Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 22,81 Kb.
Pdf görüntüsü
səhifə17/23
tarix11.10.2017
ölçüsü22,81 Kb.
#4371
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
98 
CƏDVƏLİN YARADILMASI 
 
Microsoft  Word  mətn  redaktorunda  cədvəl  yaratmaq 
üçün  aşağıdakı  əməliyyatlar  ardıcıllığını  yerinə  yetirmək 
lazımdır.  Nəzərdə  tutulur  ki,  cədvəl  dörd  sütundan  və  beş 
sətirdən ibarət olacaq. 
1.Lent  üzərindəki  Insert  (Вставка-Daxil  et)  qoşmasını 
açın. 
2.Qoşmadakı Table (Таблица-Cədvəl) düyməsini sıxın. 
Masaüstünə  sıxılmış  düyməyə  uyğun  kontekst  menyu 
açılacaq (şəkil 48.). Menyunun yuxarı hissəsində çoxlu sayda 
kvadratlardan  ibarət  cədvəl  var  (çoxlu  sayda  hücrəli). 
İstifadəçi  sütun  və  sətirlərin  sayını  mausun  oxunu  uyğun 
olaraq  sütun  və  sətirlər  üzərində  hərəkət  etdirməklə 
müəyyən edə bilər. 
3.Öndə  verilmiş  tələbə  uyğun  sütun  (4)  və  sətirin  (5) 
sayını təyin edin. 
4.Cədvəlin yuxarı hissəsində Table 4X5 (Таблица 4X5-
Cədvəl 4X5) məlumatının yarandığının şahıdı olun (şəkil 48.). 
5.Mausun sol düyməsini sıxın, mətn sahəsində sütunlar 
sayı 4, sətirlər sayı 5 olan cədvəl çəkiləcək (şəkil 48.). 
Susma  prinsipinə  görə  istifadəçi  cədvəl  yaradarkən 
hazırlanmış  cədvəldə  sütunların  və  sətirlərin  eni  və 
hündürlüyu eyni olur. Digər tərəfdən cədvəl yaradarkən lent 
üzərində  əlavə  olaraq  iki  qoşma:  Design  (Конструктор-


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
99 
Layihləndirmə)  və  Layout  (Макет-Quruluş)  qoşmaları  da 
yaranacaq. 
Design 
(Конструктор-Layihləndirmə) 
qoşmasında 
çəkilmiş cədvəlin tərtibatını (dizaynını) dəyişmək üçün alətlər 
yerləşir. 
Layout  (Макет-Quruluş)  qoşmasında  isə  cədvəlin 
parametrlərini  dəyişmək  üçün  yararlı  olan  alətlər 
mövcuddur.  
Prinsip  etibarı  ilə  hər  iki  qoşma  oxşardır,  hər  ikisi 
cədvəlin istənilən parametrini nizamlamağa xidmət edir. 
 
 
 
Şəkil 48. Insert (Вставка-Daxil et) qoşması, Table 
(Таблица-Cədvəl) düyməsi 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
100 
SƏTİR VƏ SÜTUNLARIN CƏDVƏLƏ ƏLAVƏ 
EDİLMƏSİ VƏ CƏDVƏLDƏN LƏĞV OLUNMASI 
 
İstifadəçi  bəzən  cədvəl  hazırlayarkən  öncədən  ona 
neçə sütun və sətirdən ibarət cədvəli qurmaq lazım gəldiyini 
dəqiq  bilmir.  Qurulmuş  cədvəlin  sətir  və  sütunlar  sayı  iş 
prosesində dəyişə bilər. Və yaxud da, hazırlanmış cədvəldən 
lazımsız sütunu və ya sətiri ləğv etmək lazım gələr. 
Hazırlanmış cədvələ bir sütun aləvə edək və cədvəldən 
bir  sətir  ləğv  edək.  Bunun  üçün  yerinə  yetiriləcək 
əməliyyatlar ardıcıllığı aşağıdakı kimi olacaqdır. 
1.Mausun  oxunun  cədvəlin  hücrəsi  daxilində  olduğuna 
əmin  olun.  Əks  halda  Design  (Конструктор-Layihləndirmə) 
və  Layout  (Макет-Quruluş)  qoşmaları  lent  üzərində 
görünməyəcəklər. 
2.Layout (Макет-Quruluş) qoşmasına keçid alın. 
3.Layout  (Макет-Quruluş)  qoşması  üzərindəki  Insert 
Left  (Вставить  слева-Soldan  əlavə  et)  düyməsini  sıxın. 
Cədvələ  yeni  sütun  əlavə  ediləcək.  Yeni  sütun  mausun 
oxunun  dayandığı  mövcud  sütundan  sağa  əlavə  ediləcək 
(şəkil 49.). 
 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
101 
 
 
Şəkil 49. Cədvələ sütunun əlavə edilməsi 
 
Əgər cədvəldə heç bir verilən yoxdursa, onda istifadəçi 
istənilən istiqamətdən cədvələ yeni sütun əlavə edə bilər.  
Bir  çox  hallarda  istifadəçi  daxilinə  verilənlər  daxil 
edilmiş cədvələ sütun əlavə etməli olur. Onda o, yeni əlavə 
edəcəyi  sütunu  (məsələn,  cədvəlin  ikinci  sütununda 
məlumat  vardır)  ikinci  sütunun  sağ  tərəfinə  əlavə  edə  bilər 
(ikinci sütundakı verilənlərə xələl gətirmədən).  
Bunun  üçün  mausun  oxunu  ikinci  sütunun  üzərinə 
gətirdikdən  sonra  Insert  Right  (Вставить  справа-Sağdan 
əlavə  et)  düyməsini  sıxmaq  lazımdır.  Yeni  sütun  cədvələ 
əlavə olunacaq.   
Ümumiyyətlə,  istifadəçi  hazırladığı  cədvələ  istənilən 
istiqamətdən  sütun  və  sətir  əlavə  etmək  üçün  Layout 
(Макет-Quruluş)  qoşmasında  yerləşən,  Rows  and  Columns 
(Строки и столбцы-Sətirlər və sütunlar) qrupuna daxil olan 
Insert  Right  (Вставить  справа-Sağdan  daxil  et),  Insert 


MICROSOFT WORD MƏTN REDAKTORU 2013 
 
___________________________________________________________ 
102 
Above (Вставить сверху-Yuxarıdan daxil et) və Insert Below 
(Вставить  снизу-Aşağıdan  daxil  et)  düymələrindən  istiadə 
edə bilər (şəkil 50). 
İstifadəçi  iş  prosesində  hazırladığı  cədvəldən  sətiri  və 
ya  sütunu  ləğv  etmək  məcburiyyətində  qalır.  Əgər  cədvəl 
boşdursa,  ondan  sətir  və  sütunun  ləğv  edilməsi  asanlıqla 
yerinə yetirilə bilir.  
Əgər  cədvələ  müəyən  verilənlər  daxil  edilibsə,  onda 
cədvəldən  sətir  və  sütunun  ləğv  edilməsi  müəyyən  qədər 
çətinlik əmələ gətiricək.  
 
 
 
Şəkil 50. Cədvələ əlavələr etmək üçün yararlı olan düymələr 
 
Aşağıdakı misalda dörd sütunlu və beş sətirli cədvəldən 
sətir və sütunun ləğv edilməsini aydınlaşdıraq. 
1.Mausun  oxunu  ləğv  olunacaq  sətirdən  yuxarı  olan 
sətirdə yerləşdirin (məsələn üçüncü sətirdə). Ləğv olunacaq 
dördüncü sətiri seçin. 


Yüklə 22,81 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə