Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 

31 


2.

 

Müəllim  lövhədə  3  sütundan  ibarət  cədvəl  qurur  və  aşağıdakı  bölmələri 



qeyd edir: – Bilirəm/İstəyirəm bilim/Öyrəndim 

3.

 



Şagirdlər  problemlə bağlı  bildiklərini söyləyir və cavablar birinci sütunda 

qeyd olunur. 

4.

 

 Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır. 



5.

 

 Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı  



öyrəndikləri  üçüncü sütunda qeyd edilir. 

Sonda  şagirdlər  əvvəlki  bilikləri  ilə  sonradan  əldə  etdikləri  fikirləri 

müqayisə edir və ümumiləşdirir. 

 

Tənəffüsün gigiyenası 



 

 

 



 

 

 



 

 

 

 

 



 

 

Auksion 

Müəllim  öyrənilən  məsələni  müəyyən  edərək  şagirdləri  auksionun  keçirilmə 

qaydaları  haqqında  təlimatlandırır.  Öyrənilən  əşya  və  ya  hadısənin  xüsusiyyətləri 

ardıcıl şəkildə adlandırılır. 

Hamı  növbə  ilə  əşya  və  ya  hadisə  haqqında  fikir  söyləyir:  hər  bir  fikirdən 

sonra  müəllim  sayır.  “Bir,  iki”.  Bu  zaman  başqa  iştirakçı  tez  təklif  verə  bilər. 

Sonuncu  təklif  verən  qalib  sayılır.  Fikirlər  bir-birini  təkrarlamamalıdır.  Bunun 

üçün hamı bir-birini dinləyir. 

Məsələn:  Biologiya  dərsində  müəllim  bu  təlim  üsulundan  yastı  qurdların 

xüsusiyyətlərini,    həlqəvi  qurdların  xüsusiyyətlərini,  abiotik  amillər,  hüceyrənin 

kimyəvi  tərkibi,  iqlim  faktorlarının  insan  orqanizminə  təsirini  və  s.  sadalayarkən 

istifadə edə bilər. 

 

 

Klaster (şaxələndirmə) 

Müəllim  tərəfndən  lövhədə  və  ya  iş  vərəqlərində  dairə  çəkilir  və  onun 

mərkəzində  yazılmış  anlayış  ilə  bağlı    söz  və  ya  ifadələr  söyləmək  şagirdlərə 

tapşırılır. Mərkəzdə yazılmış anlayışdan  başlayaraq hər növbəti söz onunla  əlaqəli 

sözlərlə, xətlərlə birləşdirilir. Vaxt bitənə qədər imkan daxilində çox fikir yazmaq 

və  onları  əlaqələndirmək  tövsiyə  olunur.Vaxt  bitəndən  sonra  alınan  klaster 

müzakirə edilir və ümumiləşdirmə aparılır. Məsələn: 

 

insanın təsnifatda yeri, həzm 



və  tənəffüs  orqanlarının  gigiyenası,  viruslar,  bakteriyalar  haqqında  mövzuların 

tədrisi zamanı klasterden istifadə məqsədəuyğun . 

 

Bilirəm 

İstəyirəm biləm 

Öyrəndim 

Vərəm 


Skarlatina 

Stofilakok 

Yoluxma yolları 

Törədiciləri 




 

32 


Müəllim motivasiyanı qoyarkən və yaxud qruplara tapşırıq verərkən  bu 

üsuldan istifadə    edə bilər. 

 

 

 



 

 

 



 

 

 



 

Anlayışın çıxarılması 

Bu  üsul  oyun-tapmaca  formasında  keçirilir  və  şagirdlərdə  yüksək  fəallıq 

yaradır.Müəllim    lövhədə  dairəvi  kart  asır,  onun  arxasında  şagirdlərdən  tələb 

olunan  anlayışı  yazır.  Kartın  yazı  olmayan    tərəfini    şagirdlərə  göstərir  və 

gizlədilmiş  anlayışların  xüsusiyyətlərinə  aid    2  və  ya  3  yönəldici  söz  sadalayır  və 

ya yazır. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar. 

Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq  yeni 

xüsusiyyətlər sadalayır. 

Şagirdlər  öz  fərziyyələrini  dedikdən  sonra  müəllim  bu  tapmacananın tapilib-

tapilmamsını hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açıqlayır.  

Məsələn:  Şibyələr,  göbələklər,ümumiyyətlə  heyvanlar  aləmi  haqqında 

mövzuların tədrisi  zamanı bu üsuldan istifadə eetmək olar. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

Müzakirə  

Sadə 


quruluşludur 

Xlorofili 

yoxdur 

Yeyilən və 



zəhərli növləri 

var 


 

 



 

 

 



Birhüceyrəli və 

çoxhüceyrəli olur 

Keçid  formadırlar 

Hazır üzvi 

maddələrlə 

qidalanır- 

heterotrofdur 

Gigiyena 

 

 



 

33 


Müzakirə  mövzu  ətrafında  ideya,  məlumat,  təəssürat,  təhlil  və  təkliflərin 

qarşılıqlı  mübadiləsidir.  Onun  əsas  vəzifəsi  problemi  təhlil  edərək    həlli  yolunu 

tapmaq,  düzgün  qərar  qəbul  etmək  üçün  imkan  yaratmaqdır.Müzakirə  dinləmək, 

təqdim  etmək,  sual  vermək  mədəniyyətini  formalaşdırır,  şagirdlərin  məntiqi  və 

tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir. 

Müzakirə  apararkən  əvvəlcədən  şagirdlərə  müzakirə  qaydaları  xatırladılır. 

Mövzu    aydın  şəkildə  ifadə  olunur.  Müzakirə  prosesini  inkişaf  etdirən  suallar 

vermək  və  şagirdlərin  cavablarını  nəzərdən  keçirməklə  müəllim  müzakirəni 

tənzimləyir.  Bu  zaman  cavabı  “Bəli”  və  ya  “xeyr”  olan  qapalı  suallar  vermək 

məqsədəuyğun hesab edilmir. 

Müzakirədə mövzuya aid  “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür 

ola  bilərdimi  və  necə?  Siz  bu  vəziyyətdə  nə  edərdiniz?  Sizin    fikrinizcə,  həmin 

obraz  nə  hiss  etdi?  Siz  bu  şəraitdə  nə  hiss  edərdiniz?  Bu,  düz  idimi?  Nə  üçün?” 

kimi  suallardan istifadə olunur. 

Məsələn: Infeksion xəstəliklər və onlara qarşı  mübarizə, insanın təsnifatda 

yeri  ,  biosfer  ekologiyaya  dair  mövzuların  tədrisi  zamanı  diskussiyadan  istifadə 

etmək olar.  

 

 



Akvarium 

Bu  üsulun  məqsədi diskussiya  vərdişlərini  inkişaf etdirməkdir.  Akvarium bir 

neçə variantda keçirilə bilər. 

 “Akvarium”un keçirilməsinin 1-ci  variantı: 

Şagirdlərin  köməyi  ilə  diskussiya  aparmaq  qaydaları  (məsələn,reqlamentə 

əməl etmək, bir-birinin sözünü kəsməmək və s.) müəyyən edilir. Şagirdlər 2 qrupa 

bölünür.  Bir  qrup  dairənin  daxilindəki  stullarda  əyləşərək  müəllimin  təklif  etdiyi 

problemi  müzakirə  edir.  Dairədən  kənardakı  stullarda  əyləşmiş  digər  qrup  isə  

diskussiyanın müəyyən edilmiş qaydalara uyğun  aparıldığını  müşahidə edir. 

Müəyyən  olunmuş  mövzu  üzrə  birinci  qrup  diskussiya  aparır.  15-20 

dəqiqədən 

sonra  diskussiya  dayandırılır,  “xarici  dairənin”  iştirakçıları 

diskussiyanın  gedişini  qiymətləndirir  və  qruplar  yerini  dəyişərək  bu  və  ya  digər 

problemin müzakirəsini davam etdirirlər. 



 

“Akvarium” un keçirilməsinin 2-ci  variantı: 

“Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə 

edir və birinci  variantdan fərqli olaraq iştirakçılar bu zaman yalnız problemin 

“leyhinə” olan dəlilləri söyləyirlər. 

Digər  qrupun  üzvləri  xarici  dairədə  stullarda  əyləşirlər,dəlilləri  dinləyir, 

yazıya  alır,  təhlil  edir,  öz  əks  dəlillərini  hazırlayırlar.15-20  dəqiqədən  sonra 

diskussiya  dayandırılır,  xarici    və    daxili  dairədən  olan  şagirdlər  öz  yerlərini 

dəyişirlər.  Onlar  əvvəlki  iştirakçıların  dəlillərini  təkzib  etmək  üçün  diskussiya 

aparırlar. 

Burada qrupların vahid fikrə gəlməsi önəmli deyil. 

Biologiyada  bir  sıra  problemlər  müzakirə  oluna  bilər.  Məsələn:  İrsi 

xəstəliklərin, ətraf mühitin çirklənməsinin qarşısının alınması yolları 



 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə