Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə20/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   16   17   18   19   20   21   22   23   ...   117

diplomatik nümayəndəliyində və ya konsulluğunda alacaqları aylıq əmək haqqının 
50 faizi məbləğində birdəfəlik müavinət ödənilir (2). 
Maddə 24. Diplomatik xidmət əməkdaşlarının diplomatik xidmət 
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən 
şəxslərin (2) mükafatlandırılması 
Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati 
-texniki  xidmətini  həyata  keçirən  şəxslərin  (2)  mükafatlandırılması  Azərbaycan 
Respublikasının müvafiq qanunvericilik aktları əsasında həyata keçirilir. 
Maddə  25.  Diplomatik  xidmət  əməkdaşlarının  və  diplomatik  xidmət 
orqanlarının  inzibati-texniki  xidmətini  həyata  keçirən 
şəxslərin (2) məzuniyyətləri 
25.1.
 
Diplomatik  xidmət  əməkdaşları  və  diplomatik  xidmət  orqanlarının 
inzibati  -texniki xidmətini həyata keçirən şəxslər (2) Azərbaycan Respublikasının 
qanunvericiliyi  ilə  müəyyən  edilmiş  məzuniyyətlərdən  istifadə  etmək  hüququna 
malikdirlər. 
25.2.
 
Xaricdə işləyən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət 
orqanlarının  inzibati-texniki  xidmətini  həyata  keçirən  şəxslərə,  əmək  şəraiti  və 
əmək funksiyalarının xüsusiyyətləri nəzərə alınmaqla əlavə məzuniyyət verilə bilər. 
Maddə 26. Diplomatik xidmət əməkdaşlarmınva diplomatik xidmət 
orqanlarının inzibati -texniki xidmətini həyata keçirən 
şəxslərin (2) pensiya təminatı və sosial müdafiəsi 
26.1.
 
Diplomatik  xidmət  əməkdaşlarının  və  diplomatik  xidmət  orqanlarının 
inzibati-texniki  xidmətini  həyata  keçirən  şəxslərin  pensiya  təminatı  və  sosial 
müdafiəsi  Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  olaraq  həyata 
keçirilir. 
26.2.
 
Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərində  və 
konsulluqlarında  işləyən  diplomatik  xidmət  əməkdaşlarının,  diplomatik  xidmət 
orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və onlarla birlikdə 
yaşayan  ailə  üzvlərinin  (ər,  arvad,  18yaşına  qədər  uşaqlar  və  18  yaşdan  yuxarı 
əmək qabiliyyəti olmayan uşaqlar) (2) icbari tibbi sığortası dövlət hesabına həyata 
keçirilir. 
 ------------------------------------  58  ---------------------------------------  


26.3.
 
Bu  müddəalar  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  ali  təhsil 
müəssisələrinə, aspiranturaya (doktoranturaya) və elmi müəssisələrə göndərilənlərə 
də şamil edilir. 
Dərd: 6 sentyabr 2001-d il. 
“Diplomatik xidmət haqqında” Azərbaycan 
Respublikası Qanununun tətbiq edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı 
(3 sentyabr 2001-ci U, № 572) 
Əlavə və dəyişikliklər: 
1.
 
24 avqust 2002-ci il, № 759 
“Diplomatik xidmət haqqında” Azərbayean Respublikası Qanununun qüs'vəyə 
minməsi  ilə  əlaqədar  həmin  qanunun  tətbiq  olunmasını  təmin  etnək  məqsədilə 
qərara alıram:
 
1.
 
Azərbaycan Respublikası Nazirlər Kabineti iki ay müddətində: 
-
 
qüvvədə  olan  qanunvericilik  aktlarının  “Diplomatik  xidmət  haqqında’ 
Azərbaycan  Respublikası  Qanununa  uyğunlaşdın  İması  barədə  təkliflərini 
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
Nazirlər  Kabinetinin  və  müvafiq  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  no 
Tnativ  hüquqi  aktlarının  həmin  qanuna  uyğunlaşdırılmasını  təmin  etsin  və  bu 
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
-
 
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci 
maddəsində  nəzərdə  tutulmuş  diplomatik  rütbəyə  görə  vəzifə  maaşına  əlavələrin 
verilməsi  qaydalarını  müəyyən  etsin  və  bu  barədə  Azərbaycan  Respublikasının 
Prezidentinə məlumat versin; 
-
 
həmin  Qanunun  21-ci  maddəsində  nəzərdə  tutulmuş  təminat  və 
kompensasiyaların  verilməsi  qaydalarını  təsdiq  etsin  və  bu  barədə  Azərbaycan 
Respublikasının Prezidentinə məlumat versin; 
-
 
çıxarılıb; (1) 
-
 
öz  səlahiyyətləri  daxilində  “Diplomatik  xidmət  haqqında”  Azərbaycan 
Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin. 
 ----------------------------------------------  
59
  ------------------------------------------------  


2.
 
Müəyyən edilsin ki: 
-
 
“Diplomatik  xidmət  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  3.1.1 
-ci və 13.4-cü  maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” 
nm səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir
-
 
həmin Qanunun 8.2-ci, 21.9-cu və 21.11-ci maddələrində nəzərdə tutulmuş 
“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının 
Nazirlər Kabineti həyata keçirir; 
-
 
həmin  Qanunun  21.-ci,  2.2-ci,  6.5-ci,  9.2-ci, 10.3.1-ci,  10.3.5-ci,  10.3.6-cı, 
10.3.7-ci,  13.1-ci,  13.2-ci,  13.3-cü;  13.5-ci,  23.3-cü  və  26.3-cü  maddələrində 
nəzərdə  tutulmuş  “müvafiq  icra  hakimiyyəti  orqanf’mn  səlahiyyətlərini 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir. 
-
 
həmin  Qanunim  21.7-ci  maddəsində  nəzərdə  tutulmuş  “müvafiq  icra 
hakimiyyəti  orqanı  ”nın  səlahiyyətlərini  Azərbaycan  Respublikasının  Nazirlər 
Kabineti  və  Azərbaycan  Respublikasının  Xarici  işlər  Nazirliyi  öz  səlahiyyətləri 
daxilində həyata keçirirlər. (I) 
Dərd: 6 sentyabr 2001-ci il. 
“Dövlət qulluqçularının ayrı-ayrı 
kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında 
Azərbaycan Respublikasının Qanunu 
(22 iyun 2001-ci il. № 156) 
Əlavə və dəyişiklik: 
L 13 iyun 2008-ci il, № 648-IlIQD, q.m.t. 10.07.2008 
Maddə 1. Qanunun məqsədi 
Bu  Qanun  dövlət  qulluqçularının  ayrı-ayrı  kateqoriyaları  üçün  onların 
səhhətini və fizioloji vəziyyətini nəzərə alaraq qısaldılmış iş vaxtını müəyyən edir. 
 -------------------------------------  60  ---------------------------------------  


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə