Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   2   3   4   5   6   7   8   9   ...   32

23.4. Ər  (arvad) nikahın pozulması haqqında  şəhadətnaməni alana  qədər yenidən 

nikaha daxil ola bilməz. 

 

Maddə 24. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib 



çıxdıqda nikahın bərpası  

 

24.1. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda 



məhkəmənin  müvafiq  qətnamələri  ləğv  olunmaqla,  nikah  müvafiq  icra  hakimiyyəti 

orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər. 

24.2. Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz. 

 

5-ci fəsil 



Nikahın etibarsızlığı 

 

Maddə 25. Nikahın etibarsız sayılması 



 

25.1.  Bu  məcəllənin  10—12-ci  maddələrində  və  13.7-ci  maddəsində  nəzərdə 

tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq 

niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.



10

 

25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır. 



25.3.  Məhkəmə  nikahın  etibarsız  sayılması  barədə  qanuni  qüvvəyə  minmiş 

qətnamədən  çıxarışı  3  gün  müddətində  nikahın  bağlandığı  müvafiq  icra  hakimiyyəti 

orqanına göndərməyə borcludur. 

25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 

 

Maddə 26. Nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər  



 

26.1.  Aşağıdakı  şəxslər  nikahın  etibarsız  sayılmasını  tələb  etmək  hüququna 

malikdirlər: 

26.1.1.  nikah  yaşına  çatmayan  şəxslə  və  nikah  yaşına  çatana  qədər  nikaha  daxil 

olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah 

bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən 

şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 

26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda 

bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər 

(arvad); 

26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, 

yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı 

anında  öz  hərəkətlərinin  mahiyyətini  anlamaq  və  onları  idarə  etmək  iqtidarında 

olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 

26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), 

məhkəmə  qaydasında  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilən  ərin  (arvadın)  isə 

qəyyumu; 

26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 




26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna 

olmaqla,  bu  Məcəllənin  12-ci  maddəsinin  tələbləri  pozulmaqla  bağlanmış  nikah 

nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 

26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 

26.1.8.  bu  Məcəllənin  13.7-ci  maddəsində  göstərilən  hallar  olduqda,  hüquqları 

pozulmuş ər (arvad). 

26.2.  Nikah  yaşına  çatmayan,  eləcə  də  məhkəmə  qaydasında  fəaliyyət  qabiliyyəti 

olmayan  hesab  edilən  şəxslərlə  bağlanan  nikahın  etibarsız  sayılması  barədə  işə 

baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır. 

 

Maddə 27. Nikahın etibarsız sayılmasını aradan qaldıran hallar  



 

27.1.  Nikahın  etibarsız  sayılması  barədə  işə  baxılanadək  nikahın  bağlanmasına 

qanuna  görə  mane  olan  hallar  aradan  qalxdıqda,  məhkəmə  həmin  halların  aradan 

qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər. 

27.2.  Yetkinlik  yaşına  çatmayan  ərin  (arvadın)  mənafeyi  tələb  etdikdə,  eləcə  də 

nikahın etibarsız sayılması barədə onun razılığı olmadıqda, nikah yaşına çatmayan şəxslə 

bağlanmış nikahın etibarsız sayılması barədə iddianı məhkəmə rədd edə bilər. 

27.3. Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq 

ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. 

27.4.  Ər-arvad  arasında  nikah  bağlanması  üçün  qanunla  qadağan  olunmuş 

qohumluq  halları  və  ya  nikah  bağlanarkən  onlardan  birinin  başqa  şəxslə  pozulmamış 

nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla 

bilməz. 

 

Maddə 28. Nikahın etibarsız sayılmasının nəticələri  



 

28.1. Bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar 

istisna  olmaqla  etibarsız  hesab  edilmiş  nikah  ər-arvadın  qarşılıqlı  hüquq  və  vəzifələrini 

yaratmır. 

28.2.  Nikahı  etibarsız  sayılmış  şəxslərin  birgə  əldə  etdikləri  əmlaka  Azərbaycan 

Respublikası  Mülki  Məcəlləsinin  ümumi  paylı  mülkiyyət  haqqında  müddəaları  tətbiq 

edilir. 

28.3.  Bu  Məcəllənin  38  və  39-cu  maddələrinə  əsasən  ər  və  arvad  arasında 

bağlanmış nikah müqaviləsi etibarsız sayılır. 

28.4.  Nikahın  etibarsız  sayılması  bu  nikahdan  doğulan  və  ya  nikahın  etibarsız 

sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir. 

28.5.  Nikah  etibarsız  hesab  edilərkən  məhkəmə,  belə  nikahın  bağlanması 

nəticəsində  hüquqları  pozulmuş  ərin  (arvadın)  saxlanması  üçün  digər  tərəfdən  bu 

Məcəllənin 85—86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah etibarsız 

hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu 

Məcəllənin  32-ci,  36—37-ci  maddələrində  müəyyən  edilmiş  normaları  tətbiq  edə, 

həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər. 

28.6. Ər (arvadın) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə 

nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə