Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə7/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
36 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
37 
 
MƏTNİN FORMATLAŞDIRILMASI 
 
 
Mətnin  formatlaşdırılması  mətn  üzərində  işləyərkən 
əsas  mərhələlərdən  biri  sayılır.  Mətnin  formatlaşdırılması 
mətnə səliqəli, gözəl, ifadəli görkəm verir. 
Mətnin 
formatlaşdırılması 
dedikdə 
mətndəki 
simvolların  xüsusiyyətinin  dəyişdirilməsi  (şriftin,  ölçünün, 
rəngin,  simvolların  parametrlərinin  və  atributların)  nəzərdə 
tutulur. 
Formatlaşdırmanın  əsas  alətləri  Home  (Главная-
Əsas)  qoşmasındakı  Font  (Шрифт-Yazı  tipi)  təlqinində 
(qrupunda) toplanmışdır (şəkil 12.). 
 
 
 
Şəkil 12. Home (Главная-Əsas) qoşması, Font (Шрифт-Yazı 
tipi) təlqini 
 
Mətnin  formatlaşdırılmasına  aid  olan  digər  alətlər  isə 
ekranın  zəminində  (arxasında)  gizlənmişlər.  Onlar  mətn 
üzərində  (və  ya  onun  fraqmenti  üzərində)  müəyyən 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
38 
əməliyyatlar  yerinə  yetirildikdə  ekranda  görünürlər  (belə 
alətlər  panelini  mətn  redaktorunda  “sürüşən  panel”lər 
adlandırırlar). 
Belə  panellərdən  istifadə  istifadəçi  üçün  əlverişlidir. 
Çünki mətn üzərində hər hansı bir əməliyyatı yerinə yetirən 
zaman  istifadəçinin  Home  (Главная-Əsas)  qoşmasına 
müraciət etməsinə ehtiyac qalmır. 
İtifadəçinin  nəzərinə  çatdırmaq  lazımdır  ki,  sürüşən 
alətlər  panelinə  formatlamanın  bütün  alətləri  daxil  deyildir 
(şəkil 13.).  
 
 
  
Şəkil 13. Formatlaşdırma alətlərindən ibarət olan sürüşən 
panel 
 
İstifadəçi  bilməlidir  ki,  formatlama  alətləri  ancaq 
mətnin  seçilmiş  hissələrinə  tətbiq  edilə  bilir.  Bəzi  hallarda 
formatlama  alətlərini  kursorun  yerləşdiyi  mətn  hissəsinə  də 
tətbiq etmək olur. 
Məsələn, istifadəçi mətndə bir sözün şriftini dəyişmək 
istəyirsə, 
onda 
kursoru 
həmin 
sözün 
üzərində 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
39 
yerləşdirməlidir.  Və  yaxud,  istifadəçi  seçilmiş  fraqmentə 
formatlama alətlərini tətbiq etmək istəyirsə, öncədən həmin 
sözü  seçməlidir  (seçim  aparmaq  üçün  öndə  göstərilmiş 
üsulların birindən istifadə etmək olar). 
İstənilən  əməliyyat  sistemində  istifadəçinin  ixtiyarına 
çoxlu  sayda  şriftlər  verilir.  İstifadəçi  onlardan  istifadə 
etməklə  müxtəlif  proqramlarda  müxtəlif  xarakterli  sənədlər 
hazırlaya  bilər.  Microsoft  Office  proqramlarında  Windows 
şriftlərindən  istifadə  mümkündür.  Əgər  iş  prosesində 
istifadəçiyə  əlavə  şriftlərdən  istifadə  etmək  lazım  gələrsə, 
onda o, əməliyyat sisteminə əlavə şriftləri yükləməlidir. 
İstifadəçi  ona  lazım  olan  şrifti  Home  (Главная-Əsas) 
qoşmasındakı  Font  (Шрифт-Yazı  tipi)  qupundan  seçə  bilər. 
Bunun üçün: 
1.Şriftini  dəyişmək  istədiyiniz  mənin  fraqmentini 
seçin. 
2.Home (Главная-Əsas) qoşmasındakı Font (Шрифт-
Yazı tipi) qupunu seçin (şəkil 14.). 
3.Sizə  lazım  olan  şrifti  şrift  siyahısından  seçin  (şəkil 
14.).  Bu  zaman  mətndəki  seçilmiş  fraqmentin  şrifti  seçilmiş 
şriftə uyğun olaraq dəyişəcəkdir. 
4.Mətndən  fraqmenti  seçin,  sonra  mausun  oxunu 
şriftlərin  siyahısı  üzərinə  gətirin,  şrifti  seçin,  seçilmiş  şrift 
seçilmiş fraqmentə tətbiq ediləcək (şəkil 15.). 
  


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
40 
 
 
Şəkil 14. Home (Главная-Əsas) qoşması, Font (Шрифт-Yazı 
tipi) qrupu, tələb olunan şriftin seçilməsi 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
41 
İstifadəçinin nəzərinə çatdırmaq lazımdır ki, Microsoft 
Office  –in  sonuncu  versiyalarında  şriftin  mətndəki  seçilmişə 
tətbiqi  yerinə  yetirilən  əməliyyatın  sona  çatmasına  kimi 
müəyyən  edilirdi.  Bu  versiyada  isə  istifadəçi  iş  prosesində 
mausun  oxunu  şriftin  üzərinə  gətirən  kimi  seçilmiş 
fraqmentə həmin şriftin tətbiq edilməsinin şahidi olur. 
 
 
 
Şəkil 15. Seçilmiş fraqmentə seçilmiş şriftin tətbiq edilməsi 
 
İstifadəçi  şrifti  ekrana  açılmış  şriftlər  siyahısından  da 
seçə  bilər  (əməliyyatı  [Ctrl]+[Shift]+[F]  düymələri 
kombinasiyası  ilə  də  yerinə  yetirmək  mümkündür).  Şriftin 
seçilməsinin  digər  variantı  mətnin  müəyyən  hissəsini 
(fraqmentini) seçən zaman ekrana açılmış sürüşən paneldən 
də seçmək olar (şəkil 13.). 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
42 
Sürüşən  panel  üzərindəki  şriftlərdən  istifadə  etmək 
üçün aşağıdakı əməliyyatlar ardıcıllığını yerinə yetirin. 
1.Mətndən  fraqment  seçin.  Seçilmiş  fraqmentin 
sol/yuxarı tərəfində sürüşən panel əmələ gələcək. 
2.Süşürən  panel  üzərindəki  Font  (Шрифт-Yazı  tipi) 
siyahısından zövqünüzə uyğun olan şrifti seçin. Seçilmiş şrift 
seçilmiş fraqmentə tətbiq ediləcək. 
Font  (Шрифт-Yazı  tipi)  siyahısından  sağ  tərəfdə 
mətndə simvolların ölçüsünü dəyişmək üçün istifadə olunan 
Font  Size  (Размер  шрифта-Şriftin  ölçüsü)  siyahısı  yerləşir. 
İstifadəçi  ekrana  açılmış  siyahıdan  mətndə  istifadə  olunan 
şriftlərin  ölçüsünü  tələbinə  uyğun  seçməklə  dəyişdirə  də 
bilər. Şriftin ölçüsü, həmçinin formatlamanın digər atributları 
ancaq mətndə seçilmiş fraqmentə tətbiq edilir. 
Şriftin  ölçüsü  aşağıdakı  əməliyyatlar  ardıcıllığı  ilə 
yerinə yetirilir. 
1.Mətndən fraqment seçin. 
2.Ekrana  açılmış  Font  Size  (Размер  шрифта-Şriftin 
ölçüsü)  siyahısından  Sizə  lazım  olan  şrift  ölçüsünü  seçin 
(məsələn,  14).  Seçilmiş  fraqmentə  şrift  tətbiq  olunacaq 
(şəkil 16.). 
 
 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə