Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

 

38 


gələcəyimiz  olan  uşaqlarımızın  sağlamlığının  qorunmasi  üçün  əsas  şərtlərdən 

biridir. 

Bəs  interaktiv  təlimi  həyata  keçirmək  üçün  müəllimə  lazım  olan  bacarıqlar 

hansılardır?  

Gündəlik dərs planını hazırlayarkən  müəllim ilk olaraq öz işini mövzunun, 

standartın,  məqsədin,  iş  forması  və    iş  üsulunun,  inteqrasiya  imkanlarının, 

resursların müəyyənləşdirilməsi ilə başlamalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, 

alt  standartlar  təlim  məqsədlərinin  düzgün  müəyyən  edilməsində  mühüm  rol 

oynayır.  Belə  ki,  standart  seçilir,  ona  uyğun  mövzu  müəyyənləşdirilir.  Sonda  isə 

həm mövzuya, həm də standarta uyğun təlim məqsədi seçilir.  

Təlim  məqsədlərini  həyata  keçirmək  üçünsə  müəllim  mütləq  mövzuya, 

standarta  və  məqsədlərə  müvafiq  təlim  forması  və  təlim  üsulu  müəyyənləşdir-

məlidir.  Təlim  üsulunu  dərsdə  şagirdlərin  əyləndirilməsi  vasitəsinə  çevirmək 

olmaz.  Yalnız  mövzunu  dərindən  bilməklə  bərabər,  təlim  üsulunun  düşünülmüş 

tətbiqi  təhsil  situasiyasının  planlı  inkişafını  təmin  edir.  Düzgün  istifadə  olunmuş 

təlim  üsulu  vasitəsilə,  şagirdlərdə  zehni  yorğunluq  hallarını  aradan  qaldırmaq, 

onların  düşünmə  və  tədqiqatçılıq  qabiliyyətini  inkişaf  etdirmək,  təhsilə  marağı 

artırmaq  mümkündür.  Təhsilə  belə  yanaşma  şagirdlərin  düşünmə  qabiliyyətlərini 

və müstəqil olaraq bilik əldə etmək bacarığını inkişaf etdirir. 

İnteraktiv  təlim  üsullarının  tətbiqi  dərsin  strukturu  qarşısında  müəyyən 

tələblər  qoyur.  Bir  qayda  olaraq,  interaktiv  dərsin  quruluşu  üç  əsas  hissədən 

ibarətdir: Giriş hissə, əsas hissə və yekun hissə. 

Giriş  hissəyə  motivasiya,  tədqiqat  sualı;  əsas  hissəyə  informasiyanın 

mübadiləsi,  informasiyanın  müzakirəsi;  yekun  hissəyə  nəticə  və  ümumiləşdirmə, 

yaradıcı tətbiqetmə və qiymətləndirmə daxildir. 

Motivasiya  psixoloji amil kimi  hər hansı fəaliyyətin mexanizmini işə salan 

qüvvədir.  Dərsin  ən  mühüm  və  ən  mürəkkəb  mərhələsi  olan  motivasiya  düzgün 

yaradılmalı,  istifadə  olunan  materialın  xüsusiyyətləri  cəlbedici,  qeyri-adi, 

müəmmalı,  gözlənilməz,  marağı  və  müstəqil  təfəkkürü  şövqləndirməyə  qadir 

olmalıdır. 

Şagirdlər  tərəfindən  irəli  sürülən  ehtimalların,  fərziyyələrin  yoxlanılması 

üçün,  ilk  növbədə,  tədqiqat  sualı  formalaşdırılmalı  və  bu  sual  yeni  biliklərin 

kəşfinə yönəlməlidir. 



Tədqiqatın aparılması dərsin II mərhələsi  olub, problemin həlli üzrə irəli 

sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab 

verməyə  kömək  edə  biləcək  faktları  tapmağa  imkan  yaradır.  Bu  zaman  yeni 

faktların  öyrənilməsi  və  bu  suallara  cavabların  tapılması  gedişində  düşünmək  və 

yeni  bilikləri  kəşf  etmək  üçün  özündə  yeni  informasiyanı  və  yeni  sualları 

cəmləşdirən müxtəlif çalışmaların olması vacibdir.  



İnformasiya  mübadiləsi  dərsin  III  mərhələsi  olub,  şagirdlər  tədqiqatın 

gedişində  əldə  etdikləri  tapıntıların,  yeni  informasiyanın  mübadiləsini  aparırlar. 

Qoyulmuş  suala  cavab  tapmaq  zərurəti  tədqiqatın  bütün  iştirakçılarını  bir-birinin 

təqdimatını fəal dinləməyə sövq edir. 



İnformasiya  müzakirəsi  dərsin  IV  mərhələsi  olub,  bütün  bilik,  bacarıq  və 

vərdişlərin, 

təfəkkürün 

müxtəlif  növlərinin  (məntiqi,  tənqidi,  yaradıcı) 

səfərbərliyini  tələb  edir.  Müəllim  fasilitasiya  əsasında  (yönəldici,  köməkçi 



 

39 


suallardan  istifadə  etməklə)  əldə  edilmiş  faktların  məqsədyönlü  müzakirəsinə  və 

onların  təşkilinə  kömək  edir.  İnformasiyanın  təşkili  bütün  faktlar  arasında 

əlaqələrin aşkara çıxarılmasına   və onların sistemləşdirilməsinə yönəldilir.  

Nəticə  və  ümumiləşdirmə  dərsin  V  mərhələsidir.  Bu  mərhələdə  şagird 

nəinki əldə olunan bilikləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı 

ilə və irəli sürülmüş fərziyyələrlə   müstəqil olaraq tutuşdurmalıdır.  

Yaradıcı  tətbiqetmə  mərhələsi  VI  mərhələ  olub,  biliyi  möhkəmləndirir, 

uşağa onun praktiki əhəmiyyətini açıb göstərir. 



Qiymətləndirmə 

və 

refleksiya 

mərhələsi 

VII 

mərhələsidir. 

Qiymətləndirmə  istənilən  prosesin  təkmilləşdirilməsini  təmin  edən  bir 

mexanizmdir.    Refleksiya    artıq  başa  çatmış  prosesin  şüurda  inikasıdır.  Təlim 

prosesinin  refleksiyası  biliklərin  mənimsənilməsinin  bütün  mərhələlərini  təhlil 

etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.  

Bir neçə dərs nümunəsini təqdim edilir. 

 

VI sinif 

 

Mövzu: Qaraciyər sorucusu.  



Standart: 1.1.2.Canlıların quruluşunu təsvir edir. 

                 4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir. 

 

Məqsəd:  

Qaraciyər sorucusunun quruluşunu  şərh edir. 

Qaraciyər sorucusunun canlılara təsirini şərh edir. 

 

İş forması: kollektivlə, qruplarla. 



İş üsulu: Beyin həmləsi, klaster, Venn diaqramı. 

 

Resurslar: Dərslik, flipçat, iş vərəqləri, marker, tablo, İKT vasitələri 

İnteqrasiya: İnf.1.2.3. 

Dərsin gedişi 

1)

 

Motivasiya: lövhədə (adi yaxud elektron) labirint “Tayını tap” 



Müəllim:  

- Bu orqanizmlər bir-birilə necə əlaqəlidir? (Parazitizm) 

- Parazitizm nədir? 

(Canlıların  qarşılıqlı  münasibətinin  bir  formasında  əgər  bir  canlı  digər 

canlıda yaşayırsa və onun hüceyrələri və hazır üzvi maddələri ilə qidalanırsa həmin 

canlı – parazit, digəri isə - sahib adlanır)   

 

Tədqiqat  sualı:  Parazit  qurdların  hansı  xüsusiyyətləri  vardır?  Qaraciyər 

sorucusu canlılara necə təsir göstərir ? 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə