Azərbaycan respublikasi təHSİl naziRLİYİ


MICROSOFT WORD MƏTN REDAKTORU 2013



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə6/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
31 
Qeyd  etmək  lazımdır  ki,  sətirə  sığışmayan  sözlərin 
sətir  üzrə  paylanması  abzas  çərçivəsində  həyata  keçirilir. 
Sətirdəki  istənilən  sözdən  və  ya  simvoldan  əvvəl  kursor 
dayanmışsa,  onda  istifadəçi  [Enter]  düyməsini  sıxdıqda  söz 
və ya simvol yeni sətirə (və ya abzasa) keçəcək.  
Abzas  bir  neçə  sözdən  və  ya  bir  sətirdən  ibarət  ola 
bilər.  Sətirlər  arası  məsafə  proqram  tərəfindən  avtomatik 
müəyyən  edilir.  İstifadəçi  uyğun  qoşmadakı  uyğun  əmrə 
müraciət etməklə bu məsafəni tələbinə uyğun dəyişə bilər.  
Mətn  redaktorunda  mətnin  redaktə  edilməsi  dedikdə 
hazırlanmış  mətndə  səhvlərin  düzəldilməsi,  sözlərin  və  ya 
cümlələrin dəyişdirilməsi başa düşülür. 
İstifadəçilərin  ən  çox  istifadə  etdikləri  redaktə 
əməliyyatlarına  hazırlanmış  sənəddən  lazım  olmayan 
fraqmentin (və ya fraqmentlərin) ləğv edilməsi, sənədə yeni 
əlavələrin  edilməsi,  sənəddəki  lazımsız  simvolların  sılınməsi 
və onların yerinə mətnə lazım olan simvolların əlavə edilməsi 
və  s.  əməliyyatlar  daxildir.  Simvolların  sənəddən  ləğv 
edilməsi  üçün  [Delete]  və  [Backspace]  klavişlərindən 
(düymələrindən) istifadə mümkündür. 
[Backspace] 
klavişi 
klaviaturanın 
sağ/yuxarı 
hissəsində  yerləşir.  [Delete]  klavişi  isə  klaviaturanın 
konfiqurasiyasından asılı olaraq müxtəli yerlədə yerləşə bilər. 
[Delete]  və  [Backspace]  klavişlərindən  istifadə 
belədir.  Məsələn,  düzgün  yazılmamış  “Prodram”  sözündən 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
32 
səhv yazılmış bir simvolun (məsələn d) silinib digər simvol ilə 
əvəz edilməsini aydınlaşdıraq. 
1.Mətn sənədindəki “Prodram” sözünü qeyd edin. 
2.Mausun oxunu (kursoru) “d” və “r” hərfləri arasinda 
yerləşdirin  və  sol  düyməni  sıxın.  Kursor  göstərilən  hərflər 
arsında dayanacaq. 
3.Əgər 
kursordan 
soldakı 
hərf 
silinəcəksə, 
[Backspace]  düyməsindən,  kursordan  sağdakı  hərf 
silinəcəksə, [Delete] düyməsindən istifadə edilməlidir (bizim 
nümunədə  [Backspace]  düyməsindən  istifadə  olunmalıdır). 
[Backspace] düyməsini sıxın. 
4.Mətndəki “d” hərfi silinəcək, onun yerinə “q” hərfini 
klaviaturadan daxil edin.  
Beləliklə  seçilmiş  fraqmentdə  əmələ  gəlmiş  səhfi 
düzəltdiniz. 
 
 
 
 
 
 
 
 
 
 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
33 
 
MƏTNİN SEÇİLMƏSİ 
 
 
Bütün  istifadə  edilən  mətn  redaktorlarında  mətnin 
müəyyən  bir  hissəsinin  (fraqmentinin)  seçilməsi  əməliyyatı 
nəzərə  alınmışdır.  Buna  əsas  səbəb  istifadəçinin  əsasən 
seçilmiş fraqment üzərində formatlama əməliyyatlarını yerinə 
yetirməsidir.  Məsələn,  istifadəçi  mətnin  müəyyən  bir 
fraqmentini qalın, kursiv və ya altıxətli etmək istəyir. Adları 
çəkilən  əməliyyatları  seçilmiş  fraqmentə  tətbiq  etmək  üçün 
əvvəlcə  onu  seçmək  lazımdır.  Çünki,  proqram  yerinə 
yetiriləcək  əməliyyatın  mətnin  hansı  hissəsinə  tətbiq 
olunacağını öncədən bilməyəcəkdir. 
Mətn (və onun bir fraqmenti) bir neçə üsulla seçilir. 
Hesab  edək  ki,  hazırladığınız  sənəd  6-7  sətirdən 
ibarətdir. 
1.Mausun oxunu birinci sətirdəki ikinci sözdən əvvələ 
yerləşdirin. 
2.Mausun  sol  düyməsinin  sıxılmış  vəziyyətində 
kursoru ikinci sözdən beşinci sözə kimi sürüyün, sol düyməni 
buraxın.  Sətirdəki  ikinci,  üçüncü  və  dördüncü  sözlər 
seçiləcəklər (şəkil 11.). 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
34 
 
 
Şəkil 11. Mətndə fraqmentin seçilməsi 
 
Öndə  verilmiş  üsuldan  çoxda  böyük  olmayan 
fraqmentlərin  seçilməsində  istifadə  olunur.  Bəzən  istifadəçi 
bir  sətiri  deyil,  bir  neçə  sətiri  seçməli  olur.  Bunun  üçün 
mausun oxunu seçmək istədiyiniz sözün əvvəlinə gətirin, sol 
düyməni  sıxın  və  neçə  sətir  seçiləcəksə,  o  qədər  də  oxu 
aşağı  istiqamətdə  sürüyün,  sol  düyməni  buraxın.  Mətnin 
müəyyən hissəsi seçiləcək. 
Seçmə  əməliyyatından  imtina  etmək  üçün  mausun 
oxunu  mətnin  sağ  tərəfinə  gətirin  və  sol  düyməni  sıxın. 
Seçilmiş fraqment seçimdən azad olacaq. 
3.Sətirdə  istənilən  sözü  seçmək  üçün  mausun  oxunu 
onun  üzərinə  gətirin  və  sol  düyməni  iki  dəfə  sıxın,  söz 
seçiləcək. 
 4.Abzasın  əvvəlindəki  sözün  üzərinə  mausun  oxunu 
gətirin və sol düyməni üç dəfə sıxın. Bütün abzas seçiləcək. 
5.Mausun  oxunu  sətrin  başlanğıcına  gətirin,  ox 
formasını  dəyişəcək  (sağa  istiqamətlənmiş  oxa  çevriləcək), 
sol düyməni sıxın, bütün sətir seçiləcək. 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
35 
6.Mausun  oxunu  sətirdəki  ikinci  sözdən  əvvəl 
yerləşdirin.  [Shift]  düyməsinin  sıxılmış  vəziyyətində  mausun 
oxunu abzasdakı axırıncı sözün sonuna gətirin, sol düyməni 
sıxın, bütün abzas seçiləcək. 
7.Bütün  mətn  sənədini  seçmək  üçün  klaviatura 
üzərindəki  [Ctrl]+[A]  düymələri  kombinasiyasından  istifadə 
edin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə