3.2.
Diplomatik
xidmət
orqanları
Azərbaycan
Respublikasının
Konstitusiyasına və qanunlarına uyğun olaraq digər vəzifələri də həyata keçirə
bilər.
Maddə 4. Diplomatik xidmət orqanlarının funksiyaları
4.1.
Diplomatik xidmət orqanları aşağıdakı əsas funksiyaları həyata keçirir:
4.1.1.
Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq
təşkilatlarla münasibətlərdə təmsil
edilməsi;
4.1.2.
Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq
təşkilatlarla iqtisadi, sosial, elmi-texniki, mədəni və başqa sahələrdə
əməkdaşlığının inkişafına kömək göstərilməsi;
4.1.3.
Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq
təşkilatlarla danışıqlarının aparılmasının və beynəlxalq müqavilələrin
imzalanmasının təşkili;
4.1.4.
yüksək dövlət və hökumət səviyyələrində dövlətlərarası mübadilələrin
protokol təminatı;
4.1.5.
xaricdə yaşayan həmvətənlərlə əlaqələrin inkişafına kömək
göstərilməsi;
4.1.6.
diplomatik və konsul imtiyaz və immunitetlərinin yerinə yetirilməsi
üzərində nəzarətin həyata keçirilməsi;
4.1.7.
Azərbaycan Respublikasının xarici və daxili siyasəti, ölkənin iqtisadi,
sosial və mədəni həyatı haqqında informasiyanın Azərbaycan Respublikasının
diplomatik nümayəndəlikləri vasitəsilə xaricdə yayılmasının təmin edilməsi;
4.1.8.
Azərbaycan Respublikasının dövlət orqanlarının və Azərbaycan
Respublikasında mövcud olan kütləvi informasiya vasitələrinin Azərbaycan
Respublikasının
beynəlxalq
vəziyyəti
və
xarici
siyasəti
haqqında
məlumatlandırılması;
4.1.9.
Azərbaycan
Respublikasının
ərazisindəki
diplomatik
nümayəndəliklərin və konsulluqların fəaliyyətinə kömək göstərilməsi, öz
səlahiyyətləri çərçivəsində onlara xidmət göstərən təşkilatların fəaliyyətinə nəzarət
edilməsi;
4.1.10.
Azərbaycan
Respublikasının
tərəfdar
çıxdığı
beynəlxalq
müqavilələrin qeydiyyatı, uçotu və saxlanması üzrə vahid dövlət sisteminin
fəaliyyətinin təmin edilməsi;
------------------------------------- 46 ---------------------------------------
4.1.11.
Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrin
depozitarisi funksiyalarının həyata keçirilməsi;
4.1.12.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin
icrası üzərində ümumi müşahidənin həyata keçirilməsi;
4.1.13.
Xarici siyasət və beynəlxalq münasibətlər sahəsində Azərbaycan
Respublikasının qanunvericiliyinin təkmilləşdirilməsinə və bu qanunvericiliyin
Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəliklərinə uyğunlaşdırılmasma
dair təkliflərin hazırlanması.
4.2.
Diplomatik
xidmət
orqanları
Azərbaycan
Respublikasının
Konstitusiyasına və qanunlarına uyğun olaraq digər funksiyaları da həyata keçirə
bilər.
Maddə 5. Diplomatik xidmət orqanlarının rabitə, arxiv və
təhlükəsizlik təminatı
5.1.
Diplomatik xidmət orqanlarının sərəncamında müstəqil rabitə sistemi və
arxiv vardır.
5.2.
Diplomatik xidmət orqanlarının arxivində beynəlxalq müqavilələrin əsli
və təsdiq edilmiş surətləri, habelə həmin orqanların fəaliyyətinin həyata keçirilməsi
üçün zəruri olan digər materiallar saxlanılır.
5.3.
Diplomatik xidmət orqanları xüsusi kuryer xidmətindən istifadə edir.
5.4.
Diplomatik xidmət orqanları qanunvericiliklə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının ərazisində və xaricdə öz təhlükəsizlik sistemini təşkil
edir.
I I
f ə s i l
Diplomatik xidmət əməkdaşları
Maddə 6. Diplomatik vəzifələr
6.1.
Diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər diplomatik
xidmət əməkdaşlarıdırlar.
6.2.
Diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən
şəxslər diplomatik xidmət əməkdaşlarına aid deyildirlər. Həmin şəxslərin hüquqi
statusu və ixtisas dərəcələri Azərbaycan Respublikasının müvafiq qanunvericilik
aktları ilə tənzimlənir.
47
6.3.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və
konsulhıqlannda işləyən diplomatik xidmət əməkdşlan üçün aşağıdakı vəzifələr
müəyyən edilir:
6.3.1.
Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikasının beynəlxalq
təşkilatlardakı daimi nümayəndəsi;
6.3.2.
baş konsul
6.3.3.
müşavir-elçi; daimi nümayəndənin müavini;
6.3.4.
müşavir;
6.3.5.
konsul;
6.3.6.
birinci katib;
6.3.7.
vitse-konsul;
6.3.8.
ikinci katib ;
6.3.9.
üçüncü katib
6.3.10.
attaşe .(2)
6.4.
Azərbaycan Respublikasının ərazisindəki diplomatik xidmət orqanlarında
işləyən diplomatik xidmət əməkdaşlarının vəzifələri Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
6.5.
Diplomatik xidmət əməkdaşları diplomatik xidmət orqanlarından
Azərbaycan Respublikasının digər dövlət orqanlarına vəzifəyə keçirildikdə onlar
müvafiq icra hakimiyyəti orqanının ehtiyatına daxil edilirlər. Ehtiyata daxiletmə ilə
bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Diplomatik vəzifələrə təyin edilmə
7.1.
Diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə
yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə və sağlamlıq
vəziyyətinə malik olan Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər (2).
7.2.
Diplomatik xidmət orqanlarında vəzifələrə təyinedilmə və vəzifələrdən
azadedilmə qaydaları, habelə vəzifə tutan şəxslərə dair tələblər Azərbaycan
Respublikasının Konstitusiyası, qanunları və digər nonnativ hüquqi aktları ilə,
habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə
müəyyən edilir.
7.3.
Xaricdə işlədikdən sonra Azərbaycan Respublikasına qayıdan diplomatik
xidmət əməkdaşı, xaricdə tutduğu, vəzifə nəzərə alınmaqla diplomatik xidmət
orqanlarında müvafiq vəzifəyə təyin edilir.
------------------------------------ 48 ---------------------------------------