29
11.Yaradıcı
tətbiqetmə. Hazırda biologiyanın tədrisində şagirdlərin
ekskursiyaya getmələrinin, laborotoriya işlərinin təşkilinə böyük ehtiyac vardır. Bu
işlərin təşkilində şagirdlər biologiya, fizika, kimya, hətta riyaziyyat fənlərinin
tədrisindən qazandıqları bilikləri təcrübədə tətbiq etməyi öyrənirlər.
12.Dəstəkləyici mühitin yaradılması. Tədris prosesində dəstəkləyici mühiti
yaratmaq üçün kifayət qədər əyani və texniki vasitələr, tədris təcrübə sahəsi,
müxtəlif ədəbiyyat, dərslik və dərs vəsaitləri olmalı, peşəkarlığı yüksəldən
müəllim, kömək etməyə hazır olan yoldaşlar və valideynlər bu işə
qoşulmalıdırlar.
Şagirdin tədqiqatçılığı, kəşfə istiqamətləndirilməsi şagirdin müstəqil
fəaliyyətinin stimullaşdırılması üçün sağlam mənəvi psixoloji mühit yaradılması
çox vacib şərtdir.
Müəllim öz fənnini lazımi səviyyədə bilməlidir. Proqram materialı ilə yanaşı,
biologiya fənni üzrə yeniliklərlə maraqlanmalı, məktəbdə istifadə olunan əlavə
ədəbiyyatlarla, dərsliklərlə tanış olmalıdır.
Müəllimlər təlim prosesində şagirdlərin nəyi mənimsədiklərinə, necə
düşündüklərinə, tədqiqat aparmalarına və ünsiyyətlərinə nəzarət edir. Şagirdlərə öz
biliklərini və tapşırıqların icra səviyyəsini necə artırmağı öyrədirlər. Müəllimlər
şagirdlərə istiqamət verməli, sinifdə şagirdlərin fəallığını təmin etməli, onları
həvəsləndirməyi bacarmalıdır. Müəllim valideynlərlə sıx əlaqə saxlamalı, yeri
gəldikcə valideynlərin də maarifləndirilməsi ilə məşğul olmalıdır.
Valideynlər öz övladlarının dərslikləri, müasir dərsə verilən tələblərlə tanış
olmalıdır. Yeri gəldikcə övladlarına yardım etməlidirlər. Övladlarının
çətinliklərinin səbəbini aydınlaşdırmalı, müəllimlərlə daima əməkdaşlıq
etməlidirlər.
Şagird təlim prosesinə məsuliyyətlə yanaşmalı, daima axtarışlara,
tədqiqatçılığa meyl etməli, hazır biliklərlə kifayətlənməməlidir. Araşdırmalar
aparmalı «niyə?», «nə üçün?» suallarına cavab tapmağa çalışmalıdır.
Şagird bilməlidir ki, o, biliklərə təklikdə deyil, müəllimləri, ən başlıcası isə
yoldaşları ilə birlikdə əməkdaşlıq şəraitində daha asan nail ola bilər.
2.2. Biologiya təliminin təşkilində istifadə olunan forma və üsullar barədə
Biologiya
fənninin təlimində dörd iş forması nəzərdə tutulmuşdur:
Kollektivlə iş, qruplarla iş, cütlərlə iş və fərdi iş. Təlim formaları dərsin məqsədinə
uyğun olaraq seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur.
Kollektivlə iş zamanı, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi
qoyulur, şagirdlərdə ünsiyyətyaratma, əməkdaşlıq bacarığının təşəkkülü və
inkişafı təmin edilir.
Qruplarla iş zamanı şagirdlər müəyyən problemi həll etmək üçün qruplarda
birləşirlər. Bu zaman onların müzakirə etmək, fikir mübadiləsi aparmaq,
mühakimə yürütmək və əməkdaşlıq bacarıqları inkişaf edir.
Cütlərlə iş samanı şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu
dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa,
30
məsuliyyəti bölüşməyə optimal imkan yaradır. Lakin bu əməkdaşlığın əhatə dairəsi
çox azdır.
Fərdi iş şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdir-
mək və inkişaf etdirmək məqsədi daşıyır. Fərdi iş zamnı şagirdin sərbəst düşün-
məsi üçün real imkanlar yaranır. Müəllim şagirdin fəaliyyətini tam obyektiv
qiymətləndirə bilir.
Nəzərə almaq lazımdır ki, hər bir təlim formasının üstün cəhətləri olduğu kimi
əks tərəfləri də vardır. Elə buna görə də müəllimlər təlim formalarından istifadə
edərkən dərsin məqsədlərini və sinfin səviyəsini nəzərə almalıdırlar. Bu zaman
düzgün seçilmiş forma və üsullar, tədris prosesinin düzgün istiqamətlənməsinə,
şagird fəaliyyətinin artmasına onların müstəqil düşünərək, yaradıcı axtarışlara sövq
olunmasına, aldığı nəticələrin sərbəst təhlil və müqayisəsini aparmağa yönləndirər.
Rus pedaqoqu Q.Balabaninin apardığı tədqiqatlara əsasən ənənəvi təlimdə
istifadə olunan təlim üsulları şagirdlərin yalnız 10 faizi üçün münasibdir. Qalan 90
faiz şagird oxumağa qadirdir, lakin əldə kitabla yox, başqa formada, “öz
hərəkətləri, real işləri, bütün duyğu üzvləri ilə”
Bu tədqiqatın nəticələrini nəzərə alaraq təlim başqa bir formada
qurulmalıdır. Təlim üsulları demokratik və humanist prinsiplər əsasında
keyfiyyətcə dəyişdikdə, dərketmə və biliklərin mənimsənilməsi prosesində
düşünmə qabiliyyəti aktivləşdiyi halda təlim səmərəli ola bilər. Təlim prosesini
aktiv şəkildə həyata keçirmək, şagirdlərin fəallığına nail olmaq, onların düşünmə
qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək vacibdir.
Yuxarıda deyilənləri nəzərə alaraq fəal təlim üsullarının bu meyarlara daha
çox uyğun gəldiyi fikrindəyik. Fəal təlim üsulları şagirdlərə, xüsusilə də
yeniyetmələrə problemlərin həllinin müstəqil axtarışı və təlim prosesində tədqiqat
fəaliyyətinin təşkili, yeni biliklərə yiyələnmək, yaradıcı düşünmə qabiliyyətlərinin
inkişafı üçün ən münasib şərait yaradır.
Dünya təcrübəsində fəal təlim üsulları onlarladır. Biologiyanın tədrisində
əsasən klaster, Beyin həmləsi, müzakirə, anlayışın çıxarılması, karusel, BİBÖ,
auksion, Venn diaqramı, ziqzaq, assosiasiya kolu və s. üsullardan
geniş
istifadə
oluna bilər.
Beyin həmləsi
Bu üsul əqli hücum da adlandırılır. Şagirdlərdə yeni mövzuya maraq
oyatmaq, habelə onların nəyi yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq
məqsədilə bu üsuldan istifadə olunur. Hazırlanmış sual lövhədə yazılır, yaxud
şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Şagirdlər suallara əsasən fikirlərini
bildirirlər.Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır. Yalnız bundan sonra
söylənilmiş ideyaların müzakirəsi, şərhi və təsnifatı başlanır. Aparıcı ideyalar
yekunlaşdırılır, şagirdlər söylənmiş fikirləri təhlil edir, qiymətləndirir.
BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim
Bu zaman şagirdlərin əvvəlki bilik və təcrübələri ilə yeni bilikləri arasında
əlaqə yaratmaqla şagirdlərin müstəqil düşünməsinə nail olmaq nəzərdə tutulur.
BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır:
1.
Problem müəllim tərəfindən elan edilir.