Azərbaycan respublikasinda regional ümumi daxiLİ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   ...   15   16   17   18   19   20   21   22   23

60 

 

qarşıya  qoyur.  Prezident  İlham  Əliyev  "Azərbaycan  2020:  Gələcəyə  baxış" 



Konsepsiyasının  hazırlanması  haqqında  sərəncamında  yaxın  10  il  ərzində  çoxsahəli, 

innovasiya  yönümlü,  səmərəli  və  davamlı  inkişaf  edən  güclü  iqtisadiyyat  yaratmağı 

ölkəmizin  irəliyə  doğru  inkişafının  əsas  hədəfləri  kimi  müəyyənləşdirmişdir. 

Beləliklə,  inkişafın  ağırlıq  mərkəzi,  sadəcə  olaraq,  qeyri-neft  sektorunun  üzərinə 

deyil,  əsasən  onun  mütərəqqi  texnika,  texnologiya,  elmi  yeniliklər  tətbiq  edən 

sahələrinin üzərinə keçəcək. 

Ötən  müddət  ərzində  qəbul  olunmuş  2  proqramın  icrası  sayəsində  bölgələrdə 

qeyri-neft  sektorunun  inkişafı,  yeni  iş  yerlərinin  və  müəssisələrin  yaradılması  ilə 

bağlı  sistemli  tədbirlər  görülüb,  əhalinin  məşğulluğunun  artırılması  və  yoxsulluğun 

azaldılması  sahəsində  mühüm  irəliləyişlər  əldə  olunub.  Artıq  bölgələrdə  fəaliyyət 

göstərən  minlərlə  müəssisədə  çalışan  insanların  işlə  təmin  olunmaları  regionlarda 

işsizlik  probleminin  tam  aradan  qalxmasına  səbəb  olmaqdadır.  Hazırda  regionlarda 

yeni  iş  yerlərinin  yaradılması  ilə  bağlı  tədbirlər  ən  yüksək  mərhələyə  qədəm  qoyub. 

Yeni  iş  yerlərinin  yaradılması,  əhalinin  məşğulluğunun  təmin  edilməsi  bütövlükdə 

bütün  rayonların  sosial  həyatında  ciddi  dəyişikliklərə  gətirib  çıxardı.  Ölkədə  1 

milyona  yaxın  iş  yerinin  yaradılması,  iqtisadi  fəal əhalinin sayının 4,5  milyon  nəfəri 

ötməsi,  yoxsulluğun  səviyyəsinin  7,5  faizə  düşməsi,  minlərlə  yeni  müəssisənin 

yaradılması birbaşa regional inkişaf proqramının icrasının məntiqi nəticəsidir. 

Hazırda  respublikamızın  yeni  inkişaf  mərhələsinə  qədəm  qoyub  və  qarşıdakı 

illərdə yeni meyarlar, texnolji dəyişikliklər, mühüm iqtisadi-sosial çağırışlar meydana 

çıxır  və  buna  uyğun  olaraq  daha  pozitiv  addımlar  atılır.Azərbaycan  inkişaf  etdikcə 

ölkə qarşısında yeni sosial-iqtisadi məsələlər meydana çıxacaq. 

2014-2018-ci  illərə dair  yeni regional  inkişaf proqramının  hazırlanmasını  yeni 

dövrün  iqtisadi  reallıqları,  Azərbaycanın  qarşısında  duran  yeni  çağırışlar  ortaya 

çıxarır  və  hökumət  müasir  inkişaf  meyarlarına  uyğun  olaraq  bu  iqtisadi  və  sosial 

sifarişləri  yerinə  yetirməyə  tam  qadirdir.Məlum  olduğu  kimi,  davamlı  olaraq 

regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqrama əlavə xarakteri daşıyan tədbirlər 

planı  hazırlanır  və  həyata  keçirilir.Bu  əlavələr  yeni  dövrün  tələblərindən  meydana 




61 

 

çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır.Bu gün bölgələrin hər bir guşəsində 



quruculuq  işlərinin  ararılması,  yeni  yolların  çəkilməsi,  su  və  kanalizasiya  xətlərinin 

dəyişdirilməsi, qazlaşdırma,  məktəb, xəstəxana  və digər sosial obyektlərin  istifadəyə 

verilməsi  hazırkı  müasir  inkişaf  mərhələsinin  reallıqlarıdır.  Əsas  məqsədlər  birbaşa 

rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsindən ibarət 

olacaq,  regionların  iqtisadi  sərvətlərinin  qeyri-neft  sektorunun  əsas  bazaları  kimi 

dövriyyəyə cəlb olunması başlıca istiqamətlər təşkil edəcək. 

2003-2013-cü  illərdə  ölkənin  ümumi  sosial-iqtisadi  inkişaf  göstəriciləri 

iqtisadiyyatın  idarə  olunmasında  yeni  mərhələnin  yetişdiyini  göstərir.  Bu  da  öz 

növbəsində 2020-ci ilədək daha sürətlə inkişaf etmək, iqtisadiyyatı modernləşdirmək, 

ÜDM  istehsalını  qeyri-neft  sektorunun  hesabına  2  dəfə  artırmaq  üçün  rəqabətin 

təşkili,  iqtisadiyyatın  şaxələndirilməsi,  insan  kapitalından  səmərəli  istifadə  etmək  və 

yeni iqtisadi artım mənbələrinin yaradılması kimi tədbirləri ön plana çıxarıb. 

Aqrar  sahə  regionların  sosial-iqtisadi  inkişafı  üçün  özül  sayılır.Çünki  torpaq 

əvəzolunmaz  istehsal  vasitəsi  hesab  edildiyindən  nə  qədər  çox  sayda  iri  sənaye 

müəssisələri  yaradılsa  da  bu  əvəzsiz  sərvət  əhəmiyyətini  itirmir.Xüsusən  də  yüngül 

və  yeyinti  sənaye  sahələrinin  inkişafı  kənd  təsərrüfatından  kənarda  mümkün 

deyil.Çünki  neft  məhsulları  istehsalı  prosesindən  başqa  sənayenin  bütün  növ 

emaledici  sahələri  ona  bağlıdır.Bu  baxımdan  cari  ilin  “Sənaye  ili”  elan  olunması  da 

aqrar sektorun inkişafında mühüm rol oynayır. 

Doğrudur,  2004-2013-cü  illərdə  Azərbaycanda  kənd  əhalisinin  sayının  10,2 

faiz  artması  fonunda  ümumi  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  həcmi  3,3  dəfə 

artıb,  əkin  sahələrinin  64,2  min  hektar  genişlənməsi  ilə  əksər  bitki  növləri  üzrə 

məhsuldarlığın  səviyyəsi  yüksəlib,  heyvandarlıq  məhsulları  istehsalı  isə  2  milyard 

617  milyon  manat  təşkil  edərək  ümumi  kənd  təsərrüfatı  məhsulunun  strukturunda 

49,5 faiz paya sahib olub. 

Regionların  sosial-iqtisadi  inkişafının  yeni  mərhələsində  kənd  təsərrüfatının 

inkişafı  əsas  hədəf  seçilməlidir.Rəqabətin  təşkili,  iqtisadiyyatın  şaxələndirilməsinin 

dərinləşdirilməsi  və  yeni  iqtisadi artım  mənbələrinin  yaradılması kimi  tədbirlər daha 




62 

 

çox  məhz  bu  sahənin  inkişafına  yönəldilməlidir.Bunun  üçün  sözügedən  sahədə 



istehsala  ciddi  diqqət  yetirilməli  və  aqrar  sektorun  rəqabətqabiliyyətliliyi  diqqət 

mərkəzində  saxlanmalıdır.Hazırda  ixrac  olunan  əsas  kənd  təsərrüfatı  və  qida 

məhsullarına  meyvə  və  tərəvəz,  şəkər,  bitki  yağı,  spirtli  və  spirtsiz  içkilər  və  s. 

daxildir.Bu  məhsulların  sayını  artırmaq  üçün,  ilk  növbədə,  daxili  bazarı 

rəqabətqabiliyyətli  məhsullarla  təmin  etmək  lazımdır  ki,  aqrar  sektorda 

məhsuldarlığın artması bundan sonra sırf ixraca xidmət etsin. 

Regionların  inkişafı  ilə  bağlı  tədbirlərə  sənaye  sektorundakı  iri  mühüm 

layihələrin həyata keçirilməsini də aid etmək olar. Sənaye sektorunun inkişafına dair 

dövlət  proqramlarının  icrasının  sürətləndirilməsi  isə  indistriual  iqtisadiyyatın 

möhkəmlənməsi  üçün  əsaslı  təkan  olub.  Sənayeləşmənin  əsas  ssenarilərinə  uyğun 

olaraq  bu  sahədə  yeni  və  müasir  texnologiyaların  tətbiqi  genişlənib  ki,  bu  da  ağır 

sənaye,  elektrotexnika,  əlvan  metallurgiya,  maşınqayırma,  kənd  təsərrüfatı 

məhsullarının  emalı,  tikinti  materialları  sənayesinin  istehsalı  müəssisələrinin 

yaradılmasına  səbəb  olub.  Son  10  il  ərzində  regionlarda  500-dən  çox  sənaye 

müəssisəsi  yaradılıb.  Təkcə  güzəştli  kreditlər  hesabına  ümumi  dəyəri  730  milyon 

manat  olan  104  sənaye  layihəsi  maliyyələşdirilib  və  bu  layihələr  üzrə  80  müəssisə 

istifadəyə  verilib,  24-ü  üzrə  işlər  davam  etdirilir.  Ötən  dövr  ərzində  bu  sahədə  3 

dəfədən  çox  artım  qeydə  alınıb  və  ÜDM-də  sənayenin  ən  yüksək  pozitiv  bölmə 

olduğunu göstərir .  

Hazırda  Sənayeləşmənin  ən  innovativ  və  mütərəqqi  modeli  olan  sənaye 

texnoparklarının  yaradılması  isə  indistrual  cəmiyyətin  formalaşmasını  güclü  zəmin 

yaratmaqdadır.  Xüsusilə  də  bu  proses  daha  çox  regional  xarakter  almağa  yönəlib  və 

Sumqayıt,  Gəncə,  Mingəçevir,  Daşkəsən  kimi  regionlarda  ən  müasir  texnologiyalar 

və  yüksək  məhsuldarlıqlı  avadanlıqlar  əsasında  yenidən  qurulan  sənaye 

texnoparklarının yaradılması istiqamətində işlər gedir.   

2014-2018-ci  illərə dair  yeni regional  inkişaf proqramının  hazırlanmasını  yeni 

dövrün  iqtisadi  reallıqları,  Azərbaycanın  qarşısında  duran  yeni  çağırışlar  ortaya 

çıxarır  və  hökumət  müasir  inkişaf  meyarlarına  uyğun  olaraq  bu  iqtisadi  və  sosial 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə