Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   2   3   4   5   6   7   8   9   ...   32

28.7. Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi 

soyadı saxlaya bilər. 

 

 

Üçüncü bölmə 



 

Ər-arvadın hüquq və vəzifələri 

 

6-cı fəsil 

Ər-arvadın şəxsi hüquq və vəzifələri 

 

Maddə 29. Ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi 



 

29.1.  Azərbaycan  Respublikası  Konstitusiyasında  təsbit  edilmiş  qadın  və  kişinin 

hüquq  bərabərliyinə  uyğun  olaraq  ər  və  arvad  ailə  münasibətlərində  bərabər  şəxsi  və 

əmlak hüquqlarına malikdirlər. 

29.2.  Analıq,  atalıq,  uşaqların  tərbiyəsi  və  təhsili,  eləcə  də  ailənin  digər  məsələləri 

ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. 

29.3. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır. 

29.4. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında 

qurmalı,  ailənin  möhkəmləndirilməsi  və  rifahı  üçün  birgə  fəaliyyət  göstərməli, 

övladlarının  inkişafı  üçün  əlverişli  şərait  yaratmalı  və  onların  sağlamlığının  qayğısına 

qalmalıdırlar. 

 

Maddə 30. Ər-arvadın soyad seçmək hüququ  



 

30.1.  Ər-arvad  öz  arzuları  ilə  onlardan  birinin  soyadını  özləri  üçün  ümumi  soyad 

seçə,  yaxud  onlardan  hər  biri  nikahdan  əvvəlki  soyadını  saxlaya  və  ya  öz  ərinin 

(arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. 

30.2.  Nikaha  daxil  olanların  biri  və  ya  hər  ikisi  qoşa  soyada  malik  olduqda 

soyadların birləşdirilməsinə yol verilmir. 

30.3. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə 

səbəb olmur. 

30.4.  Nikah  pozulduqda  ər  (arvad)  ümumi  soyadlarını  saxlamaq  və  ya  nikahdan 

əvvəlki soyadını bərpa etmək hüququna malikdir. 

 

7-ci fəsil 

Ər-arvadın əmlakının qanuni rejimi 

 

Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı 



 

31.1.  Ər-arvadın  birgə  mülkiyyətinin  rejimi  onların  əmlakının  qanuni  rejimi  hesab 

olunur. 



31.2.  Nikah  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  ər-arvadın  əmlakının 

qanuni rejimi fəaliyyət göstərir. 

31.3. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, 

sahiblik  və  sərəncam  hüquqları  Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyinə 

uyğun olaraq müəyyən olunur.

11

 

 



Maddə 32. Ər-arvadın birgə mülkiyyəti  

 

32.1.  Nikah  müddətində  ər-arvadın  əldə  etdikləri  əmlak  onların  ümumi  birgə 



mülkiyyəti sayılır. 

32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 

32.2.1.  onların  hər  birinin  əmək,  sahibkarlıq  və  intellektual  fəaliyyəti  nəticəsində 

əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan 

digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində 

əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 

32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, 

qiymətli  kağızlar,  kredit  idarələrinə  və  s.  kommersiya  təşkilatlarına  qoyulmuş  paylar, 

əmanətlər,  kapitaldan  olan  paylar  və  əmlakın  ər-arvaddan  kimin  adına  əldə 

olunmasından,  yaxud  əmanətin  kimin  adına  və  ya  kim  tərəfindən  qoyulmasından  asılı 

olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 

32.3.  Nikah  dövründə  ev  təsərrüfatı  ilə,  uşaqlara  qulluq  etməklə  məşğul 

olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da 

ümumi əmlak üzərində hüquqa malikdir. 

 

Maddə  33.  Ər-arvadın  ümumi  əmlakı  üzərində  sahiblik,  istifadə  və  sərəncam 



hüququ  

 

33.1.  Ər-arvadın  ümumi  əmlakı  üzərində  sahiblik,  istifadə  və  sərəncam  hüququ 



onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

12

 

33.2.  Ər-arvadın  rəsmi  reyestrdə  qeydə  alınmalı  olmayan  ümumi  daşınar  əmlakı 



üzərində  sərəncam  əqdini  onlardan  biri  həyata  keçirirsə,  bu  halda  güman  edilir  ki,  o, 

digərinin razılığı ilə hərəkət edir. 

33.3.  Ər-arvaddan  biri  digərinin  razılığı  olmadan  onların  ümumi  əmlakı  üzərində 

sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını 

bilirdisə  və  ya  bilməli  idisə,  əqd  bağlanmasına  razılığı  olmayan  ər  (arvad)  tərəfindən 

mübahisələndirilə bilər.



13

 

33.4.  Ər-arvaddan  birinin  daşınmaz  əmlak  üzərində  sərəncam  vermək  barədə 



notariat  qaydasında  təsdiq  edilən  və  (və  ya)  qeydiyyata  alınan  əqdlər  bağlaması  üçün 

digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə 

notariat  qaydasında  təsdiq  olunmuş  razılığı  olmadıqda,  bu  əqd  Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsi  ilə  müəyyən  olunmuş  müddətdə  mübahisələndirilə 

bilər.

14

 

 



Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti  

 



34.1.  Nikaha  daxil  olanadək  onlara  məxsus  olan  əmlak,  habelə  nikah  dövründə 

hədiyyə  şəklində  və  ya  vərəsəlik  qaydasında,  digər  əvəzsiz  əqdlər  üzrə  əldə  etdikləri 

əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 

34.2.  Ziynət  əşyaları  istisna  olmaqla,  fərdi  istifadə  şeyləri  (geyim,  ayaqqabı  və  s.) 

nikah  zamanı  ər-arvadın  ümumi  vəsaiti  hesabına  əldə  edilsə  də,  ər-arvaddan  kimin 

istifadəsində olubsa, ona məxsusdur. 

 

Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması  



 

Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud 

da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli 

artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) 

müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 

 

Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi  



 

36.1.  Ər-arvadın  ümumi  əmlakının  bölünməsi  nikah  dövründə,  eləcə  də  onlardan 

birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi 

əmlakında  olan  onlardan  birinin  payına  yönəltmək  üçün  ümumi  əmlakın  bölünməsi 

tələbi barədə ərizə verdikdə həyata keçirilir. 

36.2.  Ər-arvadın  ümumi  əmlakı  onların  sazişi  əsasında  bölünə  bilər.  Belə  saziş  ər-

arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 

36.3.  Mübahisə  olduqda,  ər-arvadın  ümumi  əmlakının  bölünməsi,  eləcə  də  bu 

əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 

36.4.  Məhkəmə  ər-arvadın  ümumi  əmlakını  bölərkən  onların  tələbi  ilə  hər  birinə 

çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan 

əmlak  verildikdə,  bunun  əvəzində  digərinə  müvafiq  məbləğdə  pul  və  ya  başqa 

kompensasiya verilə bilər. 

36.5.  Məhkəmə,  ər-arvadın  ailə  münasibətlərinə  xitam  verdiyi  və  ayrı  yaşadığı 

dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 

36.6.  Yetkinlik  yaşına  çatmayan  uşaqların  tələbatını  ödəmək  üçün  əldə  olunan 

şeylər  (geyim,  paltar,  ayaqqabı,  məktəbli  və  idman  ləvazimatları,  musiqi  alətləri,  uşaq 

kitabxanası  və  s.)  bölünmür  və əvəzi  ödənilmədən  uşaqları  ilə  birgə  yaşayan  valideynə 

verilir. 

36.7.  Ər-arvadın  ümumi  əmlakı  hesabına  yetkinlik  yaşına  çatmayan  ümumi 

uşaqların  adına  qoyulmuş  əmanətlər  həmin  uşaqlara  məxsus  hesaba  edilir  və  ümumi 

əmlakın bölünməsi zamanı nəzərə alınmır. 

36.8.  Ər-arvadın  ümumi  əmlakı  bölündükdə,  nikah  dövründə  həmin  əmlakın 

bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə 

mülkiyyətini təşkil edir. 

36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların 

tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 

 

Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən 



edilməsi  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə