Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   12   13   14   15   16   17   18   19   20

87.9.  Apellyasiya  instansiyası  məhkəməsinin  şikayətlə  bağlı  hüquqi  mövqeyi 

birinci instansiya məhkəmələri üçün məcburidir.  

87.10. Məcburetmə haqqında iddia üzrə şikayət təmin edildiyi hallarda apellyasiya 

instansiyası  məhkəməsinin  qərarında,  inzibati  orqanın  həmin  qərar  əsasında  qəbul 

etdiyi inzibati akta qarşı şikayətin birbaşa həmin apellyasiya instansiyası məhkəməsinə 

verilməsi (hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti) göstərilməlidir.  

 

Maddə 88. Şikayətin geri götürülməsi  



 

88.1.  Şikayət  apellyasiya  instansiyası  məhkəməsinin  qərarı  qanuni  qüvvəyə 

minənədək geri götürülə bilər.  

88.2.  Şifahi  məhkəmə  baxışı  başa  çatdıqdan  sonra  şikayətin  geri  götürülməsinə 

cavabdehin razılığı ilə yol verilir.  

88.3.  Şikayətin  geri  götürülməsi  eyni  predmet  barəsində  və  eyni  əsaslar  üzrə 

yenidən şikayət vermə imkanını istisna edir.  

88.4.  Şikayətin  geri  götürüldüyü  hallarda  məhkəmə  xərcləri  haqqında  məhkəmə 

tərəfindən qərardad çıxarılır.  

 

Maddə  89.  Apellyasiya  instansiyası  məhkəməsinin  qərarının  qanuni  qüvvəyə 



minməsi 

 

Bu  Məcəllənin  94.1-ci  maddəsində  nəzərdə  tutulmuş  müddətdə  şikayətin 



verilmədiyi  və  ya  proses  iştirakçıları  tərəfindən  şikayətin  geri  götürüldüyü  hallarda, 

məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün 

keçdikdən  sonra  qanuni  qüvvəyə  minir.  Şikayətin  geri  götürülməsi  haqqında  bəyanat 

yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.  



 

XI fəsil 

 

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ ŞİKAYƏT ÜZRƏ İCRAAT  

 

Maddə 90. Kassasiya şikayəti vermək hüququ  

 

90.1.  Apellyasiya  instansiyası  məhkəməsinin  qərar  və  ya  qərardadlarından,  bu 



Məcəllədə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  Ali  Məhkəmənin  inzibati-iqtisadi 

kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.



16

  

90.2.  Apellyasiya  instansiyası  məhkəməsində  mübahisə  ilə  bağlı  iş  üzrə  inzibati 



məhkəmə  icraatının  iştirakçıları  yalnız  onların  tələblərinin  təmin  olunmadığı  hallarda 

şikayət vermək hüququna malikdirlər.  

90.3.  Bu  fəsildə  başqa  qaydanın  müəyyən  edilmədiyi  hallarda,  şikayət  üzrə 

məhkəmə  icraatında  birinci  instansiya  məhkəməsində  icraatla  bağlı  bu  Məcəllədə 

nəzərdə  tutulmuş  müvafiq  prosessual  qaydalar,  o  cümlədən  iddia  ərizəsinin  formasına  və 

məzmununa  dair  tələblər  və  Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsinin 

kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur.  




 

Maddə  91.  Mübahisə  ilə  bağlı  işə  kassasiya  qaydasında  yenidən  baxılmasının 



hədləri  

 

Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya 



instansiyası  məhkəməsi  tərəfindən  maddi  və  prosessual  hüquq  normalarının  düzgün 

tətbiq edilməsini yoxlayır.  

 

Maddə  92.  Məhkəmə  qərarının  kassasiya  qaydasında  ləğv  olunması  üçün 



mütləq əsaslar  

 

92.0. Aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq 



ləğv olunmalıdır:  

92.0.1.  mübahisə  ilə  bağlı  işə,  həmin  işə  baxmaq  hüququ  olmayan  məhkəmə 

tərəfindən baxıldıqda;  

92.0.2.  qanuna  əsasən  vəzifəsindən  kənarlaşdırılmış  və  ya  qərəzsizliyinə  şübhə 

olduğuna görə etiraz olunmuş hakim qərarın qəbul edilməsində iştirak etdikdə;  

92.0.3.  proses  iştirakçısının  dinlənilmə  hüququnun  təmin  edilməsindən,  bu 

Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda;  

92.0.4.  proses  iştirakçısının  aşkar  və  ya  susmaqda  ifadə  olunan  razılığı  ilə 

məhkəmə  icraatının  aparıldığı  hallar  istisna  olmaqla,  proses  iştirakçısı  icraatda 

qanunun müddəalarına uyğun şəkildə təmsil olunmadıqda;  

92.0.5. qərar aşkarlıq prinsipinin pozulduğu şifahi məhkəmə baxışı əsasında qəbul 

edildikdə;  

92.0.6.  bu  Məcəlləyə  uyğun  olaraq  əsaslandırılması  zəruri  olan  qərar 

əsaslandırılmadıqda.  

 

Maddə  93.  Kassasiya  şikayəti  üzrə  məhkəmə  icraatının  iştirakçıları  və  onların 



nümayəndələri  

 

Kassasiya  şikayəti  verən  şəxs  və  apellyasiya  instansiyası  məhkəməsində  inzibati 



məhkəmə  icraatının  iştirakçıları  olmuş  digər  şəxslər  həmin  şikayət  üzrə  məhkəmə 

icraatının iştirakçıları sayılırlar.  



 

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər  



 

94.1.  Kassasiya  şikayəti  məhkəmə  qərarının  tam  formada  təqdim  olunduğu 

gündən  1  ay,  məhkəmə  qərardadının  təqdim  olunduğu  gündən  10  gün  müddətində 

müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.  

94.2.  Şikayətdə  mübahisə  edilən  məhkəmə  qərarı  və  ya  qərardadı  barədə 

məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.  

94.3.  Bu  Məcəllənin  94.1-ci  maddəsində  nəzərdə  tutulmuş  məhkəmə  qərarından 

verilmiş  şikayət  əsaslandırılmadığı  hallarda,  həmin  şikayətin  verildiyi  gündən  1  ay 




ərzində  həmin  şikayətin  əsaslandırma  hissəsi  birbaşa  Ali  Məhkəməyə  təqdim 

edilməlidir.  

94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.  

 

Maddə  95.  Kassasiya  şikayəti  daxil  olduqdan  sonra  apellyasiya  instansiyası 



məhkəməsinin hərəkətləri  

 

95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi 

şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl 

olunmasını yoxlayır:  

95.1.1.  apellyasiya  şikayəti  verən  şəxsin  adının,  soyadının,  atasının  adının  və 

ünvanının göstərilməsini;  

95.1.2.  barəsində  şikayət  verilən  məhkəmə  qərarı  və  ya  qərardadının  tarixi  və 

nömrəsi barədə məlumatların göstərilməsini;  

95.1.3. dövlət rüsumunun ödənilməsini;  

95.1.4. şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini;  

95.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını.  

95.2.  Bu  Məcəllənin  95.1-ci  maddəsində  göstərilən  tələblərə  əməl  olunmaması  ilə 

bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə 

yardım etməlidir.  

95.3.  Apellyasiya  instansiyası  məhkəməsi  şikayətin  daxil  olduğu  vaxtdan  5  gün 

ərzində həmin şikayəti, mübahisə ilə bağlı işin materialları ilə birlikdə Ali Məhkəməyə 

göndərir.  

95.4.  Ali  Məhkəməyə  göndərilənədək  şikayətin  geri  götürüldüyü  hallarda, 

apellyasiya  instansiyası  məhkəməsi  şikayətlə  bağlı  icraata  xitam  verilməsi  barədə 

qərardad qəbul edir.  

 

Maddə 96. Ali Məhkəmədə icraat  



 

96.1.  Ali  Məhkəmə  daxil  olmuş  şikayətin  surətini  digər  proses  iştirakçılarına 

göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək 

üçün imkan yaradır.  

96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır.  

96.3.  Kassasiya  mümkün  sayılmadıqda  Ali  Məhkəmə  şikayəti  qəbul  etməkdən 

imtina  edir  və  bu  barədə  əsaslandırılmış  qərardad  qəbul  edir.  Kassasiyanın  mümkün 

sayılmaması  barədə  qərardad  qəbul  edilməmişdən  əvvəl  proses  iştirakçılarının 

dinlənilmə  hüququ  təmin  olunmalıdır.  Şikayətin  qəbulundan  imtina  edildiyi  hallarda, 

apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.  

96.4. Kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən 

şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.  

96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə 

bağlı  işə  dair  özü  qərar  qəbul  edir.  Mübahisə  ilə  bağlı  iş  üzrə  araşdırmanın  davam 

etdirilməsinin  zəruri  olduğu  aşağıdakı  hallarda,  Ali  Məhkəmə  mübahisə  edilən  qərarı 



Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə