Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə10/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   6   7   8   9   10   11   12   13   ...   117

luqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər 
iştirak edə bilərlər. (34) 
Barələrində  intizam  tənbehi  tətbiq  edilmiş  dövlət  qulluqçuları  bir  il  ərzində 
müsahibəyə və müsabiqəyə buraxılmırlar. (34) 
29.6.
 
Müsahibə  müvafiq  dövlət  orqanı  rəhbərinin  yaratdığı  komissiya 
tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir. 
29.7.
 
Bu qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya müvafiq icra 
hakimiyyəti orqanının nümayəndəsi də daxil olmaqla, üzvlərinin sayı üç nəfərdən az 
olmayan tərkibdə yaradılır. 
29.8.
 
Müsahibə  zamanı  müsahibədə  iştirak  edən  şəxsin  bilik  səviyyəsi,  peşə 
hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri 
olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. 
29.9.
 
Müsahibə zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır: 
29.9.1.
 
ixtisas dərəcəsi; 
29.9.2.
 
attestasiyanın nəticələri; 
29.9.3.
 
müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçilməsi və 
ixtisasın artırılması. 
29.10.
 
Müsahibənin  nəticələrinə  görə  müvafiq  inzibati  vəzifənin  tutulması 
barədə qərar qəbul edilir. 
29.11.
 
Müsahibə  nəticəsində  müvafiq  inzibati  vəzifə  tutulmadıqda,  dövlət 
orqanı  rəhbərinin  həmin  vəzifənin  müsabiqə  əsasında  tutulması  barədə  qərarı 
əsasında bu qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə 
bilər. (25) 
Maddə 30. Dövlət qulluğunun şərtləri 
30.1.
 
Dövlət  qulluğunda  iş  vaxtı  həftədə  40  saatdır.  Dövlət  qulluqçularının 
ayrı-ayrı  kateqoriyaları  üçün  qanunla  müddəti  qısaldılmış  iş  vaxtı  müəyyən  edilə 
bilər. 
30.2.
 
Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş 
vaxtını  ayda  əvəzi  ödənilmədən  5  saata  qədər  artıra  bilər.  İş  vaxtı  5  saatdan  çox 
artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir. 
30.3.
 
İnzibati  vəzifə  tutan  dövlət  qulluqçusuna  ildə  bir  dəfə  30  təqvim  günü 
müddətində haqqı ödənilən əsas məzuniyyət verilir (34). Uzun illər işləməyə görə 
haqqı ödənilən əlavə məzuniyyət aşağıdakı qaydada verilir: 
29 


30.3.1.
 
5 ildən 10 ilədək əmək stajına görə (7) - 2 təqvim günü; 
30.3.2.
 
10 ildən 15 ilədək əmək stajına görə (7) - 4 təqvim günü; 
30.3.3.
 
15 ildən çox əmək stajına görə (7) - 6 təqvim günü. 
Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə 
ödənişsiz məzuniyyətə göndərilə bilər. (34) 
30.4.
 
Xidməti  ezamiyyətə  göndərilən  dövlət  qulluqçusu  aşağıdakılarla  təmin 
olunur: 
30.4.1.
 
mehmanxanada  və  ya  xidməti  yaşayış  sahəsində  yer,  altı  aydan  çox 
müddətə ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil sahəsi; 
30.4.2.
 
iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı; 
30.4.3.
 
digər zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən 
onu göndərən orqanın vəsaiti hesabına xidmətlər. 
30.5.
 
Müvəqqəti  olaraq  başqa  yerə  qulluğa  keçirilən  dövlət  qulluqçusunun 
ailəsini özü ilə aparmaq ixtiyarı vardır. Ona müəyyən edilmiş yaşayış normalarına 
uyğun  gələn  məişət  ləvazimatı  ilə  komplektləşdirilmiş  xidməti  mənzil  verilir, 
habelə  əvvəl  qulluq  keçdiyi  (34)  yerdəki  yaşayış  sahəsi  saxlanılır.  Dövlət 
qulluqçusunun  ailə  üzvlərinə  işə  və  ya  təhsil  müəssisəsinə  düzəlməkdə  kömək 
göstərilir,  məktəbəqədər  uşaq  müəssisələrində  yer  verilir  və  lazım  gəldikdə,  onu 
göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir. Müvəqqəti 
olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan digər məsələlər (34) Azərbaycan 
Respublikasının Əmək Məcəlləsi ilə tənzim olunur. 
30.6.
 
Yardımçı  vəzifələr tutan dövlət  qulluqçularının əmək  münasibətləri  bu 
qanunun  müddəaları  nəzərə  alınmaqla  (7)  Azərbaycan  Respublikasının  Əmək 
Məcəlləsi ilə tənzimlənir. 
Maddə 30-1. Dövlət qullııqçulannm fəaliyyətinin qiymətləndirilməsi (19) 
30-1.1. inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti hər təqvim 
ilinin  sonunda  qiymətləndirilir.  Dövlət  qulluqçusunun  xidməti  fəaliyyətinin 
qiymətləndirilməsinin  məqsədi  onun  il  ərzində  vəzifəsinin  öhdəsindən  gəlməsini, 
tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və işçinin 
gələcək 
inkişafını 
müəyyən 
etməkdən 
ibarətdir. 
Xidməti 
fəaliyyətin 
qiymətləndirilməsinin nəticələri dövlət qulluqçusunun attestasiyası zamanı nəzərə 
alınır. 
30-1.2. Dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə 
rəhbəri tərəfindən həyata keçirilir. 
 -------------------------------------  30  --------------------------------------- 


30-1.3. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı meyarlar əsasında 
qiymətləndirilir: 
30-1.3.1. peşə bilikləri; 
30-1.3.2. xidməti vəzifələrə münasibət
30-1.3.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı; 
30-1.3.4. yaradıcılıq və təşəbbüskarlıq; 
30-1.3.5. əmək intizamı; 
30-1.3.6. iş təcrübəsi və onu bölüşmə
30-1.3.7. kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər. 
30-1.4. Rəhbər işçilərin xidməti fəaliyyəti bu qanunun 30-1.3-cü maddəsində 
göstərilənlərə əlavə olaraq, aşağıdakı meyarlar əsasında qiymət- l.mdirilir: 
30-1.4.1. təhlil və proqnozlaşdırma; 
30-1.4.2. idarəetmə; 
30-1.4.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı; 
30-1.4.4. komanda qurmaq bacarığı. 
30-1.5.  Dövlət  qulluqçusunun  xidməti  fəaliyyəti  aşağıdakı  şəkildə 
qiymətləndirilir: 
30-1.5.1. əla; 
30-1.5.2. yaxşı; 
30-1.5.3. kafi; 
30-1.5.4. qeyri-kafı. 
30-1.6.  Dövlət  qulluqçusunun  xidməti  fəaliyyətinin  qiymətləndirilməsinin 
nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir. Bu 
sənəddə  dövlət  qulluqçusunun  fəaliyyəti  bütün  meyarlar  üzrə  qiymətləndirilir  və 
bununla bağlı şərhlər verilir. Xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə 
xidməti fəaliyyəti qiymətləndirilən dövlət qulluqçusunun rəyi əlavə edilir. 
30-1.7.  Dövlət  qulluqçusunun  xidməti  fəaliyyətinin  qiymətləndirilməsi 
qaydalarına dair normativ aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul 
edilir. 
30-1.8.  Dövlət  qulluqçusunun  xidməti  fəaliyyətinin  qiymətləndirilməsinin 
nəticələri onun şəxsi işinə əlavə edilir. (19) 
31 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə