Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   12   13   14   15   16   17   18   19   20

ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə 

göndərməyə haqlıdır:  

96.5.1.  apellyasiya  instansiyası  məhkəməsində  icraat  zamanı  yol  verilmiş  ciddi 

prosessual  pozuntular  səbəbindən  əhəmiyyətli  sayda  və  ya  geniş  həcmdə  sübutların 

araşdırılması tələb olunduqda;  

96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.  

96.6.  Bu  Məcəllənin  96.5-ci  maddəsində  nəzərdə  tutulmuş  qayda  məhkəmə 

qərardadlarına  (məhkəmənin  qərardad  formasında  olan  yekun  qərarı  istisna  olmaqla) 

qarşı verilmiş şikayətlərə şamil olunmur.  

96.7.  Mübahisə  edilən  məhkəmə  qərarının  əsaslandırma  hissəsində  qüvvədə  olan 

hüquq  normalarının  məhkəmənin  gəldiyi  nəticəyə  təsir  etməyən  şəkildə  pozulması 

hallarının  olmasına  baxmayaraq,  qərar  digər  əsaslar  üzrə  düzgündürsə,  Ali  Məhkəmə 

şikayəti  təmin  etmir.  Bu  qayda  bu  Məcəllənin  92-ci  maddəsində  nəzərdə  tutulmuş 

hallara şamil olunmur.  

96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar 

qəbul edir.  

96.9.  Ali  Məhkəmə  apellyasiya  instansiyası  məhkəməsinin  qərarını  (qərardadını) 

dəyişdirmədən  qüvvədə  saxlaya  bilər,  dəyişdirə  bilər  və  ya  ləğv  edərək  (tam  və  ya 

qismən)  yeni  qərar  qəbul  edə  bilər.  Apellyasiya  instansiyası  məhkəməsinin  qərarı, 

həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.  

96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.  

96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya 

instansiyası məhkəmələri üçün məcburidir.  

 

Maddə 97. Kassasiya şikayətinin geri götürülməsi  



 

97.1.  Kassasiya  şikayəti  verən  şəxs  Ali  Məhkəmənin  qərarı  qanuni  qüvvəyə 

minənədək şikayətini geri götürə bilər.  

97.2.  Şifahi  məhkəmə  baxışı  başa  çatdıqdan  sonra  şikayətin  geri  götürülməsinə 

cavabdehin razılığı ilə yol verilir.  

97.3.  Şikayətin  geri  götürülməsi  eyni  predmet  barəsində  və  eyni  əsaslar  üzrə 

yenidən şikayət vermə imkanını istisna edir.  

97.4.  Şikayətin  geri  götürüldüyü  hallarda,  prosessual  xərclər  haqqında  Ali 

Məhkəmə tərəfindən qərardad qəbul edilir.  

 

Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı  



 

98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.  

98.2.  Müəyyən  hüquqi  mübahisəyə  baxılarkən,  Ali  Məhkəmənin  inzibati-iqtisadi 

kollegiyasının  müvafiq  məhkəmə  tərkibinin  həmin  kollegiyanın  digər  məhkəmə 

tərkibinin qərarından fərqli qərar qəbul etmək istədiyi hallarda, birgə Palata yaradılır.  

98.3.  İşə  baxan  müvafiq  məhkəmə  tərkibi  mübahisəli  hüquqi  məsələni  baxılması 

və həll olunması üçün Palataya göndərir. Bu barədə təqdimat yazılı formada olmalıdır.  



98.4.  Palatanın  qərarı  qərardad  formasında  qəbul  edilir  və  Ali  Məhkəmənin 

inzibati-iqtisadi kollegiyasının bütün məhkəmə tərkibləri üçün məcburidir.  

98.5.  Ali  Məhkəmənin  inzibati-iqtisadi  kollegiyasının  məhkəmə  tərkibi,  Palatanın 

qərarından fərqli qərar qəbul etmək istədiyi hallarda, hüquqi mübahisə ilə bağlı iş həll 

olunması üçün təkrar Palataya göndərilməlidir.  

98.6.  Palata  Ali  Məhkəmənin  sədrindən,  Ali  Məhkəmənin  inzibati-iqtisadi 

kollegiyasının  sədrindən,  həmin  kollegiyanın  hakimlərindən  ibarət  tərkibdə  təşkil 

olunur.  Ali  Məhkəmənin  sədri  Palataya  sədrlik  edir.  Ali  Məhkəmənin  sədrinin 

Palatanın iclasında şəxsən iştirak edə bilmədiyi hallarda Palataya sədrliyi onun müavini 

həyata keçirir. Səslərin bərabər olduğu hallarda, sədrlik edənin səsi həlledici sayılır.  

 

Maddə 99. Kassasiya şikayətinə yol verilməməsi  



 

99.1.  Məhkəmə  qərarının  motivasiyası  və  prosessual  xərclərlə  bağlı  kassasiya 

şikayətinə yol verilmir.  

99.2. Məhkəmənin aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilməz:  

99.2.1.  məhkəmə  prosesinin  aparılması  haqqında  məhkəmə  qərardadlarının 

(sərəncamlarının);  

99.2.2. məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə 

iclasının  vaxtı  ilə  bağlı  müəyyən  müddətin  təyin  olunması  haqqında  məhkəmə 

qərardadlarının;  

99.2.3. sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd 

edilməsi haqqında məhkəmə qərardadlarının;  

99.2.4. müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi 

və  ya  bir  icraatın  müstəqil  işlər  üzrə  icraata  ayrılması  haqqında  məhkəmə 

qərardadlarının;  

99.2.5. məhkəmə üzvlərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının;  

99.2.6. bu Məcəllə ilə müəyyən edilmiş digər hallarda.  



 

XII fəsil 

 

YENİ AÇILMIŞ HALLAR ÜZRƏ İCRAAT  

 

Maddə 100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar  

 

Qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarının  qəbul  edilməsi  ilə  başa  çatmış 



inzibati  məhkəmə  icraatı,  sonradan  yeni  sübutların  və  ya  halların  aşkar  olunduğu  və 

həmin  sübutların  və  ya  halların  ərizəçidən  asılı  olmayan  səbəblərdən  ilkin  icraat 

zamanı  təqdim  olunmadığı  təqdirdə,  proses  iştirakçılarından  birinin  yeni  açılmış 

hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.  

 

Maddə 101. Məhkəmə aidiyyəti  



 


Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə