Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   12   13   14   15   16   17   18   19   20

Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə 

verilmiş məhkəmə tərəfindən baxılır.  

 

Maddə 102. Yeni açılmış hallar üzrə icraatın iştirakçıları  



 

Yeni  açılmış  hallarla  bağlı  icraatın  təzələnməsinə  dair  ərizə  vermiş  şəxs  (ərizəçi), 

habelə  qərarına  qarşı  ərizə  verilmiş  məhkəmədə  icraatın  iştirakçıları  olmuş  başqa 

şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar.  

 

Maddə  103.  Yeni  açılmış  hallarla  bağlı  icraatın  təzələnməsinə  dair  ərizə  ilə 



müraciət etmək üçün müddət  

 

103.1.  Yeni  açılmış  hallarla  bağlı  icraatın  təzələnməsinə  dair  ərizə,  bu  Məcəllənin 



100-cü  maddəsində  nəzərdə  tutulmuş  sübutların  və  ya  halların  ərizə  verən  şəxsə 

məlum olduğu gündən 3 ay müddətində verilə bilər.  

103.2.  Mübahisə  edilən  qərarın  qanuni  qüvvəyə  mindiyi  vaxtdan  3  il  keçdikdən 

sonra  yeni  açılmış  hallarla  bağlı  icraatın  təzələnməsinə  dair  ərizə,  yalnız  ilkin  icraat 

zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.  

103.3.  Bu  Məcəllənin  103.1-ci  və  103.2-ci  maddələrində  nəzərdə  tutulmuş 

müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.  

 

Maddə  104.  Yeni  açılmış  hallarla  bağlı  icraatın  təzələnməsinə  dair  ərizənin 



məzmunu  

 

104.1.  Yeni  açılmış  hallarla  bağlı  icraatın  təzələnməsinə  dair  ərizədə  aşağıdakılar 



göstərilməlidir:  

104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat;  

104.1.2. icraatın təzələnməsi üçün əsaslar;  

104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat;  

104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş 

müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat.  

104.2.  Ərizəyə  yeni  sübutlar  və  hallar  barədə  sənədlərin,  habelə  başqa  müvafiq 

sənədlərin əsli və ya surəti əlavə olunur. 

 

Maddə  105.  Məhkəmə  qərarının  icrasının  yalnız  ərizə  (vəsatət)  əsasında 



dayandırılması  

 

105.1.  Yeni  açılmış  hallarla  bağlı  icraatın  təzələnməsinə  dair  ərizənin  verilməsi 

məhkəmə  qərarının  icrasını  dayandırmır.  Lakin  vəsatət  əsasında  məhkəmə  qərarın 

icrasının  dayandırılması  barədə  qərardad  qəbul  edə  bilər.  105.2.  Məhkəmə  qərarının 

icrasının  dayandırılması  ilə  bağlı  ərizəyə  (vəsatətə)  baxılarkən  bu  Məcəllənin  41-ci 

maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur.  

 

Maddə 106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü  




 

106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır.  

106.2.  İcraatın  təzələnməsi  üçün  məhkəmə  bu  Məcəllənin  100-cü  maddəsində 

nəzərdə  tutulmuş  əsaslardan  hər  hansı  birinin  mövcud  olduğunu  müəyyən  etdiyi 

hallarda,  ərizənin  təmin  edilməsi  və  yeni  açılmış  hallarla  bağlı  icraatın  təzələnməsi 

haqqında qərardad qəbul edir.  

106.3.  İcraatın  təzələnməsi  üçün  bu  Məcəllənin  100-cü  maddəsində  nəzərdə 

tutulmuş  əsaslardan  hər  hansı  birinin  mövcud  olmadığı  hallarda,  ərizənin  rədd 

edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.  

 

Maddə 107. Yeni açılmış hallar üzrə icraat  



 

107.1. Müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. 

İlkin  məhkəmə  qərarının  qəbul  edildiyi  zaman  istinad  edilmiş  faktiki  hallar  yeni 

sübutlar  əsasında  məhkəmə  tərəfindən  araşdırılır  və  ilkin  ərizə  üzrə  yeni  qərar  qəbul 

edilir.  

107.2.  Mübahisə  ilə  bağlı  iş  üzrə  məhkəmənin  yeni  qərarı  ilkin  qərarı  əvəz  edir. 

Məhkəmə  həmin  qərarda  yeni  açılmış  hallar  üzrə  icraatla  əlaqədar  prosessual  xərclər 

haqqında məsələni də həll edir.  

 

XIII fəsil 

 

PROSESSUAL XƏRCLƏR 

 

Maddə 108. Prosessual xərclər  

 

108.1.  Prosessual  xərclər  məhkəmə  xərclərindən  (dövlət  rüsumlarından  və  digər 



ödəmələrdən)  və  hüquqi  müdafiə  ilə  bağlı  proses  iştirakçısının  çəkdiyi,  onun  şikayəti 

üzrə  şikayət  instansiyasında  icraatla  əlaqədar  xərclər  də  daxil  olmaqla,  zəruri 

xərclərdən ibarətdir.  

108.2.  Dövlət  rüsumları,  vəkilin  və  ya  nümayəndənin  haqqı  və  digər  xərclər 

qanunvericiliyə  uyğun  olaraq  ödənilməlidir.  Qanunvericilikdə  həmin  ödəmələrin 

məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.  

108.3.  Mübahisə  ilə  bağlı  işə  şikayət  üzrə  şikayət  instansiyasında  baxılmışdırsa, 

rüsumların,  vəkilin  və  ya  nümayəndənin  haqqının  ödənilməsinə,  müvafiq  səlahiyyətli 

şəxsin cəlb olunmasının məhkəmə tərəfindən zəruri sayıldığı hallarda yol verilir.  

108.4.  Prosesə  cəlb  edilmiş  üçüncü  şəxslərin  zəruri  xərclərinin  ödənilməsinə, 

məhkəmənin  ədalət  mövqeyindən  çıxış  edərək  həmin  xərcləri  xeyrinə  qərar  qəbul 

edilməyən tərəfin və ya dövlət büdcəsinin üzərinə qoyduğu hallarda yol verilir.  

 

Maddə 109. Prosessual xərclərin ödənilməsi  



 

Prosessual  xərclərin  ödənilməsi  haqqında  məsələ  məhkəmə  tərəfindən  qəbul 

edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.  



 

Maddə 110. Prosessual xərcləri ödəmək vəzifəsi  

 

110.1.  Prosessual  xərclər  ödənilmiş  tələblərə  münasib  olaraq  işdə  iştirak  edən 



şəxslərə aid edilir.  

110.2.  Sosial  təminat  mübahisələri  ilə  bağlı  işlər  üzrə  (əmək  pensiyasının,  sosial 

müavinətin təyin olunması və s.) dövlət orqanının xeyrinə qərar qəbul edildiyi hallarda, 

bu Məcəllənin 110.1-ci maddəsi tətbiq olunmur.  

110.3.  İddianın  təmin  olunmadığı  hallarda,  inzibati  məhkəmə  icraatı  ilə  bağlı 

prosessual 

xərcləri 

ödəmək 


vəzifəsi, 

qanunvericilikdə 

digər 

hal 


nəzərdə 

tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur.  

110.4. Yalnız üçüncü şəxs qismində  icraata cəlb olunması  barədə ərizə verdiyi və 

ya  hər  hansı  qərardan  şikayət  verdiyi,  yaxud  prosessual  xərclər  həmin  şəxsin  təqsiri 

üzündən  meydana  gəldiyi  hallarda,  məhkəmə  icraatına  cəlb  edilmiş  üçüncü  şəxsin 

üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər.  

110.5.  Yeni  açılmış  hallar  üzrə  icraatla  bağlı  prosessual  xərclər,  həmin  xərclərin 

proses iştirakçılarından birinin təqsiri üzündən meydana gəldiyi hallar istisna olmaqla, 

dövlət büdcəsinin və ya yerli büdcənin vəsaiti hesabına ödənilir.  

110.6.  Tərəflərin  müştərək  bəyanatına  əsasən  icraata  xitam  verildiyi  hallarda 

məhkəmə tərəfindən xərclər barədə qərardad qəbul edilir. Bu zaman xərclər məhkəmə 

prosesini udma ehtimalına mütənasib olaraq bölüşdürülür.  

 

Maddə 111. Prosessual xərclərin bölüşdürülməsi  



 

111.1.  Proses  iştirakçısının  tələbinin  qismən  təmin  edildiyi  hallarda  prosessual 

xərclər  üzrə  qarşılıqlı  hesablaşma  aparılır  və  ya  xərclər  proses  iştirakçıları  arasında 

müvafiq  nisbətdə  bölüşdürülür.  Xərclər  üzrə  qarşılıqlı  hesablaşmanın  aparıldığı 

hallarda,  hər  tərəf  məhkəmə  xərclərinin  yarısını  ödəyir,  zəruri  xərclər  isə  tərəflərin  öz 

hesabına ödənilir.  

111.2.  Proses  iştirakçısının  mübahisəni  əhəmiyyətsiz  hissədə  uduzduğu  hallarda, 

prosessual xərcləri tam şəkildə ödəmək vəzifəsi qarşı tərəfin üzərinə qoyula bilər.  

111.3.  Şəxsin  ərizədən,  iddiadan  və  ya  şikayətdən  imtina  etdiyi  hallarda, 

prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur.  

111.4.  İlkin  hüquqi  vəziyyətin  bərpa  olunması  haqqında  ərizə  ilə  əlaqədar 

prosessual xərclər ərizəçi tərəfindən ödənilir.  

111.5.  Proses  iştirakçılarından  hər  hansı  birinin  təqsiri  üzündən  meydana  gəlmiş 

prosessual xərcləri ödəmək vəzifəsi, həmin iştirakçının üzərinə qoyula bilər.  

 

Maddə 112. İddianın dərhal qəbul edilməsi ilə əlaqədar prosessual xərclər  



 

Cavabdeh  öz  hərəkətləri  ilə  iddianın  qaldırılması  üçün  əsas  vermədiyi  və 

iddiaçının hüquqi tələbini dərhal qəbul etdiyi hallarda, bütün prosessual xərclər iddiaçı 

tərəfindən ödənilir.  

 



Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə