Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə14/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   10   11   12   13   14   15   16   17   ...   117

-
 
həmin  qanunun  29.4-cü  maddəsinə  müvafiq  olaraq  icra  hakimiyyəti 
orqanlarında inzibati vəzifələrin tutulması ilə bağlı dövlət orqanının rəhbəri dövlət 
qulluğunun  idarəetmə  orqanının  tövsiyəsi  ilə  razılaşma-  dıqda  yaranmış  fikir 
ayrılığının  aradan  qaldırılması  qaydalarının  layihəsini  hazırlayıb  təsdiq  olunmaq 
üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
həmin  qanunun  30.1-ci  maddəsinə  müvafiq  olaraq  dövlət  qulluqçularının 
ayrı-ayrı  kateqoriyaları  üçün  müddəti  qısaldılmış  iş  vaxtı  haqqında  qanun 
layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
həmin qanunun 30.2-ci maddəsinə müvafiq olaraq qulluq üçün zəruri olan 
hallarda  iş  vaxtı  5  saatdan  çox  artırılanda  işlədiyi  hər  saata  görə  dövlət 
qulluqçusuna  ödənilən  əlavə  haqqın  məbləğlərinə  dair  təkliflərini  hazırlayıb 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
öz  səlahiyyətləri  daxilində  “Dövlət  qulluğu  haqqında”  Azərbaycan 
Respublikası qanunundan irəli gələn digər məsələləri həll etsin. 
2.
 
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinə tapşırılsın 
ki, iki ay müddətində: 
-
 
Azərbaycan  Respublikasının  Dövlət  Qulluğu  İdarəetmə  Şurasının 
Əsasnaməsinin  layihəsini  hazırlayıb  Azərbaycan  Respublikasının  Prezidentinə 
təqdim etsin; 
-
 
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən Azərbaycan 
Respublikasının Dövlət Qulluğu İdarəetmə Şurasının 6 üzvünün namizədliyinə dair 
təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
-
 
Azərbaycan Respublikasının Prezidentinin yanında müvafiq dövlət qulluğu 
idarəetmə  orqanına  dair  təkliflərini  hazırlayıb  Azərbaycan  Respublikasının 
Prezidentinə təqdim etsin; 
-
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin,  müvafiq  mərkəzi  və  yerli 
icra  hakimiyyəti  orqanlarının  müvafiq  dövlət  qulluğu  idarəetmə  orqanlarına  dair 
təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 
3.
 
Müəyyən edilsin ki: 
-
 
“Dövlət  qulluğu  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  12.2-ci 
maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqa- 
40 


m’’mn səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; (2) 
-  həmin  qanunun  29.4-cü,  29.6-cı,  29.7-ci  (4)  və  30-1.7-ci  maddələrində  (3) 
nəzərdə  tutulmuş  “müvafiq  icra  hakimiyyəti  orqanı  ”nın  səlahiyyətlərini 
Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  Qulluğu  Məsələləri  üzrə 
Komissiya həyata keçirir. (2) 
4.
 
Azərbaycan  Respublikasının  Milli  Məclisinə,  Azərbaycan  Respublikasının 
Konstitusiya  Məhkəməsinə,  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsinə, 
Azərbaycan  Respublikasının  Prokurorluğuna  tövsiyə  edilsin,  habelə  Azərbaycan 
Respublikasının  Milli  Bankına  tapşırılsın  ki,  ‘Dövlət  qulluğu  haqqında” 
Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsinlər. 
Dərd: 11 fevral 2001-ci il 
“Dövlət qulluğu haqqında” Azərbaycan 
Respublikasının Qanununa əlavələr edilməsi 
barədə” Azərbaycan Respublikası Qanunun tətbiq 
edilməsi haqqında Azərbaycan Respublikası 
Prezidentinin Fərmanı 
(7 may 2008-ci il)
 
“Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  əlavələr 
edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 12 fevral tarixli 546-IIIQD 
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlanədar həmin qanunun tətbiq edilməsini 
təmin etmək məqsədi ilə 
qərara alıram:
 
1.
 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  tapşırılsın  ki,  bir  ay 
müddətində: 
1.1.
 
qüvvədə  olan  qanunvericilik  aktlarının  “Dövlət  qulluğu  haqqında” 
Azərbaycan  Respublikasının  Qanununa  əlavələr  edilməsi  barədə”  Azərbaycan 
Respublikasının  Qanununa  uyğunlaşdırılması  barədə  təkliflərini  hazırlayıb 
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
1.2.
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  və  müvafiq  mərkəzi  icra 
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qa 
 ---------------------------------------------- 
41
  -------------------------------------------------  


nuna  uyğunlaşdın  İmasını  təmin  etsin  və  bu  barədə  Azərbaycan  Respublikasının 
Prezidentinə məlumat versin: 
1.3.
 
öz  səlahiyyətləri  daxilində  “Dövlət  qulluğu  haqqında”  Azərbaycan 
Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 
Qanunundan irəli gələn digər məsələləri həll etsin. 
2.
 
Müəyyən edilsin ki,  “Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikası 
Qanununun 29.2-ci maddəsinin birinci və ikinci abzaslarında, 29.3-cü maddəsində 
“müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları və yerli 
icra hakimiyyəti başçısının nümayəndəlikləri nəzərdə tutulur. 
3.
 
Bu fəmıan dərc edildiyi gündən qüvvəyə minir. 
Darci: 10 may 2008-ci il 
’’Dövlət qulluğu haqqında” Azərbaycan 
Respublikasının Qanununa dəyişikliklər və 
əlavələr edilməsi barədə” Azərbaycan 
Respublikası Qanununun tətbiq edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı 
(3 oktyabr 2008-ci il)
 
"Dövlət  qulluğu  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa 
dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 2 
iyun  tarixli  624-IIIQD  nömrəli  qanununun  qüvvəyə  minməsi  ilə  əlaqədar  həmin 
qanunun tətbiq edilməsini təmin etmək məqsədilə 
qərara alıram:
 
1.
 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  tapşırılsın  ki,  bir  ay 
müddətində: 
1.1.
 
qüvvədə  olan  qanunvericilik  aktlarının  "Dövlət  qulluğu  haqqında" 
Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" 
Azərbaycan  Respublikasının  Qanununa  uyğunlaşdırılması  barədə  təkliflərini 
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
 -------------------------------------  42  ---------------------------------------  


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə