Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

73.3.1.  inzibati  orqan  tərəfindən  diskresion  səlahiyyət  əsasında  qərar  qəbul 

edildikdə;  

73.3.2.  inzibati  aktın  qəbulu  zamanı  inzibati  orqanın  istinad  etdiyi  maddi  hüquq 

normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən 

olunduqda  və  ya  hər  hansı  hüquq  normasının  tətbiqi  ilə  bağlı  inzibati  orqana 

qiymətləndirmə azadlığı verildikdə;  

73.3.3.  inzibati  aktın  qəbul  edilməsi  üçün  araşdırmanın  davam  etdirilməsi  zəruri 

olduqda  və  məhkəmə  tərəfindən  müstəqil  şəkildə,  məhkəmə  baxışı  çərçivəsində  belə 

araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.  

 

Maddə  74.  Diskresion  səlahiyyətlər  əsasında  qəbul  edilmiş  inzibati  aktların 



yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü  

 

İnzibati  orqanın  diskresion  səlahiyyətlər  əsasında  hərəkət  etdiyi  hallarda 



məhkəmə,  həmçinin  inzibati  aktın  və  ya  inzibati  aktın  qəbul  edilməsindən  imtinanın 

yaxud  inzibati  orqanın  hərəkətsizliyi  səbəbindən  inzibati  aktın  qəbul  edilməməsinin 

diskresion  səlahiyyətlərin  qanunla  müəyyən  olunmuş  hədlərinə  əməl  olunmaması  və 

ya  diskresion  hüququn  həmin  səlahiyyətlərin  məqsədinə  uyğun  şəkildə  həyata 

keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.  

 

Maddə 75. Məhkəmə qərarının elan olunması və təqdim edilməsi  



 

75.1.  Məhkəmə  qərarının  nəticəvi  hissəsi,  bir  qayda  olaraq,  şifahi  məhkəmə 

baxışının qurtardığı gün elan edilir. Müstəsna hallarda (mürəkkəb işlər üzrə) məhkəmə 

qərarının  nəticəvi  hissəsi,  şifahi  məhkəmə  baxışının  qurtardığı  gün  məhkəmə 

tərəfindən  müəyyən  edilən  başqa  gündə,  lakin  10  gündən  gec  olmayaraq  elan  edilə 

bilər.  Qərarın  elan  edilən  nəticəvi  hissəsi  yazılı  formada  tərtib  olunur  və  işə  baxan 

hakim, işə kollegial qaydada baxıldıqda isə, məhkəmə tərkibinə daxil olan hakimlərdən 

hər biri tərəfindən imzalanır.  

75.2. Yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu 

vaxtdan  15  gündən  gec  olmayaraq  tərtib  olunaraq  məhkəmənin  dəftərxanasına 

verilməlidir.  

75.3.  Məhkəmə  qərarı,  bu  Məcəllənin  20.1-ci  maddəsində  nəzərdə  tutulmuş 

qaydada  proses  iştirakçılarına  təqdim  edilir.  75.4.  Bu  Məcəllənin  85.1-ci  maddəsində 

nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən 

şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 

gün  keçdikdən  sonra  qanuni  qüvvəyə  minir.  Tərəflərin  şikayətin  geri  götürülməsi 

haqqında bəyanatı yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.  

 

Maddə 76. Məhkəmə qərarının mətnində məhkəmənin düzəliş etmək vəzifəsi  



 

76.1. Məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini 

və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur.  



76.2.  Məhkəmə  qərarının  mətninə  düzəlişlər  barədə  məhkəmə  qərardad  qəbul 

edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.  

76.3. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq 

qeyd aparılmalıdır.  

 

Maddə 77. Ərizə əsasında məhkəmə qərarının mətnində düzəliş edilməsi  



 

77.1. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, 

məhkəmə  qərarının  təsviri  hissəsində  başqa  yanlışlıqlar  və  aydın  olmayan  məqamlar 

olduqda,  məhkəmə  qərarının  təqdim  olunduğu  gündən  2  həftə  ərzində  proses 

iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər.  

77.2.  Məhkəmə  sübutları  araşdırmadan  düzəlişlər  barədə  ərizəyə  dair  qərardad 

qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz.  

77.3.  Qərardad  yalnız  məhkəmə  qərarının  qəbul  edilməsində  iştirak  etmiş 

hakimlər  (hakim)  tərəfindən  qəbul  edilir.  Hakimlərdən  birinin  səsvermədə  iştirak 

etmək imkanından məhrum olduğu hallarda, səslərin bərabər olduğu təqdirdə sədrlik 

edən hakimin səsi həlledici sayılır.  

77.4. Məhkəmə qərarında və həmin qərarın surətlərində düzəlişlər barədə müvafiq 

qeyd aparılmalıdır.  

 

Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri  



 

Mübahisə  predmeti  barədə  qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarı  proses 

iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.  

 

Maddə 79. Məhkəmə qərarının icra olunması  



 

79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur.  

79.2.  Məhkəmə  qərarının  borclu  tərəfindən  könüllü  şəkildə  icra  olunmadığı 

hallarda,  həmin  qərarın  icrası  bu  Məcəllənin  müvafiq  fəslində  və  “İcra  haqqında” 

Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

10

  

 



Maddə 80. Məhkəmə qərardadları  

 

80.1.  Bu  Məcəlləyə  əsasən  barəsində  məhkəmə  qaydasında  şikayət  verilə  bilən, 



habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən 

məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.  

80.2.  İnzibati  aktın  icrasının  dayandırılması  haqqında  və  digər  müvəqqəti 

xarakterli  müdafiə  ilə  bağlı  məhkəmə  qərardadları,  habelə  maraqlı  şəxslər  tərəfindən 

hüquqi  mübahisənin  mahiyyəti  üzrə  nizama  salınmasından  sonra  qəbul  edilən 

qərardadlar  hər  bir  halda  əsaslandırılmalıdır.  80.3.  Bu  Məcəllənin  52-ci,  68-ci,  75.3-cü, 

76-cı  və  77-ci  maddələrində  nəzərdə  tutulmuş  qaydalar  məhkəmə  qərardadlarına  da 

şamil olunur.  

 



Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə