Azərbaycan respublikasinin qanunlari


Maddə 8 Diplomatik rütbələr



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə17/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   13   14   15   16   17   18   19   20   ...   117

Maddə 8 Diplomatik rütbələr 
8.1.
 
Diplomatik xidmət əməkdaşlarına, tutduqları vəzifə və ixtisasları nəzərə 
alınmaqla aşağıdakı diplomatik rütbələr verilir: 
8.1.1.
 
Fövqəladə və səlahiyyətli səfir; 
8.1.2.
 
birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi; 
8.1.3.
 
ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi; 
8.1.4.
 
birinci dərəcəli müşavir; 
8.1.5.
 
ikinci dərəcəli müşavir; 
8.1.6.
 
birinci dərəcəli birinci katib; 
8.1.7.
 
ikinci dərəcəli birinci katib; 
8.1.8.
 
birinci dərəcəli ikinci katib; 
8.1.9.
 
ikinci dərəcəli ikinci katib; 
8.1.10.
 
üçüncü katib; 
8.1.11.
 
attaşe. 
8.2.
 
Diplomatik  rütbəyə  görə  vəzifə  maaşına  əlavələrin  verilməsi  qaydaları 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 
edilir. 
Maddə 9. Diplomatik rütbələrin verilməsi qaydaları 
9.1.
 
Fövqəladə  vƏ  səlahiyyətli  səfir,  birinci  və  ikinci  dərəcəli  fövqəladə  və 
səlahiyyətli  elçi  diplomatik  rütbələri  Azərbaycan  Respublikası  Konstitusiyasının 
109-cu maddəsinin 24-cü bəndinə müvafiq olaraq verilir. 
9.2.
 
Digər diplomatik rütbələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilir. 
9.3.
 
Diplomatik  xidmət  əməkdaşının  diplomatik  rütbəsi,  bir  qayda  olaraq, 
diplomatik xidmətdə tutduğu vəzifəyə uyğun olmalı, yaxud ondan bir pillə yuxarı 
və ya aşağı olmalıdır. 
9.4.
 
Diplomatik  rütbələrin  verilməsi  barədə  əmək  kitabçasında  (xidmət 
siyahısında) müvafiq qeyd aparılır. Diplomatik rütbələr ömürlük verilir. 
Maddə 10. Diplomatik rütbələrdə olmanın müddətləri 
10.1.
 
Diplomatik  xidmət  əməkdaşları  üçün  diplomatik  rütbələrdə  olmanın 
aşağıdakı müddətləri müəyyən edilir: 
10.1.1.
 
attaşe, üçüncü katib, ikinci və birinci dərəcəli ikinci katib üçün -2 il; 
49 


10.1.2.
 
ikinci və birinci dərəcəli birinci katib, ikinci dərəcəli müşavir üçün - 3 
il. 
10.2.
 
Birinci  dərəcəli  müşavirdən  başlayaraq  yuxan  diplomatik  rütbələrdə 
olma müddəti müəyyən edilmir. 
10.3.
 
Diplomatik  xidmət  əməkdaşlarının  diplomatik  rütbələrdə  olma 
müddətlərinə aşağıdakılar daxildir: 
10.3.1.
 
müvafiq icra hakimiyyəti orqanında və onun yardımçı təşkilatlarında 
iş; 
10.3.2.
 
Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərində  və 
konsulluqlarında iş; 
10.3.3.
 
keçmiş SSRİ-nin və müttəfiq respublikaların xarici işlər orqanlarında 
iş; 
10.3.4.
 
beynəlxalq təşkilatlarda iş; 
10.3.5.
 
müvafiq icra hakimiyyəti orqanının ali təhsil və elmi müəssisələrində 
elmi və pedaqoji fəaliyyət müddəti
10.3.6.
 
müvafiq  icra  hakimiyyəti  orqanının  göndərişi  əsasında  həyata 
keçirilən ixtisasartırma müddəti; 
10.3.7.
 
ali təhsil müəssisələrinə, aspiranturaya (doktoranturaya) müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən göndərilənlərin təhsil müddəti. 
Maddə 11. Diplomatik rütbənin vaxtından əvvəl və növbədən kənar 
verilməsi, aşağı salınması, məhrum edilməsi və bərpa 
olunması 
11.1.
 
Diplomatik  xidmət  əməkdaşlarının  rütbələri,  işlərində  mühüm 
nailiyyətlərin və ya xüsusi xidmətlərin olduğu hallarda, müəyyən edilmiş müddətin 
başa çatmasından əvvəl və ya növbədən kənar artırıla bilər. 
11.2.
 
Azərbaycan  Respublikasının  və  olduqları  dövlətin  qanunvericiliyinə 
görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət 
əməkdaşlarının  lütbələri  aşağı  salına  və  ya  onlar  öz  rütbələrindən  məhrum  edilə 
bilərlər. 
11.3.
 
Diplomatik xidmət əməkdaşının rütbədən məhrum edilməsi və ya onun 
rütbəsinin  aşağı  salınması,  rütbənin  verilməsi  üçün  müəyyən  edilmiş  qaydada 
həyata keçirilir. 
11.4.
 
Diplomatik  xidmət  əməkdaşının  əvvəlki  rütbəsinin  bəıpa  olunmasına 
yalnız  həmin  əməkdaş  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  xidməti 
attestasiyadan keçdikdən sonra yol verilir. 
50 


I I I
 
f ə s i l  
Diplomatik xidmətkeçmə 
Maddə 12. Diplomatik xidmət əməkdaşlarının diplomatik 
xidmət orqanlarının inzibati -texniki xidmətini həyata 
keçirən əxslərin (2) vəzifə yerdəyişmələri və vəzifələrinin 
əvəz edilməsi 
12.1.
 
Diplomatik  xidmət  əməkdaşlarının  və  diplomatik  xidmət  orqanlarının 
inzibati -texniki xidmətini həyata keçirən şəxslərin (2) vəzifə yerdəyişmələri ixtisas, 
peşə  hazırlığı  və  rotasiya  prinsipləri  nəzərə  alınmaqla  xidməti  zərurətlə  əlaqədar 
həyata keçirilir. 
12.2.
 
Vakant  vəzifələrin  əvəz  edilməsi  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə uyğun həyata keçirilir. 
Maddə 13. Diplomatik xidmət əməkdaşlarının və diplomatik 
xidmət orqanlarının inzibati -texniki xidmətini həyata 
keçirən şəxslərin (2) rotasiyası 
13.1.
 
Diplomatik  xidmət  orqanlarında  əməkdaşların  rotasiyası  Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 
13.2.
 
Rotasiya  çərçivəsində  diplomatik  xidmət  əməkdaşları  və  diplomatik 
xidmət orqanlarının inzibati -texniki xidmətini həyata keçirən səxslər (2), peşəkar 
hazırlıqları və ixtisasları nəzərə alınmaqla Azərbaycan Respublikasının diplomatik 
nümayəndəliyinə  və  ya  konsulluğuna  işə  :əyin  oluna  və  ya  öz  fəaliyyətlərini 
müvafiq icra hakimiyyəti orqanında ləyata keçirə bilərlər. 
13.3.
 
Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliyində  və  ya 
konsulluğunda  fəaliyyəti  başa  çatmış  diplomatik  xidmət  əməkdaşı  və  diplomatik 
xidmət  orqanının  inzibati  -texniki  xidmətini  həyata  keçirən  şəxs  (2)  yenidən 
diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin olunmazdan əvvəl müvafiq 
icra hakimiyyəti orqanında bir qayda olaraq azı bir il işləməlidir. 
13.4.
 
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı təyin 
olunmuş şəxsin müvafiq dövlətdə və ya beynəlxalq təşkilatda 
 --------------------------------------------- 
51
  -------------------------------------------------  


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə