Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

49 

 

3-cü  cədvəldən  göründüyü  kimi  2000-2014-cü  illərdə    Respublikamızın 



Ümumi  Daxili  Məhsulu  sürətlə  artmışdır.  Belə  ki,  əgər  2000-ci  ilə  nisbətən  2005-ci 

ildə  ÜDM    2,7  dəfə  artmışdırsa,  2005-ci  ilə  nisbətən    2014-cü  ildə    artım  1,4  dəfə 

olmuşdur.  2000-ci  ilə  nisbətən  2014-cü  ildə  isə  ÜDM  ölkə  üzrə  12,5  dəfə  artmışdır. 

2005-2011-ci  illərdə    Respublikamızdı  ÜDM-un  kəskin  artımı  ölkəmizdə  neft 

hasilatının kəskin artması ilə bağlı olmuşdur.  

ÜMM  və  ÜDM  arasındakı  fərqlər  aşağıdakılardır:  ÜDM  ərazi  əlamətinə  görə 

hesablanır.  Bu  müəssisələrin  milli  mənsubiyyəti  nəzərə  alınmadan  ölkə  ərazisində 

yerləşən maddi və xidmətlər sferaları məhsullarının məcmu dəyərini göstərir.  

ÜMM isə bu milli müəssisələrin yerləşməsindən asılı olmayaraq (öz ölkəsində 

və  ya  xaricdə)  milli  iqtsadiyyatın  hər  iki  sferasında  bütün  məhsul  və  xidmətlərin 

məcmu dəyəridir. Beləliklə, ÜMM ÜDM-dan faktor gəlirlərinə görə fərqlənir. Adətən 

ÜMM  hesablamaq  üçün  ÜDM  göstəricisinə  xaricdə  olan  müəssisələrin  və  fiziki 

şəxslərin  mənfəət  və  gəliri  ilə  ölkədə  olan  xarici  işçilərin  və  xarici  investorların 

mənfəət  və  gəlirlərinin  fərqi  əlavə  edilir.  Bu  fərq  stabil  və  liberal  iqtisadiyyatlı 

ölkələrdə  böyük  olmur.  Qərbin  aparıcı  ölkələri  üçün  bu  fərq  ÜDM-un  1%-dən  çox 

olmur. 


 

 

 



 

 

 



 

 

 



                Cədvəl 4. 

Azərbaycan Respublikasında Ümumi Daxili Məhsulda qeyri-dövlət bölməsinin payı, 

2005-2014-cü illərin cari qiymətləri ilə, faizlə 

  

2005  2006  2007  2008  2009  2010  2011  2012  2013  2014 

ÜDM - cəmi 

77,8 

81,0 

84,0 

84,5 

81,2 

81,7 

82,5 

81,5 

82,5 

81,9 

Sənaye 


84,5 

87,5 


90,3 

89,9 


85,9 

87,4 


88,1 

87,3 


87,4 

86,1 


Tikinti 

90,4 


81,8 

77,3 


87,0 

76,1 


72,0 

75,3 


76,0 

84,5 


84,3 

Kənd təsərrüfatı 

97,8 

96,9 


99,4 

99,0 


99,2 

99,7 


99,3 

99,4 


99,4 

99,8 


Ticarət və xidmətlər 

97,8 


99,3 

99,0 


99,1 

99,0 


99,2 

99,7 


99,7 

99,8 


99,8 

Nəqliyyat 

37,5 

46,1 


76,8 

82,0 


75,4 

75,3 


78,1 

77,7 


77,1 

78,5 


Rabitə 

80,2 


79,6 

80,3 


72,9 

80,4 


78,6 

76,3 


76,6 

76,8 


80,0 

Sosial və sair 

xidmətlər 

31,8 


43,8 

40,3 


31,7 

48,8 


47,0 

49,4 


49,1 

51,5 


55,2 


50 

 

 



Dövlət  Statistika  Komitəsinin  makroiqtisadi  göstəricilərə  dair  məlumatlarına 

əsasən 1995-2003-cü illər ərzində ÜDM-in orta illik artımı 9 faiz, adambaşına düşən 

ÜDM  3  dəfə,  orta  aylıq  əməkhaqqı  isə  5,3  dəfə  artıb.  Xarici  investisiya  qoyuluşları 

10  dəfə,  daxili  investisiyalar  5  dəfə,  büdcə  gəlirləri  3  dəfə  artıb,  büdcənin  defisiti 

minimum  həddə  enib.  Özəl  sektorun  ÜDM-dəki  payı  da  2003-cü  ilə  qədər  73  faizə 

qədər  artıb.  Rəsmi  statistik  göstəricilərə  görə,  2004-2011-ci  illərdə  Azərbaycanda 

ÜDM  bir  qədər  də  yüksələrək  orta  hesabla  14  faiz,  o  cümlədən  qeyri-neft  sektoru 

üzrə  ÜDM  9  faiz  artıb.  Bu  müddət  ərzində  ölkədə  adambaşına  düşən  ÜDM  5  dəfə, 

ÜDM-də özəl sektorun payı isə 81,9 faizədək artıb.  

Xarici  borcun  ÜDM-ə  olan  nisbəti  2003-cü  ildəki  18  faizdən  mövcud  7  faizə 

kimi aşağı düşüb.  Strateji  valyuta ehtiyatları 40  milyard dolları ötüb ki, bu  da  xarici 

borc  həcmindən  8  dəfə  çoxdur.  Bu  dövrdə  Azərbaycana  qoyulan  investisiyalar  2,4 

dəfə  artıb,  bunların  1,5  faizi  xarici,  5,5  faizi  daxili  qoyulan  investisiyadır.  Həmin 

dövrdə büdcənin gəlirləri hər il orta hesabla 24 faiz artmışdır[34].  

Həmçinin  son  iki  ildə  Azərbaycanda  qeyri-neft  sektoru  üzrə  ÜDM-in  neft 

sektoru  üzrə    ÜDM  –  a  nisbətdə    artım  tendensiyası    müşahidə  olunur.  Ölkə 

prezidenti  öz  çıxışlarında  bu  tendensiyasının  qorunmasını  dəfələrlə  vurğulamış  və 

bunu  hökumətin  qarşısında  strateji  vəzifə  kimi  qoymuşdur.    Məhz    ölkəyə    böyük  

neft  gəlirlərinin  daxil  olması  ilə  paralel  həyata  keçirilən  iqtisadi  islahatlar,  neft 

pullarının  effektiv  idarə  edilməsi  və  yönləndirilməsi  sayəsində  Azərbaycanı  2005-

2007-ci  illərdə  ÜDM-in  illik  artım  templərinə  görə  dünya  liderləri  sırasına 

çıxarmışdı:    ölkədə    2005  –  ci    ildə  26,4  faizlik,  2006  –  cı    ildə  rekord  34,5  faizlik, 

2007  –  ci    ildə    isə    25  faizlik  ÜDM  artımı  qeydə  alındı.  2008-ci  ildə  dünyanı 

bürümüş  olan  maliyyə-iqtisadi  böhrana  baxmayaraq  Azərbaycan  iqtisadiyyatı 

geriləməyən  çox  azsaylı  ölkələrdən  biri  idi.  Həmin  il  ÜDM-in  10,8  faiz  artımı  baş 

vermişdi.      

  

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə