Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   2   3   4   5   6   7   8   9   ...   27

 



 



 

 

 

 

 

 

 

 

 

 

Giriş 

Biologiya  fənni  üzrə  təhsil  proqramı  (kurikulumu)  və  onun  xarakterik 

cəhətləri.  Ölkənin  ümumi  inkişafının  təmin  olunmasına  xidmət  edən

 

biologiya 



fənn  üzrə  təhsil  proqramı  (kurikulumu)  təhsil  islahatının  yerinə  yetirilməsi 

istiqamətində  görülmüş  işlərdən  biri  kimi  meydana  çıxmışdır.  Özündə  dünyanın 

mütərəqqi  ölkələrinin  təhsil  təcrübələrini  ümumiləşdirən  bu  sənəd  bilavasitə 

şagirdlərin bir şəxsiyyət kimi formalaşmasına istiqamətlənməklə özünün humanist, 

demokratik,  innovativ  və  inteqrativ  xarakterinə  görə  fərqlənir.  Məzmun 

standartlarının,  təlim  strategiyalarının,  qiymətləndirməyə  dair  məzmun,  vasitə  və 

mexanizmlərin  verilməsi  biologiya  fənn  kurikulumunun  həm  də  kompleks  bir 

sənəd olduğunu göstərir.  

Biologiyadan  yeni  məzmunun  nəticələr  (məzmun  standartları)  formasında 

verilməsi  yeni  təhsil  proqramının  (kurikulumun)  demokratik  xarakterindən  irəli 

gəlir. Müəllimlərə nəticələrin bir standart tələb kimi verilməsi onlara fəaliyyətində 

sərbəst  olmağa,  müvafiq  təlim  strategiyaları  seçməyə,  yaxud  öz    imkan  və 

şəraitlərinə  uyğun  təlim  strategiyaları  hazırlamaqla  yanaşı,  müasir  dərsliklərin, 

digər resursların hazırlanmasını istiqamətləndirir. 

Biologiya  fənni  üzrə  yeni  məzmunda  insan,  onun  sağlamlığı,  insanın  sosial 

mahiyyəti,  insan  və  təbiətin  qarşılıqlı  münasibətləri,  insanın  psixoloji 

xüsusiyyətlərinə  aid  həyati  əhəmiyyəti  olan  ən  zəruri    bilik  və  bacarıqlar  əhatə 

olunur.  

Bu  təhsil  proqramında  (kurikulumda)  canlıların  hüceyrədən  biosferədək 

təşkili  səviyyələri,  canlılar  aləminin  kimyəvi  və  bioloji  təkamülü,  irsi 

dəyişikliklərin qanunauyğunluqları, ekoloji problemlər, onun dərkedilməsi və həlli 

yolları sadədən mürəkkəbə doğru istər mərhələlər, istərsə də siniflər üzrə şaquli və 

üfiqi inteqrasiya nəzərə alınmaqla təqdim edilir. Şagirdin tədqiqatçılıq bacarıqları, 

inkişaf  etdirilir.  Onun  məlumatları  ümumiləşdirmək,  eksperimentlər  aparmaq, 

məruzə,  referat,  təqdimatlar  hazırlamaq,  bitkiləri  becərmək,  heyvanları  bəsləmək 

və insan sağlamlığını qorumaq bacarıqları formalaşır. 

 Biologiya  fənn  üzrə  təhsil  proqramında  (kurikulumda)    şagirdlərin  məntiqi 

təfəkkürünün,  fənlə  bağlı  həyati  bacarıqlarının  inkişaf  etdirilməsi,  inteqrativlik, 

sadədən  mürəkkəbə  doğru  inkişaf,  məzmun  və  fəaliyyətin  qarşılıqlı  əlaqəsinin 

təşkili, fənnin tədrisində yeni texnologiyaların tətbiqinin təmin edilməsi məsələləri 

nəzərdə tutulur.  



 



Fənnin  əhəmiyyəti,  məqsəd  və  vəzifələri.  Orta  ümumtəhsil  məktəblərinin 

başlıca  vəzifəsi  gəncləri  həyatı  və  özünü  dərk  edə  bilən  bir  şəxsiyyət  kimi 

yetişdirməkdən  ibarətdir.  Ümumi  təhsil  fənləri  bu  vəzifənin  yerinə  yetirilməsində 

xüsusi  rol  oynayır.  Biologiya  bu  fənlərdən  biri  olmaqla    canlılar  aləmindən  bəhs 

edir,  şagirdlərə  canlı  təbiətin  maddiliyini,  qanunauyğunluqlarını,  canlıların 

yaranması, quruluşu, yayılması, inkişafı, qorunması, ən başlıcası isə biososial varlıq 

olan  insanın  öz  orqanizminin  quruluşu  və  həyati  xüsusiyyətlərinin  öyrənilməsinə 

şərait yaradır.  İnsanın  davamlı  inkişafı  və  sağlamlığının  qorunması  ilə  bağlı  zəruri 

bilik,  bacarıq və  əməli vərdişlər verir. 

Biologiya  təbiətə  aid  digər  elm  sahələri  ilə  sıx  əlaqədardır.  Fizikanın, 

kimyanın,  riyaziyyatın,  coğrafiyanın  bir  sıra  qanunları  və  ekoloji  problemlər 

haqqında  təsəvvürü  olmayan  bir  insan  həyatı  lazımi  səviyyədə  dərk  edə 

bilmədiyindən,  biologiyanın  tədrisi  prosesində  həmin  fənlərə  istinad  edir.  Yalnız 

bu  halda  dünyanın  tam  bir  vahid  kimi  qavranılması  üçün  zəmin  yaranmış  olur. 

Biologiya  fənninin  tədrisi  sayəsində  insanın  bioloji  və  sosial  mahiyyətini  başa 

düşən  şagird  özünün,  yaxınlarının  sağlamlığının  qorunmasına  və  sağlam  həyat 

tərzinə hazırlanır. 

Canlılar  aləmi  insanın  iqtisadi  həyatında  mühüm  yer  tutur.  Bu  baxımdan 

təsərrüfat  sahələrində  bitkilərin,  heyvanların  və  digər  canlıların  rolu  haqqında 

biliklərlə  yanaşı,  şagirdlərə  genetika,  seleksiya,  biotexnologiya,  bionika, 

mikrobiologiya, biofizika, biokimya, fiziologiya, molekulyar biologiyaya aid  elmi 

yeniliklərin çatdırılması zərurəti yaranır.  

Yaxud  şagirdlər  təbii  mühitin  qorunmasının  zəruriliyini  dərk  etməklə 

vətənpərvərlik,  bəşərililik  və  humanizm  ruhunda  tərbiyə  almaqla  qlobal  ekoloji 

problemləri  başa  düşürlər.  İnsanın  qorunmasının  Yer  kürəsinin  bütövlükdə 

qorunması ilə bağlı olması qənaətinə gəlirlər. Onlar təbiətin gözəlliklərindən zövq 

alır, vətənə, torpağa daha doğma münasibət bəsləyirlər.  

Bütün bunlar şagirdlərin intellektual inkişafı, vətənini sevən yetkin şəxsiyyət 

kimi formalaşması baxımından əhəmiyyət daşıyır.  

Biologiya  fənninin  ümumi  orta  və  tam  orta  təhsil  səviyyələrində  tədrisi 

nəzərdə tutulur. Şagird ümumi orta təhsil səviyyəsində canlılar aləmini öyrənməklə 

daha  dolğun  bilik  və  bacarıqlara  yiyələnir.  Tam  orta  təhsil  səviyyəsində  isə  artıq 

həyata  hazırlanan  şagird  təbiətin  ayrılmaz  hissəsi  olan  canlılar  aləmini  və  özünü 

dərk etmiş olur.  

Biologiya fənninin məqsədi şagirdlərə canlılara  dair zəruri bilik və bacarıqlar 

mənimsətməklə  onlarda  ekoloji  mədəniyyət,  estetik  zövq,  humanist  və 

vətənpərvərlik  keyfiyyətləri  formalaşdırmaqdan  ibarətdir.  Bu  məqsədin  həyata 

keçirilməsi üçün: 

ümumi  orta  təhsil  səviyyəsində  şagirdlərdə  canlı  aləmin  yaranması, 

quruluşu,  funksiyaları,  təsnifatı,  yayılma  qanunauyğunluqları,  inkişafı  və 

mühafizəsi,  onların  bir-biri  ilə  və  cansız  aləmlə  qarşılıqlı  əlaqəsi,  maddi  aləmin 

vəhdət təşkil etməsi barədə ümumi təsəvvürlər formalaşdırılır, onlarda özünə, ətraf 

mühitə qayğıkeş və həssas münasibət yaradılır;  

 tam  orta  təhsil  səviyyəsində  şagirdlərdə  həyatın  əmələ  gəlməsi,  hüceyrə, 

üzvi  aləmin  inkişafı  və  təkamülü,  insanın  mənşəyi,  genetika  və  seleksiyanın 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə