Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   15   16   17   18   19   20   21   22   23

63 

 

sifarişləri  yerinə  yetirməyə  əsas  məqsəd  seçib.  Birinci  və  ikinci  dövlət 



proqramlarında  nəzərdə  tutulan  məqsədələrin  yerinə  yetirilməsi,  xüsusilə  də, 

rayonlardakı  mövcud  sosial  infrastrukturların  və  komunal  xidmət  sektorlarının  tam 

yenidən  qurulması  artıq  demək  olar  ki,  başa  çatmaq  üzrədir  və  qarşıdakı  dövrdə 

iqtisadi tədbirlərin meyarları tam başqadır.  

Dövlət  qarşıdakı  növbəti  beş  illik  regional  inkişaf  proqramının  əsas  ana  xətti 

kimi  regionlardakı  qeyri-neft  ehtiyatlarının  səfərbər  olunaraq  istehsal  imkanlarının 

artırılmasını  strateji  hədəf  seçib.  Azərbaycan  yaxın  7-8  ildə  ümumi  daxili  məhsulun 

həcmini 2 dəfə artırmağı, əsas etibarilə qeyri-neft sektorunun  hesabına təmin etməyi 

iqtisadi prioritetlərdən biri kimi müəyyən edib. Proqnozlara görə, iqtisadi artım qeyri-

neft  sektorunun,  sənayenin  və  informasiya-kommunikasiya  texnologiyalarının 

inkişafına  təmin  olunacaq.  Bunun  üçün  regionlardakı  iqtisadi  ehtiyatlara  yeni 

texnoloji yanaşma tələb olunur.  

Ortamüddətli  dövrdə  regionlarda  sahibkarlığa  dövlət  maliyyələşdirilməsi, 

bankların  kredit  resurslarının  həcminin  artırılması,  real  sektora  maliyyə  axınlarının 

gücləndirilməsi əsas istiqamətlərdən biri olacaqdır.  

Ölkənin  iqtisadi  potensialının  gücləndirilməsi  və  onun  daha  dolğun 

reallaşdırılması  başlıca  məqsəddir.  Bu  ali  məqsədlərə  ölkənin  malik  olduğu  təbii 

sərvətlərdən  səmərəli  istifadə  edilməsi  və  regionların  sosial-iqtisadi  inkişafının 

sürətləndirilməsi  və  regionlar  arasında  mövcud  olan  diferensiasiyanın  minimuma 

endirilməsi,  milli  iqtisadiyyatın  rəqabətqabiliyyətlilik  səviyyəsinin  və  onun 

intellektual-texnoloji  səviyyəsinin  yüksəldilməsi,  iqtisadiyyatın  diversifikasiyasının 

sürətləndirilməsi  və  optimal  iqtisadi  strukturun  və  qeyri-neft  sektorunun  dinamik 

inkişafının  təmin  edilməsi,  qeyri-neft  məhsullarının  ixracının  genişləndirilməsi, 

ölkənin  ixrac  potensialının  artırılması,  ölkənin  enerji,  ərzaq  və  ekoloji 

təhlükəsizliyinin təmin olunması kimi prioritetlər daxildir. Həmin prioritetlərə uyğun 

olaraq bölgələrdəki qeyri-neft resurslarının istehsalal prosesinə cəlb olunması, müasir 

tələblərə cavab verən, ixrac potensiallı qeyri-neft sənaye müəssisələrinin yaradılması, 

innovasiyaların tətbiqinin genişləndirilməsi zəruridir.  




64 

 

Regionlarda  iqtisadiyyatın  rəqabət  qabiliyyətinin  artırılması  makroiqtisadi 



sabitliyin  qorunması,  monetar  və  fiskal  siyasətin  koordinasiyasının  gücləndirilməsi, 

maliyyə  xidmətləri  bazarının  inkişaf  etdirilməsi,  biznes  mühitinin  daha  da 

yaxşılaşdırılması  və  özəl  təşəbbüsün  dəstəklənməsinin  genişləndirilməsi,  xarici 

ticarət  və  investisiya  siyasətinin  təkmilləşdirilməsi,  enerji,  nəqliyyat,  tranzit  və 

logistika  infrastrukturunun  inkişaf  etdirilməsi,  İKT  və  rabitə  xidmətlərindən  istifadə 

imkanlarının  genişləndirilməsi,  innovasiya  fəaliyyətinin  inkişaf  etdirilməsi,  insan 

kapitalının  inkişafının  təmin  edilməsi,  ətraf  mühitin  qorunması,  şəhər  və  kənd 

yerlərində  infrastrukturun  və  sosial  xidmətlərin  inkişaf  etdirilməsi,  qanunvericiliyin 

təkmilləşdirilməsi  və  institusional  potensialın  gücləndirilməsi  kimi  alt  istiqamətləri 

əhatə edir.  

Respublikamız  2003-cü  ildə  ÜDM-in  həcminə  görə,  dünyada  108-ci, 

adambaşına  düşən  ÜDM-in  həcminə  görə,  154-cü  olduğu  halda,  2013-cü  ildə  bu 

göstərici  müvafiq  olaraq  69  və  78  olub.  Yəni,  Azərbaycan  ÜDM-in  həcminə  görə, 

dünyanın  ən  yaxşı  50  ölkəsi  sırasında  qərarlaşmağa  çox  yaxındır.  Ölkə 

iqtisadiyyatının  son  10  illik  inkişaf  bumu  ÜDM-in  nisbi  artımının  ən  azı  2-2,5  dəfə 

yüksəlməsi  üçün  güclü  zəmin  yaradır.  Proqnozlara  görə,  2020-ci  ilədək  ölkəmizdə 

ÜDM-in  həcmi  105  milyard  manata  catacaq.  ÜDM-in  artımı  fonunda  Azərbaycanın 

inkişaf  etmiş  “50-lik”  qrupunda  yer  alması  respublikamızın  «orta  gəlirli  ölkələr» 

statusundan “ yüksək gəlirli ölkələr” şkalasına daxil olmasını da şərtləndirir. Ölkəmiz 

həmin  qrupun  ən  yüksək  şkalasında  yer  almaq  üçün  ən  stabil  və  böyük  əminlik 

doğuran  dövlətdir.  Bu  iqtisadi  güc  sözsüz  ki,  ölkənin  və  onun  insanlarının  yaxşı 

yaşayışının göstəricisini müəyyən edir. Üçüncü Dövlət Proqramı çərçivəsində həyata 

keçiriləcək  tədbirlər  sayəsində  Azərbaycanın  makroiqtisadi  sabitliyi  daha  da 

möhkəmlənəcək, iqtisadiyyatın diversifikasiyası dərinləşəcək, aqrar sektorda intensiv 

metodların tədbiqi genişlənəcək, bölgələrdə sənayeləşmə sürətlənərək yeni mərhələyə 

qədəm  qoyacaq,  iqtisadi  rayonlarda  sənaye  şəhərciklərinin  yaradılması  reallaşacaq, 

regionların  ixrac  potensialı  güclənəcək.  Eyni  zamanda,  regionlarda  yeni 

texnologiyalarından  istifadə  imkanlarının  genişlənməsi  sayəsində  innovativ 




65 

 

iqtisadiyyata  keçid  tam  təmin  olunacaq,  biznes  və  investisiya  mühiti  daha  da 



yaxşılaşacaq, insanların sosial rifahı və insan kapitalının inkişafı yüksələcək. 

 

Regionall səviyyədə Ümumi Daxili Məhsulun proqnozunu vermək üçün  



Naxçıvan Muxtar Respublikasının statistik göstəricilərindən istifadə edək. 

Cədvəl   6 

                       2000-2014-cü illərdə  Naxçıvan Muxtar Respublikasının Ümumi 



Daxili Məhsulu 

 

Ümumi daxili məhsul (milyon manat) 



2000 

84,9 


2001 

98,1 


2002 

118,2 


2003 

168,0 


2004 

232,4 


2005 

305,8 


2006 

405,7 


2007 

545,0 


2008 

795,8 


2009 

973,6 


2010 

1171,3 


2011 

1786,3 


2012 

2103,4 


2013 

2339,0 


2014 

2391.0 


 

 

 



Cədvəlin  məlumatlarından  göründüyü  kimi  2000-2014-cü  illərdə  NMR-nın 

ÜDM-a müsbət dinamika xas olmuşdur (Şəkil 5). 

Naxçıvan  Muxtar  Respublikasında  Ümumi  Daxili  Məsulun  proqnozunu 

vermək üçün  düzxətli tənlikdən istifadə edək: 



t

a

a

y

t

1

0



 



Burada 

y

y

t

-in hamarlaşdırılmış qiymətidir, 



0

a

 və 


1

a

– düz xəttin parametrləridir, 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə