Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   12   13   14   15   16   17   18   19   20

 

XV fəsil 

 

NORMATİV XARAKTERLİ AKTLARIN QANUNAUYĞUNLUĞUNUN 

MÜBAHİSƏLƏNDİRİLMƏSİNƏ DAİR İDDİALAR ÜZRƏ İCRAAT 

 

Maddə 



122. 

Normativ 

xarakterli 

aktların 

qanunauyğunluğunun 

mübahisələndirilməsinə dair iddia  

 

122.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq 



yoxlanılması  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  müstəsna 

səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə 

orqanları  tərəfindən  qəbul  edilmiş  normativ  xarakterli  aktların  qanunauyğunluğunun 

yoxlanılmasına  və  onların  etibarsız  (qüvvədən  düşmüş)  hesab  edilməsinə  dair  iddia 

qaldırıla bilər.  

122.2.  İddia  normativ  xarakterli  aktın  qəbul  edilməsi  və  ya  tətbiq  olunması 

nəticəsində  subyektiv  hüquqlarının  pozulduğunu  və  ya  yaxın  gələcəkdə  pozulacağını 

əsaslandıra bilən fiziki və ya hüquqi şəxs tərəfindən, habelə aidiyyətinə toxunulan digər 

orqanlar tərəfindən qaldırıla bilər.  

122.3.  İddia  ərizəsi  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  aidiyyət  qaydalarına  uyğun 

olaraq müvafiq apellyasiya instansiyası məhkəməsinə verilir.  

122.4.  İddia  ərizəsinin  məzmunu  ilə  bağlı  bu  Məcəllənin  46-cı  maddəsinin 

müddəaları tətbiq olunur.  

122.5.  İddia  həmin  normativ  xarakterli  aktı  qəbul  etmiş  dövlət  və  ya  bələdiyyə 

orqanına qarşı qaldırılır.  

122.6.  Məhkəmə  mübahisələndirilən  normativ  xarakterli  aktla  aidiyyətinə 

toxunulan  digər  dövlət  və  ya  bələdiyyə  orqanına  həmin  aktla  bağlı  öz  mövqeyini 

bildirmək  imkanını  təmin  etməlidir.  Bu  məqsədlə  məhkəmə  tərəfindən  müddət 

müəyyən olunur.  

122.7. Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə 

dair  iddialar  üzrə  inzibati  məhkəmə  icraatı  bu  Məcəllədə  nəzərdə  tutulmuş  müvafiq 

prosessual qaydalar əsasında həyata keçirilir.  

122.8.  Normativ  xarakterli  aktın  etibarlılığının  Azərbaycan  Respublikasının 

Konstitusiya  Məhkəməsi  tərəfindən  baxılan  konkret  hüquq  normasının  qanunauyğun 

sayılmasından  asılı  olduğu  hallarda,  məhkəmə  tərəfindən  işə  baxılması  Azərbaycan 

Respublikasının Konstitusiya məhkəməsində icraat başa çatanadək dayandırılır.  

 

Maddə  123.  Normativ  xarakterli  aktların  mübahisələndirilməsinə  dair  iddia 



üzrə məhkəmə qərarı  

 

123.1. Məhkəmə şifahi məhkəmə baxışı əsasında qərar qəbul edir.  



123.2.  İddia  əsaslı  hesab  edildiyi,  yəni  normativ  xarakterli  akt  Azərbaycan 

Respublikasının  Konstitusiyasına  və  ya  qanununa  zidd  olduğu  hallarda,  həmin  akt 

qəbul edildiyi gündən bütövlükdə və ya qismən etibarsız sayılır.  



123.3.  Normativ  xarakterli  aktın  etibarsız  sayılması  barədə  məhkəmənin  qərarı 

ümumi-məcburi  qüvvəyə  malikdir.  Məhkəmə  qərarının  nəticəvi  hissəsi  cavabdeh 

tərəfindən normativ xarakterli aktın dərc olunduğu qaydada dərc edilməlidir.  

123.4.  Normativ  xarakterli  aktın  etibarsız  sayılması  qanuni  qüvvəyə  minmiş 

məhkəmə  qərarlarının  və  barəsində  şikayət  verilə  bilməyən  inzibati  aktların  etibarsız 

sayılmasına  səbəb  olmur.  Normativ  xarakterli  aktın  etibarsız  sayılması  bu  Məcəllənin 

100-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatın təzələnməsinə səbəb ola bilməz 

(icraatın təzələnməsi üçün əsas kimi təfsir oluna bilməz).  

123.5.  Normativ  xarakterli  aktların  mübahisələndirilməsinə  dair  iddia  ərizəsinin 

təmin  edilməməsi  barədə  məhkəmə  qərarı  müstəsna  olaraq  proses  iştirakçılarına 

münasibətdə hüquqi qüvvəyə malikdir.  

123.6.  Mübahisə  ilə  bağlı  iş  üzrə  məhkəmə  qərarının  tam  formada  təqdim 

olunduğu  gündən  30  gün  müddətində  həmin  qərardan  Ali  Məhkəməyə  şikayət  verilə 

bilər.  


 

Maddə  124.  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə  sorğu 



göndərilməsi  

 

Apellyasiya 

instansiyası 

məhkəməsinin 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 130-cu maddəsində nəzərdə tutulmuş və mübahisə ilə bağlı işin həlli 

üçün  əhəmiyyət  kəsb  edən  normativ  hüquqi  aktlardan  hər  hansı  birinin  Azərbaycan 

Respublikasının  Konstitusiyasına  zidd  olduğunu  güman  etdiyi  hallarda  iş  üzrə  icraat 

dayandırılmalı  və  Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu  maddəsinin  III 

hissəsinə  müvafiq  olaraq  həmin  aktın  Azərbaycan  Respublikasının  Konstitusiyasına 

uyğunluğu barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan 

Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməlidir.  

 

XVI fəsil 



 

SİYASİ PARTİYALARLA BAĞLI MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT 

 

Maddə 125. Siyasi partiyaların dövlət qeydiyyatı ilə bağlı işlər üzrə icraat  

 

125.1.  Siyasi  partiyaların  dövlət  qeydiyyatı  ilə  bağlı  mübahisələrə  apellyasiya 



instansiyası məhkəmələri tərəfindən baxılır.  

125.2.  İddia  ərizəsi  siyasi  partiyanın,  siyasi  partiyanın  nizamnaməsinə  və  ya adına 

edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınmasından imtinaya qarşı müvafiq siyasi 

partiya tərəfindən verilə bilər.



18

  

125.3.  İddia  ərizəsi  dövlət  qeydiyyatına  alınmasından  imtina  barədə  Azərbaycan 



Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada maraqlı tərəfə məlumat 

verildiyi vaxtdan 10 gün müddətində verilməlidir.  

125.4.  Məhkəmə  tərəfindən  iddia  ərizəsinə  onun  daxil  olduğu  vaxtdan  15  gün 

müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.  




Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə