Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   2   3   4   5   6   7   8   9   ...   20

mübahisələrə  dair  işlər  üzrə  kollegiyaları  hakiminin  xüsusi  rəyi  müvafiq  məhkəmə 

tərkibinin qərarı ilə birlikdə dərc edilir.  



 

Maddə  5.  İnzibati-iqtisadi  məhkəmələrin  və  ya  məhkəmə  kollegiyalarının 



səyyar iclasları

6

  

 

İnzibati-iqtisadi məhkəmələr və ya məhkəmə kollegiyaları öz ərazi yurisdiksiyaları 

daxilində,  zərurət  olduğu  hallarda,  başqa  şəhərlərdə  və  ya  yaşayış  məntəqələrində 

səyyar məhkəmə iclasları keçirə bilərlər.  



 

Maddə 6. İnzibati-iqtisadi məhkəmələrdə və kollegiyalarda iş bölgüsü 

7

  

 

İnzibati-iqtisadi  məhkəmələrdə  və  kollegiyalarda  işlərin  bölüşdürülməsi  kargüzarlıq 

qaydalarına uyğun aparılır. 

 

Maddə 7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması  



 

7.1.  Mübahisənin  həllinin  tamamilə  və  ya  qismən  həmin  dövrdə  baxılan  digər 

inzibati  mübahisənin  predmetini  təşkil  edən  və  ya  inzibati  orqan  tərəfindən  baxılmalı 

olan  hüquq  münasibətinin  mövcud  olmasından  və  ya  olmamasından  asılı  olduğu 

hallarda,  məhkəmə  iş  üzrə  icraatı  həmin  mübahisə  həll  edilənə  kimi  və  ya  inzibati 

orqan  tərəfindən  müvafiq  qərar  qəbul  edilənə  kimi  dayandıra  bilər.  İş  üzrə  icraatın 

dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin 

məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.  

7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə 

edilən  hüquq  münasibəti  ilə  bağlı  cinayətin  törədilməsi  ilə  əlaqədar  cinayət  təqibinin 

mübahisənin  həllinə  təsir  edə  biləcəyi  hallarda,  habelə  məhkəmənin  qərarının  cinayət 

və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və 

ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.  

 

Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi  



 

8.1.  İnzibati  mübahisələrin  ərazi  aidiyyəti  müəyyən  edilərkən  aşağıdakı  qaydalar 

tətbiq olunur:  

8.1.1.  daşınmaz  əmlakla,  yaxud  müəyyən  ərazi  ilə  bağlı  hüquq  və  ya  hüquq 

münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu 

yerin məhkəməsi tərəfindən baxılır;  

8.1.2.  mübahisələndirmə  haqqında  iddialara  mübahisə  edilən  inzibati  aktı  qəbul 

etmiş  inzibati  orqanın  yerləşdiyi  yerin  məhkəməsi  tərəfindən  baxılır.  İnzibati  akt 

səlahiyyəti  birdən  çox  məhkəmənin  yurisdiksiyasına  aid  olan  ərazini  əhatə  edən 

inzibati  orqan  tərəfindən  qəbul  edildiyi  hallarda,  belə  inzibati  aktlara  qarşı  iddialara 

hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və 

ya  olduğu  yerin  məhkəməsi  tərəfindən  baxılır.  Azərbaycan  Respublikasının  xaricdə 

yerləşən  diplomatik  nümayəndəlikləri  və  konsulluqlarının  səlahiyyətinə  aid  olan 



ərazilərdə  Azərbaycan  Respublikasına  qarşı  iddialara  müvafiq  icra  hakimiyyəti 

orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;  

8.1.3.  inzibati  orqanla  hakim,  dövlət  qulluqçusu  və  ya  hərbi  qulluqçu  arasında 

mövcud  olan  və  ya  əvvəllər  mövcud  olmuş  xidməti  hüquq  münasibətləri  ilə  bağlı 

həmin  orqana  qarşı  iddialara,  habelə  belə  hüquq  münasibətlərinin  yaranması  ilə 

əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış 

sahəsinin  olmadığı  hallarda  yaşayış  yerinin,  bu  halların  heç  birinin  olmadığı  təqdirdə 

isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi 



tərəfindən baxılır;  

8.1.3-1.  Azərbaycan  Respublikasının  Dövlət

 

bayrağı  altında  üzən  dəniz  gəmisinin  və  ya 



daxili  səfər  gəmisinin  kapitanının  vəsiyyətnamənin  təsdiqi  ilə  əlaqədar  hərəkəti  və  ya 

hərəkətsizliyi,  yaxud  onu  təsdiq  etməkdən  imtina  etməsi  ilə  bağlı  iddialara  həmin  gəminin 

qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

8

 

8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış 

yerinin  olmadığı  hallarda  olduğu  yerin  və  ya  axırıncı  yaşayış  yaxud  olduğu  yerin 

məhkəməsi tərəfindən baxılır.  

8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə 

aid  olmadığı  hallarda,  məhkəmə  tərəfləri  dinlədikdən  sonra  xidməti  vəzifəsinə  görə 

mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə 

müvafiq səlahiyyətli məhkəməyə göndərir.  

8.3. Mübahisəyə baxılmasının  birdən artıq  məhkəmənin  səlahiyyətinə aid olduğu 

hallarda,  məhkəmə  mübahisə  ilə  bağlı  işi  iddiaçı  və  ya  ərizəçi  tərəfindən  seçilən 

məhkəməyə  göndərir.  İddiaçı  və  ya  ərizəçi  tərəfindən  belə  seçim  edilmədiyi  hallarda, 

məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli 

məhkəməyə göndərir.  

8.4.  Tərəflərdən  birinin  məhkəmə  aidiyyətini  mübahisələndirdiyi  hallarda, 

mübahisəyə  baxılmasının  onun  səlahiyyətinə  aid  olması  barədə  məsələ  məhkəmə 

tərəfindən həll edilir.  

8.5.  Bu  Məcəllənin  8.2-8.4-cü  maddələrində  nəzərdə  tutulmuş  hallarda  məhkəmə 

əsaslandırılmış  qərardad  qəbul  edir.  Məhkəmənin  aidiyyətlə  bağlı  qərardadından, 

həmin  qərardadın  təqdim  olunduğu  vaxtdan  10  gün  müddətində  yuxarı  məhkəməyə 

şikayət verilə bilər.  

8.6.  İnzibati-iqtisadi  məhkəmənin  aidiyyətlə  bağlı  qərardadı  qanuni  qüvvəyə 

mindikdən  sonra  həmin  qərardad  apellyasiya  instansiyası  məhkəmələrinin  inzibati-



iqtisadi kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar 

istisna  olmaqla,  mübahisə  ilə  bağlı  işin  göndərildiyi  məhkəmə  üçün  məcburidir. 

Apellyasiya  instansiyası  məhkəməsinin  inzibati-iqtisadi  kollegiyasının  aidiyyətlə  bağlı 

qərardadı  qanuni  qüvvəyə  mindikdən  sonra,  mübahisə  ilə  bağlı  işin  göndərildiyi 

məhkəmə üçün məcburidir.

9

  

 



Maddə 9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi  

 

9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı 



məhkəmə instansiyası tərəfindən müəyyən edilir:  


Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə