Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix23.01.2018
ölçüsü0,74 Mb.
#21918
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

 

34 


 



 Venn diaqramı 

 

 

 

 

 

 

 

 

Əşya  və  ya  hadisələri  müqayisə  etmək,  onların  oxşar  və  fərqli  cəhətlərini  



müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur. 

Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır. 

1.

 



Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir. 

2.

 



Kəsişən dairələr  çəkilir (ortada yazmaq üçün yer saxlanır). 

3.

 



I və III dairədə müqayisə olunacaq obyektlər qeyd  olunur. 

4.

 



Şagirdlər    təlimatlandırılır  (təlimatda  nəyin  müqayisə  olunacağı  və 

dairələrdə  oxşar  və  fərqli  cəhətlərin  necə  qeyd  olunacağı  barədə 

danışılır). 

5.

 



Müqayisə  olunan  obyektlər    təsvir  edilir  (fərqli  cəhətlər  sağ  və  sol 

tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur). 

6.

 

Müqayisə nəticəsində fikirlər  ümumiləşdirilir. 



 

Məsələn: 

Vərəm  və  qripə  aid  oxşar  və  fərqli  cəhətləri  müqayisə  etmək  üçün  Venn 

dioqramından istifadə oluna bilər.

 

Eyni zamanda eyni tipə aid heyvanların müxtəlif 



siniflərinin  müqayisəsi,  müxtəlif  bitki  şöbələrinin,  siniflərinin  və  fəsilələrinin 

müqayisəsi aparıla bilər. 

 

 

Ziqzaq 



Bu  üsul  mətnin  məzmununun  qısa  müddət  ərzində  şagirdlər  tərəfindən 

mənimsənilməsinə imkan yaradır. 

Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər 

yenidən  nömrələnir.Hər  qrupdakı  eyni  rəqəmli  şagirdlərdən  yeni  qrup  (ekspert 

qrupu) yaradılır. 

Öyrəniləcək  mətn  qrupların  sayı  qədər  hissələrə  bölünür  və  ekspert 

qruplarına verilir. 

Ekspert  qrupları onlara  verilən  hissəni  oxumalı  və  məzmununu  qavramalı 

və öz  əvvəlki qrupuna  qayıdaraq  öyrəndiyi hissəni onlara  danışmalıdır. 

Müəllim  informasiyanın  dəqiq  verildiyinə  əmin  olmaq  üçün    suallar  verə 

bilər.  Məsələn:  Biologiya  dərslərində  bu  üsuldan  geniş  istifadə  oluna  bilər.  Hər 

hansı  canlının  quruluşunu,  irsi  xəstəliklər  və  onların  qarşısının  alınması  yollarını, 

qlobal  ekoloji  problemləri,  dərman  bitkilərini,  yoluxucu  xəstəlikləri  və  s.  bu 

üsuldan istifadə etməklə tədris etmək daha səmərəli ola bilər. 

 

Karusel 



 

35 


Dərsdən  əvvəl  iri  ağ  kağızlarda  (vatman)  mövzuya  aid  suallar  yazılır. 

Müəllim  qruplara müxtəlif  sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur 

və  bir  cavab  yazır.  Kağızlar  saat  əqrəbi  istiqamətində  müəllimin  köməkliyi  ilə 

qruplara ötürülür. “Karusel” kimi kağızlar  bütün digər qruplardan keçərək axırda 

öz qrupuna qayıdır. Müəllim bu kağızları  yazı  lövhəsinə  yapışdırır  və bütün sinif  

cavabları    müzakirə  edir.  Məsələn:  Dərman  bitkiləri,

 

zərərli  vərdişlər,  bioloji 



proseslərin  pozulma  səbəbləri,  bitki  və  heyvanların  insan  sağlamlığında  rolu,

 

yoluxucu  xəstəliklər,  müxtəlif  bitki  qruplarının  tədrisinə  dair  mövzularda  bu 



üsuldan istifadə edilə bilər. 

 

2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 



 

Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün 

müəllimlərin fəaliyyət istiqamətidir. 

Uzun  illər  ərzində  müəllimlər  hər  bir  fənn  üzrə  hazır  illik  planlaşmadan 

istifadə  etmişlər.  Hazırki  kurikulumlar  isə  müəllimlərə  planlaşma  aparmaqda  tam 

sərbəstlik  verir.  Təbii  ki,  bu  planlaşmanı  kor-koranə  aparmaq  qeyri-mümkündür. 

Bunun üçün müəllimdə bir sıra bacarıqların olması vacibdir.  

Tədris  vahidi  və  mövzuların  ardıcıllığının  düzgün  müəyyənləşdirilməsi 

mühüm  bacarıqlardan biridir. Müəllim bu  ardıcıllığı müəyyənləşdirərkən bir  neçə 

prinsipi    nəzərə almalıdır. Təbii ki, birinci prinsip  məzmun  ardıcıllığı  baxımından 

sadədən mürəkkəbə, asandan çətinə doğru getmək olmalıdır. Bunun üçün  müəllim 

əvvəlcə  dərslikdə  verilən  ardıcıllığa  diqqət  yetirməlidir.  Lakin  bu  ardıcıllıq  onu 

qane  etmirsə,  mütləq  özü  bu  ardıcıllığı  müəyyən  etməlidir.  Ardıcıllıq  müəyyən 

olunarkən  nəzərə  alınmalıdır  ki,  əvvəlcə,  öyrədiləcək  anlayışlardan  gələcəkdə 

öyrəniləcək  məsələlərdə  istifadə  edilə  bilsin.  Məsələn,  kurikuluma  əsasən  VIII 

sinifdə  “4.1.1.  Mühit  amilləri  və  onun  insan  orqanizminə  təsirini  şərh 

edir“standartına  əsasən  “Ekoloji  amillər  ”  mövzusunu  tədris  etməmiş  “Ekoloji 

amillərin insan orqanizminə təsiri” mövzusunun tədrisi mümkün deyil. 

Planlaşdırma  aparmaq  üçün  müəllimə  lazım  olan  bacarıqlardan  ikincisi 

mövzuların  tədrisi  zamanı  inteqrasiya  imkanlarını  müəyyən  etməkdir.  Biologiya 

fənninin  bir  çox  fənlərlə  inteqrasiyası  mümkündür.  Belə  ki,  biologiya  fənn 

kurikulumu  üçün  fənlərarası  inteqrasiya  cədvəli  işlənib  hazırlanmışdır.  Bu 

cədvəldə  biologiya  fənninin  digər  fənlərlə  inteqrasiyası  göstərilmişdir.  Biologiya 

müəllimi  mövzuların  ardıcıllığını  müəyyən  etdikdən  sonra  bu  mövzuların 

inteqrasiyasını müəyyənləşdirməlidir. Buradan belə bir sual meydana çıxa bilər ki, 

əgər  müəllimçün  vəsaitdə  hər  bir  mövzu  üzrə  inteqrasiya  verilibsə,  yenidən 

inteqrasiya  cədvəlindən  istifadə  etmək  nə  dərəcədə  müəllimə  lazımdır.  Bu  suala 

yalnız  belə  bir  cavab  verə  bilərik  ki,  hər  bir  sinifdəki  şagirdlərin  səviyyəsi, 

maraqları  müxtəlifdir.  Bu  baxımdan  müəllim  tam  sərbəst  olaraq  yuxarıda  qeyd 

olunan  məsələləri  nəzərə  almalı,  özü  inteqrasiya  imkanları  müəyyənləşdirməlidir. 

Məsələn,  X  sinifdə  verilən  “1.1.2.  Canlıların  kimyəvi  tərkibində  baş  verən 

dəyişiklikləri  şərh  edir,  təqdimatlar  hazırlayır”  standartı  kimyanın  X  sinif  1.2.1.; 

2.1.1.; 2.2.1.; fizikanın 1.1.1.; 2.1.1.; 2.1.3.  standartları ilə inteqrasiya oluna bilər. 

Perespektiv  planlaşdırma  aparmaq  üçün  müəllimə  lazım  olan  bacarıqlardan 

biri  də  mövzuya  uyğun  resursların  seçilməsidir.  Biologiya  fənninin  tədrisində  ən 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə