Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

43 

 

Sənayenin  ümumi  buraxılışı  sənaye  müəssisələrinin,    iqtisadiyyatın  başqa 



sahələrinin sənaye bölmələri və habelə ev təsərrüfatlarının sənaye xarakterli fəaliyyət 

sahələrinin məhsullarını əhatə edir. 

Fərdi  istehlak  üçün  istifadəsi  nəzərdə  tutulan  əmtəələr  və  xidmətlər  istehsal 

olunan  vaxtı  uçota  alınmalıdırlar.  Əmtəələr  və  xidmətlər  bazarda  satılacaqları  halda 

alıcıya  təklif  ediləcəkləri  əsas  qiymətlərlə  qiymətləndirilirlər.  Onları  bu  yolla 

müəyyən  etmək  üçün  eyni  növdən  olan  əmtəələr  və  xidmətlər  bazarda  kifayət 

miqdarda  satılmalı  və  alınmalıdır  ki,  onlara  əsasən  etibarlı  bazar  qiymətlərini 

hesablamaq  mümkün  olsun.  Etibarlı  bazar  qiymətləri  əldə  etmək  mümkün  olmadığı 

halda bir qədər qeyri-mükəmməl üsuldan istifadə olunur. Belə halda öz fərdi istehlakı 

üçün  istehsal  olunmuş  əmtəə  və  xidmətlərin  dəyəri  şərti  olaraq  onların  istehsalına 

çəkilən məsrəflərin dəyərinin cəminə bərabər götürülür. Belə məsrəflərə isə aşağıdakı 

ünsürlərin dəyərləri daxildir: 



1.  Aralıq istehlak; 

2.   Fəhlə və qulluqçulara kompensasiyalar; 

3.  Əsas kapitalın istehlakı; 

4.  İstehsal  prosesi  dövründə  ödənilən  bütün  növ  vergilər  (subsidiyaları 

çıxmaqla). 

Yuxarıda qeyd edildiyi kimi, bir çox əmtəələr  və  xidmətlər öz istehsalını  başa 

vurduqda  uçota  alınır.  Lakin  məhsul  vahidinin  istehsalı  uzun  müddətə  başa  gələrsə 

onu  fasiləsiz  istehsal  edilən  məhsul  hesab  etməklə  bitməmiş  və  ya  başa  çatmamış 

istehsal adlandırırlar. Məsələn, istehsalı aylar və illər tələb edən (gəmi, təyyarə və s.) 

məhsullar    belələrinə  aiddir.  Belə  məhsullar  iki  və  daha  çox  hesabat  dövrünü  əhatə 

etdiyinə  görə  hər  bir  dövr  ərzində  istehsal  olunmuş  məhsulun  dəyəri  müəyyən 

edilməlidir. Əmtəələr və ya xidmətlər yalnız istehlakçılara göndərməyə hazır olduqda 

hazır məhsul hesab edilir.  

Bitməmiş istehsal qalığı isə konkret hesabat dövründə satışa hazır olmur, lakin 

o  müəyyən  vaxt  ərzində  satışa  yararlı  məhsula  çevrilə  bilər.  Bitməmiş  işlərin 



44 

 

(istehsalın) dövrün sonuna qalığı balans  yolu  ilə  müəyyən edilir  və bu qalıq  həm də 



gələn dövrün əvvəlinə olan qalığın həcmini göstərir.  

MHS-də  başa  çatmamış  işlərin  dəyəri  istehsalçılarda  saxlanılan  məhsul 

ehtiyatlarının  komponentlərindən  biri  kimi  nəzərdən  keçirilir.  Lakin,  uzun  müddət 

istifadə edilən istehsalı qismən başa çatmış əmtəələrlə (körpülər, tunellər, bəndlər və 

s. iri qurğular) əsas kapitalın ümumi əlavə artımı arasındakı sərhəddi dəqiq müəyyən 

etmək həmişə çətin olur. 

İstehsal  prosesi  uzun  müddət  (bir  neçə  ay,  rüb,  il)  davam  edən  sahələrdə 

buraxılmış  məhsulun  dəyəri  həmin  dövrlərdə  çəkilən  xərcə  mütənasib  olaraq  hazır 

məhsulun  dəyərinə  bölmək  yolu  ilə  müəyyən  edilir.    Bundan  ötəri  korporasiya 

edilmiş  firmalarla  korporasiya  edilməmiş  firmaları  fərqləndirmək  lazımdır. 

Korporasiyalaşmış  müəssisələrdə  məhsulun  bölüşdürülməsi  muzdlu  işçilərə  verilən 

əmək  haqqlarını  da  daxil  etməklə  çəkilmiş  real  istehsal  xərclərinə  mütənasib  olaraq 

aparılır. 

Korporasiya 

edilməmiş 

firmalarda 

buraxılmış 

hazır 


məhsulun 

bölüşdürülməsi aşağıdakı kimi aparılır: əvvəlcə real xərclər (toxuma, yanacağa və s.) 

baş  verdiyi  dövrlər  üzrə  bölüşdürülür.  Sonradan  buraxılmış  hazır  məhsulun  qalıq 

dəyəri  (yəni  satılan  qarışıq  gəlir)  sahibkarın  əvəzi  ödənilməyən  iş  saatlarının  sayına 

bölünür.  Bundan  ötəri  müxtəlif  dövrlərdə  yerinə  yetirilmiş  işlərin  təqribi  həcmini 

hesablamaq kifayətdir.  

Hazır məhsulun dəyəri aşağıdakı dəyərləri cəmləməklə müəyyən edilir: 

1.  Cari və əsas qiymətlərlə satılmış və ya dəyişdirilmiş hazır məhsulun dəyəri; 

2.  Cari  və  əsas  qiymətlərlə  ehtiyata  daxil  olan  hazır  məhsulun  dəyərindən 

ehtiyatdan götürülən dəyərin fərqi; 

3.  Cari və əsas qiymətlərlə istehsalçı tərəfindən istehlak edilən hazır məhsulların 

dəyəri. 

Əgər istehsal edilmiş hazır məhsulun dəyəri yarımfabrikat kimi bölüşdürülürsə 

bitməmiş  istehsal  qalığının  dəyişməsi  də  nəzərə  alınmalıdır.  Əks  təqdirdə  istehsal 

olunmuş  məhsulun  təkrar  uçotu  baş  verə  bilər.  Bitməmiş  istehsalın  azalması  satışın 

həcmini də azaldır.  



45 

 

Əgər bütün istehsal prosesi bir hesabat dövrü (məsələn, il) ərzində başa çatarsa 



buraxılmış  məhsulu  yuxarıda  təsvir  olunan  qaydada  bölməyə  ehtiyac  qalmır.  Lakin 

hesabat  dövrü  istehsal  prosesinin  başa  çatmasından  tez  baş  verərsə  və  ya  aralıq 

mərhələlri (ay,  rüb)  üzrə  hesabat  tərtib etmək  lazım  gələrsə  hazır  məhsulun dəyərini 

bitməmiş istehsal kimi bölüşdürmək lazımdır. 

 Bəzi başqa sahələrdə olduğu kimi, kənd təsərrüfatında da istehsal prosesi başa 

çatmadan bitməmiş istehsalı qiymətləndirmək lazım gəlir. Belə halda başa çatmamış 

istehsalın  dəyəri  əvvəlcədən  real  çəkilmiş  xərclərə  görə  müəyyən  edilir.  Şərti 

qiymətləndirilmiş operativ mənfəətin və onlara bərabər tutulan gəlirlərin dəyəri onun 

üzərinə əlavə edilir. 

Satılmış  əmtəələrin  dəyəri  əmtəənin  hansı  məqsəd  üçün  satılmasından  asılı 

olaraq  müəyyən  edilir.  Korporasiya  edilməmiş  müəssisələrin  sahiblərinin  öz  son 

istehlakı və götürdükləri muzdlu işçilərə natura şəklində verdikləri əmtəələrin dəyəri 

cari son istehlak qiyməti ilə qiymətləndirilir.  Belə halda ticarət mənfəəti sıfra bərabər 

olur. 


ÜDM-un  və  ümumi  buraxılışın  hesablanmasının  dəqiqliyi  həm  də  aralıq 

istehlakın  düzgün  hesablanmasından  asılıdır.  BMT-nin  tövsiyyə  etdiyi  sonuncu 

MHS-də aralıq  istehlak  müəyyən  dövrdə əmtəə  və  ya  xidmətlər  istehsal etmək  üçün 

istifadə  olunmuş  məhsul  (əsas  fondlar  istisna  olmaqla)  və  bazar  xidmətlərinin 

dəyəridir.  Bu  isə  o  deməkdir  ki,  aralıq  istehlak  cari  ildə  əmtəə  və  xidmətlər 

istehsalının  ümumi  buraxılışı  ilə  əlaqədar  başqa  əmtəə  və  xidmətlərin  istehlakını, 

daha doğrusu, maddiləşmiş əmək məsərflərini əks etdirən göstəricidir. 

Aralıq istehlaka aşağıdakı ünsürlər daxil edilir: 



1.  Maddi məsrəflər (məhsullar və maddi xidmətlər); 

2.  Qeyri-maddi xidmətlər; 

3.  Ezamiyyə xərcləri (yol pulu və mehmanxana xidmətinin ödənilməsi); 

4.  Aralıq istehlakın sair ünsürləri

Aralıq istehlakın hesablanmasının əsasını maddi məsrəflərin müəyyən edilməsi 

təşkil  edir.  Beynəlxalq  statistikada  və  Azərbaycan  Respublikasının  DSK-də  maddi 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə