Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi



Yüklə 489,3 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix01.12.2017
ölçüsü489,3 Kb.
#13352
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi 

məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana 

bilər.  

 

Maddə 69. Məhkəmə qərarının forması və məzmunu  



 

69.1.  Məhkəmə  qərarı  aşağıdakı  hissələrdən  ibarət  yazılı  formada  tərtib 

edilməlidir:  

69.1.1. giriş hissəsindən;  

69.1.2. təsviri hissədən;  

69.1.3. əsaslandırma hissəsindən;  

69.1.4. nəticəvi hissədən.  

69.2.  Məhkəmə  qərarının  giriş  hissəsində  onun  qəbul  edildiyi  tarix  və  yer,  qərarı 

qəbul  edən  məhkəmənin  adı,  qərarın  qəbul  edilməsində  iştirak  edən  hakimlərin 

(hakimin)  soyadı,  adı,  atasının  adı,  proses  iştirakçılarının,  onların  qanuni  və  (və  ya) 

səlahiyyətli nümayəndələrinin adı, soyadı, atasının adı, ixtisası və vəzifəsi, yaşayış yeri, 

habelə məhkəmə icraatında onların statusu göstərilməlidir.  

69.3. Məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə 

alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının 

tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə 

ifadə olunmalıdır. Bu zaman mübahisənin predmetini və mübahisə ilə bağlı işin faktiki 

vəziyyətini kifayət qədər əks etdirən müvafiq sənədlərə istinad etmək zəruridir.  

69.4.  Məhkəmə  qərarının  əsaslandırma  hissəsində  qərar  qəbul  edərkən 

məhkəmənin  əsaslandığı  faktiki  hallar  və  sübutlar,  istinad  etdiyi  normativ  hüquqi 

aktlar  və  onların  qiymətləndirilməsi  göstərilməlidir.  Cavabdehin  iddianı  qəbul  etdiyi 

hallarda,  qərarın  əsaslandırma  hissəsində  yalnız  iddianın  cavabdeh  tərəfindən  qəbul 

edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər.  

69.5.  Məhkəmə  qərarının  nəticəvi  hissəsində,  məhkəmənin  gəldiyi  nəticə, 

prosessual  xərclər  və  həmin  qərara  qarşı  hüquqi  müdafiə  vasitələrindən  istifadə 

qaydası və müddəti göstərilməlidir.  

69.6.  Məhkəmə  qərarının  icra  qaydasının  və  müddətinin  müəyyən  edildiyi 

hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəriş nəzərdə tutulmalıdır.  

69.7.  Məhkəmə  qərarı  elan  olunduğu  vaxtdan  ən  geci  15  gün  müddətində  tam 

hazır formada məhkəmənin dəftərxanasına verilməlidir.  

69.8.  Məhkəmə  dəftərxanasının  müvafiq  dövlət  qulluqçusu  məhkəmə  qərarında 

həmin  qərarın  proses  iştirakçılarına  təqdim  olunduğu  tarix,  qərar  şifahi  məhkəmə 

baxışı ilə bağlı iclasda elan olunduğu hallarda isə onun elan edildiyi tarix barədə qeyd 

aparmalı və həmin qeydləri öz imzası ilə təsdiq etməlidir.  

 

Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı  



 

70.1.  İnzibati  aktın  qanuna  zidd  olduğu  və  bunun  nəticəsində  iddiaçının 

hüquqlarını  pozduğu  hallarda,  məhkəmə  həmin  inzibati  aktın  (şikayət  instansiyasına 

inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) 




ləğv  edilməsi  barədə  qərar  qəbul  edir.  İnzibati  akt  qəbul  edilərkən  inzibati  icraatın 

inzibati  orqanın  qərarına  təsir  edən  şəkildə  pozulduğu  hallarda  da  bu  qayda  tətbiq 

olunur.  

70.2. İddiaçının pul məbləğinin həcmini müəyyən edən və ya pul məbləğinin təyin 

edilməsi  üçün  müəyyən  şərtlərin  mövcud  olduğunu  nəzərdə  tutan  (tanıyan)  inzibati 

aktın dəyişdirilməsini  tələb etdiyi hallarda,  məhkəmə başqa  miqdarda pul məbləği və 

ya pul məbləğinin ödənilməsi üçün başqa şərtlər müəyyən edə bilər.  

70.3.  İnzibati  aktın  ləğv  edilməsi  ilə  yanaşı,  iddiaçının  hər  hansı  öhdəliyin 

(vəzifənin)  yerinə  yetirilməsini  tələb  etməyə  haqlı  olduğu  hallarda,  məhkəmə  həmin 

icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında 

qərar qəbul edə bilər.  

 

Maddə 71. İnzibati aktın icrasının dönüşü haqqında məhkəmə qərardadı  



 

71.1.  İnzibati  aktın  icra  olunduğu  hallarda,  məhkəmə  inzibati  aktı  ləğv  etməklə 

yanaşı,  müvafiq  ərizə  əsasında  inzibati  orqanın  üzərinə  icranın  nəticələrini  aradan 

qaldırmaq barədə öhdəlik qoya bilər.  

71.2.  Məhkəmə  baxışının  davam  etdirilməsinə  artıq  ehtiyac  qalmadığı  və  inzibati 

orqanın  icranın  nəticələrinin  aradan  qaldırılması  üsulları  ilə  bağlı  diskresion 

səlahiyyətlərə  malik  olmadığı  hallarda,  məhkəmə  icranın  nəticələrinin  aradan 

qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. 

71.3.  İnzibati  aktın  icrasının  nəticələrini  aradan  qaldırmaq  mümkün  olmadıqda, 

məhkəmə  inzibati  orqan  tərəfindən  kompensasiyanın  ödənilməsi  barədə  qərar  qəbul 

edə bilər.  

 

Maddə  72.  Ləğv  olunmuş  inzibati  aktın  etibarsız  sayılması  barədə  məhkəmə 



qərarı  

 

İnzibati aktın  inzibati  orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara 



görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq 

onun  ərizəsinə  (vəsatətinə)  əsasən  həmin  aktın  etibarsız  (qanunsuz)  sayılması  barədə 

qərar qəbul edir.  

 

Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı  



 

73.1.  İnzibati  aktın  qəbulundan  imtina  olunmasının  və  ya  cavabdehin 

hərəkətsizliyi  nəticəsində  inzibati  aktın  qəbul  edilməməsinin  qanuna  zidd  olduğu  və 

iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın 

üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.  

73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün 

olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə 

almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.  

73.3.  Aşağıdakı  hallarda  məhkəmə,  bir  qayda  olaraq,  iddiaçının  tələbinə  uyğun 

qərar qəbul edə bilməz:  




Yüklə 489,3 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə