Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə19/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   15   16   17   18   19   20   21   22   ...   117

lik,  istifadə  və  sərəncam  hüququ  Azərbaycan  Respublikasının  müvafiq 
qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 
Maddə 21. Diplomatik nümayəndəliklərdə, konsulluqlarda (3) 
işlədikləri  dövrdə  diplomatik  xidmət  əməkdaşlarına 
verilən təminatlar və kompensasiyalar 
21.1.
 
Diplomatik  xidmət  əməkdaşlarına  və  onların  onlarla  birlikdə  yaşayan 
ailə  üzvlərinə  (ər,  arvad,  18  yaşına  qədər  uşaqlar  və  18  yaşdan  yuxarı  əmək 
qabiliyyəti olmayan uşaqlar) (2) təminatlar, xidmət şəraitinin mürəkkəbliyi, xidmət 
keçməklə bağlı risk, habelə müvafiq xarici dövlətin spesifik xüsusiyyətləri nəzərə 
alınmaqla verilir. 
21.2.
 
Diplomatik  xidmət  əməkdaşları  və  onlarla  birlikdə  yaşayan  ailə 
üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti 
olmayan uşaqlar) (2) müvafiq tibbi xidmətlə təmin olunurlar. 
21.3.
 
Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliyinə  və  ya 
konsulluğuna  işə  təyin  olunan,  habelə  Azərbaycan  Respublikasının  diplomatik 
nümayəndəliyində  və  ya  konsulluğunda  fəaliyyətini  başa  çatdırıb  Azərbaycan 
Respublikasına qayıdan diplomatik xidmət əməkdaşının 
\'Ə 
onunla birlikdə yaşayan 
ailə  üzvlərinin  (ər,  arvad,  18  yaşına  qədər  uşaqlar  və  18  yaşdan  yuxarı  əmək 
qabiliyyəti  olmayan  uşaqlar)  (2)  mü-  l  afiıq  nəqliyyat  xərcləri  dövlət  hesabına 
ödənilir. 
21.4.
 
Ödənilən illik məzuniyyət və ya diplomatik xidmət əməkdaşı ilə birliicdə 
yaşayan ailə üzvlərinə  (ər,  aı~vad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı 
əmək  qabiliyyəti  olmayan  uşaqlar)  (2)  birinin  ölümü  ilə  əlaqədar  Azərbaycan 
Respublikasının  diplomatik  nümayəndəliyində  və  ya  konsulluğunda  işləyən 
diplomatik  xidmət  əməkdaşının  və  onunla  birlikdə  yaşayan  ailə  üzvlərinə  (ər, 
arvad,  18  yaşma  qədər  uşaqlar  və  18  yaşdan  yuxarı  əmək  qabiliyyəti  olmayan 
uşaqlar) (2) Azərbaycan Respublikasına gəlməsi və işlədiyi dövlətə qayıtması üçün 
nəqliyyat xərcləri müvafiq qaydada ödənilir. 
21.5.
 
Diplomatik xidmət əməkdaşı və onunla birlikdə yaşayan ailə üzvləri (ər, 
arvad,  18  yaşına  qədər  uşaqlar  və  18  yaşdan  yuxarı  əmək  qabiliyyəti  olmayan 
uşaqlar) (2) , onun tutduğu vəzifə və yerli şərait nəzərə alınmaqla, xaricdə yaşayış 
yeri ilə təmin olunmalıdırlar. 
21.6.
 
Diplomatik  xidmət  əməkdaşının  ümumtəhsil  məktəbində  oxuyan  ailə 
üzvlərinin təhsil haqqı dövlət tərəfindən ödənilir. 
 --------------------------------------------- 
55
  -------------------------------------------------- 


21.7.
 
Hərbi  və  ya  mülki  münaqişələr  və  yaxud  təbii  fəlakətlər  və  digər 
fövqəladə  hallar  baş  verdikdə  Azərbaycan  Respublikasının  diplomatik 
nümayəndəliklərinin və ya konsulluqlarının və onların heyətinin təhlükəsizliyi üçün 
qorxu  yarandıqda,  müvafiq  icra  hakimiyyəti  orqanları  diplomatik  xidmət 
əməkdaşlarının  və  onlarla  birlikdə  yaşayan  ailə  üzvlərinin  (ər,  arvad,  18  yaşına 
qədər  uşaqlar  və  18  yaşdan  yuxarı  əmək  qabiliyyəti  olmayan  uşaqlar)  (2) 
təhlükəsizliyinin təmin olunması və qorunması üçün zəruri tədbirlər görür. 
21.8.
 
Xaricdə  işlədiyi  dövrdə  öz  xidməti  vəzifələrini  yerinə  yetirərkən 
diplomatik  xidmət  əməkdaşına  və  ya  onunla  birlikdə  yaşayan  ailə  üzvlərinə  (ər, 
arvad,  18  yaşına  qədər  uşaqlar  və  18  yaşdan  yuxarı  əmək  qabiliyyəti  olmayan 
uşaqlar) (2) dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 
edilmiş  qaydada  ödənilir.  Diplomatik  xidmət  əməkdaşının  və  diplomatik  xidmət 
orqanlarının  inzibati-texniki  xidmətini  həyata  keçirən  şəxsin  və  onlarla  birlikdə 
yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı 
əmək  qabiliyyəti  olmayan  uşaqlar)  cəsədinin  Azərbaycan  Respublikasına 
gətirilməsi və bununla bağlı xərclər dövlət büdcəsi hesabına ödənilir (2). 
21.9.
 
Diplomatik  xidmət  əməkdaşlarının  xaricdə  işlədikləri  dövrdə  əldə 
etdikləri vəsaitin və  əmlakın  müvafiq icra  hakimiyyəti orqanının  müəyyən etdiyi 
qaydada  Azərbaycan  Respublikasına  gətirilməsinə  görə  gömrük  ödənişləri  (2) 
tutulmur. 
21.10.
 
Bu 
maddənin 
müddəaları 
diplomatik 
xidmət 
orqanlarının 
inzibati-texniki xidmətini həyata keçirən şəxslərə də şamil olunur. 
21.11.
 
Bu maddədə nəzərdə tutulmuş təminat və kompensasiyaların verilməsi 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq 
olunan qaydalarla tənzimlənir. 
Maddə  22.  Diplomatik  xidmət  əməkdaşlarının  və  diplomatik  xidmət 
orqanlarının  inzibati-texniki  xidmətini  həyata  keçirən 
şəxslərin (2) əmək münasibətlərinin tənzimlənməsi 
Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati 
-texniki xidmətini həyata keçirən şəxslərin (2) əmək münasibətləri “Dövlət qulluğu 
haqqında”  Azərbaycan  Respublikasının  Qanunu,  Azərbaycan  Respublikasının 
Əmək Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ-hüquqi 
aktları ilə tənzimlənir. 
56 


Maddə  23.  Diplomatik  xidmət  əməkdaşlarının  vd  diplomatik  xidmət 
orqanlarmııt  inzibati-texniki  xidmətini  həyata  keçirən 
şəxslərin (2) əməyinin ödənilməsi 
23.1.
 
Azərbaycan  Respublikasının  ərazisində  işləyən  diplomatik  xidmət 
əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati -texniki xidmətini həyata 
keçirən  şəxslərin  (2)  əməyinin  ödənilməsi  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 
23.2.
 
Xaricdə işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət 
orqanlarının  inzibati-texniki  xidmətini  həyata  keçirən  şəxslərin  əməyinin 
ödənilməsi, habelə maddi və maliyyə təminatı, olduqları dövlətin sosial-iqtisadi və 
maddi-məişət 
şəraiti 
nəzərə 
alınmaqla 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 
23.3.
 
Rotasiya  qaydasında  xaricə  ezamiyyətə  göndərilən  diplomatik  xidmət 
əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata 
keçirən şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında 
aldıqları əmək haqqının 50 faizi saxlanılır. 
23.4.
 
Rotasiya  qaydasında  xaricə  ezamiyyətə  göndərilən  diplomatik  .ddmət 
əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata 
keçirən  şəxslərin  xarici  ölkədə  aldığı  əmək  haqqından  .sOsial  sığorta  ödənişləri 
həyata keçirilmir, vergi tutulması müvafiq ianunvericiliklə tənzimlənir. 
23.5.
 
Azərbaycan Respublikasının müvafiıq icra hakimiyyəti orqanında dövlət 
qulluğunda 
olmayan 
şəxs 
Azərbaycan 
Respublikasının 
diplomatik 
nümayəndəliyində və ya konsulluğunda “Diplomatik xidmət haqqında’’Azərbaycan 
Respublikasının Qanununun 6.3.1-ci və 6.3.2-ci maddələrində göstərilən vəzij'ələrə 
təyin  olunduqda,  həmin  şəxs  üçün  Azərbaycan  Respublikasının  müvafiq  icra 
hakimiyyəti  orqanında  bu  orqanın  aparıcı  idarə  rəisinin  vəzifə  maaşının,  digər 
diplomatik  vəzifələrə  və  ya  inzibati-texniki  xidmətin  həyata  keçirilməsi  ilə  bağlı 
vəzifələrə  təyin  olunduqda  isə,  həmin  vəzifələrə  Azərbaycan  Respublikasının 
müvafiq  icra  hakimiyyəti  orqanında uyğun  gələn  vəzifələr  üçün  müəyyən  edilmiş 
vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır. 
23.6.
 
Rotasiya  qaydasında  xaricə  ezamiyyətə  göndərilən  diplomatik  xidmət 
əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata 
keçirən şəxslərə vəzifəyə təyin olunduq lari Azərbaycan Respublikasının 
-------------------------------------  57  ---------------------------------------  


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə