Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə12/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   8   9   10   11   12   13   14   15   ...   117

yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi 
haqqında  tövsiyələr  verə  hilər.  Bu  halda  komissiya  irəli  sürdüyü  tövsiyələri 
əsaslandırmalıdır. 
31.14.
 
Dövlət  qulluqçusunun  fəaliyyətinə  verilən  qiymət  və  komissiyanın 
tövsiyələri  attestasiyadan  keçən  dövlət  qulluqçusunun  iştirakı  olmadan  açıq 
səsvermə yolu ilə qəbul edilir. 
31.15.
 
Attestasiya  və  səsvermə  attestasiya  komissiyasının  üzvlərinin  ən  azı 
üçdə  iki  hissəsinin  iştirakı  ilə  keçirilir.  Səsvermənin  nəticələri  səs  çoxluğu  ilə 
müəyyən  edilir.  Səslər  bərabər  olduqda,  attestasiyadan  keçən  dövlət  qulluqçusu 
tutduğu vəzifəyə uyğun gələn sayılır. Attestasiya komissiyasının üzvü olan dövlət 
qulluqçusu  attestasiyadan  keçərkən  səsvermədə  iştirak  etmir.  Attestasiyanın 
nəticələri səsvermədən dərhal sonra dövlət qulluqçusuna bildirilir. 
31.16.
 
Attestasiyanın nəticələri (qiymət və tövsiyələr) bir nüsxədə tərtib edilən, 
sədr,  katib  və  attestasiya  komissiyasının  səsvermədə  iştirak  etmiş  digər  üzvləri 
tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır. 
31.17.
 
Attestasiyadan  keçən  dövlət  qulluqçusunun  attestasiya  vərəqəsi  və 
xasiyyətnaməsi  onun  şəxsi  işində  saxlanılır  və  onların  bir  .surəti  attestasiyadan 
keçən dövlət qulluqçusuna verilir. 
31.18.
 
Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək, tövsiyələr 
nəzərə  alınmaqla  və qüvvədə  olan  qanunvericiliyə  uyğun olaraq ayrı-ayrı  dövlət 
qulluqçularının  qazandıqları  müvəffəqiyyətlər  müqabilində  mükafatlandırılması, 
dövlət qulluqçusunun irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, 
yuxarı vəzifəyə keçirilməsi, xidməti fəaliyyətlə bağlı təcrübə, yenidənhazırlanma və 
ixtisasartırma  keçməsi,  attestasiyanın  nəticələrinə  görə  tutduğu  vəzifəyə  uyğun 
gəlmədiyi  aşkara  çıxan  dövlət  qulluqçusunun  aşağı  vəzifəyə  keçirilməsi  və  ya 
tutduğu  vəzifədən  azad  edilməsi  haqqında  qərarlar  dövlət  qulluqçusunun  qulluq 
keçdiyi dövlət orqanının rəhbəri tərəfindən qəbul edilir. 
31.19.
 
Bu  qanunun  31.18-ci  maddəsində  nəzərdə  tutulmuş  qərarlar  dövlət 
qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən geci 2 ay müddətində qəbul 
edilir.  Bu  müddət  keçdikdən  sonra  attestasiyanın  nəticələri  əsasında  dövlət 
qulluqçusunun  aşağı  vəzifəyə  keçirilməsi  və  ya  tutduğu  vəzifədən  azad  edilməsi 
haqqında qərarlar qəbul edilə bilməz. 
31.20.
 
Dövlət  qulluqçusunun  üzrlü  səbəbdən  işə  gəlmədiyi,  ezamiyyətdə  və 
məzuniyyətdə olduğu vaxt həmin 2 ay müddətinə daxil edilmir. 
34 


31.21.
 
Dövlət qulluqçusu attestasiyanın nəticələrindən 7 iş günü müddətində 
müvafiq  icra  hakimiyyəti  orqanına  şikayət  edə  bilər.  Müvafiq  icra  hakimiyyəti 
orqanı şikayətə daxil olduğu gündən sonra 20 iş günü ərzində baxır. (24) 
Maddə 32. Dövlət qulluğunda irəli çəkilmək hüququ 
32.1.
 
Dövlət  qulluqçusu  bu  qanunla  müəyyən  edilmiş  qaydada  qulluqda 
yüksəliş yolu ilə, habelə müsahibə və ya müsabiqə nəticəsində dövlət qulluğunda 
irəli çəkilə bilər. (34) 
32.2.
 
Dövlət  qulluğunda  irəli  çəkilmək  hüququ  dövlət  qulluqçularının  öz 
vəzifələrini  müvəffəqiyyətlə  və  vicdanla  yerinə  yetirməsi,  vakant  (34)  vəzifə 
olması,  habelə  vakant  (34)  vəzifənin  tələblərinə  uyğun  olaraq  təcrübə, 
yenidənhazırlanma  və  ixtisasartırma  keçməyin  (34)  nəticələri  nəzərə  alınmaqla 
həyata keçirilir. 
32.3.
 
Çıxarılıb. (34) 
32.4.
 
Çıxarılıb. (34) 
Maddə 33. Dövlət qulluğuna xitam verilməsi (34) 
33.1.
 
Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 
33.1.1.
 
dövlət qulluqçusunun öz arzusu ilə; 
33.1.2.
 
dövlət orqanı ləğv edildikdə
33.1.3.
 
dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə
33.1.4.
 
qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə
33.1.5.
 
bu qanuna uyğun olaraq yaradılmış attestasiya komissiyası tərəfimdən 
peşəkarlıq,  işgüzarlıq  və  mənəvi  keyfiyyətləri  səviyyəsinin  kifayət  dərəcədə 
olmadığına  görə  dövlət  qulluqçusunun  tutduğu  vəzifəyə  uyğun  gəlmədiyi  barədə 
verilmiş qiymət və tövsiyələr əsasında dövlət qulluqçusunun qulluq keçdiyi dövlət 
orqanının rəhbəri tərəfimdən müvafiq qərar qəbul edildikdə; 
33.1.6.
 
Bu  qanunun  25.2.6-cı  maddəsinə  uyğun  olaraq  dövlət  qulluğundan 
azad edildikdə; 
33.1.7.
 
Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda; 
33.1.8.
 
qanunvericilik və ya yerli özünüidarə  orqanlarına seçildikdə, habelə 
hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 
 ------------------------------------  35  ---------------------------------------  


33.1.9.
 
qanunvericilikdə  daha  uzun  müddət  müəyyən  edilməyibsə,  əmək 
qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox m üddətə tam itirilməsi ilə əlaqədar 
dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə
33.1.10.
 
məhkəmənin  qanuni  qüvvəyə  minmiş  ittiham  hökmü  və  ya  tibbi 
xarakterli  məcburi  tədbirlərin  tətbiqinə  dair  qanuni  qüvvəyə  minmiş  qərarı 
olduqda; 
33.1.11.
 
dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz 
itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə. 
33.2.
 
Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına 
çatmasına  görə  öz  arzusu  ilə  dövlət  qulluğundan  çıxdıqda,  ona  qanunvericiliyə 
uyğun  olaraq  digər  pensiya növünün  təyin  edilməsindən asılı  olmayaraq,  ümumi 
qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir 
və bu məbləğdən vergi tutulmur. 
33.3.
 
Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı 
olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni 
verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, 
həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək 
uzadıla bilər. (34) 
VI fəsil 
Yekun müddəalar 
Maddə 34. Dövlət qulluğu keçinənin digər məsələləri 
Bu  qanunda  və  ona  uyğun  qəbul  edilmiş  qanunvericilik  aktlarında  (2) 
tənzimlənməyən  dövlət  qulluğu  keçmə  ilə  bağlı  digər  məsələlər  Azərbaycan 
Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. 
Maddə 35. Qanunun qüvvəyə minməsi 
Bu qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir. (1) 
Dərd: 7 fevral 2001-ci il 
36 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə