Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə13/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   9   10   11   12   13   14   15   16   ...   117

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası 
Qanununun tətbiq edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı 
(29 dekabr 2000-ci il, № 435) 
Əlavə və dəyişikliklər
1.
 
24 avqust 2002-ci il, № 775 
2.
 
28 dekabr 2005-ci il, № 342, q.m.t. 29.12.2005 
3.
 
26 dekabr 2007-ci il, № 691, q.m.t. 30.12.2007 
4.
 
07 may 2008-ci il, Ns 752, q.m.t. 10.05.2008 
“Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  qüvvəyə 
minməsi  ilə  əlaqədar  həmin  qanunun  tətbiq  olunmasını  təmin  e;mək  məqsədi  ilə 
qərara alıram:
 
1.
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinə  tapşırılsın  ki,  iki  ay 
müddətində: 
-
 
qüvvədə  olan  qanunvericilik  aktlarının  “Dövlət  qulluğu  haqqında” 
Azərbaycan Respublikası qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-Nazirlər  Kabinetinin  və  müvafiq  mərkəzi  icra  hakimiyyəti  orqanlarının 
normativ-hüquqi  aktlarının  həmin  qanuna  uyğunlaşdırılmasını  təmin  etsin  və  bu 
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
-
 
həmin  qanunun  tələblərinə  müvafiq  olaraq  dövlət  qulluqçuları  üçün 
təminatlara  dair  təkliflərini  hazırlayıb  Azərbaycan  Respublikasının  Prezidentinə 
təqdim etsin; 
-
 
həmin qanunun 12-ci maddəsinə müvafiq olaraq inzibati vəzifələrin təsnifat 
toplusunun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim 
etsin; 
-
 
həmin qanunun 16-cı və 17-ci maddələrinə müvafiq olaraq icra hakimiyyəti 
orqanlarında  dövlət  qulluqçularına  ixtisas  dərəcələrinin  verilməsi  qaydalarının 
layihəsini  hazırlayıb  təsdiq  olunmaq  üçün  Azərbaycan  Respublikasının 
Prezidentinə təqdim etsin; 
-
 
həmin  qanunun  17-ci  maddəsinə  müvafiq  olaraq  icra  hakimiyyəti 
orqanlarında  ixtisas  dərəcələrinin  verilməsi  qaydalarının  layihəsini  hazırlayıb 
təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
 ------------------------------------- 37  ---------------------------------------  


-
 
həmin  qanunun  17.5-ci  maddəsinə  müvafiq  olaraq  3-cü  dərəcə  dövlət 
müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri alan dövlət qulluqçusuna verilən 
müvafiq  vəsiqənin  nümunəsini  hazırlayıb  təsdiq  olunmaq  üçün  Azərbaycan 
Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
həmin  qanunun  tələblərinə  müvafiq  olaraq  icra  hakimiyyəti  orqanlarında 
dövlət  qulluqçusu  üçün  minimum  vəzifə  maaşının  məbləğini  və  dövlət  qulluğu 
vəzifələrinin  təsnifatına  müvafiq  surətdə  icra  hakimiyyəti  orqanlarında  dövlət 
qulluqçularının  vəzifə  maaşlarının  miqdarına  dair  təkliflərini  hazırlayıb 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
həmin qanunun 22.4-cü  maddəsinə  müvafiq olaraq qulluq  şəraiti həyat  və 
sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə 
maaşları üçün artıq əmsalın müəyyən edilməsi qaydasına, onun təyin edilməsi üçün 
əsasa  və  onun  məbləğinə  dair  qanun  layihəsini  hazırlayıb  Azərbaycan 
Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
həmin  qanunun  22.5-ci  maddəsinə  müvafiq  olaraq  dövlət  qulluqçularının 
vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsinə dair təkliflərini hazırlayıb 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
həmin  qanunun  22.7-ci  maddəsinə  müvafiq  olaraq  dövlət  qulluqçusuna 
vəzifədə qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq verilən əlavə haqqın 
və həmin haqqın hər iki ildən bir artırılan məbləğlərinə dair təkliflərini hazırlayıb 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
həmin qanunun 22.8-ci maddəsinə  müvafiq olaraq dövlət qulluqçusu üçün 
hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqqın təyin edilməsi qaydasının 
layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
“Dövlət  qulluqçularının  pensiya  təminatı  haqqında”  və  “Dövlət 
qulluqçularının  icbari  sığortası  haqqında”  Azərbaycan  Respublikası  qanunlarının 
layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
həmin  qanunun  23.3-cü  maddəsinə  müvafiq  olaraq  yaşına  və  ya  əlilliyinə 
görə istefaya çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik 
olmayan  müvafiq  icra  hakimiyyəti  orqanlarında  çalışmış  dövlət  qulluqçusuna 
müəyyən  edilən  ömürlük  müavinətin  miqdarına  dair  təkliflərini  hazırlayıb 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
38 


-
 
həmin qanunun 23.5-ci maddəsinə müvafiq olaraq dövlət qulluqçusu, yaxud 
pensiyaçı  öldükdən  sonra  onun  dul  arvadına  (ərinə),  anasına  (atasına),  ölənin 
himayəsində olmuş və 22 (1) yaşına çatmamış işləməyən qızma (oğluna) pensiyanın 
ödənilən faizinin miqdarına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının 
Prezidentinə təqdim etsin; 
-
 
həmin  qanunun  24-cü  maddəsinə  müvafiq  olaraq  dövlət  qulluqçularının 
mükafatlandırılmasmın  növlərinə  və  qaydalarına  dair  təkliflərini  hazırlayıb 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
həmin  qanunun  25.4-cü  maddəsinə  müvafiq  olaraq  icra  hakimiyyəti 
orqanlarında  dövlət  qulluqçusuna  münasibətdə  tətbiq  olunmuş  intizam  tənbeh 
tədbirindən şikayət verilməsi qaydasının layihəsini hazırlayıb təsdiq olunmaq üçün 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
həmin  qanunun  27.3-cü  maddəsinə  müvafiq  olaraq  icra  hakimiyyəti 
orqanlarında  dövlət  qulluğuna  qəbul  edilən  şəxsin  dövlət  qulluğunda  işləməsinin 
mümkün  olub-olmamasının  qabaqcadan  yoxlanılmasının  qaydalarının  layihəsini 
hazırlayıb təsdiq olunmaq üçün  Azərbaycan Respublikasının Prezidentinə  təqdim 
etsin; 
-
 
həmin qanunun 28-ci maddəsinə müvafiq olaraq müvafiq icra haki- Tiiyyəti 
orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə (o cümlədən müsabiqənin elan 
edilməsi,  keçirilməsi və  yekunlarına  müvafiq qərarın qəbul edilməsi qaydaları da 
daxil  olmaqla)  qəbulun  qaydalarının  layihəsini  hazırlayıb  təsdiq  olunmaq  üçün 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
həmin uanunun 28.5-ci maddəsinə müvafiq olaraq müvafiq icra hakimiyyəti 
orqanlarında  dövlət  qulluğuna  qəbul  üçün  keçirilən  test  imtahanları  üçün  test 
nümunələrinin  hazırlanması  və  təsdiq  edilməsi  qaydalarının  layihəsini  hazırlayıb 
təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
həmin uanunun 28.6-cı maddəsinə müvafiq olaraq sınaq müddəti ilə müvafiq 
icra  hakimiyyəti  orqanlarında  dövlət  qulluğuna  qəbul  kontraktının  nümunəsinin 
layihəsini  hazırlayıb  təsdiq  olunmaq  üçün  Azərbaycan  Respublikasının 
Prezidentinə təqdim etsin; 
-
 
həmin  qanunun  28.7-ci  maddəsinə  müvafiq  olaraq  icra  hakimiyyəti 
orqanlarında daimi dövlət qulluğuna qəbulu Azərbaycan Respublikasının adından 
təsdiq  edən  sənədin  nümunəsinin  layihəsini  hazırlayıb  təsdiq  olunmaq  üçün 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
39 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə