Azərbaycan respublikasinin qanunlari


Maddə 31. Dövlət qulluqçusunun attestasiyası (34)



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə11/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   7   8   9   10   11   12   13   14   ...   117

Maddə 31. Dövlət qulluqçusunun attestasiyası (34) 
31.1.
 
inzibati  və  yardımçı  vəzifələri  tutan  hər  bir  dövlət  qulluqçusu,  bu 
qanunda  başqa  hal  nəzərdə  tutulmayıbsa,  beş  ildə  bir  dəfədən  çox  olmayaraq 
attestasiyadan keçirilməlidir. 
31.2.
 
Attestasiya  kollegial,  obyektiv  surətdə,  müvafiq  icra  hakimiyyəti 
orqanının nümayəndəsinin və müstəqil mütəxəssislərin cəlb edilməsi ilə keçirilir. 
Attestasiya komissiyasının tərkibini müvafiq dövlət orqanının rəhbəri təsdiq edir. 
31.3.
 
Attestasiya  zamanı  dövlət  qulluqçusunun  peşəkarlıq,  işgüzarlıq  və 
mənəvi  keyfiyyətləri  qiymətləndirilir  və  onun  tutduğu  vəzifəyə  uyğun 
gəlib-gəlmədiyi barədə nəticə çıxarılır. 
31.4.
 
Attestasiyanın əsas məqsədləri aşağıdakılardır: 
31.4.1.
 
dövlət  qulluqçusunun  tutduğu  vəzifəyə  uyğun  gəlib-gəlmədiyinin 
müəyyənləşdirilməsi; 
31.4.2.
 
dövlət  qulluqçusunun  potensial  imkanlarından  istifadə  etmək 
mümkünlüyünün  aşkara  çıxarılması,  onun  peşə  səriştəliyini  artırmağa  sti- 
mullaşdırılması; 
31.4.3.
 
dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ya ixtisasartırma 
keçməsinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi. 
31.5.
 
Attestasiyanın  keçirilməsinin  müddətləri  və  cədvəli  müvafiq  icra 
hakimiyyəti  orqanı  ilə  razılaşdırılmaqla  müvafiq  dövlət  orqanı  tərəfindən  təsdiq 
edilir  və  attestasiyanın  başlanmasına  ən  geci  1  ay  qalmış  attestasiyadan  keçən 
dövlət qulluqçularının nəzərinə çatdırılır. 
31.6.
 
Attestasiya komissiyasının üzvləri tərəfindən dövlət qulluqçusuna yalnız 
tutduğu  vəzifəyə,  vəzifə  təlimatına,  ixtisasına  dair,  icra  etdiyi  işlər  və  onların 
nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri 
olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, qulluq funksiyalarına aid olan 
məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan dövlət qulluqçusunun 
siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. 
31.7.
 
Tutduğu  vəzifədə  1  ildən  az  qulluq  keçən,  habelə  staj  və  sınaq 
müddətində  olan  dövlət  qulluqçuları  növbəti  attestasiyadan  keçirilmirlər.  Uşağa 
qulluq etmək  üçün məzuniyyətdə  olan dövlət  qulluqçusu qulluq keçməsini davam 
etdirməyə başladıqdan sonra bir ildən tez olmayaraq attestasiyadan keçməlidirlər. 
32 


31.8.
 
Attestasiyanın  keçirilməsi  üçün  sədrdən,  katibdən  və  azı  digər  üç 
komissiya  üzvündən  ibarət  tərkibdə  attestasiya  komissiyası  təsdiq  edilir.  Tərkibi 
vaxtaşırı  dəyişən  attestasiya  komissiyasına  yüksək  ixtisaslı  mütəxəssislər,  elmi 
ekspertlər daxil edilə bilərlər. 
31.9.
 
Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna attestasiyanın 
başlanmasına ən azı 2 həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən hazırlanmış 
xidməti xasiyyətnamə verilir və həmin dövlət qulluqçusu ona verilən xasiyyətnamə 
ilə tanış olmalıdır. 
Xasiyyətnamədə dövlət qulluqçusunun xidməti fəaliyyətinə qiymət verilir, fərdi 
xüsusiyyətləri,  güclü  və  zəif  cəhətləri,  keçən  dövr  ərzindəki  işinin  nəticələri 
göstərilir.  Sonrakı  attestasiyalarda  komissiyaya  habelə  əvvəlki  attestasiyanın 
attestasiya vərəqəsi təqdim edilir. 
31.10.
 
Dövlət  qulluqçusu  attestasiyadan  keçirilərkən  onun bilavasitə  rjhbəri 
attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən dövlət 
qulluqçusunun  fəaliyyəti  haqqında  onun  məlumatını  dinləyir  və  təqdim  edilmiş 
materialları nəzərdən keçirir. 
31.11.
 
Dövlət  qulluqçusu  üzrlü  səbəb  olmadan  attestasiya  komissiyasının 
iclasına  gəlmədikdə,  attestasiyadan  keçirilməmiş  hesab  edilir  və  həmin  dövlət 
qulluqçusu  barəsində  bu  qanunun  25.2-ci  maddəsində  nəzərdə  tutulmuş  intizam 
tənbeh  tədbirləri  tətbiq  edilə  bilər.  Dövlət  qulluqçusu  üzrlü  səbəbdən  attestasiya 
komissiyasının  iclasına  gəlmədikdə,  attestasiyadan  keçirilməmiş  hesab  edilir. 
Dövlət  qulluqçusu  üzrlü  səbəb  olmadan  və  ya  üzrlü  səbəbdən  attestasiya 
komissiyasının iclasına gəlmədikdə, həmin dövlət qulluqçusu növbəti attestasiyadan 
keçməlidir. 
31.12.
 
Dövlət  qulluqçusunun  attestasiyasının  nəticələri  əsasında  attestasiya 
komissiyası aşağıdakı qiymətlərdən birini verir: 
31.12.1.
 
tutduğu vəzifəyə uyğun gəlir; 
31.12.2.
 
işini  yaxşılaşdırsa  və  komissiyanın  tövsiyələrini  yerinə  yetirsə,  bir 
ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir; 
31.12.3.
 
tutduğu vəzifəyə uyğun gəlmir. 
31.13.
 
Attestasiya  komissiyası  attestasiyanın  nəticələri  əsasında  ayrı-  ayrı 
dövlət  qulluqçularının  qazandıqları  müvəffəqiyyətlərə  görə  mükafatlandırılması, 
irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan keçən 
dövlət qulluqçularının təcrübə, yenidənhazırlan- ma və ya ixtisasartırma keçməsi, 
qulluq fəaliyyətinin, işinin nəticələrinin 
33 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə