Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə22/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   18   19   20   21   22   23   24   25   ...   117

3.1.3.
 
dövlət  hakimiyyəti  orqanlarında  dövlət  qulluğunun  vəziyyətini  və 
səmərəliliyini təhlil edir
3.1.4.
 
əmək  qanunvericiliyinin  və  dövlət  qulluğu  haqqında  qanunvericiliyin 
tətbiqi,  o  cümlədən  əmək  intizamının  pozulması  və  əmək  mübahisələri  ilə  bağlı 
vəziyyəti öyrənir və ümumiləşdirir; 
3.1.5.
 
dövlət qulluqçularının fəaliyyətinin səmərəliliyinin artırılması yollarını 
araşdırır və bununla bağlı tədbirlər (təkliflər) hazırlayır; 
3.1.6.
 
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun 
olaraq dövlət qulluqçularının şikayətlərinə baxır. 
3.2.
 
Şuranın  fəaliyyətinə  rəhbərliyi  və  işinin  təşkilini  Şuranın  sədri  həyata 
keçirir. Şuranın sədri onun tərkibindən Şura üzvlərinin sadə səs çoxluğu ilə seçilir. 
3.3.
 
Şuranın iclasları mütəmadi olaraq, lakin iki ayda bir dəfədən az olmayaraq 
keçirilir. Zərurət olduqda Şuranın fövqəladə iclasları çağırıla bilər. Şuranın iclasları 
onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın müzakirə 
etdiyi məsələlərə dair qərarları Şuranın iclasında iştirak edən üzvlərinin sadə səs 
çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı xüsusi rəyi olan Şuranın üzvü öz rəyini 
qəbul edilmiş qərara əlavə edə bilər. 
3.4.
 
Şura özünün Reqlamentini təsdiq edir. 
3.5.
 
Şurada  kargüzarlığıır  təşkili  məqsədi  ilə  katiblik  yaradılır.  Şuranın 
katibliyinin  işini  Şuranın  iclasında  Şura  üzvlərinin  sadə  səs  çoxluğu  ilə  seçilən 
katib təşkil edir. Katibliyin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir. 
3.6.
 
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü 
maddəsinə  uyğun  olaraq  Şuranın  qəbul  etdiyi  qərarların  məcburi-  liyi  müvafiq 
dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, 
Azərbaycan  Respublikasının  Milli  Məclisinin  sədri,  Azərbaycan  Respublikası 
Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir. 
3.7.
 
Şuranın üzvləri özlərinin fəaliyyətində müstəqildirlər. 
Dərd: 12 may 2002-d il. 
64 


Dövlət qulluqçularının icbari sığortası haqqında 
Azərbaycan Respublikasının Qanunu 
(30 aprel 2002-ci il, 318-IIQ) 
Əlavə və dəyişikliklər: 
1.
 
4 noyabr 2003-cü il, № 506-IIQD, q.m.t. 02.12.2003 
2.
 
24 iyun 2005-ci il, № 948-IlQD, q.m.t. 03.09.2005 
3.
 
17 aprel 2007-ci il, № 313-lIIQD, q.m.t. 30.06.2007 
4.
 
2 iyun 2008-ci il, № 618-lJIQD, q.m.t. 28.06.2008 
5.
 
13 iyun 2008-ci il, № 648-lllQD, q.m.t. 10.07.2008 
6.
 
2 oktyabr 2008-ci il, № 699-IIIQD, q.m.t. 16.11.2008 
Bu  Qanun  “Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununa  əsasən  dövlət  qulluqçularının  sosial  müdafiəsini  təmin  etmək 
məqsədilə onların icbari sığortası qaydalarını və şərtlərini müəyyən edir. 
Maddə 1. Dövlət qulluqçularının icbari sığortası haqqında 
qanunvericilik 
Dövlət  qulluqçularının  icbari  sığortası  bu  Qanunla,  Azərbaycan 
Respublikasının Mülki Məcəlləsi (6), “Dövlət qulluğu haqqında”, “Sığorta fmliyyəti 
haqqında” (6) Azərbaycan Respublikasının qanunları ilə və digər normativ hüquqi 
aktlarla tənzimlənir. 
Maddə 2. Sığorta olunanlar 
Bu  Qanuna  uyğun  olaraq  sığorta  olunanlar  “Dövlət  qulluğu  haqqında” 
Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş vəzifələrin təsnifatına 
aid edilən dövlət qulluqçularıdır. 
Maddə 3. Sığortaçı 
Dövlət qulluqçularının sığortaçısı dövlət sığorta orqanıdır. 
Maddə 4. Sığorta məbləği və sığorta haqqı 
4.1.
 
İnzibati  vəzifələrin  (1)  təsnifatından  asılı  olaraq  sığorta  məbləğləri 
aşağıda göstərilən miqdarda (4) müəyyən olunur: 
 ------------------------------------------ 65  ----------------------------------------------  


4.1.1.
 
birinci təsnifat - altı min altı yüz manat (4)\ 
4.1.2.
 
ikinci və üçüncü təsnifat - beş min yüz yetmiş manat (4)\ 
4.1.3.
 
dördüncü, beşinci və altıncı təsnifat - üç min yeddi yüz qırx manat (4); 
4.1.4.
 
yeddinci, səkkizinci və doqquzuncu təsnifat  - min doqquz yüz səksən 
manat (4)\ 
4.1.5.
 
çıxarılıb (1); 
4.1.6.
 
yardımçı vəzifələr - min yüz manat (4). 
4.2.
 
Sığorta  haqqı  hər  il  üçün  sığorta  məbləğinin  0,3  faizi  miqdarında 
müəyyən edilir. 
Maddə 5. Sığorta hadisələri və ödənişləri 
5.1.
 
Sığorta  olunanın  fərdi  qəza  nəticəsində  həlak  olması  və  sağlamlığına 
zərər vurulması (əlillik, sağlamlıq imkanlarının məhdudluğu (5) və (və ya) xəsarət 
alması) sığorta hadisələri hesab edilir. 
5.2.
 
Sığorta  hadisəsi  baş  verdikdə  sığorta  olunana  bu  Qanunun  4.1-ci 
maddəsində  müəyyən  edilmiş  sığorta  məbləğlərindən  faizlə  aşağıdakı  sığorta 
ödənişləri verilir: 
5.2.1.
 
həlak olması - 100 faiz; 
5.2.2.
 
aldığı xəsarət  nəticəsində  əlillik qrupu təyin olunması,  18yaşı-  nadək 
sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması (5): 
-1 qrup, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu (5) - 80 faiz; 
-
 
II qrup - 60 faiz; 
-
 
III qrup - 40 faiz. 
5.2.3.
 
əlillik  qrupu  təyin  olunmadan  və  ya  18  yaşınadək  sağlamlıq 
imkanlarının məhdudluğu müəyyən olunmadan (5) ağır xəsarət alması - 20 faiz; 
5.2.4.
 
yüngül xəsarət alması - 5 faiz. 
5.3.
 
Sığorta  olunan  işdən  çıxdıqda  və  ya  başqa  işə  keçdikdə  əvvəlki  dövlət 
qulluğunda  olarkən  aldığı  xəsarət  nəticəsində  3  il  ərzində  vəfat  etdikdə  və  ya 
sağlamlığına  zərər  vurulduqda  ona  bu  Qanunun  5.2-ci  maddəsinə  uyğun  olaraq 
sığorta ödənişi verilir. 
Maddə 6. Sığortanın aparılması qaydası 
6.1.
 
Dövlət  qulluqçularının  icbari  sığortası  sığortalılar  (6)  (dövlət 
hakimiyyəti orqanları) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş 
vəsait hesabına aparılır. 
 ------------------------------------------  66  ---------------------------------------------  


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə