Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   15   16   17   18   19   20   21   22   23

57 

 

investisiyaların  həcmi,  xüsusilə  də  xarici  və  ya  daxili  investisiyaların  həcmi  çox 



önəmlidir. 15 il əvvəl ölkədə xarici investisiyanın həcmi 60-70% faiz təşkil edirdisə, 

indi  bunun  yerini  daxili  investisiya  alır.  Əslində  bu  bir  tərəfdən  dünya  bazarındakı 

risklərin  minimumlaşdırılması  üçün  uğurlu  addım  olsa  da  digər  tərəfdən  xarici 

valyutanın ölkəmizə axması,  və bununla da iqtisadiyyatın böyüməsi  üçün  vacib olan 

maliyyə  təminatının  azalması  deməkdir.Ona  görə  də  regionlara  Xarici  investorların 

cəlb edilməsi, və heç olmasa iqtisadiyyata yönələn investisiyalarda xarici sərmayənin 

həcminin  toplam  sərmayədə  nisbətini  45-50%  olmasına  çalışmaq  ölkədə  regional 

inkişafa  güclü  dəstək  olacaqdır.Çünki  xarici  investor  təkcə  maliyyə  resursları  deyil, 

eyni zamanda xarici təcrübə və innovasiya da gətirməkdədir. 

Yerli sahibkarların dəstəklənməsi üçün Dövlət-Sahibkar əlaqələri ciddi şəkildə 

yeni əsaslarla qurulmalıdır. Sahibkarlar dövlətin neft sərvəti kimi ikinci sərvət olaraq 

qəbul edilməli, istənilən sahibkarın hüquq   və  iqtisadi  azad-lığının  süni  əngəllərdən 

qorunması  istiqamətində  davamlı  addımlar  atılmalıdır.İstehsal  olunacaq  məhsulların 

yalnız daxili bazar  

üçün  deyil,    ixrac  qabiliyyətli  olması  üçün  çalışmaq 

lazımdır.  

Məlumdur  ki,  regionların  əksər  hissəsində    kənd  təsərrüfatı 

  məhsullarının istehsalı daha çox paya sahibdir, digər tərəfdən ölkədə  

məşğul 

əhalini  40  faizə  qədəri  də  bu  sektorda  çalışır,  lakin    bu  sektoru  ölkə  üzrə  ÜDM-də 



həcmi  isə  illər  boyu  azalaraq  11%-dən  5%-ə  qədər  düşmüşdür.  Ona  görə  də    bu 

sektora subsidiyalardan daha çox investisiyaların yönəldilməsi vacibdir. 

Üçüncü bir  məsələ isə təhsil məsələsidir.Əgər dövlət büdcəsində regionlardakı 

yerli büdcələrə ayrılan  vəsaitlərin  hansı sahədə daha çox  xərcləndiyinə  nəzər salsaq, 

görərik  bu  45-50%  xərclər  təhsil  xərclərinə  yönəldilir.  Lakin  bütün  bunlarla  yanaşı, 

ölkəmizin regionlarında böyük təhsil investisiyaların yatırılması, regionlarda olan ali 

məktəblərin hazırkı fiziki vəziyyətinə nəzərən onların yerində böyük və müasir təhsil 

komplekslərinin yaradılması, və eyni zamandan Universitet-Sənaye iş birliyi əsasında 

regionun  potensialına  uyğun  kadrların  hazırlanması  bu  mövzuda  atılacaq  uğurlu 

addımlardan  sayıla  bilər.  Ümumiyyətlə  yeni  məzun  olan  gənclərin  işsizlik  məsələsi 

ilə bağlı təhsil-iqtisadiyyat iş birliyi əsasında kadrların hazırlanması çox vacibdir. 



58 

 

Ölkəmizin  həm  Xəzər  yanı  ərizələri,  həm  də  də  dağlıq  ərazilərı,  bir  şox 



regionları  böyük  turizm  potensialına  malikdir.Ona  görə  də,  yerli  turizm  sənayesinin 

inkişaf etdirilməsi vacibdir. Bizimlə qonşu olan ölkələrdən turist olaraq Azərbaycana 

gələnlər üçün viza rejiminin sadələşdirilməsi, xüsusilə Rusiya, İran və Mərkəzi Asiya 

ölkələrindəki  turist  potensialının  mənimsənilməsi  vacib  məsələlərdir.  Bu  regional 

inkişafın dəstəklənməsində mühüm bir addım olardı. 

Azərbaycan Respublikasının 2014-2017-ci illərdə  iqtisadi  və sosial  inkişafının 

əsas  istiqamətlərini  müəyyən  etməklə  əsas  makroiqtisadi  göstəricilərin,  o  cümlədən 

ÜDM-in  (real  artım,  deflyator  indeksi,  dövlət  və  qeyri-dövlət  sektorunun,  neft  və 

qeyri-neft  sektorunun  payı,  onların  artım  və  deflyator  indeksləri),  ÜDM-in  istehsal 

strukturunun (onların artım və deflyator indeksləri, ümumi buraxılışı, aralıq istehlakı, 

əlavə  dəyəri),  ÜDM-in  sahə  strukturu  (onların  artım  və  deflyator  indeksləri),  o 

cümlədən respublikada istehsal olunan əsas məhsul növlərinin   sahələr  üzrə  natural  

göstəricilərinin,  əsas  kapitala  daxili  və  xarici investisiyaların (onların strukturu və 

real  artım  sürətləri),  əhalinin  pul  gəlirləri,  xərcləri  və  onların  artım  sürətlərinin,  orta 

aylıq  əmək  haqqının  (onların  iqtisadiyyatın  sahələri,  dövlət  və  qeyri-dövlət  sektoru, 

büdcə  və  qeyri-büdcə  təşkilatları,  neft  və  qeyri-neft  sektoru  üzrə  səviyyəsi  və  artım 

sürətləri),  əhalinin  məşğulluq  göstəricilərinin  (onların  iqtisadiyyatın  sahələri,  dövlət 

və  qeyri-dövlət  sektoru,  büdcə  və  qeyri-büdcə  təşkilatları,  neft  və  qeyri-neft  sektoru 

üzrə  sayı  və  artım  sürətləri),  əhaliyə  göstərilən  pullu  xidmətlərin  həcmi  və  artım 

sürətinin, idxalın və ixracın proqnoz göstəricilərini özündə əks etdirir



 [35].

 

"Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi 



inkişafı  Dövlət  Proqramı"nın  icrasının  üçüncü  ilinin  yekunlarına  həsr  olunmuş 

konfransda  çıxış  edən  Prezident  İlham  Əliyev  bildirib  ki,  müasir  dövrdə  ölkəmizin 

sürətli  inkişafına  nail  olmaq  üçün  kifayət  qədər  geniş  proqramlar  icra  edilir.  Dövlət 

başçısı qarşıdakı 10 ildə ölkəmizin inkişafı ilə bağlı hədəflərdən danışarkən deyib ki, 

2013-2023-cü 

illərdə 


Azərbaycan 

əhalisi 


yüksək 

gəliri 


olan 

ölkəyə 


çevrilməlidir."Növbəti  10  il  ərzində  qarşıya  hədəf  qoymalıyıq  ki,  ümumi  daxili 

məhsul  2  dəfə  artsın.Bu,  çox  böyük,  çətin  hədəfdir.  Nəzərə  alsaq  ki,  ümumi  daxili 




59 

 

məhsulumuz  artıq  3  dəfə  artmışdır,  indi  3  dəfə  artmış  iqtisadiyyatı  daha  2  dəfə 



artırmalıyıq"  deyən  Prezident  İlham  Əliyev  bu  məqsədlərə  çatmaq  üçün  dövlət  və 

özəl qurumların birgə fəaliyyət planının hazırlanmasının vacibliyini diqqətə çatdırıb. 

Dövlət  başçısının  səsləndirdiyi  fikirlər,  xüsusilə  də  ümumi  daxili  məhsulun  2 

dəfə  artırılmasına  nail  olmaq,  özü  də  bunun  qeyri-neft  sektoru  hesabına  təmin 

olunması  çox  ciddi  islahatların  aparılmasını  vacib  edir:  "Hazırda  ölkəmiz  öz 

inkişafının yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələdə vergi işçilərinin qarşısına 

yeni  mühüm  vəzifələr  çıxır.Əvvəla,  respublikamızda  qeyri-neft  sektoru  yüksək 

səviyyədə inkişaf etmiş, güclü infrastruktur sahələri formalaşmışdır.Nəticədə 2010-cu 

ildən  başlayaraq  iqtisadiyyatın  inkişafının  ağırlıq  mərkəzi  həm  ÜDM-in  artım 

sürətinə, həm də investisiya qoyuluşunun həcminə görə qeyri-neft sektorunun üzərinə 

keçmişdir.  2010-cu  ildə  ÜDM-in  5  %  artımına  qarşı  qeyri-neft  sektorunda  artım 

7,6%, 2011-ci  ildə  müvafiq olaraq 0,1%-ə qarşı 9,6% olmuşdur. Eyni zamanda  ölkə 

iqtisadiyyatına qoyulan bütün investisiyanın 2010-cu ildə 60%-i, 2011-ci ildə 70,9%-i 

qeyri-neft  sektorunun  payına  düşmüşdür.  Beləliklə,  iqtisadi  artımın  və  investisiya 

qoyuluşunun əksər hissəsinin qeyri-neft sektorunun payına düşməsi onun daha sürətli 

inkişafı hesabına dövlət büdcəsinə vergi gəlirlərinin artırılmasını da obyektiv zərurətə 

çevirir". 

2010-cu  ildən  başlayaraq  neft  hasilatı  azalmağa  başlamışdır.  Buna  müvafiq 

olaraq  2010-cu  ildə  sənaye  məhsulunun  artım  sürəti  azalaraq  2,6%  olmuş,  2011-ci 

ildə  isə  2010-cu  ilə  nisbətən  qeyri-neft  sənaye  məhsulu  11,1%  artdığı  halda, 

bütövlükdə  sənaye  məhsulu  5%,  o  cümlədən  neft  sənaye  məhsulu  daha  çox 

azalmışdır.  Belə  vəziyyət  istər-istəməz  neft  sektorundan  dövlət  büdcəsinə  daxil  olan 

gəlirlərin  də  azalmasına,  xüsusilə  Neft  Fondundan  dövlət  büdcəsinə  ayırmaların 

məhdudlaşmasına  səbəb  olur.  Həm  də  bu,  müvəqqəti  proses  deyil.  Neft 

strategiyasının  reallaşması  başa  çatdıqca  Neft  Fondunun  dövlət  büdcəsinin 

formalaşmasında rolu azalacaqdır. Beləliklə, hər iki əsaslı dəyişiklik respublikamızda 

iqtisadiyyatın  inkişafının  və  dövlət  büdcəsinin  gəlirlərinin  formalaşmasının  neftdən 

asılı olmayan, yaxud az asılı olan yeni konsepsiyasının işlənib hazırlanması vəzifəsini 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə