40
Tədqiqatın aparılması:
Şagirdlər qruplara bölünür və onlara iş vərəqləri verilir
1)
Dərslikdəki mətni oxuyun və cədvəli doldurun:
Qaraciyər sorucusu
1.Aralıq sahib
2. Əsas sahib
3. Zədələnmiş
orqan
4. Yoluxma yolları
2)
Dərslikdəki mətni oxuyun və cümlələri tamamlayın:
__________sorucusunun yumurtasının inkişafı üçün onun ______ düşməsi
və burada
____________olması vacibdir._________onun I sürfəsi-________________
çıxır, ilk parazitlik etdiyi canlıda-________________ o inkişaf edir və
çoxalır. Parazitlik etdiyi aralıq sahibini _______________ sürfələr kimi
aktiv üzərək tərk edir. Sonra onun üzəri qalın qabıqla örtülərək
_____________çevrilir. Əsas sahib - _______________ parazitin
41
______________ udduqda, onun qabığı əriyir, qan-damar sistemi vasitəsilə
_______________düşür, orada yetkin hala çatır. Parazit əsas sahibdə
______________xəstəliyini törədir.
3)
Dərslikdəki mətni oxuyun və aşağıdakı mətndə düzgün olan cümlələri
seçin:
Yastı qurdların hamısının dəri-əzələ kisəsi var.
Bütün yastı qurdlar inkişaf etmiş duyğu orqanlarına malikdirlər.
Arxa bağırsaq və anal dəlik yastı qurdların həzm sisteminə xasdır
Planarinin protonefridilərdən ibarət ifrazat sistemi var
Yastı qurdlar ayrıcinsiyyətlidirlər.
Planari parazitdir.
Sorucu qurdlar yırtıcı həyat tərzi keçırırlər.
Sorucuların uzun, buğumlara ayrılmış bədənləri olur.
Qaraciyər sorucusunun yumurtası yalnız suya düşdükdən sonra inkişaf edir.
Yetkin qurd əsas sahibin orqanizmində inkişaf edir.
Kiçik göl ilbizi qaraciyər sorucusunun əsas sahibi sayılır.
Qaraciyər sorucusu yastı qurdlar sinfinə daxildir.
Sormaclar sorucularda yalnız qidanın sorulmasına xidmət edir.
Qaraciyər sorucusunun yaratdığı xəstəlik fasilyoz adlanır.
4)
Dərslikdəki mətni oxuyun və cədvəli doldurun:
“Şəkilləri ardıcıllıqla yığın”, “Venn diaqramı vasitəsilə müqayisə aparın” ,
“Profilaktik tədbirlər” tapşırıqlarını da əlavə etmək olar (müəllimin seçimi və
sinfin səviyyəsindən asılı olaraq).
Bütün sadalanan tapşırıqlar həm kiçik qruplarda, həm bütöv siniflə aparıla bilər.
Tapşırıqları interaktiv lövhədə tərtib etmək və onda yerinə yetirmək mümkündür.
Düzgün cavablar təqdimat zamanı proyektorla lövhədə nümayiş etdirilməlidir
(imkan dairəsində), bu qiymətləndirmə prosesini obyektiv və şəffaf edir.
İnformasiya mübadiləsi. Hər qrupdan bir nəfər nümayəndə qrupun işini təqdim
edir. Qruplar bir-birinin işləri ilə tanış olurlar. Təqdim olunan işlər lövhədən asılır.
Xüsusiyyətlər
Ağ planari
Qaraciyər sorucusu
Xarici görünüşü
Qidalanma
İfrazat
Sinir sistemi
Çoxalma
42
İnformasiyanın müzakirəsi. Müəllim təqdimatdan alınan cavablara əsasən
şagirdlərə suallarla müraciət edərək, onları öz mülahizələrini əsaslandırmağa sövq
edir.
-
İnsan fassilyoza yoluxa bilərmi?
-
Heyvanların fassilyoza yoluxmaması üçün nə etmək lazımdır?
Nəticə və ümumiləşdirmə.
Müəllim diqqəti tədqiqat sualına yönəldərək şagirdlərin cavablarını
ümumiləşdirir.
Dərsin sonunda Flash-çarx nümayiş etdirilir
цикл развития печеночного сосальщика.swf
Ev tapşırığı. Qaraciyər sorucusunun inkişafının alqoritmini qurun
Qiymətləndirmə: Müəllim cavablara görə qrupları qiymətləndirir.
Qruplar
Meyar
I
qrup
II
Qrup
III
qrup
IV
Qrup
Quruluşu şərh
etmə
Canlılara təsirini
şərh etmə
Əməkdaşlıq
Təqdimat
VII sinif
Mövzu: Suda-quruda yaşayanların çoxalması və inkişafı.
Standart:
2.1.1. Müxtəlif canlılarda gedən çoxalma proseslərini fərqləndirir.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır və
nəticələri ümumiləşdirir.
Məqsəd:
Qurbağanın çoxalma prosesini şərh edir.
Balıqlarla suda-quruda yaşayanların çoxalmasını fərqləndirir.
Bioloji proseslərə dair hesablama aparır .
İş forması: kollektivlə və qruplarla iş.
İş üsulları: Venn diaqramı, beyin həmləsi
Resurslar: Dərslik, iş vərəqləri, şəkillər və tablolar, İKT materialları və
vasitələri.