrə aid qab- 

lardan  birinin  üzərində  saz  və  və  ya  tənburu  xatırladan  bir  musiqi 

alətində çalan insan Ģəkli təsvir olunmuĢdur. Musiqiçinin aləti tutma 

qaydası  və  onun  çalğı  manerası  ifaçının  Azərbaycan  ərazisində 

yaĢadığına Ģübhə yeri qoymur. 

Urmiyanın  ətrafında  miladdan  əvvəl  IX-VIII  əsrlərə  aid  əldə 

edilmiĢ  arxeoloji  tapıntılar  -  qızıl  cam,  qızıl  döĢlük,  qızıl  bilərzik, 

gümüĢ  piyalə və onların üzərindəki  naxıĢlar Mannada rəssamlığın, 

sənətkarlığın, incəsənətin olmasından xəbər verir. Mannalıların əlif-

bası və yazısı olmuĢdur. Manna-Mad dövlətinin bilavasitə qonĢulu-

ğunda ġumer, Akkad, Babil, Ġlam, Assur, Hurri, Urartu kimi böyük 

xalqlar,  hökümətlər  olmuĢdur  ki,  onların  hərəsinin  özünəməxsus 

rəsmi dövlət dili, əlifbası, yazısı, mədəniyyəti, təhsili olmuĢdur. Be-

lə bir dövr, mühit və Ģəraitdə Yaxın ġərq məntəqəsinin ən qüdrətli 

höküməti olmuĢ Assur höküməti ilə yanaĢı  yaĢamıĢ, həmiĢə onlara 

qarĢı uğurla mübarizə aparmıĢ  Manna dövləti kimi mütərəqqi xalq 

daxilindən doğan qüdrətli bir dövlətin rəsmi idari dövlət dili, yazısı 

və əlifbasının olmaması mümkün ola bilməzdi. 

Cənubi  Azərbaycan  alimi  Doktor  Məhəmmədtağı  Zöhtabi 

“Ġran türklərinin əski tarixi” (Təbriz,1379 hicri) adlı kitabında yazır 

ki,  Mannalıların  müəyyən  yazı  və  əlifbaya  malik  olmalarını  bəzi 



 

45 


Assur  mənbələrindən  görmək  olur.  Bu  əlifbanın  və  yazının  necə 

olduğu  məlum  olmasa  da,  hər  halda  Assur  mənbəyi  göstərir  ki, 

Manna  hakim  dairələri  və  Ģahlarının  müəyyən  yazısı  olmuĢdur. 

Zöhtabi yazır ki, bu əlifba mixi, yazının isə Ġlam dilində olması eh-

timalı güclüdür. 

Mannalıların  yazısı  olması  haqqında  tapılmıĢ  maddi  -  mədə-

niyyət  nümunələri  də  bunu  təsdiq  edir.  Urmu  gölünün  qərbində 

Zeyvə  məntəqəsindən  tapılmıĢ  xəzinə  Ģeyləri  içərisində  olan  bir 

gümüĢ boĢqabdakı  yazı  diqqəti  cəlb  edir. Rus alimi  Ġ.Dyakonovun 

ehtimalına  görə  bu  heroqlif  yazı  Mannalılara  aiddir.  Ola  bilsin  ki, 

bu heroqlif deyil müəyyən əlifbadan ibarət yazıdır, bəlkə də heroq-

lifdən əlifbaya keçid dövrünə aid tarixi bir yazıdır. 

Görkəmli Qazax alimi, Ģairi, türkoloq Oljas Süleymenov “Az-

ya“ əsərində türk xalqlarına məxsus maraqlı bir məlumatı yazır ki, 

onun  bilavasitə  xalqımızın  yazı  mədəniyyəti  ilə  bağlılığı  vardır: 

“Eramızdan  əvvəl  III  əsr  Çin  salnaməçisi  göstərir  ki,  Kanqyu 

(“Kanqlı”) xalqı ənənəvi Çin  yazısından fərqli olaraq eninə  - hori-

zontal xətlə yazırmıĢ”. Kanqlı tayfası bu gün Azərbaycanda yaĢayan 

Kəngərlilərin qədim adıdır. Onlar barədə hələ bizim eradan əvvəl I 

əsrdə və bizim eranm I əsrində Strabon və Plini yazmıĢdır. Eramızın 

ilk  əsrlərində  Çin,  Bizans,  Alban,  ərəb  tarixçiləri  öz  əsərlərində 

Kəngərlilər  haqqında  maraqlı  məlumatlar  vermiĢlər.  Kəngərlilər 

“Kitabi-Dədə-Qorqud”da  “Kanqlı”  adı  altında  xatırlanır.  Türk  Ģu-

meroloq  alimi  Ġlmiyyə  Müəzzəz  internet  çıxıĢında  və  “Kəngərlər” 

adlı kitabında maraqlı bir məsələyə toxunmuĢ və demiĢ ki, ġumerlər 

özlərinə Kəngər demiĢlər. 

Mannalıların  zəngin  Ģifahi  xalq  ədəbiyyatı  -  ağız  ədəbiyyatı 

olmuĢdur. Bu xalqın müxtəlif məzmunlu nağılları, dastanları, müx-

təlif janr xalq Ģeirləri, bayatıları olmuĢdur ki, bu ədəbiyyat nümunə-

ləri gənc nəslin mənəvi tərbiyəsində demək olar ki, dəyərli pedaqoji 

əsərlər sayıla bilər. Əlimizdə o dövrün ədəbiyyatına dair nümunələr 

olmasa da qədim alimlərin yazılarından onlar barədə müəyyən mə-

lumat, təsəvvür əldə etmək mümkündür. Qədim yunan və rum tarix-

çiləri yazırlar ki, Manna Ģahlarının saraylarında Ģairlər olmuĢdur ki, 

onlar  mövzularını,  öz  Ģeirlərini  milli,  Ģifahi  xalq  dastanları  və 

rəvayətlərindən almıĢlar. 




 

46 


Eramızdan əvvəl VI əsrin əvvəllərində artıq Midiya dövlətinin 

qüdrəti artmıĢ və əraziləri xeyli geniĢlənmiĢdi. Jan ġarden “Səyahət-

namə”sində yazır ki, Midiya Ģahlarının möhüründə yunan yazıları və 

təsvirləri var idi. Möhürdəki yazının Dağyanus olduğu xatırlanır. 

Midiya  iki  yerə  -  “Böyük  Midiya”  və  “Kiçik  Midiya”ya  bö-

lündü. “Kiçik Midiya” Atropatena adlandı ki, bu Azərbaycanın cə-

nubunda  yerləĢirdi.  Atropatenanın xeyli inkiĢaf etmiĢ kənd təsərrü-

fatı,  sənayesi  var  idi.  Atropatenanın  qonĢu  ölkələrlə  geniĢ  ticarət 

əlaqələri  mövcud  idi.  Bu  ölkənin  30-dan  artıq  iri  Ģəhərləri  yaran-

mıĢdı,  xalqın  yüksək  əxlaqı,  mənəviyyatı  və  mədəniyyəti  var  idi. 

Atropatenanın  özünəməxsus  dili,  yazısı,  adət  və  ənənəsi  var  idi. 

Əhalisi  əkinçiliklə,  maldarlıqla,  ticarətlə,  toxuculuqla  məĢğul  idi. 

Atropatena  dövlətində  sinfi  cəmiyyət,  təbəqələĢmə  sürətlə  inkiĢaf 

etdiyindən  yüksək  səviyyəli  mütəxəssislərə  ehtiyac  duyulurdu.  Bu 

sahədə lazımi ixtisaslı kadr “Saray məktəbi”ndə hazırlanırdı. Bura-

da hakim sinfin uĢaqları 16 yaĢdan baĢlayaraq müvafiq ixtisas təhsi-

li alırdılar. 

Atropatena ilə bərabər Azərbaycanın Ģimalmda Albaniya döv-

ləti də mövcud idi ki, buranın mərkəzi əvvəlcə Qəbələ sonra Bərdə 

Ģəhəri olmuĢdur. Albaniya dövründə Azərbaycanın dövlət idarəçili-

yi, maarif və mədəniyyəti xeyli  yüksəldi. Alban hökmdarları  ölkə-

nin dünyəvi və dini baĢçısı hesab olunurdular. Onlar, eyni zamanda, 

qanunlar verir, ölkənin hərbi qüvvələrinə baĢçılıq edirdilər. Dövlə-

tin ordusu 80 min nəfərdən artıq idi. Alban dövləti hərbi-fiziki ha-

zırlığa  xüsusi  diqqət  yetirir,  onun  döyüĢçüləri  düz  qılınclarla  düĢ-

mənlərə  qarĢı  amansız  olmuĢ,  vuruĢlardan  Ģərəflə  çıxmıĢlar.  DüĢ-

mənlərə qarĢı döyüĢdə kiĢilərlə bərabər qadınlar da döyüĢür və igid-

lik göstərirdilər. Albanlar beĢ yaĢından baĢlayaraq iyirmi dörd yaĢı-

na  kimi  kamandan  ox  atmağı,  nizə  tullamağı  və  at  çapmağı,  hətta 

qaçıĢ hərəkətlərini də öyrənirdilər. 

O  dövrdə  Sasanilərin  siyasətinə  qarĢı  ZərdüĢt  dininə  qarĢı 

xristianlıq  geniĢ  yayılırdı  və  IV  əsrdə  Albaniyda  xristianlıq  dövlət 

dininə  çevrilmiĢdi.  Burada  kilsə  məktəblərində  Ġncil  Alban  dilinə 

tərcümə edilərək ana dili üzrə dərs vəsaiti kimi istifadə edilir və Al-

ban əlifbasının yaranma prosesi qüvvətlənirdi. 

Beləliklə  V  əsrdə  52  hərfdən  ibarət  alban  əlifbası  meydana 

gəldi  və  VI-VII  əsrlərdə  artıq  zəngin  alban  ədəbiyyatı  yaranmıĢdı. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə