Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   2   3   4   5   6   7   8   9   ...   23

 

inkişaf  səviyyəsini,  nisbətlərini,  artım  sürətini  müəyyən  etmək,  dövlətin  iqtisadi 



siyasətinin  uğurlu  olubolmadığını  qiymətləndirmək,  ölkələrin  və  bölgələrin  iqtisadi 

inkişaf  səviyyəsini  müqayisə  etmək  üçün  geniş  istifadə  olunur.  ÜDM  və  ÜMG 

göstəriciləri  iqtisadi  təhlil  aparılarkən  əhalinin  ümumi  sayı,  iqtisadi  fəal  və  məşğul 

olan əhalinin sayı  ilə,  istehsl resurslarının  həcmi,  investisiyaların  həcmi, əmək  haqqı 

fondu,  müxtəlif  istiqamətdə  dövlət  xərclərinin  məbləği,  əhalinin  real  gəlirləri  və 

xərcləri ilə və başqa göstəricilərlə müqayisə edilir. 

Göstəricilər  sisteminin  beynəlxalq  praktikada  qəbul  edilən  standartlara  və 

yanaşmalara  uyğunlaşdırılması  zəruridir  ki,  müstəqim  beynəlxalq  müqayisələr 

aparmaq  imkanı  yaransın.  Söhbət  makroiqtisadi  hesablamalarda  milli  hesablar 

sisteminin    geniş  tətbiq  olunmasından  gedir  ki,  bu  da  mühasibat  uçotunun  bütün 

sisteminin  köklü  surətdə  dəyişdirilməsini  tələb  edir.  Bu  zaman  bəzi  alimlərin  xalq 

təsərrüfatı  balanslarından  imtina  etmək  fikri  ilə  razılaşmaq  olmaz.  Kapitalist 

ölkələrinin  məşhur  iqtisadçıları  təsdiq  edirlər  ki,  xalq  təsərrüfatı  balansları  analitik 

məqsədlər  üçün çox  vacibdir.  Bu  gün  inkişaf etmiş ölkələrin statistikasına başqa cür 

yanaşmaq  lazımdır:  faydalı  nə  varsa  ölkə  statistikasında  tətbiq  olunmalıdır.  Bu  ilk 

növbədə  seçmə  müşahidələrinin  keçirilməsi  təcrübəsinə,  milli  hesablar  sisteminin 

qurulmasına,  ümumi  daxili  məhsulun  və  ümumi  milli  gəlirin  hesablanma 

metodologiyasına, əhalinin gəlirlərinin indeksləşdirilməsinə və s. aiddir. 



Tədqiqat işinin məqsədi  Regional Ümumi Daxili Məhsulun hesablanmasının 

metodoloji  aspektlərini  araşdırmaq  və  onun  analitik  imkanlarını  əsaslandırmaqdan 

ibarətdir

.  


Dissertasiya  işinin  məqsədinə  uyğun  olaraq  aşağıdakı  vəzifələrin  yerinə 

yetirilməsi zəruri hesab edilmişdir: 

-İqtisadiyyatın  makrostatistik  modeli  kimi  Milli  Hesablar  Sisteminin  təhlil  və 

proqnozlaşdırmada rolunu araşdırmaq, 

-Azərbaycanda Milli Hesablar Sisteminin tətbiqinin müasir vəziyyəti və inkişaf 

perspektivlərini tədqiq etmək,  




 

-MHS-in  regional  göstəricilərinin  hesablanmasının  əsas  prinsiplərini, 



metodlarını və xüsusiyyətlərini öyrənmək, 

-Regional Ümumi Daxili Məhsulun (RÜDM) hesablanmasında  istifadə olunan 

statistik vahidlərin rolu və əhəmiyyətini araşdırmaq, 

-Azərbaycanda Ümumi Daxili Məhsulun dinamikasını statistik təhlil etmək, 

-Regional Ümumi Daxili Məhsulun həcmini proqnozlaşdırmaq. 

Tədqiqatın  predmeti  və  obyekti.  Tədqiqat  işinin  predmeti  Azərbaycanda 

Regional    Ümumi  Daxili  Məhsulun  hesablanmasının  metodoloji  aspektləri,  obyekti  

RÜDM-nin müasir vəziyyəti və inkişaf perspektivləridir.  

Tədqiqatın elmi yeniliyi aşağıdakılardan ibarətdir: 

-  Mühüm  makroiqtisadi  göstəricilərin  formalaşmasında  Ümumi  Daxili  Məhsulun 

rolu müəyyənləşdirilmişdir, 



- Milli Hesablar Sisteminin mühüm xüsusiyyətləri aşkar edilmişdir, 

-  Ölkədə  Milli  Hesablar  Sisteminin  cari  vəziyyəti  statistik  təhlil  edilmiş  və  onun 

inkişaf xüsusiyyətləri müəyyənləşdirilmişdir, 

- Regional  Ümumi Daxili Məhsulun həcminin qısamüddətli proqnozu verilmişdir. 



Tədqiqat  işinin  praktiki  əhəmiyyəti.  Tədqiqat  prosesində  əldə  edilən  elmi-

nəzəri  və  praktiki  nəticələrdən  Ümumi  Daxili  Məhsulun  müxtəlif  dövrlər  üzrə 

müqayisəsində  və  proqnozlaşdırılmasında,  Milli  Hesablar  Sisteminin  əsas 

makroiqtisadi  göstəricisi  olan  Ümumi  Daxili  Məhsulun  və  onun  komponentlərinin 

hesablanması metodikasının təkmilləşdirilməsi prosesində istifadə oluna bilər. 

Tədqiqatın  informasiya  bazası.    Tədqiqatın  informasiya  bazasını  Dövlət 

Statistika  Komitəsinin  illik  məcmuələri,  İqtisadiyyat  Nazirliyinin  statistik  və 

normativ-metodiki  materialları,  internet  resursları,  həmçinin  müxtəlif    elmi 

araşdırmalar təşkil etmişdir

Tədqiqat  prosesində  statistikanın  ümumi  metodlarından,  o  cümlədən,  mütləq, 

nisbi  və  orta  kəmiyyətlər,  dianmika  sıralarının  təhlili,  reqressiya-korrelyasiya  və  s. 

metodlarından istifadə edilmişdir. 



 

Dissertasiya  işinin  strukturu  giriş,  üç  fəsil,  nəticə  və  istifadə  edilmiş 

ədəbiyyat  siyahısından  ibarətdir.  İşdə  7  cədvəl  və  5  qrafik  verilmişdir.  Ədəbiyyat 

siyahısında  35  adda  ədəbiyyat  adı  vardır.  Dissertasiya    işinin  ümumi  həcmi  74  

səhifədən ibarətdir.

 

Dissertasiyanın  birinci  fəsli  “Azərbaycan  Respublikasında  Milli  Hesablar 



Sisteminin  tətbiqinin  müasir  vəziyyəti  və  inkişaf  perspektivləri”  adlanır.  Bu  fəsildə 

Milli  Hesablarr  Sisteminin  makrostatistik  model  kimi  rolu  müəyyənləşdirilmiş  və 

Azərbaycanda  Milli  Hesablarr  Sisteminin  tətbiqinin  müasir  vəziyəti  ,  onun  inkişaf 

perspektivləri və makroiqtisadi təhlildə istifadə istiqamətləri tədqiq edilmişdir. 

 

Dissertasiyanın  ikinci  fəsli  “Azərbaycan  Respublikasında  MHS-in  regional 



göstəricilərinin  hesablanması  və  təhlili  metodları”  adlanır.  Bu  fəsildə  MHS-in 

regional göstəricilərinin hesablanmasının əsas prinsipləri, metodları və xüsusiyyətləri 

geniş tədqiq edilmiş, RÜDM-un  hesablanmasında  istifadə olunan statistik  vahidlərin 

rolu  və əhəmiyyəti araşdırılmış və MHS-in istehsal  hesabının əsas komponentləri  və 

RÜDM-ə onların təsirinin qiymətləndirilməsi həyata keçirilmişdir. 

 

Dissertasiyanın  “Regionların  ÜDM-un  statistik  təhlili  və  proqnozlaşdırıması” 



adlı  üçüncü  fəslində  Azərbaycanda ÜDM-un dinamikasının statistik təhlili  aparılmış 

və  regionların  ÜDM-un  artırılmasının  əsas  istiqamətləri  və  prqnozlaşdırıması  geniş 

tədqiq  edilmişdir.  Tədqiqatın  sonunda  nəticə  və  təkliflər  formalaşdırılmış,  istifadə 

olunan ədəbiyyat siyahısı verilmişdir. 



 

 

 

 

 

 

 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə