Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə15/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   11   12   13   14   15   16   17   18   ...   117

1.2.
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  və  müvafiq  mərkəzi  icra 
hakimiyyəti  orqanlarının  nonnativ  hüquqi  aktlarının  həmin  qanuna  uy- 
ğunlaşdırılmasını  təmin  etsin  və  bu  barədə  Azərbaycan  Respublikasının 
Prezidentinə məlumat versin; 
1.3.
 
"Dövlət  qulluğu  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  22- 
1.8-ci  maddəsində  nəzərdə  tutulmuş  dövlət  qulluqçusunun  əlavə  peşə  təhsilinin 
növü, forması, müddəti və maliyyə təminatı qaydalannı müəyyən etsin və bu barədə 
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
1.4.
 
"Dövlət  orqanlarında  dövlət  qulluğuna  müsabiqə  vasitəsi  ilə  qəbul 
Qaydaları "nın yeni layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə 
təqdim etsin; 
1.5.
 
öz  səlahiyyətləri  daxilində  "Dövlət  qulluğu  haqqında"  Azərbaycan 
Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan 
Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. 
2.
 
Müəyyən edilsin ki; 
2.1.
 
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 
17.5-
 
ci, 25.4-cü maddələrində, 27.3-cü maddəsinin ikinci cümləsində və 
28.6-
 
cı maddəsinin altıncı və səkkizinci cümlələrində nəzərdə tutulmuş "müvafiq 
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti 
həyata keçirir; 
2.2.
 
həmin  qanunun  22-1.8-ci  maddəsində  nəzərdə  tutulmuş  "müvafiq  icra 
hakimiyyəti  orqanı"nın  səlahiyyətlərini  Azərbaycan  Respublikasının  Nazirlər 
Kabineti həyata keçirir; 
2.3.
 
həmin qanunun 8.1.7-ci maddəsində (üçüncü halda), 11.1.7-ci maddəsində 
(birinci halda), 11.1.8-ci maddəsində (birinci halda), 11.1.9-cu maddəsində (birinci 
halda)  "müvafiq  icra  hakimiyyəti  orqanı"  dedikdə  mərkəzi  icra  hakimiyyəti 
orqanları,  8.1.7-ci  maddəsində  (dördüncü  halda),  11.1.7-ci  maddəsində  (ikinci 
halda),  11.1.8-ci  maddəsində  (ikinci  halda),  11.1.9-cu  maddəsində  (ikinci  halda) 
"müvafiq  icra  hakimiyyəti  orqanı"  dedikdə,  Azərbaycan  Respublikasının  Bakı 
Şəhər İcra Hakimiyyəti nəzərdə tutulur
2.4.
 
həmin  qanunun  25.8-ci  maddəsinin  birinci  cümləsində,  28.9-cu 
maddəsində,  31.2-ci  maddəsinin  birinci  cümləsində,  31.5-ci  maddəsində  və 
31.21-ci  maddəsinin  birinci  və  ikinci  cümlələrində  "müvafiq  icra  hakimiyyəti 
orqanı" dedikdə, tabeçilik qaydasında yuxarı dövlət orqanı nəzərdə tutulur; 
43 


2.5.
 
həmin  qanunun  28.2-ci  maddəsinin  birinci  və  üçüncü  cümlələrində 
nəzərdə  tutulmuş  "müvafiq  icra  hakimiyyəti  orqanı"nın  səlahiyyətlərini 
Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə 
Komissiya həyata keçirir. 
3.
 
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr 
edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 
Azərbaycan  Respublikası  Prezidentinin  2007-ci  il  28  fevral  tarixli  535  nömrəli 
fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, 
maddə 101) 2-ci bəndi çıxarılsın. 
4.
 
Bu fərman dərc edildiyi gündən qüvvəyə minir. 
Dərd: 4 oktyabr 2008-ci il 
Diplomatik xidmət haqqında 
Azərbaycan Respublikasının Qanunu 
(8 iyun 2001-d il, № 137-110 
Əlavə və dəyişikliklər: 
1.
 
29 oktyabr 2002-ci il, q.m.t. 11.12.2002 
2.
 
21 may 2004-cü il, q.m.t. 19.06.2004 
3.
 
01 sentyabr 2005-ci il, q.m.t. 12.10.2005 
4.
 
01 fevral 2008-ci il, q.m.t. 14.03.2008 
Bu  Qanun  Azərbaycan  Respublikasında  dövlət  qulluğunun  bir  növü 
olan  diplomatik xidmətin  təşkilinin  hüquqi  əsaslarını,  diplomatik xidmətdə 
olan dövlət qulluqçularının hüquqi vəziyyətini müəyyən edir. 
I
 
f ə s i l  
Ümumi müddəalar 
Maddə 1. Diplomatik xidmət anlayışı 
1.1.
 
Diplomatik  xidmət 
-  Azərbaycan  Respublikasının  xarici  siyasətini 
həyata keçirən müvafiq dövlət orqanlarında vətəndaşların peşəkar fəaliyyətidir. 
 -------------------------------------  44  --------------------------------------  


1.2.
 
Konsul  xidməti 
Azərbaycan  Respublikasının  Konsul  Nizamnaməsi 
əsasında həyata keçirilən diplomatik xidmətin bir növüdür. 
Maddə 2. Diplomatik xidmət orqanlarının sistemi 
2.1.
 
Diplomatik  xidmət  orqanlarının  vahid  sistemini  Azərbaycan 
Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı,  Azərbaycan  Respublikasının 
diplomatik  nümayəndəlikləri  və  konsulluqları,  Azərbaycan  Respublikasının 
müvafiq  icra  hakimiyyəti  orqanının  fəaliyyətini  təmin  etmək  üçün  yaradılan 
yardımçı  təşkilatlar,  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 
orqanının təhsil müəssisələri təşkil edir. 
2.2.
 
Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı 
Azərbaycan  Respublikasının  diplomatik  xidmət  orqanlarının  vahid  sisteminə 
rəhbərlik edir. 
Maddə 3. Diplomatik xidmət orqanlarının vəzifələri 
3.1.
 
Diplomatik xidmət orqanlarının əsas vəzifələri aşağıdakılardır: 
3.1.1.
 
Azərbaycan  Respublikasının  xarici  siyasətinin  konsepsiyası  və  əsas 
istiqamətləri üzrə təkliflərin hazırlanması və Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanına təqdim edilməsi; 
3.1.2.
 
Azərbaycan  Respublikasının  xarici  siyasətinin  həyata  keçirilməsinin 
təmin edilməsi; 
3.1.3.
 
Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla 
münasibətlərində  vahid  siyasət  xəttinin  həyata  keçirilməsinin  təmin  edilməsi 
məqsədilə  digər  müvafiq  icra  hakimiyyəti  orqanlarının  fəaliyyətinin 
əlaqələndirilməsi; 
3.1.4.
 
Azərbaycan  Respublikasının  suverenliyinin,  təhlükəsizliyinin,  ərazi 
bütövlüyünün  və  sərhədlərinin  toxunulmazlığının,  onun  siyasi,  iqtisadi  və  digər 
sosial maraqlannm diplomatik üsul və vasitələrlə təmin olunması; 
3.1.5.
 
beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunmasına  diplomatik  üsul  və 
vasitələrlə kömək göstərilməsi; 
3.1.6.
 
Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin 
xaricdə hüquq və maraqlarının müdafiə olunması; 
3.1.7.
 
Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla 
diplomatik və konsul əlaqələrinin həyata keçirilməsi; 
3.1.8.
 
Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi. 
45 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə