Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi


Barışıq  sazişinin  bağlandığı  hallarda  prosessual  xərclərin



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə18/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   12   13   14   15   16   17   18   19   20

Maddə  113.  Barışıq  sazişinin  bağlandığı  hallarda  prosessual  xərclərin 

bölüşdürülməsi  

 

İnzibati  mübahisənin  məhkəmədə  barışıq  sazişinin  bağlanması  yolu  ilə  nizama 



salındığı və onun iştirakçıları arasında xərclərin bölüşdürülməsi barədə digər razılığın 

olmadığı  hallarda,  barışıq  sazişinin  tərəfləri  məhkəmə  xərclərini  bərabər  şəkildə 

ödəyirlər. Zəruri xərclər hər bir iştirakçı tərəfindən müstəqil şəkildə ödənilir.  

 

Maddə 114. Prosessual xərclərin bir neçə şəxs tərəfindən ödənilməsi qaydası  



 

114.1. Xeyrinə qərar qəbul edilməyən tərəf (prosessual xərcləri ödəməli olan tərəf) 

bir neçə şəxsdən ibarət olduğu hallarda, həmin şəxslər, onlardan hər birinə düşən pay 

həcmində prosessual xərcləri ödəyirlər.  

114.2.  Mübahisədə  iştirakın  dərəcəsi  baxımından  mühüm  fərqlərin  olduğu 

hallarda, məhkəmə şəxsin prosesdə iştirak dərəcəsini nəzərə almaqla prosessual xərcləri 

bölüşdürməyə haqlıdır.  

114.3.  Prosessual  həmiştirakçılardan  biri,  tələbin  təmin  olunması  ilə  bağlı  və  ya 

tələbə  qarşı  müdafiə  ilə  bağlı  xüsusi  vasitələrdən  istifadə  etdiyi  hallarda,  digər 

prosessual  həmiştirakçılar  bununla  əlaqədar  yaranan  prosessual  xərcləri  ödəməyə 

borclu deyildirlər.  

114.4.  Mübahisə  ilə  bağlı  iş  üzrə  prosessual  xərcləri  ödəməli  olan  tərəfə 

münasibətdə yalnız vahid qərarın qəbul edilə biləcəyi hallarda, həmin xərcləri ödəmək 

vəzifəsi  birgə  borclular  kimi  bir  neçə  şəxsin  (prosessual  həmiştirakçıların)  üzərinə 

qoyula bilər.  

 

Maddə 



115. 

Prosessual 

xərclərə 

dair 

məhkəmə 

qərarının 

mübahisələndirilməsinin yolverilməzliyi  

 

115.1.  Mübahisə  ilə  bağlı  işin  mahiyyəti  üzrə  qərardan  şikayət  verilmədiyi 



hallarda,  prosessual  xərclərə  dair  qərarın  (qərardadın)  mübahisələndirilməsinə  yol 

verilmir.  

115.2.  Mübahisə  ilə  bağlı  işin  mahiyyəti  üzrə  qərar  qəbul  edilmədiyi  hallarda, 

prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir.  



 

XIV fəsil 

 

MƏHKƏMƏ QƏRARLARININ İCRASI 

 

Maddə  116.  Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsinin 



normalarının tətbiqi  

 

116.1.  Bu  Məcəllə  ilə  başqa  qaydanın  nəzərdə  tutulmadığı  hallarda,  məhkəmə 



qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 


və  “İcra  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  müvafiq  müddəaları  tətbiq 

olunur.


17

  

116.2.  Məhkəmə  qərarının  icrası  birinci  instansiya  məhkəməsi  tərəfindən  təmin 



edilir.  

 

Maddə 117. İcra sənədi  



 

117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir:  

117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında;  

117.1.2. müvəqqəti xarakterli müdafiəyə dair məhkəmə qərardadı əsasında;  

117.1.3 məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında;  

117.1.4.  prosessual  xərclərin  müəyyən  edilməsi  haqqında  məhkəmə  qərardadı 

əsasında.  

117.2.  Məhkəmə  qərarının  icrası  ilə  bağlı  proses  iştirakçılarına,  onların  ərizəsinə 

əsasən, təsviri və əsaslandırma  hissəsi olmadan məhkəmə qərarının surəti verilə  bilər. 

Belə  qərar  hüquqi  qüvvəsinə  görə  tam  formada  təqdim  olunmuş  məhkəmə  qərarına 

bərabər sayılır.  

 

Maddə 118. Dövlətin və ya bələdiyyələrin xeyrinə icra  



 

118.1. İcranın dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektlərinin 

xeyrinə həyata keçirilməli olduğu hallarda məhkəmə qərarının icrası ilə bağlı “İnzibati 

icraat haqqında” Azərbaycan Respublikası Qanununun VIII fəslində nəzərdə tutulmuş 

qaydalar tətbiq olunur.  

118.2.  İcranın  “İnzibati  icraat  haqqında”  Azərbaycan  Respublikası  qanununda 

nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində 

mübahisə  ilə  bağlı  işə  baxan  hakim  və  ya  məhkəmə  tərkibinə  sədrlik  edən  hakim  icra 

orqanı sayılır.  

118.3.  Hakim  icranın  və  ya  ayrı-ayrı  icra  hərəkətlərinin  həyata  keçirilməsi 

məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb 

edə bilər.  

118.4. İcra ilə bağlı borcluya tətbiq edilməli olan mümkün məcburi icra tədbirləri 

yalnız hakim tərəfindən müəyyən edilir.  

118.5. Hakim icranın məcburi qaydada həyata keçirilməsinə nəzarət etməlidir.  

 

Maddə 119. Dövlətə və ya bələdiyyələrə qarşı pul tələblərinin icra edilməsi  



 

119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul 

tələbinin  icra  edilməli  olduğu  hallarda,  tələbkarın  ərizəsinə  əsasən  və  ya  xidməti 

vəzifəsinə  görə  birinci  instansiya  məhkəməsi  icra  haqqında  qərardad  qəbul  edir. 

Məhkəmə  qərardadda  icra  tədbirlərini  müəyyən  edir  və  həmin  tədbirlərin  həyata 

keçirilməsini  səlahiyyətli  orqana  tapşırır.  Səlahiyyətli  orqan  həmin  tapşırığı  (icra 

tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun 

olaraq yerinə yetirməyə borcludur.  




119.2.  İcra  haqqında  qərardad  (sərəncam)  qəbul  etməzdən  əvvəl,  məhkəmə 

müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə 

məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün 

müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz.  

119.3.  Ümumi  vəzifələrin  (dövlət  vəzifələrinin  və  ya  ictimai  vəzifələrin)  yerinə 

yetirilməsi  üçün  zəruri  olan  və  ya  özgəninkiləşdirilməsi  ümumi  maraqlara  (mülki 

dövriyyədə  olmasına  yol  verilməyən  (mülki  dövriyyədən  çıxarılmış)  əşyalara 

münasibətdə  icraya  yol  verilmir.  Şikayətin  verildiyi  hallarda,  məhkəmə  müvafiq 

nəzarət  orqanının  və  ya  yuxarı  inzibati  orqanın  rəhbərinin,  yaxud  onların 

səlahiyyətləndirdiyi nümayəndənin rəyini dinlədikdən sonra qərar qəbul edir.  

119.4.  Müvəqqəti  xarakterli  müdafiə  barədə  qərardadın  icra  edilməli  olduğu 

hallarda,  icra  haqqında  xəbərdarlıq  edilməsi  və  bununla  bağlı  müddətin  müəyyən 

olunması tələb edilmir.  

 

Maddə 120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra 



edilməsi  

 

120.1.  Bu  Məcəllənin  33.4-cü,  40-cı,  70-ci,  71-ci  və  73-cü  maddələrində  nəzərdə 



tutulmuş  hallarda  inzibati  orqan  tərəfindən  məhkəmə  qərardadı  və  ya  qərarı  ilə  onun 

üzərinə  qoyulmuş  öhdəliklər  (müvəqqəti  xarakterli  müdafiə  ilə  bağlı,  inzibati  aktın 

qəbul  edilməsi  və  ya  qanuna  zidd  inzibati  aktın  nəticələrinin  aradan  qaldırılması  ilə 

bağlı  öhdəlikləri)  icra  edilmədikdə,  birinci  instansiya  məhkəməsi  proses  iştirakçısının 

ərizəsinə  əsasən  və  ya  xidməti  vəzifəsinə  görə,  inzibati  orqana  icra  üçün  müddət 

müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir.  

120.2.  Bu  Məcəllənin  120.1-ci  maddəsinə  uyğun  olaraq  müəyyən  edilmiş 

müddətdə  inzibati  orqan  tərəfindən  onun  üzərinə  qoyulmuş  öhdəliklər  icra 

olunmadıqda,  məhkəmə  cərimənin  məbləğini  müəyyən  edə  və  inzibati  orqanı  həmin 

məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir.  

120.3.  Cərimə  50.000  manatadək  məbləğdə  müəyyən  oluna  bilər.  120.4.  Cərimə 

təkrar təyin oluna və məcburi qaydada tutula bilər.  



 

Maddə 121. İcranın mübahisələndirilməsi  

 

121.1.  Barəsində  icranın  həyata  keçirildiyi  şəxs,  mübahisə  ilə  bağlı  iş  üzrə 



məhkəmə  qərarı  qanuni  qüvvəyə  mindikdən  sonra  da  icra  ilə  əlaqədar  ona  qarşı 

məcburi  icra  tədbirlərinin  müəyyən  olunması  haqqında  məhkəmə  qərardadını 

mübahisələndirilə  bilər.  121.2.  Mübahisəyə  müvafiq  apellyasiya  instansiyası 

məhkəməsi  tərəfindən  yazılı  icraat  qaydasında  baxılır  və  bu  barədə  qərardad  qəbul 

edilir.  Şikayət  təmin  edilmədikdə  və  ya  qismən  təmin  edildikdə,  bu  barədə  məhkəmə 

qərardadı  Ali  Məhkəmədə  mübahisələndirilə  bilər.  121.3.  Mübahisəyə  Ali  Məhkəmə 

tərəfindən  yazılı  icraat  qaydasında  baxılır  və  bu  barədə  qərardad  qəbul  edilir.  Ali 

Məhkəmənin qərardadı qətidir.  

121.4. İcranın mübahisələndirməsi  ilə bağlı bu Məcəllənin 81-ci, 85-ci, 87-ci, 88-ci, 

90-cı, 94-cü, 96-cı, 97-ci və 99-cu maddələri müvafiq qaydada tətbiq olunur.  




Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə